Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi

“KOICA” Azərbaycan Məzunlar Assosiasiyasının ( ) təşəbbüsü, Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin ( ) dəstəyi,   İnk...
03/06/2026

“KOICA” Azərbaycan Məzunlar Assosiasiyasının ( ) təşəbbüsü, Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin ( ) dəstəyi, İnkişaf və Nazirliyinin təşkilatçılığı ilə həyata keçirilən “Uşaqlara 2” qrant layihəsi uğurla yekunlaşıb.

Sonuncu maarifləndirmə təlimi 2 saylı Uşaq evi sosial xidmət müəssisəsində təşkil olunub. Uşaqlara fərdi məlumatlar və onların mühafizəsi yolları, və sosial mediadan təhlükəsiz istifadə üsulları, internetdə qarşılaşa biləcəkləri təhlükələr və qaydaları, rəqəmsal bacarıqları inkişaf etdirməyin yolları barədə məlumat verilib.

İnteraktiv formada keçən görüşdə uşaqların sualları cavablandırılıb və onları maraqlandıran mövzular izah olunub.

Sonda iştirakçılara sertifikat və hədiyyələr təqdim edilib.

Ətraflı: https://bit.ly/4x69JbK

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev kibertəhlükəsizlik sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı F...
02/06/2026

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev kibertəhlükəsizlik sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı Fərman imzalayıb. Fərmana əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin əsasında Nazirliyin tabeliyində “Milli Kibertəhlükəsizlik Agentliyi” publik hüquqi şəxs yaradılıb.

Yeni Agentlik ölkədə kibertəhlükəsizlik sahəsində tənzimləmə və nəzarəti həyata keçirəcək, informasiya infrastrukturunun dayanıqlılığının artırılması, kibertəhlükələrin aşkarlanması və qarşısının alınması, yayılması qadağan edilən informasiyanın internet informasiya ehtiyatlarında yerləşdirilməsinə qarşı tədbirlərin görülməsi, fərdi məlumatların mühafizəsi, eləcə də əhalinin və təşkilatların maarifləndirilməsi istiqamətində fəaliyyət göstərəcək.

Fərmana əsasən, Milli Kibertəhlükəsizlik Agentliyi Elektron Təhlükəsizlik Xidmətinin hüquqi varisidir, onun bütün hüquq və öhdəlikləri, eləcə də əmlakı Agentliyə keçir. Agentliyin fəaliyyətinə sədr və üç müavindən ibarət İdarə Heyəti rəhbərlik və nəzarət edəcək.

Sənədlə, həmçinin bir sıra normativ hüquqi aktlara dəyişiklik edilib, Elektron Təhlükəsizlik Xidməti ilə bağlı müddəalar yeni yaradılan Agentliyə uyğunlaşdırılıb.

Prezidentin Fərmanı ilə Milli Kibertəhlükəsizlik Agentliyinin Nizamnaməsi təsdiq edilib.

Ətraflı: https://bit.ly/3QgrrZB

  İnkişaf və   Nazirliyi “ ” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi ilə əməkdaşlıq çərçivəsində şəhid ailələrinin əl iş...
02/06/2026

İnkişaf və Nazirliyi “ ” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi ilə əməkdaşlıq çərçivəsində şəhid ailələrinin əl işlərinin V sərgi-satış yarmarkasını təşkil edib.

Ənənəvi olaraq keçirilən tədbir şəhid ailələrinin sosial rifahının yaxşılaşdırılmasına töhfə vermək, onlara mənəvi dəstək olmaq məqsədi daşıyır.

Sərgidə 32 nəfərin 430-a qədər rəsm əsəri və əl işi nümayiş olunub.

Nazirlik və tabeliyində fəaliyyət göstərən qurumların əməkdaşlarının fəal iştirakı nəticəsində təqdim olunan bütün məhsullar satılıb.

  inkişaf və   naziri Rəşad Nəbiyev (Rəşad Nəbiyev) ABŞ Dövlət katibinin iqtisadiyyat, enerji və biznes məsələləri üzrə ...
02/06/2026

inkişaf və naziri Rəşad Nəbiyev (Rəşad Nəbiyev) ABŞ Dövlət katibinin iqtisadiyyat, enerji və biznes məsələləri üzrə köməkçisi Kaleb Orrun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

Görüş zamanı və nəqliyyat sahələrində əməkdaşlıq perspektivləri, süni və istiqamətlərində normativ-hüquqi bazanın genişləndirilməsi, eləcə də ölkəmizdə data mərkəzinin tikintisi məqsədilə ABŞ dövlət qurumları və şirkətləri ilə tərəfdaşlıq məsələləri müzakirə edilib.

Həmçinin Orta Dəhlizin genişləndirilməsi, Zəngəzur dəhlizinin inkişafı istiqamətində görülən və planlaşdırılan işlər, bu proseslərdə ABŞ şirkətlərinin iştirak perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

02/06/2026

Mülki ölkəmizin sisteminin əsas sahələrindən biri olmaqla təhlükəsiz, sürətli və etibarlı hava nəqliyyatının təmin edilməsində xüsusi rol oynayır.

Bu sahənin inkişafına töhfə verən bütün aviasiya işçilərini peşə bayramı münasibətilə təbrik edirik!

İyunun 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində ke...
01/06/2026

İyunun 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi “Caspian Power” və 31-ci “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak edib.

Dövlətimizin başçısı tədbirdə çıxış edərək bildirib ki:

- Nəqliyyat sahəsində əldə etdiyimiz nailiyyətlərlə də haqlı olaraq fəxr edə bilərik. Dəmir yolu və avtomobil yolu infrastrukturuna qoyduğumuz sərmayələr sayəsində yeni nəqliyyat dəhlizləri açmışıq və qitələri bir-biri ilə əlaqələndirmişik.

- Şərq-Qərb dəhlizi uğurla fəaliyyət göstərir. Şübhəsiz ki, Şərq-Qərb dəhlizinin yeni qolu olacaq Zəngəzur dəhlizi də inşa ediləcəkdir. Bu, ötən il avqustun 8-də Ağ Evdə Amerika Birləşmiş Ştatlarının Prezidenti, Ermənistanın Baş naziri və mənim tərəfimdən imzalanmış sənədə əsaslanır. Bütün bunlar hamımız üçün böyük sərvətdir.

Prezident İlham Əliyev “Bakı Enerji Həftəsi”nin iştirakçılarına müraciət ünvanlayıb.
01/06/2026

Prezident İlham Əliyev “Bakı Enerji Həftəsi”nin iştirakçılarına müraciət ünvanlayıb.

Azərbaycan Yunanıstanın Patras şəhərində Balkan və Qara Dəniz regionlarının   bağlantılarına həsr edilən beynəlxalq konf...
01/06/2026

Azərbaycan Yunanıstanın Patras şəhərində Balkan və Qara Dəniz regionlarının bağlantılarına həsr edilən beynəlxalq konfransda təmsil olunub. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) nəzdində fəaliyyət göstərən Beynəlxalq Nəqliyyat Forumunun ( ) analitiki, İnkişaf və Nəqliyyat Nazirliyinin BNF-yə ezam olunan nümayəndəsi Əliş İsmayılov konfrans çərçivəsində keçirilən sessiyada çıxış edib.

Çıxışı zamanı Əliş İsmayılov bildirib ki, son illərdə qlobal təchizat zəncirləri ciddi sınaqlarla üzləşib, Avropa ilə Asiya arasında alternativ və dayanıqlı nəqliyyat marşrutlarının əhəmiyyəti daha da artıb. Bu kontekstdə Orta Dəhliz Avropa və Asiyanı birləşdirən strateji, iqtisadi cəhətdən səmərəli və dayanıqlı bağlantı xətti kimi formalaşır.

Həmçinin vurğulanıb ki, beynəlxalq bağlantıların gücləndirilməsi Azərbaycanın BNF-yə 2025 – 2026-cı illərdə həyata keçirdiyi sədrliyin əsas prioritetlərindən olub. Orta Dəhlizlə bağlı mövzu təşkilatın gündəliyində xüsusi yer tutub və gələcəkdə də bu istiqamətdə müzakirələrin davam etdirilməsi gözlənilir.

Ətraflı: https://bit.ly/49A133j

“KOICA” Azərbaycan Məzunlar Assosiasiyasının ( ) təşəbbüsü, Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin ( ) dəstəyi və   İ...
01/06/2026

“KOICA” Azərbaycan Məzunlar Assosiasiyasının ( ) təşəbbüsü, Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin ( ) dəstəyi və İnkişaf və Nazirliyinin təşkilatçılığı ilə icra olunan “Uşaqlara 2” qrant layihəsi davam edir.

Növbəti maarifləndirici tədbir “Azərbaycan Uşaqları” İctimai Birliyinin Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzində keçirilib.

Ətraflı: https://bit.ly/4u9AABb

Azərbaycanda ilk   kontorunun yaranması ilə ölkəmizdə poçt və rabitə xidmətlərinin formalaşması və inkişafının əsası qoy...
01/06/2026

Azərbaycanda ilk kontorunun yaranması ilə ölkəmizdə poçt və rabitə xidmətlərinin formalaşması və inkişafının əsası qoyuldu.

Ölkəmizdə bu sahənin inkişafına töhfə verən bütün əməkdaşları təbrik edir, onlara fəaliyyətlərində uğurlar arzulayırıq!

Address

Zərifə Əliyeva Küçəsi, 77
Baku
AZ1000

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994125985858

Alerts

Be the first to know and let us send you an email when Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi:

Share