Tarix və Etnologiya İnstitutu

Tarix və Etnologiya İnstitutu Tarix İnstitutunun rəsmi facebook səhifəsi

Tarix İnstitutunda Azərbaycan tarixi və dövlətçiliyi üçün böyük siyasi prinsipiallıq və elmi aktuallıq kəsb edən istiqamətlərdə araşdırmalar aparılır.

İnstituta professor Kərim Şükürov rəhbərlik edir.

02/06/2026
02/06/2026

AMEA-nın Tarix və Etnologiya İnstitutunun baş elmi işçisi, tarix elmləri doktoru, Dövlət Mükafatı laureatı Güntəkin Nəcəflinin uydurma “Böyük Ermənistan” dövləti barədə iddialardan bəhs edən yazısı dərc olunub.

Həmin yazını təqdim edirik.

Ətrafl: https://science.gov.az/az/news/open/36202

Yasamalda 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilibYasamal Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ...
02/06/2026

Yasamalda 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib

Yasamal Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Günel Musayeva çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının dövlətçilik, milli istiqlal və demokratik inkişaf ideyalarından bəhs edib.
Günel Musayeva bildirib ki, müasir Azərbaycan Respublikasının əldə etdiyi siyasi, iqtisadi və hərbi uğurlar, ölkəmizin beynəlxalq nüfuzunun yüksəlməsi, eləcə də ərazi bütövlüyü və suverenliyinin tam bərpa olunması cümhuriyyət xadimlərinin arzu və məqsədlərinin uğurla reallaşdığını nümayiş etdirir.
Çıxış zamanı müstəqillik tariximizin öyrənilməsinin, Azərbaycan Xalq Cümhuriyyətinin zəngin irsinin qorunaraq gələcək nəsillərə çatdırılmasının bu gün də qarşıda duran mühüm vəzifələrdən biri olduğu vurğulanıb.
Tədbirdə Müstəqillik Gününün tarixi əhəmiyyəti, Azərbaycan dövlətçiliyinin inkişaf yolu və milli-mənəvi dəyərlərin qorunması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

AMEA Naxçıvan Bölməsində “Molla Nəsrəddin–120” mövzusunda respublika elmi konfransı keçirilib     Azərbaycan Milli Elmlə...
01/06/2026

AMEA Naxçıvan Bölməsində “Molla Nəsrəddin–120” mövzusunda respublika elmi konfransı keçirilib
Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi, AMEA A.A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutu və AMEA Naxçıvan Bölməsi Həmkarlar İttifaqı Təşkilatının birgə təşkilatçılığı ilə “Molla Nəsrəddin–120” mövzusunda respublika elmi konfransı keçirilib.

Konfransın plenar iclasında AMEA Naxçıvan Bölməsinin sədri, AMEA-nın həqiqi üzvü, tarix elmləri doktoru, professor İsmayıl Hacıyev giriş sözü ilə çıxış edib. O, XX əsrin əvvəllərində Azərbaycan mətbuatının inkişaf mərhələlərindən bəhs edərək “Molla Nəsrəddin” jurnalının yaranması, inkişafı və yayılması haqqında ətraflı məlumat verib. Bildirib ki, Ümummilli lider Heydər Əliyev Cəlil Məmmədquluzadənin ədəbi irsinə yüksək qiymət verib. Qeyd olunub ki, jurnal, ümumilikdə, 748 nömrə ilə nəşr edilib və milli ictimai fikrin formalaşmasında mühüm rol oynayıb. Karikaturaların ideya-tərbiyəvi əhəmiyyəti vurğulanıb, müəllifin “Ölülər”, “Usta Zeynal”, “Poçt qutusu”, “Qurbanəli bəy” kimi əsərlərindən nümunələr təqdim edilib. Heydər Əliyevin “Ölülər” əsəri haqqında söylədiyi fikirlər iştirakçıların diqqətinə çatdırılıb.

Plenar iclasda həmçinin AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Əbülfəz Quliyev “Molla Nəsrəddin” jurnalı və əlifba islahatı problem” mövzusunda məruzə edib. O, Cəlil Məmmədquluzadənin 1920-ci ilə qədərki fəaliyyəti və sonrakı dövrdə jurnalın tarixi inkişaf mərhələləri barədə məlumat verərək bildirib ki, “Molla Nəsrəddin” jurnalı 25 il fəaliyyət göstərib. Əbülfəz Quliyev, həmçinin “Yeni yol” qəzetinin fəaliyyətinə də toxunub.

AMEA A.A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, professor Hacı Həsənov çıxışında Cəlil Məmmədquluzadənin XIX əsrin sonu – XX əsrin əvvəllərində Azərbaycan ictimai həyatında oynadığı rolu vurğulayıb, “Molla Nəsrəddin” jurnalının ictimai-siyasi və mədəni mühitə təsirindən danışıb.

AMEA Naxçıvan Bölməsi Əlyazmalar Fondunun direktoru, filologiya elmləri doktoru Fərman Xəlilov isə jurnalın dünya mətbuat tarixində xüsusi yer tutduğunu bildirib, onun Təbrizdə nəşr olunan nömrələri və Mirzəli Möcüzün yaradıcılığı haqqında fikirlərini bölüşüb.

Konfrans daha sonra bölmə iclasları ilə davam etdirilib.

I və II bölmə iclaslarında AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, filologiya elmləri doktoru, dosent Ramiz Qasımov “Azərbaycanda ictimai-ədəbi düşüncənin inkişafında “Molla Nəsrəddin” jurnalının rolu”, həmin institutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Zülfiyyə İsmayıl “Molla Nəsrəddin” jurnalında ana dilinin saflığının qorunması məsələləri”, AMEA A.A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Şimali Azərbaycanın XIX–XX əsrin əvvəlləri tarixi şöbəsinin aparıcı elmi işçiləri, tarix üzrə fəlsəfə doktorları, dosentlər Emilya Əliyeva “Cəlil Məmmədquluzadə və Azərbaycan jurnalistikası”, Eldar Əliyev “Azərbaycan tələbələrinin mədəni həyatında “Molla Nəsrəddin” jurnalının rolu”, Zəfər Kərimov “Molla Nəsrəddin” jurnalının Təbriz fəaliyyəti dövrü (1921-ci il)” və Ramil Niftəliyev “Molla Nəsrəddin” jurnalının təhsis olunmasının səbəbləri və ilk sayı haqqında”, həmin şöbənin müdiri, tarix üzrə fəlsəfə doktoru, professor Hacı Həsənov “Cəlil Məmmədquluzadə və dövrün ictimai-siyasi mühiti”, AMEA A.A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Dünya tarixi şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Mirnazim Cəfərov “Molla Nəsrəddin” beynəlxalq aləmdə”, AMEA Naxçıvan Bölməsi Aparatının Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Mehriban Sultanova “Molla Nəsrəddin” jurnalının janr, ideya və üslub xüsusiyyətləri”, AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Orucova “Molla Nəsrəddin” şeir məktəbinin yaranması və inkişafı məsələləri”, həmin institutun Təsviri və dekorativ-tətbiqi sənətlər şöbəsinin müdiri Şəmsiyyə Zalova isə “Azərbaycan satirik qrafikasının inkişaf zirvəsi – “Molla Nəsrəddin” məktəbi” mövzularında məruzə ediblər.

Bölmə iclaslarından sonra məruzəçilərə sertifikatlar təqdim olunub, mövzular ətrafında müzakirələr aparılıb.

Konfransa yekun vurulub, sonda xatirə şəkli çəkdirilib.

GƏNC TARİX - 4 / “Süni İntellekt və Tarix”GƏNC TARİX layihəsinin səbirsizliklə gözlənilən 4-cü buraxılışı — “Süni İntell...
30/05/2026

GƏNC TARİX - 4 / “Süni İntellekt və Tarix”
GƏNC TARİX layihəsinin səbirsizliklə gözlənilən 4-cü buraxılışı — “Süni İntellekt və Tarix” 30 may tarixində saat 20:00-da YouTube kanalımızda yayımlanacaq.
Hər birinizə xoş izləmələr arzulayırıq!

GƏNC TARİX - 4 / Süni İntellekt və Tarix

🇦🇿 28 May – Müstəqillik Günümüz mübarək!1918-ci il mayın 28-də qurulan Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın azadlıq, ...
28/05/2026

🇦🇿 28 May – Müstəqillik Günümüz mübarək!

1918-ci il mayın 28-də qurulan Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın azadlıq, istiqlal və dövlətçilik arzularının təntənəsi oldu. Şərqdə ilk demokratik respublika kimi tarixə düşən bu dövlət, müstəqil Azərbaycanın təməlini qoydu.

Bu gün qürurla qeyd etdiyimiz müstəqilliyimiz uğrunda canından keçən bütün şəhidlərimizi ehtiramla anırıq. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik yolu Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam edir, Azərbaycan hər keçən gün daha da güclənir.

🇦🇿 Müstəqilliyimiz əbədi, dövlətimiz qüdrətli, xalqımız daim birlik və firavanlıq içində olsun!
28 May – Müstəqillik Günümüz mübarək!

🌙 Qurban Bayramınız mübarək!Bu müqəddəs bayramın hər bir evə sevinc, bərəkət və xoş günlər gətirməsini arzulayıram. Alla...
27/05/2026

🌙 Qurban Bayramınız mübarək!

Bu müqəddəs bayramın hər bir evə sevinc, bərəkət və xoş günlər gətirməsini arzulayıram. Allah etdiyiniz duaları, kəsdiyiniz qurbanları qəbul etsin.

Address

Bakı şəhəri, Hüseyn Cavid Prospekti, 115
Baku
AZ1143

Alerts

Be the first to know and let us send you an email when Tarix və Etnologiya İnstitutu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Tarix və Etnologiya İnstitutu:

Share