ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci Azərbaycan Dövlət Pedaqoji Kolleci (əvvəlki adı: M.Ə.Sabir adına Bakı Pedaqoji Texnikomu).

Fəaliyyətimizdə əsas məqsəd pedaqoji kadrlar hazırlamaq, dövlətçiliyə sadiq vətəndaş formalaşdırmaqdır.

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Yasamal və Sabunçu korpuslarında “Təbiəti Sevənlər Klubu” nun İl...
23/06/2026

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Yasamal və Sabunçu korpuslarında “Təbiəti Sevənlər Klubu” nun İllik hesabat seminarı təşkil olundu. Seminar zamanı klub üzvlərinin il ərzində həyata keçirdikləri fəaliyyətlər, ekoloji layihələr və tədbirlər müzakirə edildi, görülən işlərə yekun qiymət verildi.
Klubun fəaliyyətində fəallıq göstərən üzvlər Təşəkkürnamələrlə mükafatlandırıldı.
Tədbirin sonunda üzvlərə gələcək fəaliyyətlərində uğurlar arzulanaraq, təbiətin qorunması naminə birgə əməkdaşlığın davam etdirilməsinin vacibliyi vurğulandı.

Yay Akademiyası 2026 – 2-ci günYay Akademiyasının ikinci günü iştirakçıların böyük marağı ilə qarşılandı. Günün qonağı o...
23/06/2026

Yay Akademiyası 2026 – 2-ci gün

Yay Akademiyasının ikinci günü iştirakçıların böyük marağı ilə qarşılandı. Günün qonağı olan Cəfər Mənsimi tələbələrlə “Ünsiyyətinə bal qat” adlı interaktiv mühazirə keçirdi. Səmimi atmosferdə baş tutan görüş zamanı ünsiyyət bacarıqları, insanlarla düzgün münasibət qurma yolları, özünü ifadə etmə və effektiv dinləmə mövzuları ətrafında maraqlı fikir mübadiləsi aparıldı.

Mühazirə yalnız nəzəri biliklərlə məhdudlaşmadı. Tələbələr müxtəlif interaktiv tapşırıqlar, situasiya analizləri və yaradıcı müzakirələr vasitəsilə ünsiyyətin incəliklərini praktik olaraq kəşf etdilər. Səslənən maraqlı fikirlər, verilən nümunələr və aktiv iştirakçı mühiti tədbirə xüsusi rəng qatdı.

Günün sonunda iştirakçılar ünsiyyətin sadəcə danışmaq deyil, qarşı tərəfi anlamaq, empatiya göstərmək və düzgün əlaqə qurmaq sənəti olduğunu bir daha dərk etdilər.

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin (ADPK) tələbələri beynəlxalq inklüziv təhsil və sosial iş sahəsi...
22/06/2026

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin (ADPK) tələbələri beynəlxalq inklüziv təhsil və sosial iş sahəsində mühüm uğura imza atıblar.
Cari tədris ili ərzində ADPK-nın İnklüziv təhsil, Məktəbəqədər təhsil, Ailə və ev təhsili şöbələrinin 10 nəfər tələbəsi “Humayun” Sosial Problemlərin Həllinə Kömək İctimai Birliyi ilə imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində “Humayun” İB-yi tərəfindən həyata keçirilən “Yurdum” Sosial Eko-Kənd layihəsinin xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün fəaliyyət göstərən mərkəzində könüllü olaraq təcrübə keçiblər. Təcrübə müddətində tələbələr xüsusi qayğıya ehtiyacı olan şəxslərlə işləmək, onların sosial adaptasiyası və gündəlik fəaliyyətlərinə dəstək göstərmək istiqamətində praktiki bilik və bacarıqlar əldə ediblər.
Könüllülük fəaliyyətində fərqlənən tələbələr arasından ADPK-nın İnklüziv təhsil ixtisasının III kurs tələbələri, bu il məzun olacaq Firuza Bayramova və Aida Hüseynova növbəti mühüm mərhələyə yüksələrək beynəlxalq təcrübə proqramına seçiliblər. Onlar “Humayun” Sosial Problemlərin Həllinə Kömək İctimai Birliyinin dəstəyi ilə keçirilən seçim mərhələsini və müsahibələri uğurla başa vuraraq ABŞ-da fəaliyyət göstərən Camphill Village USA təşkilatının beynəlxalq təcrübə proqramına qəbul olunublar.
Qeyd edək ki, bu, Azərbaycan kollecləri arasında tələbələrin Camphill Village USA-nın beynəlxalq təcrübə proqramına qəbul olunması üzrə ilk haldır.
Üç ay davam edəcək proqram çərçivəsində tələbələr ABŞ-ın Nyu-York ştatında yerləşən Camphill Village USA icmasında intellektual və inkişaf fərqlilikləri olan şəxslərlə birgə yaşayacaq və fəaliyyət göstərəcəklər. Təcrübə müddətində onlar daun sindromu, autizm spektr pozuntusu, serebral iflic və əqli inkişaf məhdudiyyətləri olan şəxslərin sosial və əmək bacarıqlarının inkişafına dəstək verəcək, eyni zamanda inklüziv icma, sosial iş və sosial pedaqogika sahələrində beynəlxalq təcrübə qazanacaqlar.
Tələbələrin ABŞ-a səfəri cari ilin iyun ayında baş tutacaq. Onlar artıq ABŞ vizalarını əldə ediblər və beynəlxalq proqramda iştirak üçün hazırlıq mərhələsini uğurla tamamlayıblar.
Qeyd edək ki, Camphill Village USA xüsusi qayğıya ehtiyacı olan şəxslərin cəmiyyətə inteqrasiyasını dəstəkləyən beynəlxalq sosial-pedaqoji icmalardan biridir. Təşkilatın fəaliyyəti kənd təsərrüfatı, sənətkarlıq, yaradıcılıq və gündəlik həyat fəaliyyətləri vasitəsilə iştirakçıların müstəqil həyat bacarıqlarının inkişaf etdirilməsinə və sosial inklüziyasına yönəlib. Proqramda iştirak edən könüllülər isə müxtəlif mədəniyyətlərarası mühitdə çalışaraq peşəkar və şəxsi inkişaf imkanları əldə edirlər.

22/06/2026

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin KŞŞİ24/01SB qrup tələbəsi Sultanov Ruslan Mais oğlu kollecin psixoloqu Orucova Aytən ilə keçirilən səmimi söhbət zamanı ingilis dilinə marağının formalaşmasında daxili motivasiya, özünüinkişaf ehtiyacı və yeni biliklərə açıq olmağın mühüm rol oynadığını qeyd etdi. O, bu istiqamətdə qazandığı təcrübələrin onun özünəinamına və şəxsiyyət inkişafına müsbət təsir göstərdiyini vurğuladı.

📌 “Yay Akademiyası 2026 – Fikirdən Gələcəyə”1-ci gün: “Özümü kəşf edirəm”Psixoloq Orucova Aytən ilə keçirilən bu gün özü...
22/06/2026

📌 “Yay Akademiyası 2026 – Fikirdən Gələcəyə”

1-ci gün: “Özümü kəşf edirəm”
Psixoloq Orucova Aytən ilə keçirilən bu gün özünü tanıma, daxili gücün fərqinə varma və motivasiya ilə yadda qaldı.

Tələbələr “Mən kiməm?” oyunu ilə özlərini fərqli tərəflərdən kəşf etdilər, güclü tərəflərini müəyyənləşdirdilər və gələcəklərinə dair ilk cümlələrini yazdılar.

“Güclü tərəflərimi necə tapım?” mövzusunda keçirilən psixoloji mini təlim iştirakçılarda özünüdərk və daxili dialoq bacarıqlarını gücləndirdi.

Günün kreativ hissəsində isə “Mənim həyat posterim” adlı fəaliyyətlə hər bir iştirakçı öz arzu, məqsəd və motivasiyasını vizual şəkildə ifadə etdi.

✨ Nəticə: hər kəs öz daxili dünyasına bir addım daha yaxınlaşdı.
Düşün, kəşf et, yarat, dəyiş.

23 iyun 2026-cı il tarixində saat 11:00-da ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Sabunçu korpusunun ak...
22/06/2026

23 iyun 2026-cı il tarixində saat 11:00-da ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Sabunçu korpusunun akt zalında “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının rəhbəri, təhsilin idarə olunması və kommunikasiya üzrə mütəxəssis Cəfər Mənsiminin təqdimatında “Ünsiyyətə Bal Qat” mövzusunda mühazirə təşkil olunacaqdır.

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci 20 iyun tarixində müəllim və inzibati heyətin iştirakı ilə Sosial M...
22/06/2026

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci 20 iyun tarixində müəllim və inzibati heyətin iştirakı ilə Sosial Məsələlər və İctimaiyyətlə Əlaqələr üzrə şöbəsinin təşkilatçılığı,
ETİHİ Yasamal rayon Həmkarlar Komitəsinin dəstəyi ilə Lənkəran və Masallı şəhərinə səfər etmişdir.
Səfər iştirakçıları füsunkar təbiəti ilə seçilən Hirkan Milli Parkını və Xanbulan gölünü ziyarət etmiş, daha sonra Yardımlı şəlaləsinin ecazkar mənzərəsi ilə tanış olmuşlar. Ekskursiya çərçivəsində Nilado Green çay plantasiyasına da baş çəkilmişdir.
Səfər boyu kollektiv üzvlərinin asudə vaxtının səmərəli təşkili məqsədilə müxtəlif intellektual və əyləncəli oyunlar keçirilmişdir. Avtobusda coğrafiya müəllimləri tərəfindən marşrut boyunca keçilən ərazilərin coğrafi xüsusiyyətləri, bölgənin təbii sərvətləri və tarixi məkanları haqqında maraqlı məlumatlar təqdim olunmuşdur.

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin "Ailə və Ev Təhsili" şöbəsinin tələbələrinin təşəbbüsü, Sosial m...
19/06/2026

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin "Ailə və Ev Təhsili" şöbəsinin tələbələrinin təşəbbüsü, Sosial məsələlər və ictimaiyyətlə əlaqələr komandasının dəstəyi ilə bu gün Mərdəkan qəsəbəsində yerləşən 1 nömrəli Uşaq Evini ziyarət etdik.

Ziyarət zamanı uşaqlara müxtəlif oyuncaqlar hədiyyə olundu, onlarla maraqlı vaxt keçirildi, səmimi söhbətlər aparıldı və sevinc dolu anlar paylaşıldı. Bu görüşün əsas məqsədi uşaqlara diqqət və qayğı göstərmək, onların sevincinə ortaq olmaq və sosial həmrəylik hissini gücləndirmək idi.
Bir təbəssüm bəzən ən dəyərli hədiyyədir.

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində yaz imtahan sessiyası davam edir.İmtahanlar müasir texnologiyala...
18/06/2026

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində yaz imtahan sessiyası davam edir.

İmtahanlar müasir texnologiyaların tətbiqi ilə elektron formatda keçirilir.

Bu sistem şəffaflığın, obyektiv qiymətləndirmənin və akademik dürüstlüyün təmin olunmasına xidmət edir.

Address

İnşaatçılar Prospekti 45
Baku
AZ1010

Opening Hours

Monday 08:30 - 05:30
Tuesday 08:30 - 05:30
Wednesday 08:30 - 05:30
Thursday 08:30 - 05:30
Friday 08:30 - 05:30

Telephone

+994553011542

Alerts

Be the first to know and let us send you an email when ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci:

Share

Category