Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin rəsmi səhifəsinə xoş gəlmisiniz.

Müstəqilliyimiz 108 yaşında!
28/05/2026

Müstəqilliyimiz 108 yaşında!

Xalqımızı dünya müsəlmanlarının mənəvi birlik və həmrəylik rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə təbrik edirik...
27/05/2026

Xalqımızı dünya müsəlmanlarının mənəvi birlik və həmrəylik rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə təbrik edirik!

Hər bir ailəyə sağlamlıq, rifah və əmin-amanlıq arzulayırıq!

27 May – Təcili Tibbi Yardım Günü münasibətilə həyatını insanların sağlamlığının və təhlükəsizliyinin qorunmasına həsr e...
27/05/2026

27 May – Təcili Tibbi Yardım Günü münasibətilə həyatını insanların sağlamlığının və təhlükəsizliyinin qorunmasına həsr edən bütün təcili tibbi yardım əməkdaşlarını təbrik edirik.

Peşəkar, operativ və fədakar fəaliyyətiniz cəmiyyət üçün böyük əhəmiyyət daşıyır.

🚑 Bayram günlərində təcili və təxirəsalınmaz tibbi yardım xidməti gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək  Qurb...
26/05/2026

🚑 Bayram günlərində təcili və təxirəsalınmaz tibbi yardım xidməti gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

Qurban bayramı və 28 May Müstəqillik Günü ilə əlaqədar qeyri-iş günlərində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin stansiyaları gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Qeyri-iş günlərində xidməti nəzarətdə saxlamaq üçün məsul şəxslərdən ibarət növbətçilik yaradılacaq, həkim briqadalarının sayı xidməti ştata uyğun təşkil olunacaq.

Qurban bayramı ilə əlaqədar həm xarici ölkələrdən, həm də bölgələrdən xüsusilə Bakı şəhərinə gələn qonaqların sayında artım müşahidə olunduğu üçün təchizat və təminat buna uyğun təşkil olunacaq.

Bakı şəhərində 140 təcili tibbi yardım briqadası, 63 region üzrə isə 280-ə yaxın təcili tibbi yardım briqadası xidmətə hazır vəziyyətə gətirilib. Onlar tibbi ləvazimatlarla, eləcə də dərman preparatları və s. ilə tam təmin olunub.

ℹ️ Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, Qurban bayramı və 28 May Müstəqillik Günü ilə əlaqədar 27-31 may tarixləri qeyri-iş günü olacaq.

WUF13-ün keçirildiyi günlərdə 52 nəfərə tibbi xidmət göstərilibÜmumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13...
25/05/2026

WUF13-ün keçirildiyi günlərdə 52 nəfərə tibbi xidmət göstərilib

Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) çərçivəsində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə tədbir iştirakçıları tərəfindən ümumilikdə 52 müraciət daxil olub.

Sessiyanın keçirildiyi ərazidə və digər ayrılmış məkanlarda xidmət göstərən təcili tibbi yardım briqadalarına müraciət edən şəxslərdən 10 nəfər müxtəlif tibb müəssisələrinə təxliyə olunub. Onlardan 1 nəfərə Kliniki Tibbi Mərkəzdə, 1 nəfərə Mərkəzi Neftçilər Xəstəxanasında, 2 nəfərə Sabunçu Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Məhəmmədi Modul Tipli Xəstəxanasında, 6 nəfərə isə Yeni Klinikada tibbi xidmət göstərilib. Müraciət edən digər şəxslərə isə yerində ambulator tibbi yardım göstərilib.

Məlumat üçün bildirək ki, tədbir günlərində təcili və təxirəsalınmaz tibbi yardım xidməti ilə yanaşı, tibbi xidmətlərin təşkili məqsədilə 4 tibb müəssisəsi də prosesə cəlb olunub.

Tədbir günlərində, əsasən, Azərbaycan, Keniya, İtaliya, Misir, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Hindistan, Namibiya, Efiopiya, Serbiya, Zimbabve, Bosniya və Herseqovina kimi ölkələrin vətəndaşlarının müraciətləri qeydə alınıb.

Müraciətlər, əsasən, kəskin respirator xəstəliklər, baş ağrısı və arterial hipertenziya ilə bağlı olub.

Xatırladaq ki, tədbirlə əlaqədar müxtəlif ərazilər üzrə 37 təcili tibbi yardım avtomobili ayrılıb, ümumilikdə 93 təcili tibbi yardım briqadası isə tədbirin keçirildiyi ərazilərdə və ayrılmış hotellərdə gücləndirilmiş iş rejimində fasiləsiz fəaliyyət göstərib.

ℹ️ Qeyd edək ki, tədbirin keçirildiyi günlərdə Baş Əməliyyatlar Mərkəzində TƏBİB əməkdaşları tərəfindən təcili tibbi yardım briqadalarının fəaliyyəti fasiləsiz rejimdə koordinasiya olunub.

WUF13-ün keçirildiyi günlərdə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi gücləndirilmiş iş rejimində çalış...
23/05/2026

WUF13-ün keçirildiyi günlərdə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi gücləndirilmiş iş rejimində çalışıb

Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasının (WUF13) keçirildiyi bu günlərdə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi gücləndirilmiş iş rejimində çalışıb.

TƏBİB tərəfindən tədbirin keçirildiyi ərazidə tibbi xidmətin təşkili məqsədilə tibbi yardım məntəqələri qurulub, tədbirlə əlaqədar müvafiq ərazilər üzrə 37 təcili tibbi yardım avtomobili ayrılıb, ümumilikdə 93 təcili tibbi yardım briqadası fəaliyyət göstərib.

WUF13 çərçivəsində ayrılmış hotellər və tədbirin keçirildiyi ərazilərdə də təcili və təxirəsalınmaz tibbi yardım briqadaları gücləndirilmiş iş rejimində çalışıb.

22/05/2026

WUF13 tədbiri müddətində təcili tibbi yardım briqadaları fasiləsiz olaraq xidmət göstərib.

Cəbrayıl rayonuna yola salınan köç karvanını təcili tibbi yardım briqadaları müşayiət edibPrezident İlham Əliyev tərəfin...
16/05/2026

Cəbrayıl rayonuna yola salınan köç karvanını təcili tibbi yardım briqadaları müşayiət edib

Prezident İlham Əliyev tərəfindən verilmiş tapşırıqlara uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə davam etdirilən Böyük Qayıdış çərçivəsində Cəbrayıl rayonunun Şükürbəyli kəndinə yola salınan növbəti köç karvanı Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin tibb heyəti tərəfindən müşayiət olunub.
Bu mərhələdə Şükürbəyli kəndinə 107 ailə - 453 nəfər köçürülüb.
Köç prosesinin təhlükəsiz və fasiləsiz təşkil olunması məqsədilə karvanı müşayiət edən təcili tibbi yardım briqadası tərəfindən sakinlərin sağlamlıq vəziyyəti nəzarətdə saxlanılıb və yolboyu ehtiyac yarandığı hallarda operativ tibbi xidmət göstərilib.
Səfər zamanı arterial təzyiq göstəricilərinin yüksəlməsi ilə bağlı 2 müraciət qeydə alınıb və köçürülən sakinlərə göstərilən tibbi xidmət fasiləsiz və operativ şəkildə təmin olunub.

15/05/2026

WUF13 zamanı tibbi xidmətlərin fasiləsiz təşkili təmin olunacaq

Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) ilə əlaqədar TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində xidmətlərin fasiləsiz təşkili məqsədilə zəruri hazırlıq işləri görülüb.

Tədbirin keçirildiyi müddətdə xüsusilə 4 tibb müəssisəsi, o cümlədən Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi gücləndirilmiş iş rejimində çalışacaq.

Mümkün tibbi ehtiyaclar nəzərə alınaraq Yeni Klinikanın təcili və təxirəsalınmaz tibbi yardım, uşaq təcili və təxirəsalınmaz tibbi yardım şöbəsi, reanimasiya şöbəsi və əməliyyatxana tam hazırlıq vəziyyətinə gətirilib. Eyni zamanda yoluxucu xəstəliklərlə bağlı Sabunçu Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Məhəmmədi Modul Tipli Xəstəxanasında, yanıq xəsarətləri üzrə Mərkəzi Neftçilər Xəstəxanasında və zəhərlənmə halları ilə bağlı Kliniki Tibbi Mərkəzdə müvafiq çarpayı fondu ayrılıb.

Tibb müəssisələrində istifadə olunacaq tibbi avadanlıq, dərman preparatları və tibbi ləvazimatlara olan ehtiyac əvvəlcədən müəyyənləşdirilərək tam təmin edilib. Həmçinin WUF13 ilə əlaqədar Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi tərəfindən növbəlilik əsasında 75 briqada və 35 təcili tibbi yardım avtomobili ayrılıb.

WUF13 çərçivəsində ayrılmış hotellər və tədbirin keçirildiyi ərazilərdə təcili və təxirəsalınmaz tibbi yardım briqadaları 24/7 fəaliyyət göstərəcək. Təcili tibbi yardım xidmətinin fasiləsiz fəaliyyətinin təmin olunması məqsədilə ehtiyat nəqliyyat vasitələrinin ayrılması da nəzərdə tutulub.

Bununla yanaşı, təcili və təxirəsalınmaz tibbi yardım xidmətində iştirak edən heyət (həkim, orta tibb işçisi və sürücü) üçün təməl və təkmil həyat dəstəyi üzrə təlimlər təşkil edilib. Eyni zamanda WUF13 Azərbaycan Əməliyyat Şirkətinin əməkdaşları və könüllüləri üçün də ilkin tibbi yardım mövzusunda təlim keçirilib. Təlim proqramları iştirakçıların fövqəladə hallarda düzgün və operativ müdaxilə bacarıqlarının artırılmasına yönəlib. Təlim zamanı iştirakçılara həyati təhlükə yaradan halların ilkin qiymətləndirilməsi, ürək-ağciyər reanimasiyasının aparılması qaydaları, qanaxmaların dayandırılması və travmalar zamanı ilkin tibbi yardımın göstərilməsi qaydaları üzrə praktiki biliklər verilib.

Address

14 Məhəmməd Xiyabani, Bakı
Baku

Website

Alerts

Be the first to know and let us send you an email when Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share