Təhsildə Keyfiyyət Təminatı Agentliyi

Təhsildə Keyfiyyət Təminatı Agentliyi Bu səhifə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Facebook səhifəsidir.

18/09/2026

Təhsildə Keyfiyyət Təminatı Agentliyində STEAM dərslərinin tədris olunduğu ümumi təhsil müəssisələrində monitorinq prosesinə cəlb olunacaq ekspertlər üçün növbəti metodoloji dəstək təlimi

Təlim çərçivəsində tədris prosesinin müşahidəsi, təhsilverənlərin hazırlığı və fəaliyyəti, infrastruktur və tədris resurslarının uyğunluğu, həmçinin təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi kimi mühüm məsələlər müzakirə olunub.

🔗Ətraflı: https://tkta.edu.az/az/media/news/1491

Vətəndaş məmnunluğu prioritetimizdir!
18/09/2026

Vətəndaş məmnunluğu prioritetimizdir!








17/09/2026

TKTA-nın İdarə Heyətinin Sədri AZƏRTAC-a müsahibə verib.

Tural Əhmədov AZƏRTAC-a müsahibəsində TKTA-nın fəaliyyət istiqamətləri – təhsil müəssisələrinin akkreditasiyasının həyata keçirilməsi, xaricdə alınan kvalifikasiyaların, eləcə də qeyri-formal və informal təlim nəticələrinin tanınması barədə danışıb. O bildirib ki, TKTA-nın əsas məqsədlərindən biri bu istiqamətlər üzrə fəaliyyətləri daha da irəli aparmaq, təhsil müəssisələrində keyfiyyət monitorinqi mexanizmlərini təkmilləşdirməkdir.
Tural Əhmədov qeyd edib ki, öncəki dövrdə ali təhsil müəssisələri səviyyəsində həyata keçirilən akkreditasiya prosesi institusional və proqram səviyyəsində həyata keçirilirdisə, artıq bu ildən etibarən məktəbəqədər təhsil müəssisələrində pilot akkreditasiyanın keçirilməsi nəzərdə tutulur.

Ətraflı: https://azertag.az/xeber/ilin_sonunadek_350_mektebeqeder_tehsil_muessisesinde_keyfiyyet_monitorinqlerinin_yekunlasdirilmasi_planlasdirilir_video-4413945

17/09/2026

“Yeni Üfüq” layihəsi çərçivəsində qiymətləndirmə imtahanı keçirilib!

TKTA, “HBN Group” və “SOCAR Midstream Gas Operations”un birgə tərəfdaşlığı ilə həyata keçirilən layihə gənclərin gələcəyinə işıq tutmağa davam edir. Layihənin əsas məqsədi valideynlərindən birini və ya hər ikisini itirmiş, habelə valideyn himayəsindən məhrum olmuş gənclərin peşə bacarıqlarının inkişafına dəstək göstərmək, onların cəmiyyətə və əmək bazarına inteqrasiyasına töhfə verməkdən ibarətdir.

📲Əlaqə: (+99450) 443-77-89
🔗Qeydiyyat: https://tinyurl.com/53jmtf8z
🔗Xəbərlə tanış ol: https://tkta.edu.az/az/media/news/1490


Vətəndaşların nəzərinə!!!29 sentyabr 2026-cı il tarixində TKTA-nın sifarişi ilə müəllimlik, mühəndislik və hüquq ixtisas...
16/09/2026

Vətəndaşların nəzərinə!!!

29 sentyabr 2026-cı il tarixində TKTA-nın sifarişi ilə müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə DİM tərəfindən keçirilməsi planlaşdırılan növbəti peşə tanınması imtahanının saatı dəyişdirilmişdir.

Belə ki, sözügedən imtahanın 29 sentyabr 2026-cı il saat 15:00-da keçirilməsi nəzərdə tutulur.

Diqqət: İmtahan binasına daxil olarkən “İmtahana buraxılış vərəqəsi”nin fiziki olaraq müraciətçinin yanında olması zəruridir.

📌 TKTA-nın sifarişi ilə DİM tərəfindən növbəti peşə tanınması imtahanı keçiriləcək

🔗 Ətraflı: https://tkta.edu.az/az/media/news/1481

16/09/2026

“Elektrik-qaz qaynaqçısı” ixtisası üzrə sertifikat əldə etmiş ərizəçinin təəssüratları İmtahanlarda iştirak etmək istəyən şəxslərin nəzərinə çatdırmaq istərdik ki, hazırda peşə ixtisasları üzrə qeydiyyat davam edir.

Əlavə məlumat əldə etmək istəyən şəxslər mobil nömrəsi ilə əlaqə saxlaya və ya TKTA-nın rəsmi internet səhifəsi vasitəsilə müraciət edə bilərlər.

📲 Əlaqə: (+99450) 443-77-89
🔗 Qeydiyyat: https://tinyurl.com/53jmtf8z
🔗 Xəbərlə tanış ol: https://tkta.edu.az/az/media/news/1488


Təhsildə Keyfiyyət Təminatı Agentliyində (TKTA) STEAM dərslərinin tədris olunduğu ümumi təhsil müəssisələrində (ÜTM) mon...
16/09/2026

Təhsildə Keyfiyyət Təminatı Agentliyində (TKTA) STEAM dərslərinin tədris olunduğu ümumi təhsil müəssisələrində (ÜTM) monitorinq prosesinə cəlb olunacaq ekspertlər üçün növbəti metodoloji dəstək təlimi təşkil olunub.

Təlim çərçivəsində tədris prosesinin müşahidəsi, təhsilverənlərin hazırlığı və fəaliyyəti, infrastruktur və tədris resurslarının uyğunluğu, həmçinin təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi kimi mühüm məsələlər müzakirə olunub.

🔗Ətraflı: https://tkta.edu.az/az/media/news/1491

“Yeni Üfüq” layihəsi çərçivəsində qiymətləndirmə keçirilib.14 sentyabr 2026-cı il tarixində Təhsildə Keyfiyyət Təminatı ...
15/09/2026

“Yeni Üfüq” layihəsi çərçivəsində qiymətləndirmə keçirilib.

14 sentyabr 2026-cı il tarixində Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) ilə “HBN Group”un birgə əməkdaşlığı və “SOCAR Midstream Gas Operations”-ın maliyyə dəstəyi ilə həyata keçirilən “Yeni Üfüq” layihəsi çərçivəsində qeyri-formal və informal təhsilin tanınması üzrə qiymətləndirmə təşkil olunub.
Layihənin əsas məqsədi valideynlərindən birini və ya hər ikisini itirmiş, habelə valideyn himayəsindən məhrum olmuş gənclərin peşə bacarıqlarının inkişafına dəstək göstərmək, onların cəmiyyətə və əmək bazarına inteqrasiyasına töhfə verməkdən ibarətdir.

📲Əlaqə: (+99450) 443-77-89
🔗Qeydiyyat: https://tinyurl.com/53jmtf8z
🔗Xəbərlə tanış ol: https://tkta.edu.az/az/media/news/1490


TKTA “Türk Dünyası Ali təhsil sistemində ortaqlıq sertifikat proqramı”nda təmsil olunub Qeyd edək ki, tədbir çərçivəsind...
15/09/2026

TKTA “Türk Dünyası Ali təhsil sistemində ortaqlıq sertifikat proqramı”nda təmsil olunub

Qeyd edək ki, tədbir çərçivəsində əldə olunan qabaqcıl təcrübələrin milli ali təhsil sistemində keyfiyyətin təmin olunması proseslərinə inteqrasiyası nəzərdə tutulur.

🔗 Xəbərlə tanış ol: https://tkta.edu.az/az/media/news/1489

Təhsil – parlaq gələcəyin və davamlı inkişafın təməlidir. Yeni tədris iliniz mübarək!
15/09/2026

Təhsil – parlaq gələcəyin və davamlı inkişafın təməlidir. Yeni tədris iliniz mübarək!

Address

Q. Qarayev 2B
Baku
AZ1060

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994 146

Alerts

Be the first to know and let us send you an email when Təhsildə Keyfiyyət Təminatı Agentliyi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Təhsildə Keyfiyyət Təminatı Agentliyi:

Shortcuts

Share