Əkinçilik Elmi Tədqiqat İnstitutu

Əkinçilik Elmi Tədqiqat İnstitutu Kənd Təsərrüfatı Nazirliyinin
Əkinçilik Elmi-Tədqiqat İnstitutu
☎️ (+994 12) 551-61-30
📍 Pirşağı qəsəbəsi, 2 saylı Sovxoz

15/09/2026
15 Sentyabr – Bilik Günü münasibətilə "Balaca həmkarlar" təbrik edildiƏkinçilik Elmi-Tədqiqat İnstitutunda (ETİ) 15 Sent...
15/09/2026

15 Sentyabr – Bilik Günü münasibətilə "Balaca həmkarlar" təbrik edildi

Əkinçilik Elmi-Tədqiqat İnstitutunda (ETİ) 15 Sentyabr – Bilik Günü münasibətilə institut əməkdaşlarının məktəbli övladları – "Balaca həmkarlar" üçün təbrik tədbiri keçirilib.

Tədbirdə Əkinçilik ETİ-nin direktoru Faiq Xudayev, Aqrar, Ekologiya və Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyinin sədr müavini Telman Quliyev və Layihələrin İdarə Edilməsi Şöbəsinin müdir müavini Aygün Əliyeva, İlk Həmkarlar İttifaqı Komitəsinin sədri Lianna Əmrahova iştirak edərək şagirdləri və onların valideynlərini yeni dərs ilinin başlaması münasibətilə səmimi qəlbdən təbrik ediblər.

İnstitut direktoru Faiq Xudayev çıxışında gələcəyin savadlı, cəmiyyətə faydalı mütəxəssislərinin məhz məktəb illərində formalaşdığını vurğulayıb, uşaqlara dərslərində üstün müvəffəqiyyətlər arzulayıb. Aqrar, Ekologiya və Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyinin sədr müavini Telman Quliyev institut əməkdaşlarının ailələrinə, xüsusilə də məktəbli uşaqlara diqqət və qayğının hər zaman diqqət mərkəzində saxlanıldığını bildirib. Layihələrin İdarə Edilməsi Şöbəsinin müdir müavini Aygün Əliyeva balacaların bilik yollarındakı ilk addımlarının uğurlu olmasını, gələcəkdə ölkəmizin elminə və inkişafına töhfə verən şəxsiyyətlər kimi yetişmələrini diləyib.
Tədbirin sonunda birinci sinfə qədəm qoyan və yeni dərs ilinə başlayan "balaca həmkarlar"a məktəb ləvazimatları və hədiyyələr təqdim olunub, onlara möhkəm cansağlığı və parlaq təhsil uğurları arulanıb.

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Süni İntellekt layihəsinin əməkdaşları və McKinsey şirkətini...
14/09/2026

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Süni İntellekt layihəsinin əməkdaşları və McKinsey şirkətinin nümayəndələri Əkinçilik Elmi-Tədqiqat İnstitutunda olublar

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirinin (KTN) müavini İlhamə Qədimova, KTN-nin Aqrar Süni İntellekt (ASİ) layihəsinin komanda heyəti və McKinsey şirkətinin nümayəndələri Əkinçilik Elmi-Tədqiqat İnstitutuna (ƏETİ) səfər ediblər.

Səfər çərçivəsində qonaqlar ƏETİ-nin ərazisində yerləşən ənənəvi və qeyri-ənənəvi yem bitkilərinin əkin sahələrinə baxış keçirib, institutda aparılan elmi-tədqiqat işləri, tətbiq olunan müasir yanaşmalar, səpinə hazırlıq işlərinin vəziyyəti ilə tanış olublar.

İnstituta səfər edən nümayəndə heyətini ƏETİ-nin direktoru Faiq Xudayev, direktor müavinləri Sevinc Məmmədova, Qərib Novruzlu və Şikar Əhmədov qarşılayıblar.
Görüş zamanı F. Xudayev institutun əsas elmi fəaliyyət istiqamətləri, mandatına daxil olan kənd təsərrüfatı bitkiləri, aparılan elmi-tədqiqat işləri barədə qonaqlara ətraflı məlumat verib.

KTN-nin ASİ layihəsi İnstitutun əməkdaşlarının iştirakı ilə keçirilən toplantıda Sİ texnologiyalarının kənd təsərrüfatında tətbiq imkanları üzrə təqdimat edilib.
Təqdimatda Layihə çərçivəsində süni intellekt əsaslı həllər, əkin sahələrinin peyk məlumatları əsasında yoxlanılması, şum və əkin vəziyyətinin müəyyənləşdirilməsi, bitki növlərinin xəritələndirilməsi, bitki növlərinin ərazi uyğunluğunun qiymətləndirilməsi, məhsuldarlığın proqnozlaşdırılması, suvarmanın idarə edilməsi, bitki sağlamlığına nəzarət və xəstəlik risklərinin əvvəlcədən müəyyən edilməsi kimi istiqamətlər qeyd edilib. Təqdimatda torpaq nümunələrinin pH, elektrik keçiriciliyi (EC) və üzvi maddə (SOM) göstəriciləri üzrə məlumatların formalaşdırılması, məhsuldarlığa təsir edən dəyişkənliklərin müəyyənləşdirilməsi, sahə və region səviyyəsində torpaq göstəricilərinin izlənilməsi imkanları qeyd olunub.

Aqrar süni intellekt həlləri əsasən məlumat əsaslı qərarvermənin genişləndirilməsi, fermerlərin fəaliyyətinin daha düzgün təşkili və qiymətləndirilməsi, əkin, suvarma və məhsul yığımı ilə bağlı operativ qərarların verilməsi, həmçinin kənd təsərrüfatında resurslardan daha səmərəli istifadəyə imkan yaradılmasıdır. Layihə çərçivəsində fermerlərin fəaliyyətinin müxtəlif meyarlar üzrə qiymətləndirilməsi və nəticələrin yaxşılaşdırılması üçün müvafiq məsləhətlərin təqdim edilməsi və s. , eləcə də “Yonca” tətbiqindən bəhs edilib.

ƏETİ-yə səfər zamanı aqrar sahədə elmi-tədqiqatların rəqəmsal texnologiyalar və süni intellekt imkanları ilə əlaqələndirilməsi, sahələrdən əldə olunan məlumatların elmi və praktiki baxımdan istifadəsi, eləcə də bu texnologiyaların bitkiçilik sahəsində tətbiqi perspektivləri barədə müzakirələr aparılıb.
Tədbirin sonunda suallar və cavablar səsləndirilib, qarşılıqlı fikir mübadiləsi və gələcək əməkdaşlıq imkanlarının müzakirəsi aparılıb.

10/09/2026
GÖYTƏPƏ • XUDAFƏRİN • RƏVAN PAYIZLIQ BƏRK BUĞDA SORTLARI KEYFİYYƏTLİ TOXUM – BOL VƏ GƏLİRLİ MƏHSUL! ƏKİNİNİZƏ GÜVƏNİN, M...
31/08/2026

GÖYTƏPƏ • XUDAFƏRİN • RƏVAN PAYIZLIQ BƏRK BUĞDA SORTLARI KEYFİYYƏTLİ TOXUM – BOL VƏ GƏLİRLİ MƏHSUL! ƏKİNİNİZƏ GÜVƏNİN, MƏHSULUNUZA DƏYƏR QATIN! 🌾
Keyfiyyətli toxum və ətraflı məlumat üçün: Əkinçilik Elmi-Tədqiqat İnstitutu Cəlilabad Bölgə Təcrübə Stansiyası
Bizimlə əlaqə saxlayın!

Çin Xalq Respublikasının Siçuan əyalətinin Çendu şəhərində 14-cü Asiya Qarğıdalı Konfransı (14th Asian Maize Conference ...
27/08/2026

Çin Xalq Respublikasının Siçuan əyalətinin Çendu şəhərində 14-cü Asiya Qarğıdalı Konfransı (14th Asian Maize Conference – AMC) keçirilib

Çin Kənd Təsərrüfatı Elmləri Akademiyası (CAAS), Siçuan Kənd Təsərrüfatı Elmləri Akademiyası, Siçuan Kənd Təsərrüfatı Universiteti və CAAS-ın Bitki Elmləri İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən beynəlxalq elmi tədbirdə müxtəlif ölkələrdən qarğıdalı və digər bitkiçilik istiqamətləri üzrə fəaliyyət göstərən alim və mütəxəssislər iştirak ediblər. Beynəlxalq Qarğıdalı və Buğda Təkmilləşdirmə Mərkəzi (CIMMYT) isə konfransın elmi-texniki tərəfdaşı qismində çıxış edib.
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun (ƏETİ) “Bitki seleksiyası və toxumçuluğu” şöbəsinin əməkdaşları Leyla Həsənova və Aysel Labazanova konfransda fəal iştirak ediblər.
İnstitut əməkdaşları elmi-tədqiqat istiqamətlərinə uyğun olaraq dənli bitki sortlarının taksonomik xüsusiyyətləri, xarakterik morfobiometrik əlamətləri və əsas aqronomik göstəricilərinə dair təqdimatla çıxış ediblər. Təqdimat konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb. Təqdimatın yüksək elmi səviyyəsi, aktuallığı və praktiki əhəmiyyəti nəzərə alınaraq əməkdaşlar müvafiq hədiyyələrlə təltif olunublar.
Beynəlxalq konfrans çərçivəsində aparılan görüş və müzakirələr elmi təcrübə mübadiləsinin genişləndirilməsi, müasir seleksiya və bitkiçilik istiqamətləri üzrə əməkdaşlığın inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edib.
Hazırda ƏETİ ilə Siçuan Kənd Təsərrüfatı Universiteti, eləcə də konfransda iştirak edən digər bitki elmləri üzrə elmi-tədqiqat müəssisələri arasında elmi tərəfdaşlığın qurulması və gələcək birgə əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi məqsədilə müvafiq istiqamətdə işlər aparılır.
Konfransda iştirak ƏETİ-nin beynəlxalq elmi əlaqələrinin genişləndirilməsi, əməkdaşlarının qabaqcıl elmi təcrübə və innovativ yanaşmalarla tanış olması, həmçinin Azərbaycan bitkiçilik elminin beynəlxalq elmi platformalarda təmsil olunması baxımından mühüm addım kimi qiymətləndirilir.

Saatlı rayonunda “Dron texnologiyalarından istifadə etməklə əkin sahələrində herbisid və gübrə tətbiqinin optimallaşdırı...
26/08/2026

Saatlı rayonunda “Dron texnologiyalarından istifadə etməklə əkin sahələrində herbisid və gübrə tətbiqinin optimallaşdırılması” mövzusunda tədbir keçirilib

Əkinçilik Elmi-Tədqiqat İnstitutu (ƏETİ), BİMEXTECH MMC və Saatlı Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) birgə təşkilatçılığı ilə Saatlı rayonunda “Dron texnologiyalarından istifadə etməklə əkin sahələrində herbisid və gübrə tətbiqinin optimallaşdırılması” mövzusunda maarifləndirici tədbir keçirilib. Saatlı rayon Bitki mühafizə və fumiqasiya (zərərsizləşdirmə) mərkəzinin, “Prime-Cotton” MMC-nin Saatlı filialının, “Prime-Cotton” MMC-nin Saatlı İnnovasiya, “Agro-Az” MMC-nin, “P-Agro” MMC-nin, “Azərpambiq ASK” MMC-nin Saatlı filiallarının, o cümlədən aqrar sahədə fəaliyyət göstərən 70-ə yaxın mütəxəssis, fermer və aidiyyəti qurumların nümayəndələrinin iştirakı etdiyi tədbir Prime-Cotton” MMC-nin müqaviləçisi, fermer Famil Əzimovun 41 ha əkin sahəsində həyata keçirilib.
Tədbirin əsas məqsədi müasir rəqəmsal və pilotsuz uçuş texnologiyalarının kənd təsərrüfatında tətbiqi imkanlarının fermerlərə nümayiş etdirilməsi, əkin sahələrində herbisid və gübrələrin daha səmərəli, dəqiq və məqsədyönlü tətbiqi barədə məlumatların verilməsi, eyni zamanda aqrar istehsalda resurslardan səmərəli istifadənin təşviq olunması olub.
Tədbir çərçivəsində fermerlərə kənd təsərrüfatı dronlarının iş prinsipi, onların əkin sahələrinin monitorinqi və bitkilərin vəziyyətinin qiymətləndirilməsində, həmçinin herbisid və gübrələrin tətbiqində istifadəsi barədə ətraflı məlumat verilib. İştirakçılara dron texnologiyalarının ənənəvi tətbiq üsullarından fərqli olaraq sahənin ayrı-ayrı hissələrinə ehtiyaca uyğun müdaxilə etməyə imkan yaratdığı izah olunub.
Kənd təsərrüfatı dronlarının tətbiqi əkinçilikdə dəqiqliyin və resurslardan istifadənin səmərəliliyinin artırılmasına imkan verir. Dronlar vasitəsilə əkin sahələrinin operativ monitorinqi aparıla, bitkilərin inkişaf vəziyyəti qiymətləndirilə və problemli sahələr müəyyən edilə bilər.
Herbisid və gübrələrin dronlarla tətbiqinin əsas üstünlüklərindən biri onların dəqiq və lokal şəkildə püskürdülməsidir. Bu yanaşma məhsulun ehtiyacına uyğun olaraq preparatların yalnız zəruri sahələrə tətbiq edilməsinə, beləliklə, kimyəvi vasitələrin və suyun sərfiyyatının optimallaşdırılmasına şərait yaradır.
Dron texnologiyalarının digər üstünlükləri aşağıdakılardır:
 əkin sahələrinin qısa müddətdə monitorinq edilməsi;
 bitkilərin vəziyyətinin operativ qiymətləndirilməsi;
 herbisid və gübrələrin daha dəqiq tətbiqi;
 preparat və su sərfiyyatının optimallaşdırılması;
 insan əməyinə olan tələbatın və ağır texnikadan istifadənin müəyyən hallarda azaldılması;
 torpağın ağır kənd təsərrüfatı texnikası ilə sıxılmasının qarşısının alınmasına kömək etməsi;
 çətin keçilən və ya texnikanın daxil olmasının mümkün olmadığı sahələrdə tətbiq imkanları;
 aqrotexniki tədbirlərin vaxtında və operativ həyata keçirilməsi;
 kənd təsərrüfatı istehsalında məhsuldarlığın və iqtisadi səmərəliliyin artırılmasına töhfə verməsi.
Tədbir zamanı həmçinin qeyd olunub ki, dron texnologiyalarının effektivliyi yalnız uçuş və püskürtmə imkanları ilə məhdudlaşmır. Müasir kənd təsərrüfatı dronları müxtəlif sensor və proqram təminatları ilə birlikdə istifadə edildikdə sahələr haqqında daha ətraflı məlumat əldə etməyə, bitkilərin inkişafında müşahidə olunan fərqləri müəyyənləşdirməyə və aqrotexniki tədbirlərin daha düzgün planlaşdırılmasına imkan verir.
Tədbirin praktiki hissəsində fermerlərə dron vasitəsilə əkin sahəsində herbisid və gübrələrin tətbiqi prosesi nümayiş etdirilib, texnologiyanın tətbiqi zamanı diqqət yetirilməli olan əsas məqamlar izah olunub və iştirakçıların sualları cavablandırılıb.
Çıxışlarda bildirilib ki, rəqəmsal kənd təsərrüfatı texnologiyalarının tətbiqi müasir və dayanıqlı aqrar istehsalın əsas istiqamətlərindən biridir.
Belə texnologiyaların fermerlər arasında geniş tətbiqi resurslardan daha səmərəli istifadə olunmasına, istehsal xərclərinin optimallaşdırılmasına və kənd təsərrüfatında innovativ yanaşmaların inkişafına mühüm töhfə verə bilər. Bu istiqamətdə keçirilən maarifləndirici və praktiki tədbirlər müasir aqrar texnologiyaların fermerlərə çatdırılması, elmi-tədqiqat nəticələrinin istehsalata tətbiqinin genişləndirilməsi və innovativ kənd təsərrüfatı yanaşmalarının təşviqi baxımından mühüm əhəmiyyət daşıyır.

18/08/2026

✅ Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin rəsmi Telegram kanalına qoşulun: https://t.me/agro_gov_az
✅ Aqrar sahədə ən son yenilikləri ilk siz öyrənin!

18/08/2026

✅ Əziz fermerlər!
✅ Aqrar sahəyə dövlət dəstəyi proqramlarının effektivliyinin ölçülməsi məqsədilə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən sorğu keçirilir.
✅ Aşağıdakı linkə daxil olaraq, müvafiq sualları cavablandırmaqla, subsidiyaların verilməsi prosesinin effektivliyinin ölçülməsinə yardımçı ola bilərsiniz.
https://forms.gle/JRK7Ueme2V6ZCZCGA

Address

Sovxoz 2
Baku
AZ1098

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994125516130

Alerts

Be the first to know and let us send you an email when Əkinçilik Elmi Tədqiqat İnstitutu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Əkinçilik Elmi Tədqiqat İnstitutu:

Shortcuts

Share