Rabitə və İnformasiya Texnologiyaları üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi

  • Home
  • Azerbaijan
  • Baku
  • Rabitə və İnformasiya Texnologiyaları üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi

Rabitə və İnformasiya Texnologiyaları üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi Təhsil Peşə Təhsil Mərkəzi

23/01/2024

Rabitə və İnformasiya Texnologiyaları üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri üçün “Azərkosmos” ASC-yə infotur təşkil olunub.

Azərkosmosun mütəxəssisləri tərəfindən Telekommunikasya peykinin hazırlanması, orbitə çıxarılması, idarə olunması və istismar işlərinin həyata keçirilməsi prosesləri ilə bağlı tələbələrə ətraflı məlumat verilib.

Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanları qürurla anırıq!
20/01/2024

Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanları qürurla anırıq!

Rabitə və İnformasiya Texnologiyaları üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində 20 Yanvar - Ümumxalq Hüzn Gününə həsr olun...
20/01/2024

Rabitə və İnformasiya Texnologiyaları üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində 20 Yanvar - Ümumxalq Hüzn Gününə həsr olunan silsilə tədbirlər həyata keçirilib.

-Tədbirlər çərçivəsində peşə təhsil müəssisəsinin pedaqoji heyəti və tələbələri tərəfindən Şəhidlər xiyabanı ziyarət edilib və anım günü ilə bağlı tədbir keçirilib.

📢 “Peşə təhsilində metodiki işin təşkili” mövzusunda Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndələri və Rabitə və İn...
11/12/2023

📢 “Peşə təhsilində metodiki işin təşkili” mövzusunda Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndələri və Rabitə və İnformasiya Texnologiyaları üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin mühəndis-pedaqoji heyətinin iştirakı ilə təlim keçirilib.

📌 Təlimin keçirilməsində əsas məqsəd peşə təhsili müəssisələrinə tədrisin təşkili üzrə metodiki dəstəyin göstərilməsi və bu müəssisələr üzrə mühəndis-pedaqoji heyətinin bilik və bacarıqlarının artırılmasıdır

6 dekabr–rabitə və informasiya texnologiyaları sahəsi üzrə çalışanların peşə bayramıdır. Həmkarlarımızı və məzunlarımızı...
06/12/2023

6 dekabr–rabitə və informasiya texnologiyaları sahəsi üzrə çalışanların peşə bayramıdır.

Həmkarlarımızı və məzunlarımızı bu münasibətlə təbrik edir, fəaliyyətlərində müvəffəqiyyətlər arzu edirik!

05/12/2023
15/11/2023

"Fiber-optik kabellərin montajı" ixtisası üzrə qısa müddətli təlimlərdə iştirak edən tələbələr təlim nəticələri ilə bağlı fikirlərini bölüşdülər.

Təlimlər Aztelekom ilə əməkdaşlıq çərçivəsində Rabitə və İnformasiya Texnologiyaları üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən keçirilir.

14/11/2023

Peşə hazırlığı istiqamətində daha bir layihəmiz uğurla yekunlaşdı.

"Fiber-optik kabellərin montajı" peşəsi üzrə ilk tələbələrimizi məzun etdik.

Məzunlarımıza uğurlar arzulayırıq!

📢  Tələbə və məzunlarımızın diqqətinə!-Peşə Təhsili üzrə Dövlət Agentliyi, Avropa İttifaqı və BMT-nin İnkişaf Proqramı p...
31/10/2023

📢 Tələbə və məzunlarımızın diqqətinə!

-Peşə Təhsili üzrə Dövlət Agentliyi, Avropa İttifaqı və BMT-nin İnkişaf Proqramı peşə təhsilinə könüllülərin cəlbi üçün yeni təşəbbüs elan edir.

📌 Peşə Təhsili üzrə Dövlət Agentliyinin tabeliyində olan bütün peşə təhsil müəssisələrində təhsil alan və son 5 ildə məzun olan şəxslər peşə könüllüsü olmaq üçün bu təşəbbüsə müraciət edə bilərlər.

🔗Müraciət linki: https://shorturl.at/isSW5
⏳ Son müraciət tarixi: 13 noyabr, saat 18:00

🔗Ətraflı: https://shorturl.at/cozGX

⁉️ Bacarıq və istedadınızı milli və beynəlxalq səviyyədə nümayiş etdirməyə hazırsınızmı? 📢 Elə isə “Skills Azərbaycan 20...
31/10/2023

⁉️ Bacarıq və istedadınızı milli və beynəlxalq səviyyədə nümayiş etdirməyə hazırsınızmı?

📢 Elə isə “Skills Azərbaycan 2023” Milli Yarışında iştirak üçün qeydiyyatdan keçməyə tələsin.

🏆 İstər peşəkar, istərsə də yeni başlayan istedadlı gənc olmağınızdan asılı olmayaraq müxtəlif bacarıqlar üzrə keçiriləcək yarışlara siz də qoşulun və bacarığınızla parlamaq şansı qazanın!

📊 İstiqamətlər: veb texnologiyalar, 3D oyun sənəti, aşpaz, bərbər, zərgər və qaynaqçı.

🔗 Ətraflı: https://shorturl.at/lHKLQ

🔗 Müraciət üçün link: http://www.worldskills.az/
⏳ Son müraciət tarixi: 10 noyabr 2023-cü il

WorldSkills Azerbaijan

23/10/2023

Ürəyi sevgisi ilə döyünən, cəbhədə öz tələbələri ilə bərabər vuruşan fədakar müəllimlərimizlə fəxr edirik!

Vətən sizləri unutmaz!

Ölkənin qabaqcıl innovasiyalarının, yerli startapların, texnoloji və rəqəmsal həllər üzrə fəaliyyət göstərən aktiv oyunç...
14/10/2023

Ölkənin qabaqcıl innovasiyalarının, yerli startapların, texnoloji və rəqəmsal həllər üzrə fəaliyyət göstərən aktiv oyunçuların seçiləcəyi müsabiqənin seçim turuna start verildi!

-Rabitə və İnformasiya Texnologiyaları üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi "İlin Rəqəmsal Layihəsi" nominasiyası üzrə mübarizə aparacaq.

🏆Müsabiqədə seçim turu ictimai səsvermə əsasında həyata keçirilir👇

🏷️İlin Rəqəmsal Layihəsi https://awards.idda.az/az/nominees/162

🗳️Tələbə və məzunlarımızı ictimai səs vermədə iştirak edərək məktəbimizə dəstək olmağa dəvət edirik!

Peşə Təhsili üzrə Dövlət Agentliyi
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
Innovation and Digital Development Agency

̧ə ̧əhazırlığı

Address

Nərimanov Rayonu, Ələsgər Qayıbov Küçəsi 13
Baku

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when Rabitə və İnformasiya Texnologiyaları üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Rabitə və İnformasiya Texnologiyaları üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi:

Share