Zirə Mədəniyyət Mərkəzi - EKO Park

Zirə Mədəniyyət Mərkəzi - EKO Park Zirə Mədəniyyət Mərkəzi - EKO Park Mərkəz ərazisinin ümumi sahəsi 10 ha-dır. Eko-Park xüsusi landşaft dizaynı ilə layihələşdirilib. Bina 2 və 1 mərtəbəlidir.

Heydər Əliyev Fondunun yeni layihəsi olan Zirə Mədəniyyət Mərkəzi və Eko-Parkı Zirə qəsəbəsində Bakı-Pirallahı yolu üzərində inşa edilib. Burada 50.000-dən çox müxtəlif növ dekorativ və meyvə ağacları, 100.000-dən artıq kol və 1.000.000-a yaxın çiçək və gül əkilib. Xüsusi yaşıllıq zolaqları salınıb, dekorativ şam, kin-konq, şabalıd, mavi sərv, leylandra və leylandra koldreks, lisidium, sürünən kük

nar kolları və qızıl gül, qavra, lavanda, yaşıl taflan, çobanyastığı, qartopu, çin qızılgülü, ətirşah, payız gülü kimi bəzək gülləri, növbənöv sarmaşıqlar əkilib. Daş palıd zolağı və çinar zolağı xüsusilə seçilir. Ərazidə, həmçinin ərik, alma, armud, heyva, gilas, gavalı, alça, xurma, badam, əzgil, tut, qoz, əncir, nar, feyxoa, narıngi, limon, portağal və zeytun ağaclarından bağ salınıb. Parkda fəvvarələr qurulub, kiçik süni su hövzələri – gölməçələr yaradılıb. Ərazinin düzgün suvarılması üçün 2 tip - xüsusi damla və sprint sistemləri yaradılıb. Suvarma sistemi kompüterlə avtomatik idarə olunur. Parkda asudə vaxtın səmərəli keçirilməsi üçün istirahət zonaları yaradılıb, köşklər qurulub, skamyalar düzülüb. Xüsusi işıqlandırma sistemi yaradılıb ki, bu da Park və Mədəniyyət Mərkəzinin gecə görünüşünü xüsusi ilə cəlbedici edir.

Ərazidəki Fontanlar Meydançası pilləli olmaqla xüsusi su-kanal sistemi ilə yaradılıb. Fəvvarələrin xüsusi və rəngarəng işıqlanma sistemi gecə vaxtı xüsusi bir estetika yaradır. Park sahəsində müxtəlif növ attraksionlardan ibarət uşaq meydançası yaradılıb, idman trenajor qurğuları quraşdırılıb. Kiçik yaşlı uşaqlar üçün elektromobil və velosipedlərdən ibarət xüsusi park yaradılıb. Əraziyə 25 adda 150-dək ekzotik quş gətirilib, onların saxlanması və artırılması üçün müvafiq şərait olan Quş parkı yaradılıb. Xüsusi layihə əsasında tikilmiş Zirə Mədəniyyət Mərkəzinin ümumi sahəsi 6000 m2-dir. Binanın I mərtəbəsi 4000m2-dir. Burada qəbul (resepşn) sahəsi, Qalereya – yaşıllıq ərazisi, Fotostudiya, Art-studiya, Elektron kitabxana, IDEA resurs mərkəzi, Şahmat otağı, Xarici dil kabineti (ingilis,fransız və rus dilləri), Moda studiya, Gimnastika və rəqs zalı, Zirə Xalça Muzeyi və Xalçaçılıq Tədris Mərkəzi fəaliyyət göstərir. Qalereya - yaşıllıq ərazisində müxtəlif növ ekzotik bitkilər: güllər, kol və ağaclar əkilib, su-kanal sistemi yaradılıb, köşklər qurulub və onlar istirahət üçün yumşaq mebellərlə təmin olunub. Bitkilərin təbii işıqlanması üçün şüşə tavan quraşdırılıb. Iş kabinetləri - Seçicilər və qəsəbə sakinləri ilə qəbul və görüşlərin keçirilməsi üçün nəzərdə tutulub. Müvafiq avadanlıqlarla təmin olunub. Konfrans zalı - Seminar, treninq, iclas, prezentasiya, yığıncaq və konfransların keçirilməsi üçün nəzərdə tutulmuş 60 nəfərlik zal rahat mebel, monitor, kompüter və WI-FI sistemi ilə təchiz edilib. Furşet və Təqdimat zalı - açıq havada furşetlər, təqdimatlar, görüşlər, nişan və doğum günlərinin keçirilməsi üçün hər bir şərait yaradılmış bir məkandır. Təkrarolunmaz tərtibat canlı çiçəklər və gözəl dizaynda öz əksini tapır. Həyat abidəsi - Eko-parkda təravətli yaşıllığın içərisində üç metrlik “Ürək” abidəsi qoyulub. Abidənin müəllifi Heydər Əliyev Fondunun vitse–prezidenti Leyla Əliyevadır. Uzun illərdir ki, Leyla Əliyevanın vətəndaş mövqeyi nəsli kəsilməkdə olan heyvanların populyasiyasının qorunub saxlanılması və qoruqların mühafizəsi ilə bağlı fəaliyyətində aydın görünür. Leyla Əliyevanın bu məqsədlə təsis etdiyi IDEA (Ətraf Mühit Naminə Beynəlxalq Dialoq) ictimai birliyi tərəfindən “Böyuk Qafqaz beşliyi” – Qafqaz faunasının nəsli kəsilmək təhlükəsi ilə qarşılaşan beş növü müəyyən edilib. Bu beşliyə ayı, qartal, canavar, ceyran və Qafqaz bəbiri daxildir. Canlı təbiətin onun bütün müxtəlifliyi ilə qorunub saxlanması müasir dövrün ən mühüm vəzifəsidir. Canlı təbiət dünyanın ürəyidir, nə qədər ki, bu ürək döyünür, yer üzündə həyat davam edəcək. Zirə Cinema - Burada 300 nəfərlik konsert, toplantı və 3D kinozalı fəaliyyət göstərir. Kinozal müasir tələblərə cavab verən ən son texnologiya ilə təchiz olunub. Nizami Kino Mərkəzinin nümayişində olan filmlərin paralel olaraq burada yayınlanması nəzərdə tutulub. Zalda ən son filmlərin nümayişi və izləyicilərin rahatlığı üçün hər bir şərait yaradılıb, xüsusi akustik sistem, lisenziyalı proyektor, işıq, soyutma-isitmə və havalandırma sistemləri qurulub,VİP zona yaradılıb. Zalda, həmçinin konsert, musiqili gecələr, iclas, toplantı və təqdimatların keçirilməsi də mümkindür.

Günün fotosu🤩
01/06/2026

Günün fotosu🤩

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bütün uşaqları səmimi qəlbdən təbrik edirik.Onlara xoşbəxt, fi...
01/06/2026

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bütün uşaqları səmimi qəlbdən təbrik edirik.

Onlara xoşbəxt, firavan və uğurlu gələcək arzulayırıq.

Əziz uşaqlar.Gününüz mübarək!
01/06/2026

Əziz uşaqlar.Gününüz mübarək!

28 May 🇦🇿 Müstəqillik günü
28/05/2026

28 May 🇦🇿 Müstəqillik günü

Qurban Bayramınız mübarək!Sizə və ailənizə sağlamlıq, bərəkət və xoş günlər arzulayırıq. 🌙
27/05/2026

Qurban Bayramınız mübarək!
Sizə və ailənizə sağlamlıq, bərəkət və xoş günlər arzulayırıq. 🌙

23-24 May tarixlərində Grasia Sport idman klubunun təşkil etdiyi bədii gimnastika üzrə “Grasia Stars” yarışı təşkil edil...
26/05/2026

23-24 May tarixlərində Grasia Sport idman klubunun təşkil etdiyi bədii gimnastika üzrə “Grasia Stars” yarışı təşkil edilmişdir. Yarışların ilk günü çıxış edən gimnastlarımız Qəhrəmanlı Fatimə (2016) və Qəhrəmanlı Zəhra (2019) fəxri kürsünün II pilləsində yer almışlar. 24 May tarixində ilk dəfə xalça üzərinə çıxan Ələkpərova Zeynəb (2020) fəxri kürsünün III pilləsinə qalxmışdır. Uğurlarımız davamlı olsun!

Hörmətli səhifə izləyiciləri və Zirə Eko Parkın dəyərli qonaqları!Məlumat üçün bildiririk ki, hazırda ərazidə ailə pikni...
23/05/2026

Hörmətli səhifə izləyiciləri və Zirə Eko Parkın dəyərli qonaqları!

Məlumat üçün bildiririk ki, hazırda ərazidə ailə piknikləri fəaliyyəti göstərmir.

Əraziyə yeməklə daxil olmaq, eləcə də qeydiyyatdan keçmədən (icazəsiz) piknik təşkil etmək qadağandır.

Zəhmət olmasa, müəyyən edilmiş qaydalara əməl etməyinizi və ərazinin nizam-intizamına hörmətlə yanaşmağınızı xahiş edirik.

Anlayışınız üçün təşəkkür edirik.

17 may tarixində Zirə Eko Park ərazisində yerləşən Türk Dünyası Rəsm Qalereyasında Özbəkistan Respublikasının tanınmış s...
19/05/2026

17 may tarixində Zirə Eko Park ərazisində yerləşən Türk Dünyası Rəsm Qalereyasında Özbəkistan Respublikasının tanınmış sənət nümayəndələri, istedadlı rəssamlar — Nodir Bobomuradov və Alişer Hamdamovun əsərlərindən ibarət “Rənglərlə Duyğularımız” adlı sərgi təşkil olundu.

Sərgi Azərbaycan və Özbəkistan arasında mədəni əlaqələrin, eləcə də təsviri incəsənət sahəsində yaradıcı əməkdaşlığın daha da möhkəmlənməsinə töhfə verən önəmli sənət tədbirlərindən biri oldu.

Tədbirin giriş hissəsində Türk Dünyası Rəsm Qalereyasının direktoru Məzahir Rüstəmov qonaqları salamlayaraq tədbiri açıq elan etdi və sərginin əhəmiyyətindən bəhs etdi.

Tədbirdə çıxış edənlər:

Sənətşünas-kurator – Mehrəparə Abbasova

Rəssam, Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti – Əli İsmayıl Əliyev

14 saylı Xəzər–Pirallahı seçki dairəsi üzrə millət vəkili Günay Əfəndiyevanın köməkçisi, gənc yazar-publisist – Vəfa Mürşüdlü

Çıxışlarda Azərbaycan–Özbəkistan dostluq münasibətləri, mədəni bağların əhəmiyyəti və incəsənətin xalqları birləşdirən gücü xüsusi vurğulandı.
Sərginin xüsusi qonaqları sırasında Avstraliyadan gəlmiş rəssam və akademik Catherine Sarah Young da yer aldı. O, sərgi ilə yaxından tanış oldu və sonda xatirə dəftərinə ürək sözlərini yazaraq xoş təəssüratlarını bölüşdü.

Daha sonra qonaqlar sərgi ilə yaxından tanış olaraq nümayiş olunan əsərləri böyük maraqla izlədilər.
Canlı fortepiano ifası sərgiyə xüsusi rəng qataraq tədbirin bədii atmosferini daha da zənginləşdirdi.

Ətraflı məlumat üçün  zəng etməniz xahiş olunur!📞070 227 13 13
11/05/2026

Ətraflı məlumat üçün zəng etməniz xahiş olunur!
📞070 227 13 13

Hörmətli Zirə Eko Park ziyarətçiləri!Sizi ərazimizə giriş qaydaları ilə tanış edirik. Zəhmət olmasa, rahat və təhlükəsiz...
10/05/2026

Hörmətli Zirə Eko Park ziyarətçiləri!
Sizi ərazimizə giriş qaydaları ilə tanış edirik. Zəhmət olmasa, rahat və təhlükəsiz istirahətin təmin olunması üçün qaydalarla tanış olun.

Sizə və sevdiklərinizə xoş istirahə arzulayırıq! 💚🌿
📞012 4048867/68
📞077 4222102

Address

Seyid Əzim Şirvani 40
Baku

Alerts

Be the first to know and let us send you an email when Zirə Mədəniyyət Mərkəzi - EKO Park posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Zirə Mədəniyyət Mərkəzi - EKO Park:

Share