Babək Rayon Gənclər və İdman İdarəsi

Babək Rayon Gənclər və İdman İdarəsi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Babək Rayon Gənclər və İdman İdarəsi, Government Organization, Babək şəhəri, Baku.

🇦🇿 28 May – Müstəqillik Günü
28/05/2026

🇦🇿 28 May – Müstəqillik Günü

Qurban bayramınız mübarək!
27/05/2026

Qurban bayramınız mübarək!

Gənclər və İdman Nazirliyinin Kollegiya iclası keçirilib Mayın 22-də Gənclər və İdman Nazirliyinin növbəti Kollegiya icl...
22/05/2026

Gənclər və İdman Nazirliyinin Kollegiya iclası keçirilib

Mayın 22-də Gənclər və İdman Nazirliyinin növbəti Kollegiya iclası keçirilib. Nazir Fərid Qayıbovun sədrliyi ilə keçirilən iclasda gündəliyə əsasən bir sıra məsələlər müzakirə olunub və müvafiq qərarlar qəbul edilib. İclasda Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini, nazir vəzifələrini icra edən Məcid Seyidov da iştirak edib.

İclasda 2025-ci ilin “İdman səfirləri”nin hesabatı dinlənilib və qəbul edilib. Həmçinin ölkə ərazisində yayılan idman növləri və fənlərinin tanınması, ictimai birliklərə respublika idman federasiyası statusunun verilməsi, federasiyaların fəaliyyət istiqamətlərinə yeni idman növləri və fənlərinin əlavə edilməsi məsələlərinə baxılıb. Kollegiyanın qərarına əsasən, Azərbaycan Su İdmanı Növləri Federasiyasının fəaliyyət istiqamətinə balıqçılıq idman növü də əlavə edilib və bu idman növü ölkə ərazisində yayılan idman növü kimi tanınıb.

Eyni zamanda "Motosiklet İdmanı Federasiyası" İctimai Birliyinin respublika idman federasiyası statusu təsdiq olunub. Həmçinin “Motokros tipli motosiklet", "Enduro tipli motosiklet", "İdman tipli motosiklet", "Şosse yarışları tipli motosiklet", "Ekstremal motosiklet çıxışları", "Kvadrokros", "Turistik tipli motosiklet" və "Moto-turizm", eləcə də "Həvəskar motosiklet yarışları" "Motosiklet İdmanı Federasiyası" İctimai Birliyinin ölkə ərazisində yayılan idman fənləri olaraq tanınıb.

📸 “Naxçıvanın qədim abidələri gənclərin gözü ilə” – fotomüsabiqə!Naxçıvan Muxtar Respublikası Gənclər və idman Nazirliyi...
22/05/2026

📸 “Naxçıvanın qədim abidələri gənclərin gözü ilə” – fotomüsabiqə!

Naxçıvan Muxtar Respublikası Gənclər və idman Nazirliyi tərəfindən “Şəhərsalma və Memarlıq İli” çərçivəsində təşkil olunan fotomüsabiqədə sən də iştirak et, Naxçıvanın zəngin tarixi irsini öz baxış bucağından təqdim et! 🏛️🌿✨

✅ Müsabiqə şərtləri:
* İştirakçılar: 14–29 yaş arası gənclər
* Mövzu: Naxçıvanın tarix, mədəniyyət və təbiət abidələri
* Təqdimat formatı: Maksimum 3 ədəd, A3 və ya A2 ölçüdə çap olunmuş fotoşəkil təşkilatçıya təqdim olunmalıdır
* Fotolar iştirakçının şəxsi müəllif işi olmalıdır

📅 Əsas tarixlər:
* Son müraciət tarixi: 2 iyun 2026
* Sərgi və qiymətləndirmə mərhələsi: 4 iyun 2026, saat 11:00

📍 Məkan:
Nazirliyin inzibati binasının qarşısı (Naxçıvan şəhəri, N.Gəncəvi 49)

🏆 Qalibləri nə gözləyir?
Diplomlar, fəxri fərmanlar və müxtəlif hədiyyələr!

🚴‍♀️ “Sağlam şəhər turu”na sən də qoşul!“Memarlıq və Şəhərsalma İli” çərçivəsində təşkil olunan velotur sağlam həyat tər...
21/05/2026

🚴‍♀️ “Sağlam şəhər turu”na sən də qoşul!

“Memarlıq və Şəhərsalma İli” çərçivəsində təşkil olunan velotur sağlam həyat tərzinin təşviqi, ekoloji düşüncənin aşılanması, eləcə də Naxçıvanın tarixi və müasir memarlıq nümunələrinin tanıdılması məqsədi daşıyır.

📍 Turun marşrutu Tibb Kollecinin önündən başlayaraq yenidən həmin nöqtədə yekunlaşacaq. Ümumi məsafə təxminən 7,5 kilometrdir.

🚲 Velosiped sürməyi bacaran hər kəs aksiyaya qoşula bilər.

📅 Tarix: 26 may 2026
🕚 Saat: 11:00
📍 Məkan: Naxçıvan şəhəri

Sağlam həyat üçün pedal çevir, şəhərini daha yaxından kəşf et! 🌿

🗓 15 may 2026-cı il tarixində Babək şəhər 2 nömrəli  tam orta məktəbində "Yeniyetmə və gənclər arasında erkən nikahın mə...
15/05/2026

🗓 15 may 2026-cı il tarixində Babək şəhər 2 nömrəli tam orta məktəbində "Yeniyetmə və gənclər arasında erkən nikahın mənfi nəticələri" mövzusunda maarifləndirici tədbir keçirilib.

📌 Tədbiri giriş sözü ilə açan Babək Rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Aytəkin Süleymanova mövzu ətrafında çıxış edib. Qeyd olunub ki, cəmiyyətdə erkən nikahların çoxluğu qadınların və uşaqların hüquqlarının pozulmasına, gender bərabərsizliyinin artmasına və sosial ədalətsizliyin dərinləşməsinə səbəb olur. Bu da uzunmüddətli dövrdə cəmiyyətin inkişafına mənfi təsir göstərir. Nəticə olaraq, erkən nikah nə fərdi, nə də cəmiyyət üçün faydalıdır. Bu problemin qarşısını almaq üçün maarifləndirmə işləri aparılmalı, ailələr, məktəblər və dövlət qurumları birgə fəaliyyət göstərməlidir. Babək şəhər 2 nömrəli tam orta məktəbin psixoloqu Səadət Muxtarova isə çıxışında gənclərin sağlamlığına və gələcəyinə təhlükə yaradan zərərli vərdişlərdən danışıb. Erkən nikah - yəni qızların və ya oğlanların hüquqi və bioloji yetkinlik yaşına çatmamış evləndirilməsi – cəmiyyətdə ciddi sosial, psixoloji və fiziki problemlərə səbəb olur. Diqqətə çatdırılıb ki, erkən nikah yalnız evlilik deyil, əksinə uşaqlığın sona çatması, təhsildən uzaqlaşma, fiziki və psixoloji zorakılıq risklərinin artması və bir fərdin gələcəyinin əlindən alınması deməkdir. Daha sonra mövzu ilə bağlı videoçarxa baxış keçirilib.

📍️ Sonda şagirdlərin mövzularla bağlı sualları cavablandırılıb, onlara hüquqlarını qorumağın, sağlam həyat tərzi seçməyin və düzgün informasiya mühitində olmağın vacibliyi xatırladılıb.

✅️ Babək Rayon Gənclər və İdman İdarəsi və Təhsil Şöbəsinin təşəbbüsü ilə keçirilən tədbirdə 22 məktəbli iştirak edib.

🗓 14 may 2026-cı il tarixində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü və Azərbaycan Respublikas...
15/05/2026

🗓 14 may 2026-cı il tarixində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsinə həsr olunmuş şahmat turniri keçirilib.

◼️ Turnirə başlamadan öncə Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi yad edilib.

♟️ Nehrəm qəsəbə 1 nömrəli tam orta məktəbində ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilən turnirdə 30 zəka sahibi qalib olmaq üçün mübarizə aparıb. Yekun nəticələrə əsasən, III-V siniflər arasında Murad Əzimli, VI-VII siniflər arasında Əli Qənbərli, VIII-IX siniflər arasında Nigar Qənbərli, X-XI siniflər arasında isə Hüseyn Qənbərli qalib adını qazanıb.

✅️ Qaliblər diplom, kubok və medallar ilə təltif olunublar.

🎱 Bilyard üzrə (qarışıq piramida) muxtar respublika birinciliyi keçiriləcəkÜmummilli lider Heydər Əliyevin anadan olması...
14/05/2026

🎱 Bilyard üzrə (qarışıq piramida) muxtar respublika birinciliyi keçiriləcək

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan yarış 23–24 may tarixlərində Naxçıvan şəhərində yerləşən “Uğur" bilyard salonunda baş tutacaq.

📍 Yarış 14 yaşdan yuxarı iştirakçılar üçün nəzərdə tutulub.
✅ İştirak ödənişsizdir.
⚠️ İştirakçı sayı məhdud olduğundan qeydiyyatdan erkən keçmək tövsiyə olunur.

📞 Qeydiyyat:
036 544 50 79
060 319 15 80

📸 “Naxçıvanın qədim abidələri gənclərin gözü ilə” – fotomüsabiqə!Naxçıvan Muxtar Respublikası Gənclər və idman Nazirliyi...
14/05/2026

📸 “Naxçıvanın qədim abidələri gənclərin gözü ilə” – fotomüsabiqə!

Naxçıvan Muxtar Respublikası Gənclər və idman Nazirliyi tərəfindən “Şəhərsalma və Memarlıq İli” çərçivəsində təşkil olunan fotomüsabiqədə sən də iştirak et, Naxçıvanın zəngin tarixi irsini öz baxış bucağından təqdim et! 🏛️🌿✨

✅ Müsabiqə şərtləri:
* İştirakçılar: 14–29 yaş arası gənclər
* Mövzu: Naxçıvanın tarix, mədəniyyət və təbiət abidələri
* Təqdimat formatı: Maksimum 3 ədəd, A3 və ya A2 ölçüdə çap olunmuş fotoşəkil təşkilatçıya təqdim olunmalıdır
* Fotolar iştirakçının şəxsi müəllif işi olmalıdır

📅 Əsas tarixlər:
* Son müraciət tarixi: 22 may 2026
* Sərgi və qiymətləndirmə mərhələsi: 26 may 2026, saat 11:00

📍 Məkan:
Nazirliyin inzibati binasının qarşısı (Naxçıvan şəhəri, N.Gəncəvi 49)

🏆 Qalibləri nə gözləyir?
Diplomlar, fəxri fərmanlar və müxtəlif hədiyyələr!

🗓 13 may 2026-cı il tarixində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş "Gənc iste...
13/05/2026

🗓 13 may 2026-cı il tarixində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş "Gənc istedadların dram dünyası" adlı teatr müsabiqəsinin rayon mərhələsi keçirilib.

🎭 Mədəniyyət Sarayında keçirilən müsabiqədə məktəblilər Azərbaycan dramaturgiyasından dram əsərlərini səhnələşdiriblər.

💫 Gənc nəslin milli-mənəvi dəyərlərə bağlılığını gücləndirmək, məktəblilərin teatr sənətinə marağını artırmaq, onların yaradıcılıq qabiliyyətlərini və istedadlarını üzə çıxarmaq məqsədilə keçirilən müsabiqədə 6 komanda iştirak edib. Münsiflər heyətinin yekun rəyinə əsasən, Hüseyn Cavidin "Ana" dramını səhnələşdirən Hacıvar məktəbliləri I yerin qalibi olublar.

🥇 Hacıvar kənd tam orta məktəbi
🥈 Zeynəddin kənd tam orta məktəbi
🥉 Cəhri qəsəbə 1 nömrəli tam orta məktəbi

✅️ Babək Rayon Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi və Naxçıvan Regional Mədəniyyət İdarəsinin Babək Rayon Sektorunun təşkilatçılığı ilə keçirilən birincilikdə qalib komandalara diplom, fərqlənən komandalara isə təşəkkürnamə təqdim edilib.

📌 Qeyd edək ki, Hacıvar məktəbliləri teatr müsabiqəsinin muxtar respublika birinciliyində iştirak edəcəklər.

Address

Babək şəhəri
Baku
AZ6700

Website

Alerts

Be the first to know and let us send you an email when Babək Rayon Gənclər və İdman İdarəsi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share