UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsi

UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsi Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Tələbə Həmkarlar İttifaqı Komitəsinin rəsmi səhifəsi

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Tələbə Həmkarlar İttifaqı Komitəsinin rəsmi Facebook səhifəsi

📢 Hörmətli UNEC tələbələri!  Fevral ayı üçün nəzərdə tutulmuş təqaüdlər ödənilmişdir. Gün ərzində kart hesablarınıza yük...
18/03/2026

📢 Hörmətli UNEC tələbələri! 

Fevral ayı üçün nəzərdə tutulmuş təqaüdlər ödənilmişdir. Gün ərzində kart hesablarınıza yüklənəcəkdir. 

Xeyirli işlərə xərcləyəsiniz!

16/03/2026
🌸 Novruz ruhunu öz yaradıcılığınla canlandır! 🥚✨UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə xüsusi Nov...
14/03/2026

🌸 Novruz ruhunu öz yaradıcılığınla canlandır! 🥚✨

UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə xüsusi Novruz yumurtalarının bəzədilməsi masterklassınkeçiriləcək.

📍 Məkan: UNEC-in III tədris binası (Nizami korpusu)
🗓 Tarix: 16 mart
⏰ Saat: 13:00 – 14:00

Bu masterklassda iştirakçılar Novruzun ən sevilən simvollarından biri olan yumurtaları öz zövqləri və fantaziyaları ilə bəzəyəcəklər.

✨ Ən maraqlı hissə isə budur:
Masterklass zamanı hazırlanacaq yumurtalar arasından ən gözəl 5 nümunə seçiləcək və bu işlər universitetdə təşkil ediləcək Novruz şənliyində xüsusi sərgidə nümayiş olunacaq.

👥 Cəmi 20 nəfər üçün yer ayrılıb, buna görə də iştirak məhduddur.

🕖 Son qeydiyyat tarixi:
15 mart, saat: 20:00

🔗 Qeydiyyat linki QR kod hissəsində və bio’da yerləşdirilmişdir.

Novruz əhvalını, yaradıcılığını və fantaziyanı bizimlə paylaşmaq istəyirsənsə, bu fürsəti qaçırma! 🌿✨

Yel Çərşənbəniz mübarək! 💨Xalq inanclarına görə, bu gün küləklər oyanır, havaya hərəkət gətirir və baharın gəlişini müjd...
10/03/2026

Yel Çərşənbəniz mübarək! 💨

Xalq inanclarına görə, bu gün küləklər oyanır, havaya hərəkət gətirir və baharın gəlişini müjdələyir.

Qoy bu Yel Çərşənbəsi hər evə xoş xəbərlər, yeni ümidlər və bol ruzi gətirsin! ✨

UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə “8 Mart – Beynəlxalq Qadınlar Günü” münasibətilə fə...
08/03/2026

UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə “8 Mart – Beynəlxalq Qadınlar Günü” münasibətilə fəal xanım tələbələr üçün tədbir təşkil olunub.

Tədbirdə çıxış edən UNEC THİK-in sədri İlkan Əliyev xanım tələbələri bu əlamətdar gün münasibətilə təbrik edib, qadınların cəmiyyətin inkişafında, sosial və ictimai həyatda oynadıqları mühüm roldan bəhs edib. O qeyd edib ki, qadınlar hər zaman ailə dəyərlərinin qorunmasında, gələcək nəslin sağlam və vətənpərvər ruhda yetişdirilməsində mühüm missiya daşıyırlar.

İ.Əliyev bildirib ki, 8 Mart dünyada qadınlara hörmət və ehtiramın ifadə olunduğu, onların hüquqlarının müdafiəsi və cəmiyyətdəki rolunun daha da gücləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edən günlərdən biridir. Bu günün qeyd olunması qadınların müxtəlif sahələrdə əldə etdikləri uğurların təbliği və gender bərabərliyinin təşviqi baxımından da mühüm rol oynayır.

Sonda xanım tələbələrə xoş arzularını çatdıran sədr onların təhsil və ictimai fəaliyyətlərində daha böyük uğurlar qazanacaqlarına inandığını bildirib və UNEC-in aktiv tələbə təşkilatlarının xanım rəhbərləri və THİK-in fəal xanım idarə heyəti üzvlərinə hədiyyələr təqdim etdi.

UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə xanı...
08/03/2026

UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə xanım tələbələr üçün tədbir təşkil olunub.

Tədbirdə çıxış edən UNEC THİK-in sədri İlkan Əliyev xanım tələbələri bu əlamətdar gün münasibətilə təbrik edib, qadınların cəmiyyətin inkişafında, sosial və ictimai həyatda oynadıqları mühüm roldan bəhs edib. O qeyd edib ki, qadınlar hər zaman ailə dəyərlərinin qorunmasında, gələcək nəslin sağlam və vətənpərvər ruhda yetişdirilməsində mühüm missiya daşıyırlar.

İ.Əliyev bildirib ki, 8 Mart dünyada qadınlara hörmət və ehtiramın ifadə olunduğu, onların hüquqlarının müdafiəsi və cəmiyyətdəki rolunun daha da gücləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edən günlərdən biridir. Bu günün qeyd olunması qadınların müxtəlif sahələrdə əldə etdikləri uğurların təbliği və gender bərabərliyinin təşviqi baxımından da mühüm rol oynayır.

Sonda xanım tələbələrə xoş arzularını çatdıran sədr onların təhsil və ictimai fəaliyyətlərində daha böyük uğurlar qazanacaqlarına inandığını bildirib və UNEC-in tələbə təşkilatlarının xanım rəhbərləri, THİK-in fakültə sədrləri və fəal xanım üzvlərinə hədiyyələr təqdim etdi.

Sevgi və mərhəməti ilə dünyamızı gözəlləşdirən bütün xanımları 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edi...
07/03/2026

Sevgi və mərhəməti ilə dünyamızı gözəlləşdirən bütün xanımları 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edirik! 💐

Hər zaman dəyəriniz bilinsin, sevgi və xoşbəxtlik sizinlə olsun! ✨

05/03/2026
UNEC-də Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Gənclərin Sosial Tərəfdaşlığı Mərkəzi İctimai Birliyi və UN...
04/03/2026

UNEC-də Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Gənclərin Sosial Tərəfdaşlığı Mərkəzi İctimai Birliyi və UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə “Yeni Azərbaycan: dünənimiz, bu günümüz və sabahımız” adlı tədbir keçirilib.

Tədbiri açılış nitqi ilə başlayan UNEC-in prorektoru Səadət Qəndilova bu cür layihələrin gənclərin milli-mənəvi dəyərlər ruhunda formalaşmasına və dövlətçilik ənənələrinə bağlı yetişməsinə mühüm töhfə verdiyini bildirib.

Millət vəkili Aydın Mirzəzadə çıxışında İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi uğurlardan, eləcə də 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərin əhəmiyyətindən bəhs edib və gəncləri vətənpərvər, milli dəyərlərə bağlı və fəal vətəndaş olmağa çağırıb.

Layihənin əsas məqsədi Heydər Əliyevin zəngin siyasi irsinin, Vətən müharibəsində əldə olunmuş Zəfərin və müasir liderlik siyasətinin gənclər arasında təbliği, onların milli-mənəvi dəyərlər əsasında maarifləndirilməsidir. Bu cür təşəbbüslərin tələbələrdə birlik, həmrəylik və vətənə bağlılıq kimi keyfiyyətlərin güclənməsinə töhfə verdiyi vurğulanıb.

Address

Baku, . İstiqlaliyyət 6
Baku

Opening Hours

Monday 09:00 - 19:00
Tuesday 09:00 - 19:00
Wednesday 09:00 - 19:00
Thursday 09:00 - 19:00
Friday 09:00 - 19:00
Saturday 09:00 - 18:00
Sunday 09:00 - 13:00

Telephone

+994124928887

Alerts

Be the first to know and let us send you an email when UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsi:

Share