Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, Government Organization, Fətəli Xan Xoyski 109, Baku.
(1)

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məktəbəqədər və ümumi təhsil sahələrində dövlət siyasətinin həyata keçirilməsində iştirak edən, məktəbəqədər, ümumi və məktəbdənkənar təhsil müəssisələrinin fəaliyyətini tənzimləyən, əlaqələndirən və onların fəaliyyətinə dövlət nəzarətini həyata keçirən, Nazirliyin strukturuna daxil olan qurumdur.

02/06/2026

📢 Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi üzrə vakansiya seçiminin nəticələri elan olunub

🗓️ 23 - 26 may tarixlərində keçirilən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsinin nəticələri iştirakçıların şəxsi səhifələrinə göndərilib. Müəllimlər şəxsi kabinetlərinə daxil olaraq nəticələrlə tanış ola bilərlər.

📊 Elektron yerləşdirmə zamanı 14 nəfər şəhid ailəsi üzvü olmaqla ümumilikdə 2022 müəllim iş yerini dəyişdirmək imkanı qazanıb.

ℹ️ Növbəti mərhələdə uğur qazanan müəllimlərin sənədlərinin yoxlanılması prosesi həyata keçiriləcək. Qeyd edək ki, sənədlər yoxlanıldıqdan sonra müəllimlər tutduqları vakant vəzifələrə təyin olunacaqlar.

📌 Sənədlərin yoxlanılması prosesi ilə bağlı məlumat iştirakçıların şəxsi səhifələrinə göndəriləcəkdir.

📢 Müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başlayır🗓️ 2026–2027-ci tədris ili üçün dövlə...
02/06/2026

📢 Müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başlayır

🗓️ 2026–2027-ci tədris ili üçün dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başlayır. Elektron sənəd qəbulu mərhələsi 3-10 iyun tarixlərini əhatə edəcək.

ℹ️ Qeyd edək ki, müsabiqədə iştirak etmək istəyən şəxslər “Digital Login” əldə etdikdən sonra 3 iyun saat 11:00-dan 10 iyun saat 11:00-dək www.miq.edu.az saytına daxil olaraq qeydiyyatdan keçə bilərlər.

📌 Müsabiqədə iştirak edəcək bütün namizədlərə uğurlar arzulayırıq.

“İqtisadiyyat müsabiqəsi”nin “Milli tur” mərhələsi yekunlaşıbÜmumi təhsil müəssisələrinin 9–11-ci sinif şagirdləri arası...
02/06/2026

“İqtisadiyyat müsabiqəsi”nin “Milli tur” mərhələsi yekunlaşıb

Ümumi təhsil müəssisələrinin 9–11-ci sinif şagirdləri arasında təşkil olunan “İqtisadiyyat müsabiqəsi”nin “Milli tur” mərhələsi yekunlaşıb. Bu mərhələdə ölkə üzrə 95 məktəbdən 292 şagird iştirak edib.

Açıq və qapalı tipli suallardan ibarət imtahanda məktəblilər iqtisadiyyat sahəsi üzrə nəzəri biliklərini, eləcə də analitik düşünmə bacarıqlarını nümayiş etdiriblər.

“Milli tur”un nəticələrinə əsasən uğur qazanan şagirdlər Yunanıstanda keçiriləcək “Beynəlxalq Final Tur”da ölkəmizi təmsil etmək hüququ qazanıblar.

Qeyd edək ki, müsabiqənin əsas məqsədi şagirdlər arasında iqtisadi savadlılığın artırılması, analitik və tənqidi düşünmə bacarıqlarının inkişaf etdirilməsi, həmçinin beynəlxalq platformalarda ölkəmizi layiqincə təmsil edəcək gənclərin müəyyənləşdirilməsidir.

Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi ilə bağlı ən çox verilən suallara cavabları t...
02/06/2026

Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi ilə bağlı ən çox verilən suallara cavabları təqdim edirik.

📢 Şəhid ailəsi üzvləri üçün müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsinin nəticələr...
01/06/2026

📢 Şəhid ailəsi üzvləri üçün müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsinin nəticələri elan olundu

Şəhid ailəsi üzvləri üçün 21-22 may tarixlərində keçirilən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsinin nəticələri şəxsi səhifələrə göndərilib. Müəllimlər şəxsi səhifələrinə daxil olaraq vakansiya seçiminin nəticələri ilə tanış ola bilərlər.

Elektron yerləşdirmə zamanı 14 nəfər şəhid ailəsi üzvü müəllim iş yerini dəyişdirmək imkanı qazanıb. Növbəti mərhələdə uğur qazanan müəllimlərin sənədlərinin yoxlanılması prosesi həyata keçiriləcək.

ℹ️ Qeyd edək ki, uğur qazanan müəllimlərin sənədləri yoxlanıldıqdan sonra tutduqları vakansiyaya təyin olunacaq. Sənədlərin yoxlanılması prosesi ilə bağlı məlumat namizədlərin şəxsi səhifələrinə göndəriləcək.

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bütün uşaqları təbrik edirik! 👧🏻🧒🏻🎈
01/06/2026

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bütün uşaqları təbrik edirik! 👧🏻🧒🏻🎈

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bütün uşaqları təbrik edirik! 👧🏻🧒🏻🎈

Azərbaycan regionda ilk adaptiv öyrənmə platformasının hazırlanmasına başlayır. 🇦🇿Elm və Təhsil Nazirliyi, Rəqəmsal İnki...
29/05/2026

Azərbaycan regionda ilk adaptiv öyrənmə platformasının hazırlanmasına başlayır. 🇦🇿

Elm və Təhsil Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və “OpenAI” arasında imzalanan əməkdaşlıq memorandumu çərçivəsində 500 mindən çox şagird üçün süni intellekt əsaslı fərdiləşdirilmiş öyrənmə imkanları yaradılacaq.

“Rəqəmsal məktəb” layihəsi çərçivəsində hazırlanacaq platforma şagirdlərin bilik səviyyəsini analiz edəcək, fərdi tapşırıqlar təqdim edəcək və müəllimlər üçün real vaxt statistikaları formalaşdıracaq.

Əməkdaşlıq çərçivəsində həmçinin innovasiya ekosisteminin inkişafı üçün hakatonların, “build days” formatlı tədbirlərin, eləcə də strukturlaşdırılmış tədqiqat üzrə əlaqələrin təşkili nəzərdə tutulur.

Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23114-1

Azərbaycan regionda ilk adaptiv öyrənmə platformasının hazırlanmasına başlayır. 🇦🇿

Elm və Təhsil Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və “OpenAI” arasında imzalanan əməkdaşlıq memorandumu çərçivəsində 500 mindən çox şagird üçün süni intellekt əsaslı fərdiləşdirilmiş öyrənmə imkanları yaradılacaq.

“Rəqəmsal məktəb” layihəsi çərçivəsində hazırlanacaq platforma şagirdlərin bilik səviyyəsini analiz edəcək, fərdi tapşırıqlar təqdim edəcək və müəllimlər üçün real vaxt statistikaları formalaşdıracaq.

Əməkdaşlıq çərçivəsində həmçinin innovasiya ekosisteminin inkişafı üçün hakatonların, “build days” formatlı tədbirlərin, eləcə də strukturlaşdırılmış tədqiqat üzrə əlaqələrin təşkili nəzərdə tutulur.

Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23114-1

Elm və Təhsil Nazirliyi, Təhsil İnstitutu və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə 20...
26/05/2026

Elm və Təhsil Nazirliyi, Təhsil İnstitutu və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə 2025-ci ilin noyabr ayından etibarən həyata keçirilən BilBacar müsabiqəsinin 2025/2026-cı tədris ili üzrə finalçıları elan olunub.

BilBacar hesabına daxil olaraq nəticələri görmək mümkündür.

Final imtahanı ilə bağlı yaxın günlərdə ətraflı məlumat veriləcək.

Final mərhələsinə vəsiqə qazanan bütün şagirdlərimizə uğurlar arzulayırıq!

Mayın 26-da elm və təhsil naziri Emin Əmrullayev Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayevlə birgə Qax şəhərin...
26/05/2026

Mayın 26-da elm və təhsil naziri Emin Əmrullayev Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayevlə birgə Qax şəhərində yerləşən 5 nömrəli tam orta ümumtəhsil məktəbində olub.

Səfər çərçivəsində məktəbdə yaradılmış şəraitlə tanışlıq olub, tədris prosesi izlənilib. Daha sonra nazir məktəbin pedaqoji kollektivi ilə də görüşüb, müəllimlərin tədris prosesinin təşkili, peşəkar inkişaf və təhsil mühitinin təkmilləşdirilməsi ilə bağlı fikir və təkliflərini dinləyib, müvafiq tövsiyə və tapşırıqlarını çatdırıb.

Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23111-1

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov iyunun 10-da Neftçalada vətəndaşları qəbul ...
26/05/2026

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov iyunun 10-da Neftçalada vətəndaşları qəbul edəcək.

📍 Qəbula kimlər yazıla bilər?
Biləsuvar, Hacıqabul, Neftçala, Salyan rayonlarının və Şirvan şəhərinin sakinləri

📌 Qəbula necə yazılmaq olar?

✅ Çağrı mərkəzi: 146-2 ilə əlaqə saxlayaraq
✅ Elektron formada www.edu.gov.az saytının “Əlaqə” bölməsinə daxil olaraq ⁠
✅ Whatsapp vasitəsilə +994 51 206 78 48

⏰ Qeydiyyat üçün son tarix: 4 iyun 2026-cı il (saat 18:00-dək)

❗️ Qəbulda iştirak etmək üçün qeydiyyat mütləqdir.

Address

Fətəli Xan Xoyski 109
Baku

Alerts

Be the first to know and let us send you an email when Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi:

Share