Şəhid Ailələri: vətənpərvərlik layihəsi

Şəhid Ailələri: vətənpərvərlik layihəsi ŞASDİB-nin “Sosial şəbəkələrdə "Şəhid analarının ismarıcları” mövzusunda aksiyala

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə təşkil etdiyi 2020-ci il 1-ci qrant müsabiqəsi çərçivəsində “Sosial şəbəkələrdə "Şəhid analarının ismarıcları” mövzusunda aksiyaların keçirilməsi” layihəsinin icrasına başlanılıb. "Şəhid Ailələrinə Sosial Dəstək" İctimai Birliyi tərəfindən həyta

keçirilən layihə haqqında təşkilat yazılı və elektron KİV, İnternet media üçün məlumatları təqdim edir. Son illər İnternet saytları, sosial şəbəkələr, filmlər, kompyüter oyunları, smart qorğular, cihazlar, mobil rabitə - müxtəlif mesencer proqramları, eləcə də yazlı və elektron KİV, TV-lər vasitəsi ilə xaricdən güclü mənfi təsirlərə uğrayan şəhid ailələri, xüsusən uşaqlar, yeniyetmələr, gənclər vətənsevər, vicdanlı vətəndaş kimi qəhrəmanlıq-vətənpərvərlik ruhunda böyümələrinə, hərbi xidmətdə olan gənc əsgər və matrosların siyasi-mənəvi hazırlıqlarına kömək məqsədi ilə real, ədəbi və virtual aksiyaların təşkili, o istiqamətdə fəaliyyətləri özündə əks etdirən layihə, şəhid və əlil alələrin üzvlərinin iştirakını təmin edərək, bu sahədəki mənəvi-psixoloji boşluqları qismən doldurulmasına yönəlib. Layihənin əsas məqsədi şəhid anaları tərəfindən bu mövzuda yazılmış ismarıclar, ədəbi-poetik materiallar kağız kitab və elektron formatlarda - Feysbuk səhifəsində, elektron daşıyıcılarda, müxtəlif sosial paylaşım platformalarında, yeni media orqanlarında, bloqqerlərin İnternet resurslarında geniş ictimai gənc fəallara çatdırmaqla onları Azərbaycançılıq ətrafında birləşməsinə çalışmaqdır.. Vətən üçün canından belə keçməyə hazır olmalı gənc fəalların formalaşması istiqamətində qəhrəmanlıq-vətənpərvərlik mövzusu ətrafında fəaliyyətləri cəmləyən layihədə milli-mənəvi, ictimai-tarixi, ədəbi-mədəni materiallardan yararlanmaq, mədəni tədbirlər, gənclərlə əsgərlərin görüşlərini təşkil etməklə bu istiqamətdə maraqlı aksiyaların keçirilməsi, kitab nəşri, İnternetdə və sosial şəbəkələrdə o materialların yerləşdirilməsi, geniş ictimaiyyətə çatdırılması nəzərdə tutulur.

Mayor Elxan Nəcəfin ailəsi ziyarət edildiYYSİB sədri, yazıcı-kulturoloq Aydın Xan Əbilov, ictimai liderlər Ədhəm Məmmədo...
27/10/2023

Mayor Elxan Nəcəfin ailəsi ziyarət edildi

YYSİB sədri, yazıcı-kulturoloq Aydın Xan Əbilov, ictimai liderlər Ədhəm Məmmədov və Nərmin Səfərov silsilə görüşlərini davam etdirirlər...

Hər iki Qarabağ savaşında ailənin iki üzvünü şəhid verən Nəcəfi ailəsi ziyarət edildi. 22 oktyabr 2023 - cü il tarixində Azərbaycan Respublikasının Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin Nərimanov rayon nümayəndəliyinin sədri Ədhəm Məmməd

“Şəhidlərimiz Azərbaycanın dövlət atributlarını döyüşdə göstərdiyi qəhrəmanlıqlarda yaşadırdılar” - YYSİB sədri, ictimai...
13/10/2023

“Şəhidlərimiz Azərbaycanın dövlət atributlarını döyüşdə göstərdiyi qəhrəmanlıqlarda yaşadırdılar” - YYSİB sədri, ictimai xadim Aydın Xan Əbilov SXA təriflədi...

CƏMİYYƏT SON DƏQİQƏ  “Şəhidlərimiz Azərbaycanın dövlət atributlarını döyüşdə göstərdiyi qəhrəmanlıqlarda yaşadırdılar” – YYSİB sədri, ictimai xadim Aydın Xan Əbilov SXA təriflədi Oktyabr 12, 2023 6:08Oktyabr 12, 2023 6:08 admins 0 Comments Əmək və Əhalini...

“Şəhidlərimiz Azərbaycanın dövlət atributlarını döyüşdə göstərdiyi qəhrəmanlıqlarda yaşadırdılar” - YYSİB sədri, ictimai...
12/10/2023

“Şəhidlərimiz Azərbaycanın dövlət atributlarını döyüşdə göstərdiyi qəhrəmanlıqlarda yaşadırdılar” - YYSİB sədri, ictimai xadim Aydın Xan Əbilov SXA layihəsini dəyərləndirdi.

“Şəhidlərimiz Azərbaycanın dövlət atributlarını döyüşdə göstərdiyi qəhrəmanlıqlarda yaşadırdılar” - Aydın Xan Əbilov

Şəhidlərimizi, əhrəmanlarimızı, qazilərimizi heç vaxt unutmayaq...
07/10/2023

Şəhidlərimizi, əhrəmanlarimızı, qazilərimizi heç vaxt unutmayaq...

"Əbədi qəhrəmanlar". İkinci kulturoloji veriliş Qayğı və Himayə Xeyriyyə Fondunun layihəsi İkinci veriliş"Zəfər ədəbiyyatı" İnternet TV verilişVətənpərvərli...

"Yalnız irəli - 4" sənədli filminə baxış və layihənin yekun ictimai təqdimatı.
01/10/2023

"Yalnız irəli - 4" sənədli filminə baxış və layihənin yekun ictimai təqdimatı.

SON DƏQİQƏ VCA-QHT  “Yalnız irəli – 4” sənədli filminə baxış və layihənin yekun ictimai təqdimatı Oktyabr 1, 2023 6:12Oktyabr 1, 2023 6:17 admins 0 Comments 29 sentyabr 2023-cu il tarixində, Bakı səhərində yerləşən, Alı Mustafayev adına 202 nömrəli tam orta məktəb...

"Azərbaycan cəmiyyəti həm düşmənlərimizə, həm də dostlarımıza kədər və sevinc anlarını yaşatdı” - Aydın Xan Əbilov, YYSİ...
27/09/2023

"Azərbaycan cəmiyyəti həm düşmənlərimizə, həm də dostlarımıza kədər və sevinc anlarını yaşatdı” - Aydın Xan Əbilov, YYSİB sədri, yazıçı-kulturoloq.

“Azərbaycan cəmiyyəti həm düşmənlərimizə, həm də dostlarımıza kədər və sevinc anlarını yaşatdılar” - Aydın Xan Əbilov

Zəfər, Anım, Qələbə sevincli gün... "Azərbaycan cəmiyyəti həm düşmənlərimizə, həm də dostlarımıza kədər və sevinc anları...
27/09/2023

Zəfər, Anım, Qələbə sevincli gün...

"Azərbaycan cəmiyyəti həm düşmənlərimizə, həm də dostlarımıza kədər və sevinc anlarını yaşatdı” - Aydın Xan Əbilov, YYSİB sədri

https://herbiand.az/post.php?id=44408

“Çağdaş Azərbaycan tarixinin ən şərəfli 44 gününü öz xalqına yaşatmış Ali Baş Komandan İlham Əliyev və onun rəhbərliyi altında silahlı qüvvələrimiz, xalqımız çox möhtəşəm zəfərə imza atdılar. Söz yox ki, 21-ci əsr müharibələr deyil, elm, texnologiya, internet əsridir, süni zəka və dronların dövrüdür. Amma nə edək ki, bizim bəxtimizdən elə bir qonşu, çörəyi dizi üstə olan elə insanlar düşüb ki, son bir əsrdən çox başımıza dəfələrlə oyunlar açıblar”.

Bu sözləri Herbiand.az-a açıqlamasında Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, kitabxana.net - Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxananın təsisçisi, Prezident təqaüdcüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib.

O, qeyd edib ki, 44 gün Azərbaycanın tarixində çox maraqlı, şərəfli və bəlkə də 44 ilə sığmayan hadisələrlə dolub:

“Müharibədə qələbə qazanmağımızla, şəhər və kəndlərimizi bir-bir azad etməklə, doğma Qarabağımızı düşmənin əsarəti altında olan 30 illik işğaldan azad edərkən bəşəriyyətə bir daha Azərbaycan xalqının kim olduğunu sübut etmiş olduq. Baxmayaraq ki, pandemiya idi, müstəqilliyimizi 30 il ərzində təzəcə bərqərar etmişdik. Bizi sevməyənlərin ətrafında, sevməyən qüvvələrin təzyiqi altında yavaş-yavaş öz müstəqilliyimizi möhkəmləndirdik. Ümumilli lider Heydər Əliyevin bünövrəsini möhkəm qoyduğu, Prezident İlham Əliyev və onun rəhbərliyi altında formalaşdırdığı yeni nəsil Azərbaycan cəmiyyəti həm düşmənlərimizə, həm də dostlarımıza kədər və sevinc anlarını yaşatdılar. 44 günlük möhtəşəm müharibə bir daha sübut edir ki, xalq və ali rəhbərlik birləşəndə onun qarşısını heç nə ala bilməz”.

İctimai Birlik sədrinin sözlərinə görə, sonuncu bir günlük möhtəşəm sürətli zəfər bir daha onu sübut etdi ki, bu sözlər elə-belə havadan götürülməyib:

“İlham Əliyev cənabları, ondan əvvəl Heydər Əliyev elə bir siyasi xətt yeritdilər ki, Azərbaycan həm dünyada tanındı, həm öz iqtisadiyyatını, ordusunu, kənd təsərrüfatını, yeni sənayesini və ümumiyyətlə, Azərbaycanın özünü yenidən qurdular. Bu quruculuqla yanaşı xalq sanki yenidən dirçəldi. İlham Əliyevin daxili və beynəlxalq aləmdəki uğurları qələbənin əsasını təşkil edirdi. Üstəlik, yeni ordu quruculuğu, gənclərimizin sağlam təməl üzərində özünün fiziki və mənəvi hazırlığını məhz qələbəyə kökləməsi də cənab Prezidentlə bağlı idi. Biz bu qələbəni qazandıq. Bu qələbə ömürlükdür. Azərbaycan xalqı durduqca bu qələbə bizim tariximizin ən möhtəşəm səhifələrindən birinə çevrildiyini bir daha sübut edəcək”.

Aydın Xan Əbilov bildirib ki, indi artıq Azərbaycanın ərazi bütövlüyü bərqərar olandan sonra hər kəs öz üzərinə düşən missiyanı yerinə yetirməlidir:

“Cənab Prezident Azərbaycanı dünyanın aparıcı ölkələri sırasına çatdırmağı qarşımıza proqram kimi qoyur. Prezidentin bu tapşırıqları mütləq həyata keçirilməlidir. Artıq müharibə meydanlarında yox, dünya arenasında, geosiyasi meydanlarda elmi-texniki cəbhələrdə vuruşmağın, informasiya savaşında qalib gəlməyin vaxtıdır. İnanıram ki, xalqımız bu mərhələni də uğurla adlayıb keçəcək”.

Bəxtiyar CƏFƏRLİ

“Azərbaycan cəmiyyəti həm düşmənlərimizə, həm də dostlarımıza kədər və sevinc anlarını yaşatdılar” - Aydın Xan Əbilov

23/09/2023

Anti-terror əməliyyatında Cənub bölgəsindən şəhid olanlar...
Bakı, Sumqayıt və Abşeronda yasayan, əslən cənubdan olanların, eləcə də itkin düşənlərin siyahısı dəqiqləşdirilir...

Məhəmməd Hüseynov - Lənkəran rayonunun Viyən kəndindən olan, qohumum, həqiqi əsgəri borcunu verib bitirən, 10 gündən sonra geri qayıdacaq, ruhu Vətənə çevrilmiş şəhidimizin nəşi evə gətirildi... Qəhrəmanlarımızın ruhu canımıza, xatirəsi qəlbimizə əbədi yazıldı...
Vətən, xalq, başın sağ olsun...

Antiterror əməliyyatında bölgəmizdən şəhid olanların adlı siyahısı (YENİLƏNİB)

Araşdırmamıza görə (bəziləri rəsmi olaraq təsdiqlənməsə də, artıq sosial şəbəkələrdə adları, fotoları və yaşayış yerləri yayılıb) bölgə olaraq bu ana qədər 23 şəhid vermişik. Rayonlara görə ən çox şəhid verən rayonumuz Masallıdır. Belə ki, Masallıdan 8 şəhid xəbəri gəlib (2-si Bakı şəhərində dəfn olunub). Lənkəran rayonudan 6, Lerik rayoundan 4, Astara rayonundan 2, Cəlilabad rayonundan 2 və Yardımlı rayonundan 1 şəhid xəbəri var.

Aşağıda rayonlara görə şəhid adlarını və yaşayış yerlərini sizlərə təqdim edirik:

Masallı:

1) İsayev İsmayıl Çərkəz oğlu - Sığdaş kəndi

2) Mirzəyev Sənan Vüqar oğlu - Masallı şəhəri

3) Həmidli Mikayıl Vüqar oğlu - Masallı şəhəri

4)Yusifli Şəmistan Şükran oğlu - Xırmandalı kəndi

5) Babayev Sahil Sarbala oğlu - Ərəb kəndi

6) Əhədov Eltac Əjdər oğlu - Təzə Alvadı kəndi

7) Abbasov Mehdi Əmrah oğlu -Sığıncaq kəndi olan

8) Məmmədov Ramil Habil oğlu - Allahyarlı kəndi (Ərkivan)

Lənkəran:

1) Hüseynzadə MirMusa Vüqar oğlu -İstisu qəsəbəsi

2) Əkbərov Aqil Fayəddin oğlu - Xolmili kəndi

3) Heydərov Vüqar Rafael oğlu - Boladi kəndi

4) Qardaşov Elsevər - Şağlaküçə kəndi

5) Hüseynov Məhəmməd - Viyən kəndi

6) Xəlilov Yusif Məmmədrza oğlu - Veravul kəndi

Lerik:

1) Qafarov Savalan İsfəndiyar oğlu - Cəngəmiran kəndi

2) Əliyev Zahir Sədiyar oğlu - Sori kəndi

3) Vəliyev Rəşad Rasim oğlu - Tikəband kəndi

4) Məhərrəmov Cavad Sadiq oğlu - Almu kəndi

Astara:

1) Babazadə Əli Rüstəm oğlu - Kələdəhnə kəndi

2) Əliyev Şəhriyar Bəxtiyar oğlu - Şiyəkəran kəndi

Cəlilabad:

1) Şabıyev Seymur Sahib oğlu - Mirzəli kəndi

2) Hüseynzadə Ramazan Həmdulla oğlu - Muğan kəndi (Əslən Lerik rayonu Orand kəndindəndir)

Yardımlı:

1) Cahangirov Tural Qulamhüseyn oğlu - Şıxlar kəndi

Allah şəhidlərimizə rəhmət eləsin!

Mənbə: Cenub.az, Faiq Hüseynzadə

20/09/2023

Qəhrəmanlar ölmür

Sürətli Zəfərlə yekunlaşan son hadisələr lokal anti-terror tədbirləri zamanı Lənkərandan olan hərbicinin valideynləri 15 ildən sonra övlad sevinci yasamışdılar. 20 ildən sonra oğulları şəhidlik ucalığından Vətənə baxdı, əbədi.
Bakılı şəhid polis isə uşaqlıqda dənizdə boğulamaqdaykən, doğma atası onu xilas edib, özü sulara qərq olmuşdu.
Belə, nə qədər acı olsa da, torpağı Vətənə çevirmək üçün Fələyə qurban verməliyik.
İgidlərimizin ruhu nurlansın, qəhrəmanlarımız var olsun!

Official Statement by the National Assembly of Youth Organizations of the Republic of AzerbaijanWe, the National Assembl...
20/09/2023

Official Statement by the National Assembly of Youth Organizations of the Republic of Azerbaijan

We, the National Assembly of Youth Organizations of the Republic of Azerbaijan, a collective body uniting and representing leading youth organizations across Azerbaijan, unequivocally condemn the terrorist activities taking place within Karabakh, the internationally recognized integral part of the Republic of Azerbaijan.
It is with deep sorrow that we mourn the loss of nine lives today, due to landmines planted in Karabakh by a sabotage group of the Armenian armed forces illegally deployed in the region. We extend our deepest empathy to the families of the bereaved, sharing their sorrow and loss. Exactly because of the mine threat many of our internally displaced youth members cannot return to their homes in safety. These abhorrent acts severely impede reconstruction and resettlement efforts, undermining the peace-building process.
Azerbaijan has initiated targeted counter-terrorist operation in Karabakh in direct response to confirmed large-scale provocations by the Armenian armed forces in the region. These measures are taking place in line with international law, including the United Nations Charter, which reaffirms the sovereignty of nations and categorically condemns acts of terrorism and aggression.
The Republic of Azerbaijan has formally and repeatedly called upon the Republic of Armenia to withdraw its armed forces from Azerbaijani territories and to dismantle any existing military infrastructure. Armenia has consistently failed to comply with these demands, thereby clearly violating international law, including the provisions of the 10 November 2020 Trilateral Statement of Azerbaijan, Russia and Armenia.
The explicit objective of these counter-terrorism measures is to disarm and remove the Armenian armed forces from the Azerbaijani territories and to ensure the safety of the civilians in the region. As stated by the Ministry of Defence of the Republic of Azerbaijan, the sole targets of the counter-terrorist activities are military objects and infrastructure.
Since the conclusion of the Second Karabakh War, the Republic of Azerbaijan has worked tirelessly to establish a peaceful and secure environment in the Karabakh region. Despite these efforts, the safety of Azerbaijani citizens remains utterly compromised due to hostile activities by the Republic of Armenia and its puppet military junta in the region. Thus, by ignoring repeated calls by the Azerbaijani side to present the genuine maps of minefields and stop planting mines in these areas, Armenia and the puppet regime bear all responsibility for the death of numerous civilians and military personnel in the post-war period.

Dövlətimizin və hərbçilərimizin yanındayıq Azərbaycan Respublikasının Silahlı Qüvvələri Ali Baş Komandanımız İlham Əliye...
20/09/2023

Dövlətimizin və hərbçilərimizin yanındayıq

Azərbaycan Respublikasının Silahlı Qüvvələri Ali Baş Komandanımız İlham Əliyevin əmrinə əsasən ölkəmizin Qarabağ İqtisadi Zonasında lokal xarakterli anti-terror əməliyyatlarının uğurla həyata keçirir, mülki şəxslərin qorunmasına xüsusi əhəmiyyət verərək, yalnız qeyri-qanuni separatçı silahlı quldurları məhv edirlər.
Bu haqq işimizdə Ali Bas Komandanımızın, dövlətimizin, hərbçilərimizin yanındayıq və vətəndaşlardan xahiş edirik ki, bu proseslərə səbirlə münasibət bəsləsinlər.
Haqq bizimlədir, torpaqlarımızda dövlətçiliyimizin möhkəmləndirilməsi, ermənimənsəli vətəndaşların bayrağimiz altında sülh içindq yaşamını təmin etməyimizi dünya qəbul etməlidir...

Address

Baku
AZ1073

Alerts

Be the first to know and let us send you an email when Şəhid Ailələri: vətənpərvərlik layihəsi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Şəhid Ailələri: vətənpərvərlik layihəsi:

Share