Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi

Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi Əqli mülkiyyəti qoruyaq!

Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi
Intellectual Property Agency of the Republic of Azerbaijan
Агентство по Интеллектуальной Собственности Азербайджанской Республики

28 May-Azərbaycanın Müstəqillik Günü
28/05/2026

28 May-Azərbaycanın Müstəqillik Günü

28/05/2026

28 May - Azərbaycanın Müstəqillik Günü

Avrasiya Patent İdarəsinin prezidenti Əqli Mülkiyyət Agentliyində olubAvrasiya Patent Təşkilatının icraçı orqanı olan Av...
22/05/2026

Avrasiya Patent İdarəsinin prezidenti Əqli Mülkiyyət Agentliyində olub

Avrasiya Patent Təşkilatının icraçı orqanı olan Avrasiya Patent İdarəsinin prezidenti Qriqoriy İvliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak etmək üçün Azərbaycanda işgüzar səfərdə olub.

Q.İvliyev səfər çərçivəsində Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov ilə görüşüb. Görüş zamanı Avrasiya Patent İdarəsinin prezidenti WUF13 sessiyasının yüksək səviyyədə təşkil olunduğunu bildirib. O, bu tədbirin memarlıq və şəhərsalma sahəsində əqli mülkiyyət hüquqlarının qorunmasına mühüm töhfələr verəcəyinə ümidvar olduğunu vurğulayıb.

Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov Agentlik tərəfindən əldə olunan son nailiyyətlər barədə məlumat verib. Qeyd edib ki, WUF13 istər ölkəmizə, istərsə də dünya şəhərsalma siyasətinə böyük töhfələr verməklə yanaşı əqli mülkiyyətin, o cümlədən memarlıq nümunələrinə müəlliflik hüququ və patent hüququnun qorunması və mühafizəsi ilə bağlı beynəlxalq təcrübənin öyrənilməsi baxımından ən yaxşı platformalardan biridir.

Görüşdə WUF13 çərçivəsində əqli mülkiyyət mövzusunda keçirilən panel iclası barədə söhbət aparılıb, ikitərəfli əməkdaşlığın perspektivləri və digər məsələlər müzakirə olunub.

Əqli Mülkiyyət Agentliyinin rəhbərliyi və kollektivi Ümummilli Liderin xatirəsini yad edibBu gün müasir müstəqil Azərbay...
10/05/2026

Əqli Mülkiyyət Agentliyinin rəhbərliyi və kollektivi Ümummilli Liderin xatirəsini yad edib

Bu gün müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür.

Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov, Agentliyin və tabeliyində olan qurumların əməkdaşları Fəxri Xiyabanda Heydər Əliyevin məzarını ziyarət edərək Ulu Öndərin xatirəsini ehtiramla yad ediblər. Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülüb.

Ulu Öndər Heydər Əliyevin ömür-gün yoldaşı akademik Zərifə Əliyevanın, ictimai-siyasi xadimlər Əziz Əliyevin və Tamerlan Əliyevin də xatirəsi ehtiramla yad edilib.

Bu gün Ulu Öndər Heydər Əliyevin doğum günüdür. Ümummilli Liderin həyat və fəaliyyəti dövründə Azərbaycan dünya səviyyəs...
10/05/2026

Bu gün Ulu Öndər Heydər Əliyevin doğum günüdür. Ümummilli Liderin həyat və fəaliyyəti dövründə Azərbaycan dünya səviyyəsində tanınmış bir ölkə kimi mövqeyini gücləndirmişdir.

Azərbaycan xalqı bu gün Ulu Öndərin əziz xatirəsini yad edir.

09/05/2026

Ümummilli Lider Heydər Əliyev bugünkü Azərbaycanı görsəydi, şad olardı. Əminəm ki, Onun ruhu şaddır, çünki bugünkü Azərbaycan Onun əsəridir.

Əqli Mülkiyyət Agentliyində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd edilibMayın 7-də Əqli ...
08/05/2026

Əqli Mülkiyyət Agentliyində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd edilib

Mayın 7-də Əqli Mülkiyyət Agentliyində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş tədbir keçirilib.

Tədbiri Agentliyin İdarə Heyətinin üzvü Sənan Tapdıqov açaraq, müasir Azərbaycan dövlətçiliyinin qurulmasında görkəmli dövlət xadimi və dahi şəxsiyyət Heydər Əliyevin əvəzsiz rolunu vurğulayıb. O, keçən əsrin 90-cı illərinin əvvəlində, ölkədə hərc-mərclik və xaosun baş verdiyi dövrdə Ulu Öndərin ikinci dəfə Azərbaycanda siyasi hakimiyyətə qayıdışı milli dövlətçiliyimizin formalaşmasının və möhkəmlənməsinin əsasını qoyduğunu bildirib. Qeyd edib ki, hələ sovet dövründə məhz Heydər Əliyevin Azərbaycandakı birinci siyasi hakimiyyəti illərində ölkəmizdə iri sənaye obyektləri inşa edilmiş, Azərbaycan gənclərinin ümumittifaq miqyaslı müxtəlif ali məktəblərdə təhsil alınmasına şərait yaradılmış və onların mütəxəssis kimi hazırlığına dəstək göstərilmişdir. S.Tapdıqov Ümummilli Liderin təməlini qoyduğu daxili və xarici siyasətin müasir dövrdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.

Tədbirdə Agentliyin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasının direktoru Mübariz Məmmədlinin məruzəsi dinlənilib. Məruzədə Ulu Öndərin ölkəmizin hərtərəfli inkişafına misilsiz töhfələr verməsi, iqtisadiyyatın müxtəlif sahələrinin inkişafının bu dahi şəxsiyyətin daim diqqətində olduğu vurğulanıb. M.Məmmədli Agentliyin İdarə Heyətinin sədri Kamran İmanovun fikirlərinə istinad edərək, Heydər Əliyevin milli əqli mülkiyyət sisteminin müəllifi və yaradıcısı olduğunu bildirib. O, məhz Ümummilli Liderin böyük təcrübəsi və müdrik siyasi istedadı nəticəsində Azərbaycanı gələcəyə aparan yolun bacarıqlı əllərdə olduğunu vurğulayıb.

Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasının kitab fondu zənginləşirAzərbaycan Re...
08/05/2026

Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasının kitab fondu zənginləşir

Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanası (RETK) müxtəlif qurumlar və ali təhsil müəssisələri ilə əlaqələrini ildən-ilə genişləndirir. Bu əlaqələr nəticəsində kitabxanaya daxil olan nəşrlər RETK-nın fondunun zənginləşməsində əhəmiyyətli rol oynayır.

Bu günlərdə Azərbaycan Mühəndislik Akademiyasının üzvləri tərəfindən nəşr olunmuş bir sıra elmi-texniki monoqrafiya, dərslik və dərs vəsaitləri təmənnasız olaraq kitabxanaya təqdim edilmişdir. Bu da iki qurum arasında faydalı əməkdaşlığın daha da genişləndirilməsi kimi dəyərləndirilə bilər.

Kitabxanaya təqdim olunan nəşrlər Azərbaycan Mühəndislik Akademiyasının prezidenti, Milli Aviasiya Akademiyasının rektoru, Azərbaycan Respublikasının Kosmik Məsələlər üzrə Şurasının sədri, Əməkdar elm xadimi, Azərbaycan elminin və təhsilinin inkişafına böyük töhfələr vermiş akademik Arif Paşayev, Milli Aviasiya Akademiyasının nəqliyyat mexanikası kafedrasının müdiri, Azərbaycan Mühəndislik Akademiyasının vitse-prezidenti professor Əhəd Canəhmədov və digər müəlliflərin birgə qələmə aldıqları Azərbaycan, türk, rus və ingilis dillərində 6 adda kitabdan və ümumilikdə 34 adda 59 nüsxə ədəbiyyatdan ibarətdir.

RETK-ya təqdim olunan həmin nəşrlər kitabxananın fondunu zənginləşdirməklə yanaşı, aviasiya, elm və texnika sahəsində çalışan mütəxəssis və tədqiqatçılar, müvafiq sahə üzrə təhsil alan tələbələr və ümumilikdə geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Əqli Mülkiyyət Agentliyinin əməkdaşı beynəlxalq konfransda çıxış edibXəbər verdiyimiz kimi, 2026-ci il 27-28 aprel tarix...
06/05/2026

Əqli Mülkiyyət Agentliyinin əməkdaşı beynəlxalq konfransda çıxış edib

Xəbər verdiyimiz kimi, 2026-ci il 27-28 aprel tarixlərində Moskva şəhərində “Müəllif*Süni intellekt=Əqli Mülkiyyət” mövzusunda “Автор/Author - 2026” VI beynəlxalq elmi-praktiki konfrans keçirilib.

Konfransın ilk günündə baş tutan plenar hissədə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri professor Kamran İmanovun “İnnovativ potensial: Əqli mülkiyyət+süni intellekt” mövzusunda geniş məruzəsi dinlənilib.

Aprelin 28-də beynəlxalq konfrans öz işini seksiyalarda davam edib. Rusiya Dövlət Əqli Mülkiyyət Akademiyasında keçirilən seksiyaya onlayn rejimdə qoşulan Əqli Mülkiyyət Agentliyinin mətbuat katibi Elnur Məmmədli “Dizaynın hüquqi qorunmasının rəqəmsal transformasiyası: əqli mülkiyyət sistemində institusional təkamül və hüquqi çətinliklər (Azərbaycan nümunəsi)” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə müasir dövrdə, xüsusilə də rəqəmsal transformasiya şəraitində dizaynın hüquqi qorunması təhlil edilib.

E.Məmmədli Azərbaycanda əqli mülkiyyət sahəsinin institusional islahatlar və rəqəmsallaşma ilə sıx bağlılığı, Əqli Mülkiyyət Agentliyinin fəaliyyət istiqamətləri, “Patentlərə, Əmtəə Nişanlarına Açıq Hədəf”(PƏNAH) rəqəmli informasiya sistemi, müəlliflik hüququ ilə qorunan əsərlərin qeydiyyatı, sənaye mülkiyyəti obyektlərinin reyestri (“Açıq reyestrlər”) barədə ətraflı məlumat verib.

Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov beynəlxalq konfransda onlayn rejimdə çıxış edib2026-ci i...
04/05/2026

Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov beynəlxalq konfransda onlayn rejimdə çıxış edib

2026-ci il 27-28 aprel tarixində Moskva şəhərində Avrasiya Patent Təşkilatı (APT), Rusiyanın Əqli Mülkiyyət üzrə Federal Xidməti (Rospatent), Rusiyanın “Ali İqtisadiyyat Məktəbi” Milli Tədqiqat Universitetinin “UNESCO-nun müəlliflik hüququ, əlaqəli, mədəni və informasiya hüquqları üzrə kafedrası” Beynəlxalq Elm-Təhsil Mərkəzi və Rusiya Dövlət Əqli Mülkiyyət Akademiyasının birgə təşkilatçılığı ilə “Müəllif*Süni intellekt=Əqli Mülkiyyət” mövzusunda “Автор/Author - 2026” VI beynəlxalq elmi-praktiki konfransı keçirilir.

Tədbirin açılışında UNESCO kafedrasının direktoru professor Mixail Fedotov, Rusiyanın Əqli Mülkiyyət üzrə Federal Xidmətinin rəhbəri Yuriy Zubov, Avrasiya Patent Təşkilatının prezidenti Qriqoriy İvliyev və digərləri çıxış ediblər.

Tədbirə onlayn rejimdə qoşulan Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri professor Kamran İmanov “İnnovativ potensial: Əqli mülkiyyət+süni intellekt” mövzusunda geniş məruzə ilə çıxış edib.

K.İmanovun məruzəsi konfrans iştirakçıları tərəfindən maraqla dinlənilib və alqışlanıb.

K.İmanovun məruzəsinin tam mətni ilə buradan tanış ola bilərsiniz.

Mixail Fedotov maraqlı məruzəyə görə K.İmanova təşəkkürünü bildirib və məruzənin “Əqli Mülkiyyət üzrə Əsərlər” jurnalında dərc edilməsinə razılıq verməsini xahiş edib.”

Address

Government House
Baku

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994124933944

Alerts

Be the first to know and let us send you an email when Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi:

Share