Hüquq Ədəbiyyatı Mağazası Магазин Юридической Литературы

  • Home
  • Azerbaijan
  • Baku
  • Hüquq Ədəbiyyatı Mağazası Магазин Юридической Литературы

Hüquq  Ədəbiyyatı Mağazası  Магазин Юридической Литературы Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Hüquq Ədəbiyyatı Mağazası Магазин Юридической Литературы, Library, L. Tolstoy küç. 191, Baku.

Əziz  oxucularımız!    Novruz və Ramazan bayramlarınız münasibətilə Sizləri səmimi qəlbdən təbrik edirik.      Arzu edir...
20/03/2026

Əziz oxucularımız!

Novruz və Ramazan bayramlarınız münasibətilə Sizləri səmimi qəlbdən təbrik edirik.
Arzu edirik ki, bu müqəddəs günlər sizin üçün sağlamlıq, xoşbəxtlik, ruzi- bərəkət və ailə birliyi gətirsin.
Bayramınız mübarək olsun!

Hörmətli oxucular!Hüquq Ədəbiyyatı Mərkəzi olaraq sizi qarşıdan gələn Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Gün...
31/12/2025

Hörmətli oxucular!
Hüquq Ədəbiyyatı Mərkəzi olaraq sizi qarşıdan gələn Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirik.
Geridə qoyduğumuz il ərzində hüquqi biliklərin artırılması, elmi və praktik hüquq ədəbiyyatının oxuculara daha əlçatan olması istiqamətində göstərdiyiniz maraq və etimada görə hər birinizə təşəkkür edirik. Sizin dəstəyiniz və marağınız fəaliyyətimizin əsas motivasiyasıdır.
Yeni ilin sizə möhkəm sağlamlıq, firavan həyat, elmi və peşəkar uğurlar, hüquqi düşüncədə daha böyük nailiyyətlər gətirməsini arzulayırıq. Ümid edirik ki, qarşıdakı ildə də sizi dəyərli hüquq ədəbiyyatı və faydalı resurslarla sevindirəcəyik.
Yeni iliniz mübarək!

Hörmətlə,
Hüquq Ədəbiyyatı Mərkəzi

8 Noyabr – Zəfər Günü!Bu gün Azərbaycan tarixinin ən qürurlu, ən şərəfli səhifəsidir!Qəhrəman ordumuzun, igid oğullarımı...
08/11/2025

8 Noyabr – Zəfər Günü!
Bu gün Azərbaycan tarixinin ən qürurlu, ən şərəfli səhifəsidir!
Qəhrəman ordumuzun, igid oğullarımızın qanı, canı bahasına qazanılmış bu zəfər hər birimizin qəlbində əbədi yaşayacaq!
Bu torpaqlar uğrunda şəhid olan hər bir qəhrəmanımıza rəhmət, qazilərimizə can sağlığı diləyirəm.
Qoy üçrəngli bayrağımız daim göylərdə dalğalansın, vətənimiz əbədi azad, millətimiz bir olsun!

Qürur duy, Azərbaycan!
Zəfər Günümüz mübarək!

🇦🇿 **27 Sentyabr – Anım Günü**27 sentyabr Azərbaycan tarixində unudulmaz günlərdən biridir. 2020-ci ilin məhz həmin günü...
27/09/2025

🇦🇿 **27 Sentyabr – Anım Günü**

27 sentyabr Azərbaycan tarixində unudulmaz günlərdən biridir. 2020-ci ilin məhz həmin günündə Ermənistanın törətdiyi təxribatlara cavab olaraq Ali Baş Komandan İlham Əliyevin əmri ilə Azərbaycan Ordusu əks-hücuma keçdi və Vətən müharibəsi başlandı. 44 gün davam edən bu mübarizə xalqımızın birlik və iradəsi ilə tarixi Qələbə ilə yekunlaşdı.

Bu gün biz Vətən uğrunda canını fəda etmiş bütün şəhidlərimizi dərin ehtiramla yad edir, ruhları qarşısında baş əyirik. Onların qəhrəmanlığı sayəsində üçrəngli bayrağımız işğaldan azad olunmuş torpaqlarda qürurla dalğalanır.

Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı və uzun ömür versin!

Qarabağ AZƏRBAYCANDIR!!! 🇦🇿

26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun bütün hərbi qulluqçularını təbrik edir,   ölkəmizin   ...
26/06/2025

26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun bütün hərbi qulluqçularını təbrik edir, ölkəmizin təhlükəsizliyi və ərazi bütövlüyünün qorunmasında göstərdikləri peşəkarlıq və fədakarlığa görə dərin təşəkkürümüzü bildiririk.

Yaşasın Azərbaycan Ordusu!

23/06/2025

Diqqət!
Əziz oxucularımız,

Bu gündən etibarən mağazamız kitabxana kimi fəaliyyətini davam etdirəcək!
Sizi yeni kitablarla tanış olmağa, oxumağa və paylaşmağa dəvət edirik.

Yeni ünvanımız – bilik, mədəniyyət və söhbət məkanıdır!
Hamınızı gözləyirik!

Əziz oxucularımız!Dünya müsəlmanlarının mənəvi birlik və həmrəylik rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə ürəkd...
06/06/2025

Əziz oxucularımız!
Dünya müsəlmanlarının mənəvi birlik və həmrəylik rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edirik, ən səmimi arzu və diləklərimizi yetiririk. Etdiyiniz duaların, kəsdiyiniz qurbanların Tanrı dərgahında qəbul olunmasını arzu edirik. Qoy bu nurlu bayram ailələrinizə xoşbəxtlik, süfrələrinizə xeyir-bərəkət gətirsin.

Qurban bayramınız mübarək olsun!

28/04/2025
Hörmətli oxucularımız,Hüquq Ədəbiyyatı Mağazası Sizi yeni kitab əldə etməyə dəvət edir.
28/04/2025

Hörmətli oxucularımız,
Hüquq Ədəbiyyatı Mağazası Sizi yeni kitab əldə etməyə dəvət edir.

Address

L. Tolstoy Küç. 191
Baku

Telephone

+99412 498 13 14

Website

Alerts

Be the first to know and let us send you an email when Hüquq Ədəbiyyatı Mağazası Магазин Юридической Литературы posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category