Azərbaycan Milli Kulinariya Mərkəzi

Azərbaycan Milli Kulinariya Mərkəzi Azərbaycan Milli Kulinariya Mərkəzinin rəsmi səhifəsi məhz AMKM-in istisna köməyi ilə ÜKTB-yə üzv oldular.

AMKM sabiq SSRİ məkanından Ümumdünya Kulinariya Təşkilatları Birliyinə 1992-cı ildə daxil olan ilk və yeganə təşkilat olmuşdur. Rusiya Federasiyası, Serbiya, Türkiyə, Ukrayna, Belorusiya, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Malta və s. AMKM ölkəmizi dünyada təmsil edən informasiya blokadasını dağıda bilən ilk təşkilatlardandır. Buna yüksək qiymət verən milli liderimiz Heydər Əliyev 1994-cü ildə Ü

KTB-nin Dünya Konqresinə məktubla müraciət etmiş, ÜKTB-ni Azərbaycanla əməkdaşlığa dəvət etmişdir. AMKM dünyanın Kulinariya sahəsində ən yüksək mükafatlarını ölkəmizə gətirmiş, 25 il ərzində Ermənistanın Kulinariya sahəsində heç bir elmi konfrans, konqres, peşəkar çempionat, olimpiada və s.-də iştirakına imkan verməmişdir. Bu səylər nəticəsində 2002-ci ildən biz həm də UNESCO-nun Dünya Xalq Yaradıcılığı Təşkilatında (DXYT) “Ənənəvi qida komitəsi”nə sədrlik, 2015-ci ildən DXYT gənclərinin elm və praktika üzrə vitse-prezidentlik edir, “Ənənəvi geyim komitəsinə” də sədrlik etmək üçün heyəti formalaşdırırıq. Biz Dünya elminə bu müdətdə Yeni İnformatik Qida Nəzəriyyəsini bəxş etmişik, yüzlərlə yenilik vermişik.
Ölkədə və xaricdə 30-a yaxın kitab dərc edilib. Bu kitablardan biri dünyanın ən yaxşı kulinariya kitabı elan edilib.
İlk dəfə xörəklərin patent praktikası edilib, qədim xörəklər bərpa edilib və s.

20/02/2026
09/02/2026
Aşpazlıq üzrə pilot tədris qrupunun "Məzun günü" keçirilibOktyabrın 14-də Dövlət Turizm Agentliyinin tabeliyindəki Bakı ...
15/10/2024

Aşpazlıq üzrə pilot tədris qrupunun "Məzun günü" keçirilib
Oktyabrın 14-də Dövlət Turizm Agentliyinin tabeliyindəki Bakı Turizm Peşə Məktəbinin və “CASA Baku” Kulinariya Məktəbinin Aşpazlıq ixtisası üzrə ilk pilot qrupunun tələbələrinin "Məzun günü" keçirilib.
Ətraflı şərh bölməsindən oxuya bilərsiniz⤵️

2024-2025 TƏDRİS İLİ ÜZRƏ AŞPAZLIQ PİLOT QRUPUNA SEÇİM HAQQINDA ELANAzərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, ...
12/08/2024

2024-2025 TƏDRİS İLİ ÜZRƏ AŞPAZLIQ PİLOT QRUPUNA SEÇİM HAQQINDA ELAN
Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi, Bakı Turizm Peşə Məktəbi və "CASA Baku" Kulinariya Məktəbinin birgə əməkdaşlığı ilə 2024-2025-ci tədris ili üçün tələbə seçimi elan edilir. Layihənin məqsədi:
Layihənin məqsədi qastronomiya turizminin inkişafı, milli kulinariya komandasının kadr potensialının artırılması və ümumilikdə kulinariya təhsilinin inkişafı istiqamətində işlərin gücləndirilməsidir.
Proqramın təsviri:
Layihə çərçivəsində xüsusi bacarıqları olan 15 tələbə peşə təhsili səviyyəsində "Aşpazlıq" ixtisası üzrə təhsil almaq imkanı qazanacaq. Tədris bir il ərzində həm yerli, həm də xarici mütəxəssislər tərəfindən nəzəri və praktiki dərslərdən ibarət olacaq.
Proqramın üstünlükləri:
• Milli mətbəx nümunələrimizin qorunması və təbliği;
• Azərbaycanın zəngin mədəni irsinin, tarixi ənənələrinin və mədəniyyətinin dünyaya tanıdılması;
• Dünya miqyaslı baş aşpazların azərbaycanlı tələbələrlə bilik və təcrübə mübadiləsi;
• "CASA Baku" Kulinariya Məktəbinin beynəlxalq akkreditasiya olunmuş proqramları;
• Tələbələrin beynəlxalq bazarlarda işlə təmin olunması üçün geniş imkanlar.
Seçim mərhələləri:
Seçim prosedurları dörd mərhələdən ibarət olacaq. Birinci mərhələdə müraciət edən şəxslər hazırlanmış müraciət formasını doldurub təqdim edəcək. İkinci mərhələdə 11 illik təhsil zamanı əldə olunmuş biliklər və ümumi dünyagörüşü ilə bağlı nəzəri imtahan keçiriləcək. Üçüncü mərhələdə müraciət edən namizədlərin kulinariya üzrə baza bilikləri nəzəri imtahan vasitəsilə yoxlanılacaq.
Son mərhələdə isə namizədlər praktik bacarıqlarını nümayiş etdirəcəklər. Uğurlu olan 15 şəxs xüsusi qrupda tədris almaq imkanı qazanacaq.
Qeydiyyat linki: https://bit.ly/3AbXP7i
Son müraciət tarixi: 14 avqust 2024-cü il
Əlaqə nömrəsi: +994502507632, CASA Kulinariya Məktəbi

Azərbaycan kulinarları "Dünya Kulinariya Olimpiadası"nda mükafatlandırılıbAlmaniyanın Ştutqart şəhərində keçirilən “IKA ...
08/02/2024

Azərbaycan kulinarları "Dünya Kulinariya Olimpiadası"nda mükafatlandırılıb

Almaniyanın Ştutqart şəhərində keçirilən “IKA – Dünya Kulinariya Olimpiadası”nda Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə müvafiq tədbir üçün xüsusi yaradılmış kulinariya komandası “fərdi iştirakçı” kateqoriyasının qənnadı incəsənəti üzrə iki bürünc medal və 6 diplom, eləcə də “ictimai keytrinq” kateqoriyası üzrə komanda yarışında diplom əldə edib.

Dünya üzrə mötəbər kulinariya müsabiqələrindən sayılan olimpiadada ölkəmizi Milli Kulinariya Mərkəzinin dəstəyi və Ümumdünya Aşpazlar Cəmiyyətləri Assosiasiyasının (“Wordlchefs”) assosiativ üzvü olan Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyasının (ACSA) təqdimatı ilə
9 aşpazdan ibarət heyət “ictimai keytrinq” və “fərdi iştirakçı” kateqoriyalarında təmsil edib.

Müsabiqənin standartlarına əsasən milli komandanının təqdim etdiyi menyu ölkəmizin təbii biomüxtəlifliyini əks etdirməklə, eləcə də milli mətbəx mədəniyyətinin əsasları nəzərə alınmaqla tərtib edilib.

Müsabiqəyə təqdim olunan 2 menyuda Qafqaz şabalıdı, baltalı düyüsü kimi beynəlxalq “Slou Fud” qastronomik turizm modelinə daxil edilən, məhz Azərbaycana məxsus biomüxtəliflik nümunəsi kimi tanınan məhsullar, o cümlədən zəfərən, Zirə pomidoru, UNESCO-nun Qeyri-Maddi Mədəni İrsi üzrə Reprezentativ Siyahısına salınmış nar kimi yerli təbiət məhsullarından istifadə edilib.

Müsabiqədə qiymətləndirmə bir neçə mərhələdən ibarət olmaqla həyata keçirilib. Müsabiqəyə təqdim edilən menyular dadlı, sağlam və dayanıqlı qida, tullantı olmadan və istifadə edilən hər bir məhsula xüsusi yanaşma ilə hazırlanma, xüsusi ölçülərə və biometrik formalara dəqiqliklə riayət edilmə, rəng amili də nəzərə alınmaqla səliqəli və estetik görünüş meyarları əsas götürülməklə qiymətləndirilir. Həmçinin hakimlər tərəfindən müəyyən edilmiş vaxt çərçivəsində komandanın iş prosesi, stressə davamlılıq, bərabər iş bölgüsü, mətbəxin təmizliyi, aşpazların şəxsi gigiyenası amilləri də nəzərə alınır.

Tədbirdə dünyanın müxtəlif ölkələrindən olan kulinariya komandaları “milli”, “gənc milli”, “ictimai keytrinq” və “regional” kimi qruplara üzrə yarışıblar.

Tədbir çərçivəsində, həmçinin Ümumdünya Aşpazlar Cəmiyyətləri Assosiasiyasına (“Worldchefs”) məxsus pavilyonda Azərbaycanın qastronomiyasını əks etdirən stend quraşdırılıb. Milli məhsul və təamların təqdim edildiyi stenddə ziyarətçilərə, o cümlədən qastronomiya mütəxəssislərinə ölkəmizin qastroturizm potensialı barədə məlumat verilib, Azərbaycan milli mətbəx nümunələrini dadmaq üçün şərait yaradılıb. Stenddə əsasən Naxçıvan və Qarabağ mətbəxi, eləcə də “Azərbaycanın UNESCO irsi üzrə qida ənənələri” tematikası ilə Ümumdünya İrs Siyahısına salınmış Şəki və Xınalıq üzrə mətbəxi nümunələri nümayiş etdirilib. Eləcə də milli komandanın qənnadçıları tərəfindən müsabiqənin şərtləri əsasında hazırlanan müxtəlif tematika və texnologiya ilə hazırlanan qənnadı məhsulları sərgilənib.

Qeyd edək ki, 1900-cü ildən etibarən hər dörd ildən bir Almaniyada təşkil olunan “IKA – Dünya Kulinariya Olimpiadası” kulinariya, qida, restoran və biznes sahələrində nüfuzlu beynəlxalq müsabiqə və sərgi kimi tanınır. Bundan əvvəlki 2020-ci ildə keçirilmiş müsabiqədə 67 ölkədən 1800 iştirakçı ilə 8000 fərqli resept dünyanın müxtəlif ölkələrindən olan 100 mindən çox ziyarətçiyə nümayiş etdirilib.

Zəfərin mübarək, Azərbaycan!
08/11/2023

Zəfərin mübarək, Azərbaycan!

Dövlət Turizm Agentliyinin "Aşpazlar üçün pilot tədris qrupunun yaradılması" layihəsinə həsr olunmuş təqdimat mərasimi k...
01/10/2023

Dövlət Turizm Agentliyinin "Aşpazlar üçün pilot tədris qrupunun yaradılması" layihəsinə həsr olunmuş təqdimat mərasimi keçirilib.
Peşə Təhsili üzrə Dövlət Agentliyi, Bakı Turizm Peşə Məktəbi, "CASA Baku" Kulinariya Məktəbi ilə birlikdə reallaşdırılan layihənin əsas məqsədi qastronomiya turizminin inkişafı, milli kulinariya komandasının kadr potensialının və ümumilikdə kulinariya təhsilinin inkişafı istiqamətində işlərin gücləndirilməsidir. Layihə çərçivəsində 2023-2024-cü tədris ili üçün xüsusi bacarıqları olan 20 tələbəyə peşə təhsili səviyyəsində bir il ərzində "Aşpazlıq" ixtisası üzrə "CASA Baku" Kulinariya məktəbinin mütəxəssisləri ilə yanaşı, digər yerli və xarici mütəxəssislər tərəfindən praktik və nəzəri dərslər keçiriləcək.

Tədbirdə Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynova, "CASA Baku" Kulinariya Məktəbinin direktoru Kelvin Chong, tərəfdaş təşkilatların təmsilçiləri iştirak ediblər.
Qeyd edək ki, pilot qrup üçün dərslər zəngin tədris təcrübəsinə və beynəlxalq statusa malik aşpazlar, həmçinin milli kulinariya üzrə mütəxəssislər tərəfindən keçiriləcək. Layihənin uğurlu keçəcəyi təqdirdə, bu proqramın aşpazlıq üzrə tədrisin təşkilinə nümunə olması və bütün ölkə üzrə tətbiqi planlaşdırılır.
Tədbirdə pilot qrupun iştirakçılarına tələbə vəsiqələri paylanılıb. Sonra Kulinariya Mərkəzinin mətbəxində fakültənin müəllimləri tərəfindən tələbələrə ilk praktik və nəzəri dərslər keçirilib.

Address

Bülbül Prospekti, 53, M 19
Baku
AZE1014

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994124933043

Alerts

Be the first to know and let us send you an email when Azərbaycan Milli Kulinariya Mərkəzi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Azərbaycan Milli Kulinariya Mərkəzi:

Share