M. Seyidzadə adına Mərkəzi Şəhər Uşaq Kitabxanası

M. Seyidzadə adına Mərkəzi Şəhər Uşaq  Kitabxanası M. Seyidzadə adına Mərkəzi Şəhər Uşaq Kitabxanasının nəzdində Usaq İnformasiya Mərkəz Q.

Kitabxana 1889 – cu ildə Bakı şəhər Duması tərəfindən yaradılmış və Şəhər Dumasının qərarı ilə kitabxanaya rus tənqidçisi V. Belinskinin adı verilir. 1918 - ci ildə Bakı Xalq Maarif Şöbəsi yanında 226960 nüsxə kitab fonduna malik kitabxana fəaliyyət göstərirdi ki, bunlardan biri də Belinski adına kitabxana idi və o zaman “ Belinski adına III Sovet kitabxanası” adlanırdı. Sonralar kitabxananın mal

iyyə çətinliklərini aradan qaldırmaq üçün kitabxana Maarif Komisarlığının tabeliyindən çıxarılıb, Mədəniyyət İdarəsinə tabe edilmişdir. Mədəniyyət İdarəsinin tabeliyində kitabxana şəhərdə olan uşaq kitabxanalarına rəhbərlik edirdi. 1965-ci ildə kitabxanaya Mərkəzi Şəhər Uşaq Kitabxanası statusu verilmişdir.

1991 – ci ilin may ayından etibarən Nazirlər Kabinetinin qərarı ilə kitabxanaya görkəmli uşaq şairi Mirmehdi Seyidzadənin adı verilmişdir.

“Azərbaycan Respublikasında Kitabxana - informasiya sahəsinin 2008 – 2013 – cü illərdə inkişafı üzrə Dövlət Proqramı”na əsasən, 2009 – cu il 16 Yanvar tarixində Azərbaycan Respubliksı Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə “Azərbaycanda ilk layihə ” başlığı altında M. Seyidzadə adına Mərkəzi şəhər Uşaq Kitabxanasının nəzdində Uşaq İnformasiya Mərkəzi – Kitab mağazası fəaliyyətə başlayıb.

13/02/2017

Друзья Next Travel объявляет конкурс на бесплатную ночь в Rixos Quba Hotel Azerbaijan на 8 марта!!!

Условия конкурса указаны ниже

1. Быть подписчиком страницы Next Travel
2. Поделится публикацией
3. Поставить лайк
4. Лайкнуть нашу страничку в инстаграме ( next_travel )
Победитель будет обьявлен 28 февраля
Вы готовы?

M.Seyidzadə adına mərkəzi Şəhər Uşaq kitabxanası Beynalxalq Uşaq kitabı günü ilə əlagədar olaraq kitabxanada silsilə şək...
01/04/2016

M.Seyidzadə adına mərkəzi Şəhər Uşaq kitabxanası Beynalxalq Uşaq kitabı günü ilə əlagədar olaraq kitabxanada silsilə şəkilində mövzuya uygun sərgilər təşkil etmişdir. 2 aprel tarixində kitabxanaya gələn kiçik yaşlı oxuculara şəkilli kitablar hədiyyə edilmişdir. Kitabxanaya gələn oxuculara Beynalxalq Uşaq kitabı günü haqqında məlumatlar catdırılmışdır.

Milli bayramımız / Novruz süfrəmiz /
18/03/2016

Milli bayramımız / Novruz süfrəmiz /

Xalq şairi Süleyman Rüstəmin (1906 - 1989) anadan olmasının 110 illiyi (sərgi)
11/03/2016

Xalq şairi Süleyman Rüstəmin (1906 - 1989) anadan olmasının 110 illiyi (sərgi)

Əziz Dostlar, 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibəti ilə hər birinizi təbrik edirik...
31/12/2014

Əziz Dostlar,

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibəti ilə hər birinizi təbrik edirik. Sizlərə can sağlığı, xoş və uğurlu sabahlar arzulayır, bütün istəklərinizin həyata keçməsini diləyirik...

Bayramlarınız Mübarək!

28/12/2014

Muzeylərə sərbəst giriş kampaniyası keçiriləcək...

Qış tətilləri zamanı BP Şirkətinin sponsorluğu çərçivəsində Azərbaycan Milli İncəsənət Muzeyinə, Milli Azərbaycan Tarix Muzeyinə, Şirvanşahlar Sarayı Kompleksinə, Azərbaycan Xalça Muzeyinə və Qız Qalası tarixi abidəsinə on günlük sərbəst giriş kampaniyası keçiriləcək.

BP şirkətinin mətbuat xidmətindən Kult.az-a verilən məlumata görə, məktəblilər, tələbələr, bütün Bakı şəhəri sakinləri və qonaqları dekabrın 27-dən yanvarın 5-dək keçiriləcək sərbəst giriş günlərindən faydalanmağa dəvət olunur.

2013-ci ilin dekabr ayından bu günə kimi BP Azərbaycan Şirkətinin dəstəyi ilə keçirilmiş üç kampaniya zamanı 45000-ə yaxın qonaq muzeyləri ziyarət edib.

Mənbə: Kult.az

Üçrəngli bayrağın kölgəsində mənQaraca torpağı vətən görmüşəm.Zəfər güllərini dövri - qədimdənBayraq işığında bitən görm...
09/11/2014

Üçrəngli bayrağın kölgəsində mən
Qaraca torpağı vətən görmüşəm.
Zəfər güllərini dövri - qədimdən
Bayraq işığında bitən görmüşəm.
Bayraq mənliyimdir, bayraq kimliyim,
Bayraq - öz yurduma öz hakimliyim. (B.V.)

Bayramınız Mübarək, dostlar!

18 Oktyabr – Azərbaycanın Dövlət Müstəqilliyinin bərpasından 23 il keçir...1991 - ci il Avqustun 30 - da Azərbaycan Resp...
18/10/2014

18 Oktyabr – Azərbaycanın Dövlət Müstəqilliyinin bərpasından 23 il keçir...

1991 - ci il Avqustun 30 - da Azərbaycan Respublikası Ali Sovetinin növbədənkənar sessiyasında Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında Bəyannamə qəbul edildi.

Azərbaycan Respublikası Ali Sovetinin 1991 - ci il Oktyabrın 18 - də keçirilmiş tarixi sessiyasında “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya aktı yekdilliklə qəbul edildi.

1991 - ci il Dekabrın 29 - da Azərbaycan Respublikasında ümumxalq səsverməsi - referendum keçirildi. Referendum bülletenlərində yalnız bir sual vardı: “Siz “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya aktına tərəfdarsınızmı?” Azərbaycan xalqı dövlət müstəqilliyinin lehinə səs verdi.

1992 - ci ilin Mayında Milli Məclis (parlament) Azərbaycan Respublikasının Dövlət himnini (musiqisi Üzeyir Hacıbəyovun, sözləri Əhməd Cavadındır), bir müddət sonra isə Dövlət bayrağı və üzərində alov dilləri olan səkkizguşəli ulduz təsvir edilmiş Dövlət gerbini təsdiq etdi.

Müstəqilliyi elan edilmiş Azərbaycan Respublikası çox mürəkkəb tarixi şəraitdə fəaliyyət göstərməyə başlamışdı. Azərbaycan Respublikasının müstəqilliyini bir çox dünya dövlətləri tanıdı:

Türkiyə Cümhuriyyəti (9 Noyabr 1991 – ci il);
Rumıniya (11 dekabr 1991 – ci il);
Pakistan (13 dekabr 1991 – ci il);
İsveçrə (23 dekabr 1991 – ci il);
İran (25 dekabr 1991 – ci il);
ABŞ (23 yanvar 1992 – ci il);
Rusiya (10 aprel 1992 – ci il)

Bayramınız Mübarək!

Əziz dostlar, neçə - neçə xoş, gözəl bayramlar diləyi ilə Qurban Bayramınız Mübarək! İslam dinində ən önəmli iki bayramd...
04/10/2014

Əziz dostlar, neçə - neçə xoş, gözəl bayramlar diləyi ilə Qurban Bayramınız Mübarək!

İslam dinində ən önəmli iki bayramdan biri olub, insanları halallığa, paklığa, xeyirxahlığa səsləyən Qurban Bayramı sizlərə saflıq, təmizlik gətirsin...

Uzun Ömrün Akkordları...  18 Sentyabr dahi bəstəkar, görkəmli musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai...
18/09/2014

Uzun Ömrün Akkordları...

18 Sentyabr dahi bəstəkar, görkəmli musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim, müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi Üzeyir Hacıbəyovun anadan olduğu güngür. Ulu Öndər Heydər Əliyevin 1995 – ci il fərmanı ilə bu gün Üzeyir Musiqi Günü kimi qeyd olunur.
Azərbaycan mədəniyyətinin tarixində böyük bəstəkar, opera sənətinin banisi və klassik yaradıcısı olan Üzeyir Hacıbəyov sağlığında varlığı, öləndən sonra şərəfli adı ilə doğma xalqımızın adını ucaldan nadir istedadlardan biridir. Üzeyir Hacıbəyov Azərbaycan kəndinə maarif işığını aparan fədailərdən, uşaqlarımız üçün ilk dərsliklərin müəlliflərindən biri olmuş, ilk notlu orkestrin, çoxşaxəli xorun, musiqi məktəbinin, konservatoriyanın təşkilatçısı olmuşdur. Başqa sözlə desək, Üzeyir Hacıbəyovun özü Azərbaycanın ilk konservatoriyası olmuşdur. Dahi bəstəkar Azərbaycan musiqisinin ən yaxşı ənələrini davam etdirməklə bərabər, bu musiqini dünya sahəsinə çıxarmış, yeni formalı və yeni məzmunlu musiqi əsərləri yaratmışdır.

Üzeyir bəy Əbülhəsən oğlu Hacıbəyov 18 Sentyabr 1885 – ci il də Ağcabədidə anadan olmuşdur. 1899 – 1904 – cü illərdə Qori Müəllimlər Seminariyasında təhsil alan Üzeyir Hacıbəyovun dünyagörüşünün formalaşmasında həmin seminariya böyük rol oynamışdır. Üzeyir Hacıbəyov seminariya illərində qabaqcıl dünya mədəniyyəti ilə yaxından tanış olmuşdur. O, burada Avropa musiqi klassiklərinin əsərlərini mənimsəmiş, skripka və baritonda çalmağı öyrənmiş, xalq mahnı nümunələrini nota köçürmüşdür.

Üzeyir Hacıbəyovun 1908 – ci il Yanvarın 12 – də Bakıda Hacı Zeynalabdin Tağıyevin teatrında göstərilən “Leyli və Məcnun” operası təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində opera sənətinin əsasını qoymuşdur. Hacıbəyov operanın liberettosunu Füzulinin eyni adlı poeması əsasında yazmışdır. Bundan sonra Üzeyir Hacıbəyov yeddi ilin ərzində bir – birinin ardınca beş opera və üç operetta yaratmışdır. “Şeyx Sənan” (1909), “Rüstəm və Söhrab” (1910), “Şah Abbas və Xurşud banu” (1912), “Əsli və Kərəm” (1912), “Harun və Leyla” (1915) muğam operaların librettosunu xalq dastanları və rəvayətlər, Firdovsinin "Şahnamə" əsərinin motivləri əsasında yazmışdır. Üzeyir Hacıbəyov həmçinin, Azərbaycanda musiqili komediya janrının yaradıcısıdır. Onun “Ər və arvad” (1909), “O olmasın, bu olsun” (1910), “Arşın mal alan” (1913) musiqili komediyalarında inqilabdan əvvəlki Azərbaycan məişəti, xalq adət və ənənələri öz əksini tapmışdır. Bu əsərlər xalq arasında tez bir zamanda geniş şöhrət qazanmış və indiyə qədər səhnəmizdə müvəffəqiyyətlə tamaşaya qoyulmaqdadır. Ancaq öz sənətini hədsiz məhəbbətlə sevən, onun xalq üçün böyük əhəmiyyətini başa düşən bir adam bu qədər gərgin və belə tükənməz ilhamla çalışa bilərdi.

Üzeyir Hacıbəyov dünya opera sənətində elə nadir bəstəkarlardandır ki, musiqi yaradıcılığında da, ədəbi yaradıcılığında da parlaq istedad nümayiş etdirmişdir. Ümumdünya musiqi formalarının Azərbaycanda təzə – təzə təqsdiq olduğu bir dövrün dahiyanə proqram əsəri, şübhəsiz ki, “Koroğlu” operasıdır. Üzeyir Hacıbəyov yaradıcılığının zirvəsini təşkil edən “Koroğlu” operası (librettosu H. İsmayılov və Məmməd Səid Ordubadinindir) 1937 – ci il Aprelin 30 – da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında ilk dəfə tamaşaya qoyulmuşdur. Azərbaycan opera sənətinin incilərindən sayılan bu operada Üzeyir bəy ilk dəfə olaraq klassik opera formasına riayət edərək bitkin ariyalar, kütləvi xor səhnələri, müxtəlif ansambllar, balet nömrələri, reçitativlər yaratmışdır.

Azərbaycan musiqisində köklü dönüş yaratmış Üzeyir Hacıbəyov böyük musiqişunas alim idi. O, müasir Azərbaycan elmi musiqişunaslığının əsasını qoymuş, musiqiyə dair çoxlu məqalələr yazmış, tədqiqatlar aparmışdır. Üzeyir Hacıbəyov xalq çalğı alətləri orkestri üçün “Cahargah”, “Şur” fantaziyalarının, “Aşıqsayağı” trionun, “Çırpınırdı Kara dəniz”, “Şəfqət bacısı” və digər mahnıların, “Sənsiz”, “Sevgili canan” romanslarının müəllifidir. Üzeyir Hacıbəyov Azərbaycan Xalq Cümhuriyyəti, həm də yeni Azərbaycan Respublikasının Dövlət himnlərinin musiqisinin müəllifidir.

Üzeyir Hacıbəyov o cür xoşbəxt sənətkarlardan və ictimai xadimlərdəndir ki, zaman keçdikcə böyüklüyü, fəaliyyətinin mütərəqqi və humanist mənası daha parlaq şəkildə gözə dəyməkdədir. Onun zəngin irsi indi də diqqəti cəlb edir və mündəricə genişliyi, dərin mənası ilə bizi heyran buraxır. Bu zəngin mədəni irsin əhəmiyyətli bir hissəsini publisistika təşkil edir. Üzeyir bəy “Molla Nəsrəddin”, “Həyat”, “İrşad”, “Tərəqqi”, “Həqiqət”, “İqbal” və sair qəzet və jurnallarda çap etdirdiyi saysız – hesabsız publisistik yazılarda Azərbaycan xalqının həyatının, mübarizəsinin, təfəkkürünün ən müxtəlif sahələrini və problemlərini işıqlandırmışdır. Böyük bəstəkar və yazıçının yaradıcılığı xalqımızın azadlıq mübarizəsinə xidmət etmişdir və bu gün də öz ictimai, tərbiyəvi əhəmiyyətini itirməmişdir.

Üzeyir Hacıbəyov 1948 – ci il Noyabr ayının 23 – də Bakıda vəfat etmişdir. Onun dəfn günü on minlərlə insan bəstəkarı son mənzilə yola salmaq üçün Bakı küçələrinə çıxmışdı.

Allah Rəhmət Eləsin...
03/08/2014

Allah Rəhmət Eləsin...

Bir və ya bir neçə sözdən ibarət olan maraqlı Azərbaycan Nağıllarını REBUSlarda tapaq ))
30/07/2014

Bir və ya bir neçə sözdən ibarət olan maraqlı Azərbaycan Nağıllarını REBUSlarda tapaq ))

Address

Səbail Rayon, Bülbül Pr. 14/70
Baku

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 18:00
Sunday 09:00 - 18:00

Website

Alerts

Be the first to know and let us send you an email when M. Seyidzadə adına Mərkəzi Şəhər Uşaq Kitabxanası posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to M. Seyidzadə adına Mərkəzi Şəhər Uşaq Kitabxanası:

Share

Category