Yasamal Bələdiyyəsi

Yasamal Bələdiyyəsi Yasamal rayon Bələdiyyəsi

27/05/2026

Hörmətli həmvətənlər!

Sizi və Azərbaycanın hüdudlarından kənarda yaşayan bütün soydaşlarımızı müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzularımı yetirirəm.

İslamın sonuncu səmavi din və mənəvi-əxlaqi qurtuluş yolu olaraq bəşəriyyətə göndərilməsini təcəssüm etdirən Qurban bayramı günlərində milyonlarla müsəlman Həcc ziyarətində bir araya gəlir, birlik və bərabərliyin, nəcib amallar uğrunda hər cür fədakarlığa hazır olmanın qürur və sevincini yaşayır.

Hər il ölkəmizdə ümumxalq bayramı kimi qeyd olunan Qurban mərasimləri insanlar arasında həmrəylik, humanizm və mərhəmət duyğularını daha da gücləndirir, cəmiyyətimizdə milli-mənəvi dəyərlərə bağlılığın, xeyirxah əməllərin təntənəsinə çevrilir.

Əziz bacı və qardaşlarım!

Bu mübarək günlərdə şəhidlərimizin ölməz xatirəsini bir daha minnətdarlıqla yad edir, xalqımızın və dövlətimizin əmin-amanlığı naminə etdiyiniz duaların Tanrı dərgahında qəbul olunması diləyi ilə ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi və bərəkət arzulayıram.

Qurban bayramınız mübarək olsun!

Yasamal rayonunda  mini futbol meydançası təmir olunub Gənclərin idmana olan marağını və asudə vaxtlarının səmərəli təşk...
20/05/2026

Yasamal rayonunda mini futbol meydançası təmir olunub

Gənclərin idmana olan marağını və asudə vaxtlarının səmərəli təşkilini təmin etmək üçün Yasamal Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Yasamal Bələdiyyəsi tərəfindən Şəfayət Mehdiyev küçəsi 181 ünvanında mini-futbol meydançası təmir olunaraq süni örtüklə təmin edilmiş və ətrafında abadlıq işləri aparılmışdır.

10/05/2026

Ümummilli Lider Heydər Əliyev bugünkü Azərbaycanı görsəydi, şad olardı. Əminəm ki, Onun ruhu şaddır, çünki bugünkü Azərbaycan Onun əsəridir.

27/04/2026
Yasamal bələdiyyəsi rəhbərliyinin sakinlərlə növbəti görüşü keçirilibYasamal Bələdiyyəsinin sədri Tahir Məmmədovun və ap...
27/04/2026

Yasamal bələdiyyəsi rəhbərliyinin sakinlərlə növbəti görüşü keçirilib

Yasamal Bələdiyyəsinin sədri Tahir Məmmədovun və aparatın məsul işçilərinin iştirakı ilə Moskva prospekti məhəllə 3168 ünvanında yaşayan sakinlərlə növbəti səyyar görüşü keçirilmişdir.Səyyar görüşdə çıxış edən bələdiyyənin sədri Tahir Məmmədov ilk öncə sakinlərə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı cənab Elşad Həsənovun salamlarını çatdırdı.
Daha sonra məhəllə sakinləri yolların təmiri və müxtəlif sosial məsələləri əhatə edən bir sıra mövzular qaldırdılar. Sakinlər adından çıxış edən Pərviz Hüseynov rayon ərazisində aparılan abadlıq- quruculuq işlərinə görə Prezident cənab İlham Əliyevə öz minnətdarlığını bildirdi.
Rayon ərazisində sakinlərlə səyyar görüşlər bələdiyyə tərəfindən mütəmadi olaraq davam etdirilir.

Address

Şərifzadə Küçəsi 108/110
Baku
1100

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 10:00 - 13:00

Telephone

+994124325243

Alerts

Be the first to know and let us send you an email when Yasamal Bələdiyyəsi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Yasamal Bələdiyyəsi:

Share