Şans Regionlara Dəstək İctimai Birliyi

Şans Regionlara Dəstək İctimai Birliyi Rəsmi Səhifə

30/12/2025
08/11/2025

8 Noyabr - Zəfər Günü

16/09/2025

Prezident İlham Əliyev: “Bütün dünya bu gün Azərbaycan haqqında danışır”.

20/08/2025
Azərbaycan Respublikasının Qeyri -Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Şans” Regionla...
14/08/2025

Azərbaycan Respublikasının Qeyri -Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Şans” Regionlara Dəstək İctimai Birliyi “Kəlbəcərə qayıdış prosesinin dəstəklənməsi” layihəsi çərçivəsində yekun tədbir keçirilib-07.08.2025

QHT.AZ

“Kəlbəcərə qayıdış prosesinin dəstəklənməsi” layihəsi çərçivəsində yekun tədbir keçirilib - FOTOLARAzərbaycan Respublika...
09/08/2025

“Kəlbəcərə qayıdış prosesinin dəstəklənməsi” layihəsi çərçivəsində yekun tədbir keçirilib - FOTOLAR

Azərbaycan Respublikasının Qeyri -Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Şans” Regionlara Dəstək İctimai Birliyi “Kəlbəcərə qayıdış prosesinin dəstəklənməsi” layihəsi çərçivəsində yekun tədbirini Qəbələ rayonunda keçirib.

QHT.az xəbər verir ki, Qəbələ rayonunda Kəlbəcərlilərin məskunlaşdığı köçkün qəsəbəsində 31 saylı orta məktəbdə 7 avqust 2025-ci il tarixində tədbir keçirildi. Toplantıya keçmiş məcburi köçkün olan kəlbəcərlilər, müxtəlif dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələri, sahibkarlar və digər şəxslər iştirak edirdilər.
Tədbirin aparıcısı İzzət Bayramov layihənin aktuallığından danışdı. Daha sonra 31 saylı orta məktəbin direktoru Kamil İsmayılov, şəhid Nəzər Əzizovun həyat yoldaşı Nərmin Əzizova, “Şans” Regionlara Dəstək İctimai Birliyinin sədri Natiq Heydərov və digər şəxslər çıxış edərək layihənin zəruriliyini qeyd ediblər. Bildirilib ki, belə maarifləndirici tədbirlər əhalidə qayıdışla bağlı fikir formalaşmasına müsbət təsir edir.
Daha sonra bir çox dövlət və QHT layihələrinin eksperti olan, təlimçi Elçin Poyliyev layihənin hədəf və prinsiplərinə uyğun olaraq təlimlərə başladı. O, işğaldan azad edilmiş digər bölgələrimiz kimi, Kəlbəcər rayonunda da quruculuq işləri davam etdiyini bildirərək bir çox zəruri məqamlara aydınlıq gətirdi. Bu rayona hansı sahələrə sərmayə qoyuluşunu, fərdi sahibkarlıqla məşğul olmaq istəyən şəxslərin əsas fəaliyyət istiqamətlərini açıqladı. Təlimçi auditoriyanı maraqlandıran sualları cavablandıraraq Kəlbəcərin mövcud potensialı haqqında geniş məlumat verdi.

Address

Baku

Website

Alerts

Be the first to know and let us send you an email when Şans Regionlara Dəstək İctimai Birliyi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share