25/11/2019
Yeni Azərbaycan Partiyası yarananda onun ən üstün, müsbət cəhəti ondan ibarət olmuşdur ki, onun amalı, məqsədləri, qəbul etdiyi proqram müstəqil Azərbaycan respublikasında demokratik, hüququ, dünyəvi dövlət qurmaq, Azərbaycanda demokratik prinsipləri bərqərar etmək, Azərbaycanı dünya iqtisadiyyatına bağlamaq, ölkədə iqtisadi-siyasi islahatlar həyata keçirmək və Azərbaycanı inkişaf etdirmək olubdur. Bunlar hamısı YAP-ın proqramında öz əksini tapıb. Bunlar hamısı indi Azərbaycan Respublikasının həm daxili, həm xarici, siyasətinin əsasını təşkil edir və nəhayət bunların hamısı 1995-ci il noyabr ayının 12-də referendum əsasında qəbul etdiyimiz Konstitusiyada öz əksini tapıb.
Yeni Azərbaycan Partiyasının çox parlaq gələcəyi var. YAP daim yaşayacaqdır. Mən əminəm ki, YAP-a yeni-yeni gənc üzvlər gələcəklər, bu partiyanın prinsiplərini günü-gündən yüksəklərə qaldıracaqlar və Yeni Azərbaycan Partiyasının gələcəyinə xidmət edəcəkdir”.
Heydər Əliyev