Bakı Şəhəri Pirallahı Rayon İcra Hakimiyyəti

Bakı Şəhəri Pirallahı Rayon İcra Hakimiyyəti Bu səhifə vasitəsilə Siz, Pirallahı rayonunda sürətlə gedən dəyişikliklərlə virtual olaraq tanış ola bilərsiniz.

02/06/2026

Pirallahı rayonunda “Gələcəyimizi uşaqlar qurur” başlıqlı festival keçirilib

🇦🇿
27/05/2026

🇦🇿

28 May - Azərbaycanın Müstəqillik Günü

Hörmətli həmvətənlər!Sizi və Azərbaycanın hüdudlarından kənarda yaşayan bütün soydaşlarımızı müqəddəs Qurban bayramı mün...
26/05/2026

Hörmətli həmvətənlər!

Sizi və Azərbaycanın hüdudlarından kənarda yaşayan bütün soydaşlarımızı müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzularımı yetirirəm.

İslamın sonuncu səmavi din və mənəvi-əxlaqi qurtuluş yolu olaraq bəşəriyyətə göndərilməsini təcəssüm etdirən Qurban bayramı günlərində milyonlarla müsəlman Həcc ziyarətində bir araya gəlir, birlik və bərabərliyin, nəcib amallar uğrunda hər cür fədakarlığa hazır olmanın qürur və sevincini yaşayır.

Hər il ölkəmizdə ümumxalq bayramı kimi qeyd olunan Qurban mərasimləri insanlar arasında həmrəylik, humanizm və mərhəmət duyğularını daha da gücləndirir, cəmiyyətimizdə milli-mənəvi dəyərlərə bağlılığın, xeyirxah əməllərin təntənəsinə çevrilir.

Əziz bacı və qardaşlarım!

Bu mübarək günlərdə şəhidlərimizin ölməz xatirəsini bir daha minnətdarlıqla yad edir, xalqımızın və dövlətimizin əmin-amanlığı naminə etdiyiniz duaların Tanrı dərgahında qəbul olunması diləyi ilə ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi və bərəkət arzulayıram.

Qurban bayramınız mübarək olsun!

Pirallahı rayonunda Səməd Vurğunun 120 illiyinə həsr olunmuş “Səməd Vurğun: Ədəbi Dünyası və Əbədi İrsi” başlıqlı tədbir...
22/05/2026

Pirallahı rayonunda Səməd Vurğunun 120 illiyinə həsr olunmuş “Səməd Vurğun: Ədəbi Dünyası və Əbədi İrsi” başlıqlı tədbir keçirilib

22 May 2026-cı il tarixdə Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 243 nömrəli tam orta məktəbdə Azərbaycan ədəbiyyatının qüdrətli simalarından biri, Xalq şairi, tanınmış dramaturq və ictimai xadim Səməd Vurğunun 120 illiyinə həsr olunmuş “Səməd...

21/05/2026

Pirallahı rayonu çiçəklənməyə davam edir - FOTOLAR

Pirallahı rayonu çiçəklənməyə davam edirSon illərdə paytaxt Bakı şəhərində və ölkənin müxtəlif regionlarında genişmiqyas...
21/05/2026

Pirallahı rayonu çiçəklənməyə davam edir

Son illərdə paytaxt Bakı şəhərində və ölkənin müxtəlif regionlarında genişmiqyaslı abadlıq, bərpa və yenidənqurma işləri uğurla həyata keçirilir. Ölkənin sosial-iqtisadi inkişaf strategiyasına uyğun olaraq həyata keçirilən bu layihələr şəhər və rayonların simasının müasirləşdirilməsinə, əhalinin yaşayış şəraitinin daha da yaxşılaşdırılmasına xidmət edir.
Paytaxtın sürətlə inkişaf edən inzibati ərazilərindən biri olan Pirallahı rayonunda da yenidənqurma və abadlıq işləri yüksək səviyyədə davam etdirilir. Rayon ərazisində yolların, parkların və ictimai məkanların yenilənməsi, yaşayış mühitinin daha komfortlu və estetik görünüş alması istiqamətində mühüm tədbirlər görülür. Bununla yanaşı, rayonda yaşıllaşdırma işlərinə xüsusi diqqət ayrılır. Ağac və dekorativ kolların əkilməsi, mövcud yaşıllıq sahələrinin qorunaraq genişləndirilməsi Pirallahının ekoloji mühitinin yaxşılaşdırılmasına mühüm töhfə verir.
Həyata keçirilən məqsədyönlü tədbirlərin nəticəsidir ki, Pirallahı rayonu gündən-günə daha da gözəlləşir, müasir və füsunkar görkəm alır. Rayonun abad siması, təmiz və səliqəli küçələri, yaşıllıqla əhatə olunan məkanları həm sakinlərin, həm də rayona gələn qonaqların böyük rəğbətini qazanır və onlarda xoş təəssürat yaradır.

Address

Pirallahı Rayonu, , Pirallahı Qəsəbəsi, S. Vurğun Küçəsi 490
Baku
AZ1077

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994125565942

Alerts

Be the first to know and let us send you an email when Bakı Şəhəri Pirallahı Rayon İcra Hakimiyyəti posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Bakı Şəhəri Pirallahı Rayon İcra Hakimiyyəti:

Share