Suraxanı rayon Heydər Əliyev Mərkəzi

Suraxanı rayon Heydər Əliyev Mərkəzi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Suraxanı rayon Heydər Əliyev Mərkəzi, Government Organization, suraxanihaydaraliyevmerkezi@gmail. com, Baku.

02-03 iyun tarixlərində Suraxanı rayon Heydər Əliyev Mərkəzində 6 ekskursiya baş tutub.Ekskursiyalarda 36 nömrəli Uşaq M...
03/06/2026

02-03 iyun tarixlərində Suraxanı rayon Heydər Əliyev Mərkəzində 6 ekskursiya baş tutub.

Ekskursiyalarda 36 nömrəli Uşaq Musiqi Məktəbinin müəllimləri, valideynləri və şagirdləri, 114, 154 və “Məktəblilərin Mərkəzə ekskursiya qrafikləri üzrə” 84, 114 nömrəli tam orta məktəblərin müəllim və şagirdləri iştirak ediblər.

Ziyarət zamanı qonaqlar Ümummilli Lider Heydər Əliyevin zəngin irsini əks etdirən ekspozisiya ilə tanış olublar.

İyunun 3-də Suraxanı rayon Heydər Əliyev Mərkəzi 270 nömrəli tam orta məktəbdə açıq dərs təşkiıl edib.“Heydər Əliyev Azə...
03/06/2026

İyunun 3-də Suraxanı rayon Heydər Əliyev Mərkəzi 270 nömrəli tam orta məktəbdə açıq dərs təşkiıl edib.

“Heydər Əliyev Azərbaycanın memarı” layihəsi çərçivəsində keçirilən bu dərsdə Ulu Öndərin zəngin dövlətçilik təcrübəsi və xalqımız qarşısındakı misilsiz xidmətləri barədə məlumat verilib, mövzu ətrafında şagirdlərlə səmərəli fikir mübadiləsi aparılıb.

Fəal məktəblilərə Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən broşüralar təqdim olunub.

İyunun 2-də Suraxanı rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev Azərbaycanda dövlət quruculuğunun banisidir” adlı müh...
02/06/2026

İyunun 2-də Suraxanı rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev Azərbaycanda dövlət quruculuğunun banisidir” adlı mühazirə keçirilib.

“Heydər Əliyev Azərbaycanın memarı” layihəsi çərçivəsində keçirilən mühazirədə 85 nömrəli tam orta məktəbin şagirdləri iştirak ediblər.

Mühazirədə qeyd olunub ki, müasir müstəqil Azərbaycan dövlətinin qurulması, daxili siyasi sabitliyin təmini və beynəlxalq nüfuzunun yüksəldilməsi birbaşa Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. 1993-cü ildə ölkənin dövlətçilik böhranı yaşadığı bir dövrdə rəhbərliyə qayıdan Ulu Öndər daxili xaosun qarşısını almış və milli dövlət quruculuğu prosesinə start vermişdir. Onun rəhbərliyi altında hüquqi dövlət təsisatları yaradılmış, ölkənin uzunmüddətli iqtisadi və siyasi müstəqilliyinin möhkəm təməli qoyulmuşdur. Heydər Əliyevin uzaqgörən strateji kursu nəticəsində formalaşan bu platforma, bu gün Azərbaycanın suverenliyinin, qüdrətli ordu quruculuğunun və qazanılan tarixi qələbələrin əsas təminatçısıdır. Dahi liderin dövlətçilik irsi ölkəmizin dayanıqlı inkişaf xəttini müəyyən edən əbədi siyasi məfkurədir.

Mühazirə diskussiya şəklində davam edib.

Sonda mühazirə iştirakçıları həm Ümummilli Lider Heydər Əliyevin zəngin irsini əks etdirən ekspozisiya ilə, həm də onun mədəniyyətlə bağlı fotoşəkillərdən ibarət sərgi ilə tanış olublar.

Suraxanı rayon Heydər Mərkəzi və 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə 1 iyun-Uşaqların Bey...
01/06/2026

Suraxanı rayon Heydər Mərkəzi və 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş “Sehrli Zaman Qapısı” adlı tamaşa keçirilib.

Tamaşada müəllimlər, valideynlər və şagirdlər iştirak ediblər.

Müasir zamandan nağıllar aləminə düşən uşaqların “Zaman pərisi”, “Cırtdan”, “Div”, “Məlikməmməd”, “Tıq-tıq xanım”, “Göyçək Fatma”, “Buz kraliçası”, “Robot texno” obrazları ilə qarşılaşmasından bəhs edən tamaşa bizə göstərdi ki, nağıllar xalqın yaddaşı, qəlbinin səsidir. İnsanlıq hələ yazını kəşf etmədiyi dövrlərdə belə, xeyirlə şərin mübarizəsini, dürüstlüyü və cəsarəti nağıllarla nəsildən-nəslə ötürüb. Bu gün texnologiyanın sürətlə inkişaf etdiyi rəqəmsal dünyamızda nağıllar uşaqların texnoloji soyuqluqdan sığınacağı ən isti, ən mənəvi limandır.

“Teatr sənəti” dərnəyinin üzvlərinin II Uşaq Teatr Festivalında I yerə layiq görülmüş layihə rəhbəri İlahə Əliyeva çıxış edərək tamaşa haqqında məlumat verdi. O bildirdi ki, nağıllar sadəcə uşaq hekayələri deyil, bəşəriyyətin minillik dəyərlərini gələcəyə daşıyan ən güclü körpüdür. Hazır görüntülər verən ekranlardan fərqli olaraq, nağıllar uşağın təxəyyülünü hərəkətə gətirir və ona öz dünyasını yaratmaq imkanı tanıyır.

Tamaşanın sonunda tədbir qonaqlar Ümummilli Lider Heydər Əliyevin zəngin irsini əks etdirən ekspozisiya ilə tanış olublar.

28/05/2026
28 May - Azərbaycanın Müstəqillik Günü
28/05/2026

28 May - Azərbaycanın Müstəqillik Günü

25-26 may tarixlərində Suraxanı rayon Heydər Əliyev Mərkəzində 4 ekskursiya baş tutub.Ekskursiyalarda 37 nömrəli Uşaq Mu...
27/05/2026

25-26 may tarixlərində Suraxanı rayon Heydər Əliyev Mərkəzində 4 ekskursiya baş tutub.

Ekskursiyalarda 37 nömrəli Uşaq Musiqi Məktəbinin xor kollektivi və valideynləri, məktəblilər, “Məktəblilərin Mərkəzə ekskursiya qrafikləri” üzrə 65 nömrəli tam orta məktəbin müəllim və şagirdləri iştirak ediblər.

Ziyarət zamanı qonaqlar Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən ekspozisiya ilə tanış olublar.

Hörmətli həmvətənlər!Sizi və Azərbaycanın hüdudlarından kənarda yaşayan bütün soydaşlarımızı müqəddəs Qurban bayramı mün...
26/05/2026

Hörmətli həmvətənlər!

Sizi və Azərbaycanın hüdudlarından kənarda yaşayan bütün soydaşlarımızı müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzularımı yetirirəm.

İslamın sonuncu səmavi din və mənəvi-əxlaqi qurtuluş yolu olaraq bəşəriyyətə göndərilməsini təcəssüm etdirən Qurban bayramı günlərində milyonlarla müsəlman Həcc ziyarətində bir araya gəlir, birlik və bərabərliyin, nəcib amallar uğrunda hər cür fədakarlığa hazır olmanın qürur və sevincini yaşayır.

Hər il ölkəmizdə ümumxalq bayramı kimi qeyd olunan Qurban mərasimləri insanlar arasında həmrəylik, humanizm və mərhəmət duyğularını daha da gücləndirir, cəmiyyətimizdə milli-mənəvi dəyərlərə bağlılığın, xeyirxah əməllərin təntənəsinə çevrilir.

Əziz bacı və qardaşlarım!

Bu mübarək günlərdə şəhidlərimizin ölməz xatirəsini bir daha minnətdarlıqla yad edir, xalqımızın və dövlətimizin əmin-amanlığı naminə etdiyiniz duaların Tanrı dərgahında qəbul olunması diləyi ilə ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi və bərəkət arzulayıram.

Qurban bayramınız mübarək olsun!

Mayın 25-də Suraxanı rayon Heydər Əliyev Mərkəzinin və 37 nömrəli Uşaq Musiqi Məktəbinin birgə təşkilatçılığı ilə 28 May...
25/05/2026

Mayın 25-də Suraxanı rayon Heydər Əliyev Mərkəzinin və 37 nömrəli Uşaq Musiqi Məktəbinin birgə təşkilatçılığı ilə 28 May-Müstəqillik Gününə həsr olunmuş “Tariximizin şanlı və parlaq səhifəsi” adlı tədbir keçirilib.

Əvvəlcə 37 nömrəli Uşaq Musiqi Məktəbinin şagirdləri tərəfindən Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra Müstəqillik Gününə aid video-çarx nümayiş olunub.

Suraxanı rayon Heydər Əliyev Mərkəzinin direktoru Xəyalə Mahmudova, YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Nərgiz Çıraqova, 37 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru Səadət Yusifova çıxış edərək bildiriblər ki, 28 May Müstəqillik Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı və parlaq səhifələrindən biridir. 1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan müasir respublikamızda bu müqəddəs tarixin rəsmi olaraq dövlət səviyyəsində bayram edilməsi, məhz ulu öndər Heydər Əliyevin müvafiq fərman və sərəncamları ilə təsbit olunmuş və milli dövlətçilik ənənəmizin əsası kimi möhkəmləndirilmişdir. Ümummilli liderin xilaskar missiyası ilə daimi və dönməz xarakter alan bu müstəqillik strategiyası, bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir və ölkəmiz öz tarixinin ən qüdrətli dövrünü yaşayır. Cümhuriyyət dövründən başlayan azadlıq məfkurəsi, bu gün suverenliyi tam bərpa olunmuş bütöv Azərbaycanın hər bir guşəsində ucalan üçrəngli dövlət bayrağımızla öz tarixi və real zirvəsinə çatmışdır.

Tədbirin bədii hissəsində 37 nömrəli Uşaq Musiqi Məktəbinin müəllim və şagirdlərinin ifalarında Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət musiqi nömrələri təqdim olunub.

Sonda tədbir iştirakçıları Ümumilli Lider Heydər Əliyevin zəngin irsini əks etdirən ekspozisiya ilə tanış olublar.

Address

Suraxanihaydaraliyevmerkezi@gmail. Com
Baku

Alerts

Be the first to know and let us send you an email when Suraxanı rayon Heydər Əliyev Mərkəzi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Suraxanı rayon Heydər Əliyev Mərkəzi:

Share