Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti

Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti Nizami Rayon İcra Hakimiyyəti

Nizami Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhid və qazi övladları üçün yeni tədris ilinin başlanması – Bilik G...
12/09/2026

Nizami Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhid və qazi övladları üçün yeni tədris ilinin başlanması – Bilik Günü münasibətilə tədbir keçirilib.
Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov tədbirdə Bilik Günü münasibətilə şəhid və qazilərin məktəbli övladlarını, xüsusilə də məktəbə ilk dəfə qədəm qoyacaq birinciləri təbrik edib, təhsildə uğurlar arzulayıb, həmçinin dövlətimiz tərəfindən şəhid ailələrinə, qazilərə və onların övladlarına göstərilən diqqət və qayğıdan söhbət açıb.
Qeyd olunub ki, şəhidlərimizin və sağlamlığını itirmiş qazilərimizin ailələrinin hər zaman diqqət mərkəzində saxlanılması, onların rifahının təmin olunmasına, həyat şəraitinin yaxşılaşdırılmasına yönəlmiş sosial proqramlar, eləcə də onların övladlarına göstərilən yüksək qayğı dövlətimiz tərəfindən verilən ali dəyərin ən bariz nümunəsidir.
Şəhid ailələri və qazilər onların övladlarına göstərilən böyük diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci xanımı Mehriban Əliyevaya dərin təşəkkürlərini bildiriblər.
Tədbirdə uşaqlar üçün musiqili-əyləncəli proqram təşkil olunub.
Tədbirin sonunda uşaqlara Rayon İcra Hakimiyyətinin hədiyyələri təqdim edilib.

http://nizami-ih.gov.az/az/news/nizami-rayonunda-sehid-ve-qazi-ovladlari-ucun-bilik-gunu-munasibetile-tedbir-kecirilib-12-09-2026.html

Rayon sakinlərini narahat edən problemləri yerində müəyyənləşdirib operativ aradan qaldırmaq məqsədilə 2026-cı ilin 9 se...
11/09/2026

Rayon sakinlərini narahat edən problemləri yerində müəyyənləşdirib operativ aradan qaldırmaq məqsədilə 2026-cı ilin 9 sentyabr tarixində Özbəkistan küçəsi 3 ünvanında yerləşən 32 №-li tam orta ümumtəhsil məktəbinin akt zalında Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov növbəti səyyar qəbul keçirib.
Görüşdə Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul şəxsləri, 1 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndə, rayonun xidmət sahələrinin rəhbərləri və sakinlər iştirak ediblər.
Qəbulda sakinləri narahat edən müxtəlif məsələlər diqqətlə dinlənilib və hər bir vətəndaşın müraciətinə fərdi qaydada baxılıb.
Səsləndirilən və həlli mümkün olan problemlərin qısa zamanda aradan qaldırılması ilə bağlı Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov aidiyyəti idarə və xidmət rəhbərlərinə tapşırıqlar verib. Həlli zaman tələb edən müraciətlər isə qeydiyyata alınaraq nəzarətə götürülüb.

http://nizami-ih.gov.az/az/news/nizami-rayon-icra-hakimiyyetinin-bascisi-cosqun-cebrayilov-rayon-sakinleri-ile-novbeti-seyyar-qebul-kecirib-09-09-2026.html

Nizami rayonunda yol infrastrukturunun yenilənməsi və hərəkətin təhlükəsizliyinin təmin olunması istiqamətində genişmiqy...
09/09/2026

Nizami rayonunda yol infrastrukturunun yenilənməsi və hərəkətin təhlükəsizliyinin təmin olunması istiqamətində genişmiqyaslı təmir-bərpa işləri davam etdirilir.
Sakinlərin müraciətləri nəzərə alınaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Mahir Dadaşzadə və Rüstəm Rüstəmov küçələrini birləşdirən Kamil Balakişiyev küçəsinin asfalt örtüyü yenilənib.

http://nizami-ih.gov.az/az/work/nizami-rayonunda-yol-infrastrukturunun-yenilenmesi-isleri-davam-etdirilir-09-09-2026.html

Nizami Rayon İcra Hakimiyyəti və “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyinin (ANAİB) birgə təşkilatçılığ...
07/09/2026

Nizami Rayon İcra Hakimiyyəti və “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyinin (ANAİB) birgə təşkilatçılığı ilə Heydər Bağı - Park Bulvarda təşkil olunan iki günlük IV Bilik Kitab Sərgisi sakinlər və kitabsevərlər tərəfindən böyük maraqla qarşılanıb.
30-dan çox aparıcı nəşriyyat və kitab mağazasının qatıldığı sərgidə bədii əsərlər, dərsliklər, test topluları və məktəb ləvazimatları ziyarətçilərə xüsusi güzəştli endirimlərlə təqdim olunub. Qonaqlar stendlərlə yaxından tanış olaraq təqdim edilən nəşrləri əldə ediblər.

http://nizami-ih.gov.az/az/news/iv-bilik-kitab-sergisi-sakinlerin-maragina-sebeb-olub.html

Nizami Rayon İcra Hakimiyyəti və “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyinin (ANAİB) birgə təşkilatçılığ...
07/09/2026

Nizami Rayon İcra Hakimiyyəti və “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyinin (ANAİB) birgə təşkilatçılığı ilə 5–6 sentyabr tarixlərində Heydər Bağı - Park Bulvarda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində IV Bilik Kitab Sərgisi keçirilib.
Bilik Günü ərəfəsində təşkil olunan sərginin rəsmi açılış mərasimində Nizami Rayon İcra Hakimiyyətinin, Azərbaycan Nəşriyyatları Assosiasiyasının, rayon ictimaiyyətinin nümayəndələri, təhsil müəssisələrinin kollektivləri, yazarlar və sakinlər iştirak ediblər.
Çıxış edənlər sərginin əhəmiyyətini vurğulayaraq bildiriblər ki, artıq dördüncü ildir ki, silsilə şəklində keçirilən bu layihənin ana məqsədi cəmiyyətdə kitaba, təhsilə və mütaliəyə olan marağı daha da artırmaq, yeni çap olunmuş əsərləri geniş oxucu kütləsinə təbliğ etmək, eləcə də böyüməkdə olan yeni oxucu nəslinin formalaşmasına töhfə verməkdən ibarətdir.
30-dan çox aparıcı nəşriyyat və kitab mağazasının qatıldığı iki günlük sərgidə bədii əsərlər, dərsliklər, test topluları və dəftərlər sakinlərə xüsusi güzəştli endirimlərlə təqdim olunub.
Tədbir çərçivəsində, həmçinin tanınmış və gənc yazıçıların imza saatları, interaktiv uşaq şouları, şeir və canlı musiqi dəqiqələri təşkil olunub.
Sərgi zəngin bədii-əyləncəli konsert proqramı ilə başa çatıb.

http://nizami-ih.gov.az/az/news/nizami-rayonunda-enenevi-iv-bilik-kitab-sergisi-kecirilib-05-09-2026.html

05/09/2026

Bakı Şəhər İcra Hakimiyyəti və Nizami Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə paytaxt sakinlərinin asudə vaxtının səmərəli və maraqlı təşkili məqsədilə avqust ayı ərzində Heydər Bağı – Park Bulvarda “Musiqili axşamlar” layihəsi çərçivəsində keçirilən, gənc ifaçılar tərəfindən müxtəlif xalq, retro və estrada mahnılarının səsləndirildiyi açıq hava konsertlərindən görüntülər

https://youtu.be/f16-StNHrKk

04/09/2026
Nizami rayon sakinlərinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Rayon İcra Hakimiyyətinin başçıs...
03/09/2026

Nizami rayon sakinlərinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov sentyabrın 2-də 229 nömrəli tam orta ümumtəhsil məktəbində növbəti səyyar qəbul keçirib.
Səyyar qəbulda Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, Nizami bələdiyyəsinin sədri, rayonun xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Qəbulda sakinlər tərəfindən qaldırılan məsələlər dinlənilib, qeydiyyata alınıb və həlli istiqamətində aidiyyəti üzrə idarə və təşkilatlara müvafiq tapşırıqlar verilib.

http://nizami-ih.gov.az/az/news/nizami-rayon-icra-hakimiyyetinin-bascisi-sakinlerle-novbeti-seyyar-qebul-kecirib-02-09-2026.html

Nizami Rayon İcra Hakimiyyəti və “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyinin birgə təşkilatçılığı ilə 5–...
02/09/2026

Nizami Rayon İcra Hakimiyyəti və “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyinin birgə təşkilatçılığı ilə 5–6 sentyabr tarixlərində saat 11.00-dan 20.00-dək Heydər Bağı – Park Bulvarda IV Bilik Kitab Sərgisi keçiriləcək.
Sərgidə məktəbli ləvazimatları, test topluları, vəsaitlər, həmçinin bədii kitabların satışı olacaqdır.
30-dan çox nəşriyyat və mağazanın iştirak edəcəyi sərgidə təqdim olunan məhsulların 80 faizədək endirimlə satışı nəzərdə tutulmuşdur.
Sərginin rəsmi açılış mərasimi sentyabrın 5-də saat 17.00-da baş tutacaq. Açılış mərasiminin bədii hissəsində musiqili-əyləncəli proqram təqdim olunacaq.

Nizami rayonu, B. Nuriyev küçəsi, Heydər Bağı – Park Bulvar, “Laçın” Ticarət Mərkəzi ilə üzbəüz, “Xalqlar dostluğu” metro stansiyasının yaxınlığında, 5-6 sentyabr, saat 11.00-20.00

Bakı şəhərində sakinlərin asudə vaxtının səmərəli təşkili məqsədilə keçirilən açıq hava konsertləri Nizami rayonunda da ...
31/08/2026

Bakı şəhərində sakinlərin asudə vaxtının səmərəli təşkili məqsədilə keçirilən açıq hava konsertləri Nizami rayonunda da davam etdirilir.
Nizami Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Bağı – Park Bulvarda keçirilən konsertdə gənc musiqiçilər xalq, retro və estrada mahnıları ifa ediblər. Canlı musiqi və rəngarəng repertuar parka gələn sakinlərə xoş əhval-ruhiyyə bəxş edib.

http://nizami-ih.gov.az/az/news/nizami-rayounda-aciq-hava-konsertleri-davam-edir.html

Address

Qara Qarayev Prospekti, 65a
Baku
AZ1118

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994124221001

Alerts

Be the first to know and let us send you an email when Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti:

Shortcuts

Share