25/05/2026
[AZ/UKR]
🇦🇿
25–31 may tarixlərində Ukraynada cəmiyyətin diqqətini əlçatan mühitin yaradılması, bütün vətəndaşlar üçün bərabər imkanların təmin olunması, maneəsiz məkanların, xidmətlərin və informasiyanın inkişaf etdirilməsi, eləcə də hörmət, ləyaqət və insan mərkəzli kommunikasiya mədəniyyətinin təşviq edilməsinə yönəlmiş Milli Maneəsizlik Həftəsi keçirilir. Milli Maneəsizlik Həftəsi Ukraynada maneəsiz mühitin yaradılması strategiyasının həyata keçirilməsi çərçivəsində təşkil olunur və Ukraynanın Birinci xanımı Olena Zelenskanın “Maneəsiz” təşəbbüsünün davamıdır.
Ukrayna Xarici İşlər Nazirliyi dövlətimizin maneəsizlik prinsiplərinə demokratik inkişafın, Avropa inteqrasiyasının, insan hüquqlarının müdafiəsinin və Ukraynanın dayanıqlı bərpasının ayrılmaz hissəsi kimi sadiqliyini təsdiqləyir. Söhbət yalnız infrastrukturun fiziki əlçatanlığından deyil, həm də dövlət xidmətlərinin, məlumatın, təhsilin, əmək fəaliyyətinin, mədəniyyətin, rəqəmsal xidmətlərin, beynəlxalq qarşılıqlı fəaliyyətin və hər bir insanın ictimai həyatda tam iştirak imkanının əlçatanlığından gedir.
Rusiya Federasiyasının davam edən silahlı təcavüzü şəraitində bu mövzu Ukrayna üçün xüsusi əhəmiyyət kəsb edib. Müharibə milyonlarla insan üçün əlavə maneələr yaradır: veteranlar, əlilliyi olan şəxslər, yaşlı insanlar, uşaqlı valideynlər, məcburi köçkünlər, cəbhə xəttinə yaxın icmalarda yaşayanlar, mina təhlükəsindən, xəsarətlərdən, yaşayış yerinin itirilməsindən və ya məcburi köçürülmədən zərər çəkmiş şəxslər üçün. Ukrayna diplomatiyası beynəlxalq tərəfdaşların diqqətini bu çağırışlara və onların sistemli şəkildə aradan qaldırılması zərurətinə bundan sonra da yönəldəcək.
Ukrayna Xarici İşlər Nazirliyi hesab edir ki, Ukraynanın bərpası yalnız sürətli və effektiv deyil, ilk növbədə inklüziv, əlçatan və insan mərkəzli olmalıdır. İnfrastrukturun, dövlət xidmətlərinin, icmaların, təhsil, tibb, sosial və mədəni məkanların bərpası müxtəlif insan qruplarının ehtiyacları nəzərə alınmaqla, universal dizayn, bərabər imkanlar və insan ləyaqətinə hörmət prinsipləri əsasında həyata keçirilməlidir.
Düzgün, diskriminasiyasız və maneəsiz dil mədəniyyətinin formalaşdırılması ayrıca əhəmiyyət daşıyır. Ukrayna Xarici İşlər Nazirliyi “Maneəsizlik terminologiyası” adlı dövlət dili standartının təsdiq edilməsini alqışlayır. Bu, Ukraynada diskriminasiyasız leksikanı vahidləşdirən və rəsmi istifadədən çıxarılmalı söz və ifadələrin siyahısını müəyyən edən ilk belə standartdır. Standart əlilliyi olan şəxslərin, veteranların, uşaqlı valideynlərin və stereotiplərlə üzləşən digər qrupların hüquq və imkanlarına aid yüzdən çox termini əhatə edir. Dövlətin dili hörmət dili olmalıdır.
Ukrayna Xarici İşlər Nazirliyi əlçatanlıq və inklüzivlik prinsiplərini institusional siyasətinə, konsulluq fəaliyyətinə və beynəlxalq əməkdaşlığına ardıcıl şəkildə inteqrasiya edir. Diplomatik xidmət üçün bu, xaricdə yaşayan Ukrayna vətəndaşları üçün dövlət xidmətlərinin əlçatanlığı, rəqəmsal və distant qarşılıqlı fəaliyyət formatlarının inkişafı, xarici diplomatik nümayəndəliklərin əlçatanlığının artırılması, eləcə də Ukrayna diplomatiyasının gündəlik fəaliyyətində düzgün kommunikasiya prinsiplərinin tətbiqi deməkdir.
Ukrayna əlçatan, inklüziv və insan mərkəzli mühitin qurulmasında dövlətimizi dəstəkləyən beynəlxalq tərəfdaşlara, xarici hökumətlərə, beynəlxalq təşkilatlara, donor qurumlara, ekspertlərə və vətəndaş cəmiyyəti nümayəndələrinə minnətdardır. Ukraynanın resurslarının böyük hissəsinin Rusiya təcavüzünə qarşı müdafiəyə yönəldildiyi bir şəraitdə bu dəstək xüsusilə vacibdir.
Ukrayna Xarici İşlər Nazirliyi beynəlxalq tərəfdaşları Ukraynaya dəstək proqramlarında maneəsizlik məsələsini bundan sonra da prioritet kimi saxlamağa çağırır. Xüsusilə infrastrukturun bərpası, reabilitasiya, sosial həmrəylik, rəqəmsal əlçatanlıq, təhsil, səhiyyə, mədəniyyət, nəqliyyat, yaşayış və dövlət xidmətləri sahələrində. Maneəsiz bərpa yalnız rahatlıq və ya texniki standart məsələsi deyil. Bu, insan hüquqları, demokratik dayanıqlıq və Ukraynanın ədalətli gələcəyi məsələsidir.
Milli Maneəsizlik Həftəsi çərçivəsində Ukrayna bir daha təsdiq edir: güclü Avropa dövləti elə bir dövlətdir ki, orada hər bir insan maneələr, stereotiplər və diskriminasiya olmadan öz hüquqlarını həyata keçirə, xidmət və məlumat əldə edə, işləyə, təhsil ala, səyahət edə, ictimai həyatda iştirak edə və eşidilə bilər.
Maneəsizlik — insanın bacara bilməsidir. Biz məhz belə bir Ukrayna qururuq — əlçatan, ləyaqətli, inklüziv və Avropa dəyərlərinə uyğun bir Ukrayna.
🇺🇦
З 25 по 31 травня в Україні проходить Національний тиждень безбар’єрності, покликаний привернути увагу суспільства до необхідності створення доступного середовища, рівних можливостей для всіх громадян, розвитку безбар’єрних просторів, сервісів та інформації, а також утвердження культури поваги, гідності та людиноцентричної комунікації. Національний тиждень безбар’єрності відбувається в межах реалізації стратегії створення безбар’єрного простору в Україні та продовжує ініціативу Першої леді України Олена Зеленська “Без бар’єрів”.
Міністерство закордонних справ України підтверджує відданість нашої держави принципам безбар’єрності як невід’ємній складовій демократичного розвитку, європейської інтеграції, захисту прав людини та стійкого відновлення України. Йдеться не лише про фізичну доступність інфраструктури, а й про доступність державних послуг, інформації, освіти, праці, культури, цифрових сервісів, міжнародної взаємодії та повноцінної участі кожної людини в суспільному житті.
В умовах триваючої збройної агресії Російської Федерації ця тематика набула для України особливого значення. Війна створює додаткові бар’єри для мільйонів людей: ветеранів і ветеранок, людей з інвалідністю, людей старшого віку, батьків із дітьми, внутрішньо переміщених осіб, жителів громад, наближених до лінії фронту, осіб, які постраждали від мінної небезпеки, травм, втрати житла чи вимушеного переміщення. Українська дипломатія і надалі привертатиме увагу міжнародних партнерів до цих викликів та необхідності їх системного подолання.
МЗС України виходить із того, що відбудова України має бути не лише швидкою та ефективною, а передусім інклюзивною, доступною та людиноцентричною. Відновлення інфраструктури, державних сервісів, громад, освітніх, медичних, соціальних і культурних просторів має здійснюватися з урахуванням потреб різних груп людей та на основі принципів універсального дизайну, рівності можливостей і поваги до людської гідності.
Окреме значення має формування культури коректної, недискримінаційної та безбар’єрної мови. Міністерство закордонних справ України вітає затвердження стандарту державної мови “Термінологія безбар’єрності” – першого в Україні стандарту такого типу, який уніфікує недискримінаційну лексику та визначає перелік слів і висловів, що мають бути виведені з офіційного вжитку. Стандарт охоплює понад сотню термінів, що стосуються прав і можливостей людей з інвалідністю, ветеранів і ветеранок, батьків із дітьми та інших груп, які стикаються з упередженнями. Мова держави має бути мовою поваги.
Міністерство закордонних справ України послідовно інтегрує принципи доступності та інклюзивності у свою інституційну політику, консульську діяльність і міжнародну взаємодію. Для дипломатичної служби це означає доступність державних сервісів для громадян України за кордоном, розвиток цифрових і дистанційних форматів взаємодії, підвищення доступності закордонних дипломатичних установ, а також впровадження коректної комунікації у щоденній роботі української дипломатії.
Україна вдячна міжнародним партнерам, іноземним урядам, міжнародним організаціям, донорам, експертам і представникам громадянського суспільства, які підтримують нашу державу у розбудові доступного, інклюзивного та людиноцентричного простору. Така підтримка є особливо важливою в умовах, коли значна частина ресурсів України спрямована на захист держави від російської агресії.
МЗС України закликає міжнародних партнерів і надалі пріоритизувати безбар’єрність у програмах підтримки України, зокрема у сферах відновлення інфраструктури, реабілітації, соціальної згуртованості, цифрової доступності, освіти, охорони здоров’я, культури, транспорту, житла та державних сервісів. Безбар’єрна відбудова є не лише питанням комфорту чи технічних стандартів. Це питання прав людини, демократичної стійкості та справедливого майбутнього України.
У Національний тиждень безбар’єрності Україна підтверджує: сильна європейська держава – це держава, у якій кожна людина може реалізовувати свої права, отримувати послуги та інформацію, працювати, навчатися, подорожувати, брати участь у суспільному житті та бути почутою без перешкод, упереджень і дискримінації.
Безбар’єрність – це коли людина може. Саме таку Україну ми будуємо – доступну, гідну, інклюзивну та європейську.