İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi səhifəsi

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi icbari tibbi sığortanın tətbiqini təmin edən, xidmətlər zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri özündə cəmləşdirən, səhiyyə xidmətlərinin alıcısı olan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxsdir. Agentlik Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli 1125 nömrəli Fər

manı ilə yaradılmışdır. Agentliyin Nizamnaməsi Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 6 sentyabr tarixli 1592 nömrəli Fərmanı ilə təsdiq edilmişdir. Agentlik 15 fevral 2016-cı il tarixində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi adı altında fəaliyyətə başlamışdır.

***

The State Agency on Mandatory Health Insurance is a public legal entity that implements mandatory health Insurance through accumulating revenues to finance medical services within benefit package and acting as purchaser of these services. The Agency was established in accordance with Decree № 1125 dated 24 November 2016 of the President of the Republic of Azerbaijan. The Charter of the Agency was approved with Decree № 1592 dated 6 September 2017 of the President of the Republic of Azerbaijan. The Agency started functioning on 15 February 2016 as State Agency on Mandatory Health Insurance under the Cabinet of Ministers of the Republic of Azerbaijan.

***

❗ Təhqir, söyüş və digər qeyri-etik ifadə və elementlərin olduğu, milli, irqi, dini, cinsi ayrı-seçkiliyə səbəb olan, şərəf və ləyaqəti alçaldan rəylər silinəcəkdir.

Uşaqları qoruyaq, gələcəyimizi qoruyaq!
01/06/2026

Uşaqları qoruyaq, gələcəyimizi qoruyaq!

29/05/2026
1918-ci ildə əsası qoyulmuş müstəqillik ənənəmiz bu gün də qürurla davam edir!
28/05/2026

1918-ci ildə əsası qoyulmuş müstəqillik ənənəmiz bu gün də qürurla davam edir!

27/05/2026

28 May - Azərbaycanın Müstəqillik Günü

Qurban bayramınız mübarək olsun. 🐑🌙
27/05/2026

Qurban bayramınız mübarək olsun. 🐑🌙

26/05/2026

Hörmətli həmvətənlər!

Sizi və Azərbaycanın hüdudlarından kənarda yaşayan bütün soydaşlarımızı müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzularımı yetirirəm.

İslamın sonuncu səmavi din və mənəvi-əxlaqi qurtuluş yolu olaraq bəşəriyyətə göndərilməsini təcəssüm etdirən Qurban bayramı günlərində milyonlarla müsəlman Həcc ziyarətində bir araya gəlir, birlik və bərabərliyin, nəcib amallar uğrunda hər cür fədakarlığa hazır olmanın qürur və sevincini yaşayır.

Hər il ölkəmizdə ümumxalq bayramı kimi qeyd olunan Qurban mərasimləri insanlar arasında həmrəylik, humanizm və mərhəmət duyğularını daha da gücləndirir, cəmiyyətimizdə milli-mənəvi dəyərlərə bağlılığın, xeyirxah əməllərin təntənəsinə çevrilir.

Əziz bacı və qardaşlarım!

Bu mübarək günlərdə şəhidlərimizin ölməz xatirəsini bir daha minnətdarlıqla yad edir, xalqımızın və dövlətimizin əmin-amanlığı naminə etdiyiniz duaların Tanrı dərgahında qəbul olunması diləyi ilə ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi və bərəkət arzulayıram.

Qurban bayramınız mübarək olsun!

Katarakta əməliyyatı icbari tibbi sığorta hesabına qarşılanır.📌 Xidmətlər Zərfində yer alan tibbi xidmətlərlə tanış olma...
25/05/2026

Katarakta əməliyyatı icbari tibbi sığorta hesabına qarşılanır.

📌 Xidmətlər Zərfində yer alan tibbi xidmətlərlə tanış olmaq üçün "its.gov.az" saytına daxil olun.

Siqaret istehlakçılarının 70%-i siqareti tərgitməkdə istəklidirlər. Yalnız 19%-i bu vərdişdən əl çəkməyi düşünmür. Tərgi...
22/05/2026

Siqaret istehlakçılarının 70%-i siqareti tərgitməkdə istəklidirlər. Yalnız 19%-i bu vərdişdən əl çəkməyi düşünmür. Tərgidənlərin 30%-i müəyyən müddətdən sonra yenidən bu vərdişə qayıdır.

Odur ki, siqaretdən imtinanın əsas şərti qətiyyətlilikdir. Əks halda heç bir dərman və müalicə kömək etməyəcək.

Address

Lev Tolstoy 170
Baku
AZ1095

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Alerts

Be the first to know and let us send you an email when İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi:

Share