Respublika Gigiyena Epidemiologiya Mərkəzi

Respublika Gigiyena Epidemiologiya Mərkəzi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Respublika Gigiyena Epidemiologiya Mərkəzi, Government Building, A. Manafov 22, Baku.

14/05/2026
Mayın 10-u Azərbaycan xalqının Ümummilli Lideri, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin anadan olmasının 103-cü ild...
10/05/2026

Mayın 10-u Azərbaycan xalqının Ümummilli Lideri, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür.

Böyük və mənalı ömrünü xalqına, Azərbaycanın möhkəmlənməsinə və yüksəlişinə həsr etmiş Heydər Əliyev özünün siyasi fəhmi və müdrikliyi ilə zəngin dövlətçilik məktəbi, yüksək idarəçilik ənənəsi yaratmış və Ümummilli Lider zirvəsinə yüksəlmişdir.

Onun zəngin siyasi fəaliyyəti, dərin düşüncəsi və qətiyyətli idarəçilik bacarığı nəticəsində güclü dövlətçilik ənənələri formalaşmış və Azərbaycanın inkişaf yolunda mühüm nailiyyətlər qazandırmışdır.

Heydər Əliyevin əsasını qoyduğu idarəçilik prinsipləri Vətənə bağlılıq, xalqa xidmət, dövlətçiliyin qorunması və milli maraqların hər zaman üstün tutulması kimi ali dəyərləri özündə əks etdirir və bu gün də ölkəmizin inkişafında mühüm rol oynayır.

Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi və milli inkişaf strategiyasının davamlılığının təmin olunması məqsədilə Heydər Əliyev gələcək siyasi kursun etibarlı şəkildə davam etdirilməsinə xüsusi önəm verirdi.

Ulu Öndər Heydər Əliyev İlham Əliyevin ölkənin gələcək inkişafı və dövlətçilik siyasətinin davam etdirilməsi istiqamətində yüksək potensiala malik Lider olduğunu vurğulayaraq ona böyük etimad göstərirdi.

Tarix sübut etdi ki, dahi şəxsiyyətin uzaqgörən baxışları Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən həyata keçirilən ardıcıl və məqsədyönlü fəaliyyət nəticəsində öz təsdiqini tapmışdır.Bu gün üçrəngli bayrağımızın Şuşada dalğalanması, Qarabağın azadlığa qovuşması, tarixi Zəfərimiz məhz Heydər Əliyevin Azərbaycan adlı mübarizəsinin və Ali Baş Komandan, Prezident İlham Əliyevin ümumilli liderin siyasətini uğurla davam etdirməsinin məntiqi nəticəsidir.

Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövlətçiliyi qarşısındakı tarixi xidmətləri, ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsi, hüquqi- demokratik dövlət quruculuğu və hərtərəfli inkişafı istiqamətində həyata keçirdiyi mühüm fəaliyyət xalqımız tərəfindən daim yüksək qiymətləndirilir və onun əziz xatirəsi böyük hörmət və dərin ehtiramla anılır.Ümummilli Lider H.Əliyev hər zaman Azərbaycan xalqının qəlbində yaşayır və yaşayacaq.

Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” PHŞ-də “Tullantılarla işləmək qaydaları, təhlükəli tul...
08/05/2026

Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” PHŞ-də “Tullantılarla işləmək qaydaları, təhlükəli tullantılarla düzgün işləməyin təşkili” mövzusunda təlimlər keçirilib

Azərbaycan Respublikası “Tullantılar haqqında” Qanununun 12.6-cı maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 dekabr 2007-ci il tarixli 213 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi tullantıların idarə olunmasına dair Tələblər”ə əsasən, müalicə-profilaktika müəssisələrində tullantılara gündəlik nəzarətin təşkili üçün məsul şəxslərin müvafiq sertifikat əldə etməsi vacibdir.
Qanunvericiliyin tələblərinin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” PHŞ-də 2024-cü ildən başlayaraq müalicə-profilaktika müəssisələrində mütamadi olaraq tibbi tullantıların idarə olunmasına cavabdeh şəxslər üçün təlimlər keçirilir.
Cari ilin 05-07 may tarixlərində “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” PHŞ tərəfindən “Tullantılarla işləmək qaydaları, təhlükəli tullantılarla düzgün işləmənin təşkili” mövzusunda tibb müəssisələrində tibbi tullantıların idarə olunmasına cavabdeh şəxslər üçün təlimlər təşkil olunub. Təlimlər zamanı iştirakçılara normativ-hüquqi baza, tullantıların düzgün çeşidlənməsi, saxlanması, daşınması və zərərsizləşdirilməsi qaydaları, həmçinin təhlükəsizlik tələbləri barədə ətraflı məlumat verilib.
Təlimlərdə iştirak etmiş 21 tibb müəssisəsinin 32 nəfər əməkdaşına təhlükəli tibbi tullantılarla işləmək hüququ verən sertifikatlar təqdim olunub. Onlar əldə etdikləri bilikləri gələcəkdə fəaliyyət göstərdikləri müəssisələrində tətbiq edərək tibbi tullantıların sanitariya-gigiyena və ekoloji tələblərə uyğun idarə olunmasına töhfə verəcəklər.

“İmmunlaşdırma Həftəsi” çərçivəsində regionlarda peyvəndlənmənin təşkili və əhalinin məlumatlandırılması istiqamətində t...
04/05/2026

“İmmunlaşdırma Həftəsi” çərçivəsində regionlarda peyvəndlənmənin təşkili və əhalinin məlumatlandırılması istiqamətində tədbirlər davam etdirilib.
Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin nümayəndələri tərəfindən
tibb müəssisələrində immunizasiya prosesinin təşkili ilə bağlı maarifləndirmə
işləri aparılıb.
Bu istiqamətdə Hacıqabul rayon MRX-nın Kolanı və Abdulabad kənd tibb
məntəqələri, Göyçay rayonunun Potu kənd həkim məntəqəsi və Qaraməryəm
kənd tibb məntəqəsi, Şəki şəhəri Böyük Dəhnə kənd həkim məntəqəsi, Saatlı
rayonunun Dədə Qorqud həkim məntəqəsində, eləcə də Ağstafa, Ağcabədi
rayonlarının ASM və kənd tibb məntəqələri, Beyləqan rayonu Əhmədli həkim
məntəqəsi , Şərq həkim məntəqəsi, 1 saylı Şahsevən ASM ,Təzəkənd ASM,
Dünyamalılar ASM , Biləsuvar rayonu Xırmandalı kənd, Ovçubərə kənd, Ağalı
kənd, Bəydili kənd, Sabirabad rayonu Bulduq həkim məntəqəsi, Samux,
Daşkəsən və Şabran rayonlarının Ailə Sağlamlıq Mərkəzlərində immunizasiya
prosesi ilə bağlı monitorinqlər və maarifləndirici tədbirlər həyata keçirilib.
Keçirilən monitorinqlər zamanı peyvəndlənmənin təşkili vəziyyəti araşdırılıb,
tibb personalı ilə mövcud vəziyyət müzakirə olunub və xidmət keyfiyyətinin daha
da artırılması istiqamətində müvafiq tövsiyələr verilib. Bu tədbirlər immunizasiya
prosesinin daha səmərəli təşkilinə və yoluxucu xəstəliklərin profilaktikasının
gücləndirilməsinə xidmət edir.
Eyni zamanda, tibb işçiləri tərəfindən valideynlərlə maarifləndirici söhbətlər
aparılıb, uşaqların peyvənd təqviminə uyğun şəkildə vaxtında müayinədən
keçirilməsinin və immunlaşdırma prosesində aktiv iştirakın vacibliyi diqqətə
çatdırılıb.
Vurğulanıb ki, vaksinasiya yalnız fərdi sağlamlığın qorunmasına deyil, həm
də cəmiyyətin ümumi sağlamlığının təmin olunmasına mühüm töhfə verir.

►pedaqoji kollektivlə birlikdə uşaqların siyahıya alınmasını aparmaq, onların təhsilə funksional hazırlığını müəyyən etm...
30/04/2026

►pedaqoji kollektivlə birlikdə uşaqların siyahıya alınmasını aparmaq, onların təhsilə funksional hazırlığını müəyyən etmək, təhsilalanların adaptasiya rejimi üzrə və peşə yönümünə (təmayülünə) görə tövsiyələr vermək;
► təhsilalanların profilaktik müayinəsini aparmaq və milli peyvənd təqvimi üzrə profilaktik peyvəndlərlə əhatə etmək;
►pedaqoji kollektivlə birlikdə uşaqları və valideynləri sanitariya-gigiyena, sağlam həyat tərzi, reproduktiv sağlamlıq və digər səhiyyə məsələləri üzrə maarifləndirmək;
►Sağlamlıq və fiziki inkişaf vəziyyətlərinə görə uşaqların sağlamlıq qruplarını, fiziki inkişaf dərəcələrini təyin etmək, bədən tərbiyəsi üzrə tibbi qruplara bölmək, fiziki tərbiyənin effektivliyinin təhlilini aparmaq, fiziki tərbiyənin aparılmasına nəzarət etmək;
► təhsil müəssisəsinin sanitariya-gigiyena və əksepidemik rejiminə, işçilərin vaxtlı-vaxtında tibbi müayinədən keçməsinə nəzarət etmək;
►dərs cədvəlinin təşkili zamanı tövsiyələr vermək.

Səhiyyə Nazirliyinin Respublika GEM-də akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunmuş tədbir keçirilibAprelin 28-də ...
29/04/2026

Səhiyyə Nazirliyinin Respublika GEM-də akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunmuş tədbir keçirilib

Aprelin 28-də Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzində görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 103-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, daha sonra akademikin həyat və elmi fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan Respublika GEM-in Baş direktoru Sara Həsənova akademik Zərifə Əliyevanın Azərbaycan tibb elminin inkişafında göstərdiyi müstəsna xidmətlərdən, oftalmologiya sahəsində qazandığı mühüm elmi nailiyyətlərdən və çoxşaxəli fəaliyyətindən bəhs edib. Qeyd olunub ki, Zərifə Əliyevanın zəngin elmi irsi və peşəkar fəaliyyəti Azərbaycan səhiyyəsinin inkişafında mühüm rol oynayıb, onun tibb elminə verdiyi töhfələr bu gün də yüksək qiymətləndirilir.

Tədbir çərçivəsində Zərifə Əliyevanın oftalmologiya sahəsində apardığı fundamental elmi tədqiqatlar, göz xəstəliklərinin profilaktikası, diaqnostikası və müalicəsi istiqamətində tətbiq etdiyi yeniliklər barədə ətraflı məlumat verilib. Xüsusilə traxoma və peşə patologiyaları sahəsində həyata keçirdiyi araşdırmaların səhiyyənin inkişafına mühüm təsir göstərdiyi vurğulanıb.

Tədbirdə Respublika GEM-in epidemioloji məsələlər üzrə direktor müavini S.Nəcəfova,Yeni Azərbaycan Partiyasının Nizami rayon təşkilatının məsləhətçisi T.Əlizadə və Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin hüquqşünası K.Dəmirli çıxış edərək akademik Zərifə Əliyevanın zəngin elmi irsi, yüksək mənəvi keyfiyyətləri və səhiyyə sahəsindəki xidmətləri haqqında fikirlərini bölüşüblər.

Çıxışlarda bildirilib ki, akademik Zərifə Əliyevanın elmi irsi və mənəvi dəyərləri bu gün də səhiyyə işçiləri üçün örnək olmaqla yanaşı, Azərbaycan tibb elminin inkişafında mühüm istiqamətverici rol oynayır. Tədbirin sonunda akademikin xatirəsi dərin ehtiramla yad olunub.

Eyni zamanda, Yeni Azərbayan Partiyası Nizami rayon təşkilartı tərəfindən uzun müddət partiya dəyərlərinin təbliğində və ictimai proseslərdə aktiv iştirak etmiş, partiya sıralarında fəallığı ilə seçilən F. İbrahimova və C. Əliyevaya Fəxri Fərman və gül dəstələri təqdim olunub.

Address

A. Manafov 22
Baku
AZ1002

Alerts

Be the first to know and let us send you an email when Respublika Gigiyena Epidemiologiya Mərkəzi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Respublika Gigiyena Epidemiologiya Mərkəzi:

Share