335 Nömrəli Tam Orta Məktəb

335 Nömrəli Tam Orta Məktəb Binəqədi rayonu, 335 nömrəli tam orta məktəb

2025–2026-cı tədris ilinin yekunlarına həsr olunmuş Pedaqoji Şura iclası keçirildi. İclasda tədris ili ərzində görülmüş ...
25/06/2026

2025–2026-cı tədris ilinin yekunlarına həsr olunmuş Pedaqoji Şura iclası keçirildi. İclasda tədris ili ərzində görülmüş işlərə dair illik hesabatlar dinlənildi, əldə olunan nəticələr təhlil edilərək geniş müzakirələr aparıldı. Həmçinin növbəti tədris ili üçün qarşıda duran vəzifələr müəyyənləşdirildi.

Tədbirin sonunda il ərzində öz fəaliyyəti, təşəbbüskarlığı və uğurları ilə fərqlənən müəllimlər məktəb rəhbərliyi tərəfindən diplomlarla təltif olundular. Onlara gələcək fəaliyyətlərində yeni nailiyyətlər və uğurlar arzulandı.

Məktəbimizin sertifikasiya imtahanında uğur qazanan müəllimlərini rəhbərlik və kollektivimiz adından ürəkdən təbrik edir...
25/06/2026

Məktəbimizin sertifikasiya imtahanında uğur qazanan müəllimlərini rəhbərlik və kollektivimiz adından ürəkdən təbrik edirik. Onların əldə etdikləri bu nailiyyət peşəkarlıqlarının, zəhmətlərinin və müəllimlik fəaliyyətinə olan məsuliyyətli yanaşmalarının göstəricisidir. Dəyərli müəllimlərimizə gələcək fəaliyyətlərində yeni uğurlar, möhkəm cansağlığı və daha böyük nailiyyətlər arzulayırıq. Uğurlarınız davamlı olsun!

Müəllimimizin uğuru!                                                                                                    ...
18/06/2026

Müəllimimizin uğuru!
Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsində məktəbin biologiya müəllimi Quliyeva Aişə 54 bal toplamışdır.
Bu münasibətlə müəllimimizi təbrik edir və ona bundan sonra da pedaqoji fəaliyyətində uğurlar arzulayırıq.

19.05.2026-cı il tarixində məktəbin psixoluqu yuxarı sinif şagirdləri ilə "Zərərli vərdişlərə yox deyək"mövzusunda maari...
16/06/2026

19.05.2026-cı il tarixində məktəbin psixoluqu yuxarı sinif şagirdləri ilə "Zərərli vərdişlərə yox deyək"mövzusunda maariflənfirici görüş keçirildi.Görüş zamanı şagirdlərlə siqaret,alkoqol,narkotik vasitələr və digər zərərli vərdişlərin insan orqanizminə və gələcək həyatına təsiri haqqında söhbət aparıldı.Şagirdlər mövzuyla bağlı fikirlərini bölüşdülər,onları maraqlandıran suallar cavablandırıldı və sağlam seçimlər etməyin vacibliyi barədə tövsiyyələr verildi.

16.04.2026-cı il tarixində məktəbin psixoloqu Nərgiz Səfərova tərəfindən “Valideynlərin və şagirdlərin internetdəki təhl...
16/06/2026

16.04.2026-cı il tarixində məktəbin psixoloqu Nərgiz Səfərova tərəfindən “Valideynlərin və şagirdlərin internetdəki təhlükələr barədə məlumatlandırılması” məqsədilə görüş keçirildi.Maarifləndirmə zamanı şagirdlər internetdə qarşılaşa biləcəkləri təhlükələr barədə məlumatlandırıldı,onlara təhlükəsiz internet qaydaları barədə məlumat verildi.Valideyn nəzarətinin əhəmiyyəti və təhlükəli vəziyyətlərdə düzgün davranış qaydaları izah edildi.Şagirdlərin sualları cavablandırıldı.

14/06/2026

Məktəb illəri boyunca qazanılan dostluqlar, öyrənilən dərslər və əldə edilən uğurlar hər bir məzunun həyatında silinməz iz qoyur. Qarşıda onları yeni məqsədlər, yeni üfüqlər və böyük nailiyyətlər gözləyir.

Bütün məzunlarımızı və məktəbə ilk addımlarını atan balacalarımızı təbrik edir, onlara uğurlu, işıqlı və xoşbəxt gələcək arzulayırıq.

Məktəbimizin 5C sinif şagirdi Məhəmməd Məmmədli Rövşən oğlu beynəlxalq Kənquru Riyaziyyat Olimpiadasında yüksək nəticə g...
14/06/2026

Məktəbimizin 5C sinif şagirdi Məhəmməd Məmmədli Rövşən oğlu beynəlxalq Kənquru Riyaziyyat Olimpiadasında yüksək nəticə göstərərək Qızıl medala layiq görülmüşdür. Şagirdimiz 24 sualın hamısını düzgün cavablandıraraq əla nəticə nümayiş etdirmiş və məktəbimizin adını layiqincə təmsil etmişdir.

Bu möhtəşəm uğur münasibətilə şagirdimizi ürəkdən təbrik edir, ona gələcək təhsil həyatında və beynəlxalq müsabiqələrdə yeni nailiyyətlər arzulayırıq.

Eyni zamanda, bu uğurun qazanılmasında əməyi olan məktəb rəhbərliyini, müəllimləri və valideynlərini səmimi qəlbdən təbrik edir, göstərdikləri diqqətə, zəhmətə və dəstəyə görə onlara dərin təşəkkürümüzü bildiririk. Bu uğurun davamlı olmasını və məktəbimizə yeni qələbələr gətirməsini arzulayırıq.

335 nömrəli tam orta məktəbdə məzunlar üçün ən yaddaqalan günlərdən biri olan "Son Zəng" tədbiri böyük təntənə və yüksək...
13/06/2026

335 nömrəli tam orta məktəbdə məzunlar üçün ən yaddaqalan günlərdən biri olan "Son Zəng" tədbiri böyük təntənə və yüksək əhval-ruhiyyə ilə keçirildi. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər, valideynlər və şagirdlər iştirak edərək məzunları təbrik etdilər, onlara gələcək həyatlarında uğurlar arzuladılar.

Bayrağımızın ucaldılması və Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə məktəblilərin hazırladıqları şeir, mahnı və rəqs nömrələri təqdim olundu. Xüsusilə 1-ci sinif şagirdlərinin səmimi və rəngarəng çıxışları tədbirə xüsusi rəng qatdı. Balaca məktəblilər məzunlara ən xoş arzularını çatdıraraq şeirlər səsləndirdilər, mahnılar ifa etdilər və onlara uğurlu gələcək arzuladılar. Onların çıxışları iştirakçılar tərəfindən böyük alqışlarla qarşılandı.

Məzunlar isə məktəb illəri ilə bağlı duyğularını bölüşərək müəllimlərinə və valideynlərinə minnətdarlıqlarını ifadə etdilər. Sonda ənənəvi "Son Zəng" səsləndirildi və məzunlar yeni həyat mərhələsinə doğru ilk addımlarını atdılar.

Unudulmaz anlarla yadda qalan tədbir məzunlar, müəllimlər və valideynlər üçün xoş xatirələr bəxş etdi.

İlk addımların ən rəngarəng təqdimatı –  0 “B” sinfi Əlifba Moda ŞousundaMuradova Sevda müəllimənin 0 “B” sinfinin balac...
09/06/2026

İlk addımların ən rəngarəng təqdimatı – 0 “B” sinfi Əlifba Moda Şousunda
Muradova Sevda müəllimənin 0 “B” sinfinin balaca məzunları tədris ili boyunca öyrəndikləri hərfləri, sözləri və bacarıqları rəngarəng Əlifba Moda Şousunda təqdim etdilər.

5 yaşlı fidanlarımız ilk məktəb pilləsini uğurla başa vuraraq məktəbə hazırlıq mərhələsindən məzun oldular. Onların sevincini, yaradıcılığını və əldə etdikləri nailiyyətləri əks etdirən bu tədbir unudulmaz anlarla yadda qaldı.

Balaca məzunlarımıza gələcək təhsil həyatlarında uğurlar arzulayırıq!

Address

Binəqədi Rayonu
Baku

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when 335 Nömrəli Tam Orta Məktəb posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category