🇦🇿 Ölkədə kinematoqrafiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi və şəffaf
idarəçilik mexanizmlərinin tətbiqi məqsədilə Azərbaycan Respublikası Prezidentinin
“Azərbaycan Respublikasının Kino Agentliyi” publik hüquqi şəxsin yaradılması haqqında”
2022-ci il 20 aprel tarixli 1667 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Mədəniyyət
Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının Kino A
gentliyi (ARKA) adlı publik
hüquqi şəxs yaradılmış, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2022-ci il 16 noyabr tarixli
1880 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Kino Agentliyinin Nizamnaməsi təsdiq olunmuşdur. Azərbaycan Respublikası Kino Agentliyinin yaradılmasında əsas məqsəd ölkədə kinematoqrafiya sahəsində dövlət siyasətinin həyata keçirilməsinin təkmilləşdirilməsi və şəffaf idarəçilik mexanizmlərinin tətbiqi, milli kinematoqrafiyamızın dayanıqlılığının təmin
olunması, kino irsimizin qorunması və zənginləşdirilməsi, kino sahəsində normativ-hüquqi bazanın təkmilləşdirilməsi, yerli kadr potensialının inkişaf etdirilməsi, milli kino
sənayesinin beynəlxalq rəqabətə davamlılığının təmin edilməsi, müştərək filmlərin istehsalının təşkil olunması və dünya kino sənayesinə inteqrasiya, xarici investisiyaların
ölkəyə cəlb edilməsi, yerli istehsal və yayım infrastrukturunun müasirləşdirilməsi, kino
mədəniyyətinin təşviqi, kinematoqrafiya sahəsində yeni informasiya-kommunikasiya
texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılmasından ibarətdir.
🇬🇧 Following the issuance of Decree No. 1667 on April 20, 2022, by the President of the
Republic of Azerbaijan, a public legal entity called the "Cinema Agency of the Republic
of Azerbaijan" (ARKA) was established under the authority of the Ministry of Culture of
the Republic of Azerbaijan. Subsequently, Cinema Agency of the Republic of Azerbaijan
was ratified by Decree No. 1880 on November 16, 2022, also issued by the President of
the Republic of Azerbaijan. The primary mission behind the establishment of Cinema Agency of the Republic of
Azerbaijan is to enhance the implementation of government policies in the field of cinematography and promote the application of transparent governance mechanisms. The
listing includes ensuring the sustainability of the national cinema, enriching our cinematography heritage, improving the legal framework within the film industry, the nurturing of local talent potential, maintaining the international competitiveness of the national film industry, organizing collaborative film productions, and integrating with the global film industry. Additionally, the agency aims to attract foreign investments, modernize
internal production and distribution infrastructure, promote film culture, and encourage
the new type of the medium related information as well as innovative communication
solutions in the cinema stage of Azerbaijan.