Gənclərin Problemləri üzrə Elmi Araşdırmalar Mərkəzi

Gənclərin Problemləri üzrə Elmi Araşdırmalar Mərkəzi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Gənclərin Problemləri üzrə Elmi Araşdırmalar Mərkəzi, Government Organization, Fətəli Xan Xoyski 1, Baku.

20/12/2019

20 dekabr Aprel şəhidimiz Nurəddin Mirzəyevin doğum günüdür
1996-ci ilin 20 dekabr günündə Yardımlı rayonunun Honuba kəndində anadan olub. 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid olub.Nurəddin Mirzəyev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.

14 dekabr Milli Qəhraman Əliyar Əliyevin doğum günüdür1957-ci il dekabrın 14-də Qubadlı rayonunun Qazyan kəndində anadan...
16/12/2019

14 dekabr Milli Qəhraman Əliyar Əliyevin doğum günüdür
1957-ci il dekabrın 14-də Qubadlı rayonunun Qazyan kəndində anadan olub.Qarabağ müharibəsi başlayanda Əliyar Əliyev könüllü olaraq Azərbaycan Silahlı Qüvvələrinin sırasına qoşulur. Müharibədə özünü təkcə döyüşçü kimi yox, həm də hərbi işin təşkilatçısı kimi göstərməyə başlayır. Əvvəlcə taborun kəşfiyyat bölməsinin komandiri, sonra tabor komandırının təchizat üzrə müavini təyin edilir Əliyar Əliyev 1992-ci ilin payızında 40 könüllü döyüşçü ilə birlikdə işğal altındakı Laçının 40-a qədər kəndini 4 gün ərzində ermənilərdən azad etdi.Əliyar Əliyevin son döyüşü 1992-ci il oktyabrın 3-də Laçının iki kilometrliyində olub. “Tikanlı zəmi” yüksəkliyi uğrunda döyüşdə tabor komandiri Əliyar Əliyev və onun sürücüsü Əlisadət Ağayev qəhrəmancasına həlak olublar.Sumqayıt şəhərində idman klubu və yaratdığı tabor onun adını daşıyır.Azərbaycan Respublikası Prezidentinin 10 noyabr 1992-ci il tarixli 301 nömrəli Fərmanı ilə Əliyar Yusif oğlu Əliyev ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

12 dekabr Umumilli Lider Heydər Əliyevin anım günüdürAzərbaycanın görkəmli siyasi və dövlət xadimi, xalqımızın Ümummilli...
12/12/2019

12 dekabr Umumilli Lider Heydər Əliyevin anım günüdür
Azərbaycanın görkəmli siyasi və dövlət xadimi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatından 16 il ötür. Dahi şəxsiyyət Heydər Əliyev Azərbaycana rəhbərliyi və siyasi fəaliyyəti dövründə olkəmizin hərtərəfli inkişafı və qüdrətli dövlətə çevrilməsi istiqamətində əvəzsiz xidmətlər göstərmiş və Azərbaycanın dünyaya inteqrasiyası sahəsində daima səylə çalışmışdır. Bütün sahələri diqqətdə saxlayan Ümummilli Lider Respublikada gənclər siyasətinə də böyük önəm verərək, bu siyasəti ölkə siyasətinin ən vacib sahələrindən biri hesab edirdi.
Ulu öndərimiz Heydər Əliyevin bu sahədə həyata keçirdiyi siyasət gənc nəslin mənəvi-əxlaqi tərbiyyəsinin gücləndirilməsinə, sosial rifahının yaxşılaşdırılmasına və zəngin elmi potensialın yaradılmasına xidmət edirdi. Heç də təsadüfü deyildir ki, Heydər Əliyev hər zaman gənclərə qayğı ilə yanaşır, onların problemlərini həll etməyə çalışırdı. Gənclərin ictimai-siyasi həyatda fəallığını artırmaq üçün həyata keçirilən müvafiq Dövlət Proqramılarının tətbiqi, idarəetmə orqanlarında gənc mütəxəssislərə üstünlük verilməsi bu gün də ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş gənclər siyasətinin uğurlu nəticəsi hesab olunur.
Ümummilli liderimizin 1997-ci il 2 fevral tarixində imzaladığı fərmana əsasən 2 Fevral tarixinin “Azərbaycan gəncləri günü” kimi elan edilməsi ölkə gənclərinə qayğının yüksək təzahürü və gənclərimizə olan əvəzsiz töhvə kimi qiymətləndirilir. Gəncləri bir araya gətirən bu bayram hər il bütün Azərbaycanda sevə-sevə qeyd edilir.
Gənclər siyasətində idmanın inkişaf etdirilməsi və onun kütləviliyinin artırılması mühüm yer tutur. Ümummilli Liderimizin fəaliyyəti dövründə onun ardıcıl səyləri nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrildi və bu gün də bu istiqamətdə uğurlu siyasət davam etdirilir. Azərbaycanın müxtəlif bölgələrində olimpiya komplekslərinin açılması, ölkəmizin nüfuzlu beynəlxalq idman yarışlarına ev sahibliyi etməsi buna əyani sübutdur.
Beləliklə, hər birimiz Azərbaycanın, o cümlədən gənclərin hərtərəfli inkişafı, yüksək biliyə, bacarığa malik, sağlam,vətənpərvər gənc nəslin yetişdirilməsi istiqamətində gördüyü işlərə, apardığı peşəkar fəaliyyətə görə Ulu Öndərə borcluyuq. Və bu gün hər bir Azərbaycan gənci ümummilli lider Heydər Əliyevin ideyalarını öz fəaliyyətində daim rəhbər tutmalı, Azərbaycan gəncliyinin lideri olan möhtərəm prezidentimiz İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın müstəqilliyinin əbədi yaşaması üçün yumruğunu bir hədəfə vurmalıdır. Heydər Əliyev öz baxışlarını, ideyalarını, öz yolunu davam etdirməyə qadir bir Prezident yetişdirdi. O, uzunömürlü bir dövlətçilik məktəbi və bu məktəbi ondan sonra davam etdirə biləcək bir şəxsiyyət qoyub getdi...Allah Rəhmət eləsin.

5 dekabr – Beynəlxalq Könüllülər Günüdür1985-ci ildə iqtisadi və sosial inkişaf naminə BMT-nin Baş Məclisi tərəfindən de...
05/12/2019

5 dekabr – Beynəlxalq Könüllülər Günüdür
1985-ci ildə iqtisadi və sosial inkişaf naminə BMT-nin Baş Məclisi tərəfindən dekabrın 5-i Beynəlxalq Könüllülər Günü kimi qeyd edilməsi təklif olunub.
Könüllülük – öz iradəsi və sərbəst seçimi əsasında əvəzi ödənilməyən fəaliyyəti həyata keçirən şəxsdir.
Könüllülüyün məqsədi isə tapşırıqları yerinə yetirmək, fərdlərə və ya ictimai təşkilatlara maliyyə dəstəyi olmadan, fədakarcasına, insanların rifahını inkişaf etdirmək və yaxşılaşdırmaqdan ibarətdir.
Son illər könüllülüyün sürətlə inkişaf etdiyi Azərbaycan könüllülük fəaliyyətinin təbliğində və inkişafında özünəməxsus rol oynayır. Müxtəlif beynəlxalq səviyyəli tədbirlərin və yarışların keçirilməsi bu fəaliyyətə marağı daha da artırdı.
Prezident İlham Əliyevin Sərəncamı əsasında hazırlanan “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”nın 6.5.9-cu bəndində “Gənclər arasında könüllülük hərəkatının təbliğ olunması və bu istiqamətdə beynəlxalq gənclər proqramının imkanlarından istifadə edilməsi” xüsusilə qeyd olunub.
Məlumat üçün bildirək ki, Avropa İttifaqının Avropa Komissiyasının 2007-2013-cü illəri əhatə edən “Gənclər fəaliyyətdə” proqramı fəaliyyət göstərir və bu proqramın ikinci “Avropa Könüllülük Xidməti” adlanan maddəsində könüllülərin fəaliyyəti olduqca böyükdür. Bu proqram vasitəsilə könüllülər həm ölkəmizdə, həm də Avropa ölkələrində həyata keçirilən müxtəlif layihələrə cəlb olunur.

29/11/2019

2 dekabr Milli Qəhraman Yusif Əliyevin doğum günüdür
1969-cu ildə Bakının Qobustan qəsəbəsində anadan olmuşdur. 1991-ci ilin fevralında Yusif Əliyev Goranboyda ilk döyüş sınağından çıxır. Silahlı erməni quldurları Buzluq, Mənəşli, Erkəç kəndləri tərəfdən basqınlar edirdilər. Lakin 24 fevralda Mənəşli kəndinə hücum edildikdə ermənilər pərən-pərən düşdülər. 1991-ci il 14 sentyabrda düşmən Buzluq kəndinə hücum etdikdə əsgərlərimizə sursat çatdırmaq Yusifin ölümü bahasına başa gəlir.Azərbaycan Respublikası prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı fərmanı ilə Əliyev Yusif Əliyusif oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdürQobustan qəsəbəsindəki 195 saylı tam orta məktəb qəhrəmanın adını daşıyır. Məktəbdə büstü qoyulmuşdur.
Yusif Əliyev haqqında “Yaddaş” studiyasında “Vətənə bağışlanan həyat” adlı sənədli film çəkilmişdir.

Gənclər və İdman Nazirliyi “YERLİ” kənd gənclərinin inkişafına dəstək layihəsini həyata keçirəcəkLayihənin əsas məqsədi ...
28/11/2019

Gənclər və İdman Nazirliyi “YERLİ” kənd gənclərinin inkişafına dəstək layihəsini həyata keçirəcək
Layihənin əsas məqsədi kəndlərdə yaşayan gənclərə yeni biliklərin verilməsi, onların bacarıqlarının inkişaf etdirilməsi, eyni zamanda, sosial və biznes layihələrinin dəstəklənməsi ilə yerli şəraitdə məşğulluğun təmin olunması və yerli gənclər icmalarının yaradılmasıdır.
Layihənin əsas hədəfləri dövlətin müvafiq istiqamətlər üzrə siyasətinin mahiyyəti barədə kənd gənclərinin məlumatlandırılması, onların icma şəklində inkişafına və sosiallaşmasına sistemli dəstəyin göstərilməsi üçün yeni təsir alətlərinin tətbiqi, kənd gəncləri arasında qeyri-formal təhsilin inkişaf etdirilməsi ilə yeniliklər etməyi bacaran gənclər üçün şərait və imkanların yaradılması və onların beynəlxalq gənclər hərəkatına inteqrasiyası üçün analoji gənclər platformaları ilə əməkdaşlığın qurulmasıdır.
Ümumilikdə layihə kənd gənclərinin fərdi və peşəkar inkişafına, eyni zamanda, onların təşəbbüslərinin dəstəklənməsinə yönəlmiş yeni və fərqli platformadır. Layihənin həyata keçirilməsi ilə bağlı əlaqələndirməni təmin etmək məqsədilə Gənclər və İdman Nazirliyində dövlət orqanlarının, gənclər təşkilatlarının nümayəndələri və ictimai fəal gənclərdən ibarət işçi qrup formalaşdırılacaq. İşçi qrup təşkilati məsələlərin və cari işlərin həlli ilə məşğul olacaq.
Layihənin əsas komponentləri rayon və şəhərlərin, eləcə də kəndlərin müəyyən edilməsi, fərdi ünsiyyət əsasında layihə iştirakçılarının seçilməsi, təlimçi və mentor komandasının formalaşdırılması, iştirakçılar üçün təlim, seminar və görüşlərin keçirilməsi, gənclər icmasının yaradılması, təşəbbüslərin (layihələrin) dəyərləndirilməsi və dəstəklənməsi, qiymətləndirmənin aparılması və yekun hesabat tədbirinin keçirilməsidir.
Layihə "Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında, "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramında və "Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulan gənclərin potensialının və idmanın inkişaf etdirilməsinə, kəndlərdə yaşayan gənclərin ictimai həyatda daha fəal iştirakının təşviqinə və kəndin sosial-ictimai həyatında gənclərin fəal iştirakının təmin olunmasına xidmət edir.

12 noyabr - Konstitusiya GünüdürAzərbaycanın Konstitusiya qurulusunun tarixi SSRİ dövrünə təsaduf edir. Azərbaycanın ilk...
12/11/2019

12 noyabr - Konstitusiya Günüdür
Azərbaycanın Konstitusiya qurulusunun tarixi SSRİ dövrünə təsaduf edir. Azərbaycanın ilk konstitusiyası 1921-ci ilin mayın 19-da, SSRİ konstitusiyasına uyğunlaşdırlmış yeni redaksiyası isə 1925-ci il martın 14-də qəbul olunmuşdur. 1978-ci ilin aprelin 21-də qəbul edilmiş son konstitusiya da əvvəlki konstitusiyalar kimi, SSRİ konstitusiyasına uyğunlaşdırılmışdır.
Dövlət müstəqilliyi bərpa olunduğu ilk illərdə ölkədə bütün sahələrdə yaşanmış xaosdan, Azərbaycanı parçalamaq təhlükəsindən xilas etmək üçün xalqın hakimiyyətə dəvət etdiyi ulu öndər Heydər Əliyevin böyük uzagörənliklə, cəsarətlə həyata keçirdiyi əsaslı islahatlar yeni milli Konstitusiyanın hazırlanmasına şərait yaratdı. Ulu öndər Heydər Əliyev bu barədə danışarkən deyirdi: “Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü – ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti - bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır”.
1995-ci ilin mayında ulu öndər Heydər Əliyevin sədrliyi ilə Konstitusiya Komissiyası formalaşdırıldı. Konstitusiya layihəsi 1995-ci ilin oktyabrında ümumxalq müzakirəsinə verildi. Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsinə çıxarıldı. Əsas Qanun noyabrın 27-də hüquqi qüvvəyə mindi.
Konstitusiya 5 bölmə, 12 fəsil, 158 maddədən ibarətdir.
Konstitusiyaya ilk əlavə və dəyişiklik 24 avqust 2002-ci ildə, son əlavə və dəyişikliklər isə 18 mart 2009-cu ildə referendum yolu ilə edilib.

Azərbaycan Respublikasının Dövlət                                                    Bayrağı GünüAzərbaycan Respublikası...
06/11/2019

Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü
Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyi rəmzidir.
Azərbaycan Respublikası üzərində dalğalanan müqəddəs Dövlət Bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada qəbul edilmiş və qaldırılmışdır.
Müstəqil Azərbaycanın dövlət bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “Türkçülük, islamçılıq və müasirlik” düsturunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli Bəy Hüseynzadədir.
Azərbaycan Respublikasının dövlət bayrağından istifadə müstəqil Azərbaycan Respublikası Konstitusiyasının 23-cü və 75-ci maddələri, “Azərbaycan Respublikasnın Dövlət bayrağı haqqında” Azərbaycan Respublikasının Qanunu, eləcə də, həmin Qanunla təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında Əsasnamə” əsasında tənzimlənir. Azərbaycan Respublikasının Dövlət bayrağının rəngli və sxematik təsviri adı çəkilən Qanun və Əsasnamə ilə təsdiq edilmişdir.
Prezident İlham Əliyev Azərbaycanda Dövlət Bayrağı Gününün elan edilməsi barədə sərəncam imzalayıb. Sərəncama əsasən, hər il 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü elan olunur və bu bayram ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil edilir.
2010-cu ilin sentyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən Dövlət Bayrağı Meydanının - Bakı şəhərinin Bayıl sahəsində yerləşən memorial abidə-istirahət parkının təntənəli açılışı olmuşdur.
162 metr yüksəklikdə dalğalanan Azərbaycan bayrağı dünyanın ən yüksək bayrağıdır. Ginnes Dünya Rekordları Təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan Dövlət Bayrağı Dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edib.
Meydanda qurulmuş Azərbaycan Respublikasının gerbi, dövlət himninin mətni və ölkəmizin xəritəsi qızıl suyuna salınmış bürüncdən hazırlanıb. Meydanda Dövlət Bayrağı Muzeyi də yaradılıb.

2 noyabr Aprel şəhidimiz Vüqar Yusifovun doğum günüdür1976-cı ilin 2 noyabr günündə Şəmkir rayonunun Şiştəpə kəndində an...
05/11/2019

2 noyabr Aprel şəhidimiz Vüqar Yusifovun doğum günüdür
1976-cı ilin 2 noyabr günündə Şəmkir rayonunun Şiştəpə kəndində anadan olub. 1983-cü ildə Şiştəpə kənd orta məktəbinin birinci sinfinə gedən Vüqar Yusifov 1993-cü ildə həmin məktəbi bitirdi. Elə həmin il Türkiyə Respublikasında Quru Qoşunları Ali Hərbi Məktəbinə daxil olan Vüqar Yusifov 1997-ci ildə leytenant rütbəsi aldı və bir il sonra həmin hərbi ali məktəbi bitirdi.Polkovnik Vüqar Yusifov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu.
Aprelin 6-sı isə Vüqar Yusifov doğulduğu Şəmkir rayonunun Şiştəpə kəndində son mənzilə yola salındı.
Vüqar Yusifov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Vətənə xidmətə görə" ordeni (III dərəcəli) ilə təltif edildi.

Address

Fətəli Xan Xoyski 1
Baku

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Alerts

Be the first to know and let us send you an email when Gənclərin Problemləri üzrə Elmi Araşdırmalar Mərkəzi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Gənclərin Problemləri üzrə Elmi Araşdırmalar Mərkəzi:

Share