Bakı Apellyasiya Məhkəməsi

Bakı Apellyasiya Məhkəməsi Bakı Apellyasiya Məhkəməsinin rəsmi Facebook səhifəsi

Vətəndaşların növbəti qəbulu keçirilib. Vətəndaşların müraciətləri Bakı Apellyasiya Məhkəməsi tərəfindən daim diqqətdə s...
10/09/2026

Vətəndaşların növbəti qəbulu keçirilib.

Vətəndaşların müraciətləri Bakı Apellyasiya Məhkəməsi tərəfindən daim diqqətdə saxlanılır. Onların müraciətlərinə qanunauyğun qaydada vaxtında baxılması təmin edilir, eyni zamanda məhkəmənin rəhbərliyi tərəfindən mütəmadi qəbulları keçirilir.

Daxil olmuş konkret müraciətlər üzrə Bakı Apellyasiya Məhkəməsinin sədri, Məhkəmə-Hüquq Şurasının üzvü Mübariz Əkbərov tərəfindən vətəndaşların növbəti qəbulu keçirilib.

Qəbul zamanı vətəndaşlar müraciətlərini sədrin diqqətinə çatdırıb, onlar tərəfindən qaldırılan məsələlərə lazımi diqqət göstərilib. Sədr tərəfindən məhkəmədə işin təşkili ilə bağlı qəbulda iştirak edən aidiyyəti məsul şəxslərə dərhal tapşırıqlar, ümumi xarakterli məsələlər üzrə müvafiq izahlar verilib.

Bakı Apellyasiya Məhkəməsinin hakimi tərəfindənXəzər Rayon Məhkəməsinə metodik yardım göstərilib Cari ilin 28 avqust tar...
01/09/2026

Bakı Apellyasiya Məhkəməsinin hakimi tərəfindən
Xəzər Rayon Məhkəməsinə metodik yardım göstərilib

Cari ilin 28 avqust tarixində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Emin Əliyev tərəfindən Xəzər Rayon Məhkəməsində hakimlərlə görüş keçirilib.

Görüşün əsas məqsədi cinayət mühakimə icraatının həyata keçirilməsi zamanı hüquq normalarının düzgün və vahid tətbiqinə dair məsələlərin müzakirə edilməsi, məhkəmə təcrübəsində yaranan ayrı-ayrı praktiki məsələlərin diqqətə çatdırılması və hakimlərə metodik yardım göstərilməsindən ibarət olub.

Görüşdə Xəzər Rayon Məhkəməsinin sədri Abbas Rzayev və məhkəmənin hakimləri iştirak ediblər.
Tədbir zamanı cinayət işləri üzrə məhkəmə təcrübəsində rast gəlinən aktual məsələlər, qanunvericiliyin tətbiqi ilə bağlı mübahisəli məqamlar, eləcə də məhkəmə qərarlarının qəbul edilməsi zamanı diqqət yetirilməli olan xüsusiyyətlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Həmçinin məhkəmə təcrübəsində fərqli yanaşmaların formalaşdığı hallar nəzərdən keçirilib, hakimləri maraqlandıran suallar cavablandırılıb və ayrı-ayrı praktiki vəziyyətlərin hüquqi qiymətləndirilməsi ilə bağlı fikir və tövsiyələr bildirilib.

Qeyd olunub ki, bu cür görüşlərin keçirilməsi məhkəmə təcrübəsinin öyrənilməsi və təkmilləşdirilməsi, hüquq normalarının tətbiqində vahid yanaşmanın formalaşdırılması, habelə birinci instansiya məhkəmələrinə metodik yardım göstərilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Qırğız Respublikasının Ali Məhkəməsinin nümayəndə heyəti Bakı Apellyasiya Məhkəməsində olmuşdur Qırğız Respublikasının A...
24/08/2026

Qırğız Respublikasının Ali Məhkəməsinin nümayəndə heyəti Bakı Apellyasiya Məhkəməsində olmuşdur


Qırğız Respublikasının Ali Məhkəməsinin sədr müavininin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycan Respublikasına səfəri çərçivəsində Bakı Apellyasiya Məhkəməsində görüş keçirilmişdir.

Görüşdə iki xalq arasında dostluq münasibətlərindən, məhkəmə-hüquq sahəsində əməkdaşlığın inkişafından və qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyətindən bəhs edilmişdir.

Görüş zamanı “Məhkəmə sistemində informasiya texnologiyalarının tətbiqi: “Elektron məhkəmə” informasiya sistemi” mövzusunda təqdimat keçirilmişdir. Təqdimatda məhkəmə proseslərinin rəqəmsallaşdırılması sahəsində aparılmış mütərəqqi islahatlar nəticəsində əldə olunmuş nailiyyətlərdən bəhs edilmiş, ədalət mühakiməsinin səmərəliliyinin artırılması istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilmiş və iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.

Daha sonra ədalət mühakiməsinin səmərəliliyinin artırılması, məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi və qarşılıqlı təcrübənin öyrənilməsi ilə bağlı fikir mübadiləsi aparılmışdır.

Görüşün sonunda qonaqlar hakimlərin və aparat işçilərinin fəaliyyəti üçün yaradılmış iş şəraiti, eləcə də məhkəmə iclas zalları ilə tanış olmuşlar.

Nümayəndə heyəti göstərilən diqqət və səmimi qonaqpərvərliyə görə minnətdarlığını bildirmişdir.
Görüş çərçivəsində qonaqlarla birgə xatirə şəkli çəkilmişdir.

Hakim Kamran Əkbərovun təqaüdə yola salınması münasibətilə tədbir keçirilib. Məhkəmənin hakimi Kamran Əkbərovun təqaüdə ...
07/08/2026

Hakim Kamran Əkbərovun təqaüdə yola salınması münasibətilə tədbir keçirilib.

Məhkəmənin hakimi Kamran Əkbərovun təqaüdə yola salınması münasibətilə tədbir keçirilib.
Sədr Mübariz Əkbərov hakim Kamran Əkbərovun uzun illər ərzində peşəkar hüquqşünas kimi vəkil və müxtəlif məhkəmələrdə, o cümlədən Bakı Apellyasiya Məhkəməsində hakim kimi fəaliyyət göstərdiyini qeyd edib, ədalət mühakiməsinin həyata keçirilməsində səmərəli fəaliyyətinə görə Kamran Əkbərova məhkəmənin kollektivi adından təşəkkür edib.

Tədbirdə çıxış edənlər də Kamran Əkbərovun ünvanına təbriklər və xoş arzularını bildiriblər, onun zəngin təcrübəsinin gələcəkdə də gənc hüquqşünasların formalaşmasına əhəmiyyətli töhfə verəcəyinə əminlik ifadə olunub.

Kamran Əkbərov göstərilən xüsusi diqqət və fəaliyyətinə verilən yüksək qiymətə görə minnətdarlığını bildirib, təşkil olunan tədbirə görə təşəkkür edib.

Bakı Apellyasiya Məhkəməsinin 2026-cı ilin birinci yarımilliyi üzrə fəaliyyətinə dair məhkəmənin Rəyasət Heyətinin iclas...
30/07/2026

Bakı Apellyasiya Məhkəməsinin 2026-cı ilin birinci yarımilliyi üzrə fəaliyyətinə dair məhkəmənin Rəyasət Heyətinin iclası keçirilib.

Bakı Apellyasiya Məhkəməsinin 2026-cı ilin birinci yarımilliyi üzrə fəaliyyətinə dair məhkəmənin Rəyasət Heyətinin geniş tərkibdə iclası keçirilib.

Sədr Mübariz Əkbərov ədalət mühakiməsinin həyata keçirilməsi ilə əlaqədar görülmüş işlər barədə ümumi məlumat təqdim edib.

Qeyd edilib ki, ədalət mühakiməsinin səmərələliyinin artırılmasına yönəlmiş tədbirlə yanaşı məhkəmənin iş planına uyğun olaraq qanunvericiliyin ayrı-ayrı sahələri üzrə məhkəmə təcrübəsinin ümumiləşdirmələri aparılmaqla buna dair birinci instansiya məhkəmələrinə müvafiq icmal və metodik məktublar göndərilib, habelə qanunvericiliyin tətbiqinin məhkəmə təcrübəsinə dair məsələlər üzrə bəzi birinci instansiya məhkəmələrinin məlumatlarının dinləmələri keçirilib.

Məhkəmənin hakimləri tərəfindən icraatlarında olan işlər üzrə qanunvericiliyin normalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə sorğular ünvanlanılıb.

Hüququn tətbiqində yanaşmanın sabitliyini və hüquqi mövqeyin proqnozlaşdırılan olmasının təmin edilməsi ilə bağlı metodik kömək göstərilməsi məqsədilə Bakı Apellyasiya Məhkəməsinin hakimlərinin iştirakları ilə məhkəmənin ərazi yurisdiksiyasına daxil olan birinci instansiya məhkəmələrində görüşlər keçirilib, hüquqi maarifləndirmə məqsədilə onlayn mediada müsahibələr verilib.

Vətəndaşların müraciətləri və məmnunluğu xüsusi diqqətdə saxlanılıb. Belə ki, onların qəbullarının keçirilməsi, o cümlədən “çağrı mərkəzi” və məhkəmənin sosial şəbəkə hesabları vasitəsilə daxil olmuş müracitələrinə operativ və qanunauyğun qaydada baxılması təmin edilib.

Bakı Apellyasiya Məhkəməsinin 2026-cı ilin birinci yarımilliyində fəaliyyətinə dair məhkəmənin bülleteni nəşr olunub.

Daha sonra Bakı Apellyasiya Məhkəməsinin Kollegiyalarının ötən dövr ərzində görülmüş işlərlə bağlı Kollegiya sədrləri çıxış ediblər, statistik məlumatlar dinlənilib, məhkəmə aktlarının kassasiya qaydasında ləğv olunması əsasları müzakirə olunub.

Rəyasət Heyəti yekunda məhkəmənin cari ilin birinci yarımilliyi üzrə fəaliyyətini ümumən qənaətbəxş hesab edərək, hakimlərə mövcud nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün zəruri tədbirlərin görülməsini tövsiyə etdi.

Vətəndaşların qəbulu keçirilib. Bakı Apellyasiya Məhkəməsi tərəfindən vətəndaşların müraciətləri daim diqqətdə saxlanılı...
09/07/2026

Vətəndaşların qəbulu keçirilib.

Bakı Apellyasiya Məhkəməsi tərəfindən vətəndaşların müraciətləri daim diqqətdə saxlanılır.

Daxil olmuş konkret müraciətlər üzrə Bakı Apellyasiya Məhkəməsinin sədri Mübariz Əkbərov tərəfindən vətəndaşların növbəti qəbulu keçirilib.

Qəbul zamanı vətəndaşlar onları narahat edən məsələləri sədrin diqqətinə çatdırıblar. Sədr tərəfindən məhkəmədə işin təşkili ilə bağlı qaldırılan məsələlərlə bağlı aidiyyəti məsul şəxslərə dərhal tapşırıqlar, ümumi xarakterli məsələlər üzrə müvafiq izahlar verilib.

Bakı Apellyasiya Məhkəməsinin Rəyasət Heyəti tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin sədrinin məlumatlarının din...
05/07/2026

Bakı Apellyasiya Məhkəməsinin Rəyasət Heyəti tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin sədrinin məlumatlarının dinlənilməsi keçirilib.

Bakı Apellyasiya Məhkəməsi tərəfindən ərazi yurisdiksiyası üzrə ədalət mühakiməsinin keyfiyyətinin və səmərəliliyinin artırılması, bu məqsədlə vahid məhkəmə təcrübəsinin formalaşdırılması istiqamətində birinci instansiya məhkəmələri ilə qarşılıqlı fikir mübadiləsinin aparılması üçün işlər davam etdirilir.

Bakı Apellyasiya Məhkəməsində iş planına uyğun olaraq Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən baxılmış işlər üzrə mülki və mülki-prosessual qanunvericiliyin tətbiqi ilə bağlı məsələlərin müzakirəsinə dair Rəyasət Heyətinin iclası keçirilib.

Bakı Apellyasiya Məhkəməsinin sədri Mübariz Əkbərov ilk növbədə ölkəmizdə aparılan məhkəmə-hüquq islahatları, məhkəmə fəaliyyətinin daha da təkmilləşdirilməsi ilə bağlı görülmüş işlər barədə ümumi məlumat verib. Sədr qeyd edib ki, bu gün ölkəmizin məhkəmə-hüquq sistemində həyata keçirilmiş və müstəsna əhəmiyyət daşıyan mühüm dəyişikliklərin, eləcə də yeni müstəvidə dəyişən hüquqi konfiqurasiyanın şahidi oluruq.

Mübariz Əkbərov çıxışında həmçinin vahid məhkəmə təcrübəsinin formalaşdırılmasının, məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyinin və hüquqi mövqeyinin proqnozlaşdırılan olmasının təmin edilməsinin vacibliyini xüsusilə vurğulayıb.
İclasda çıxış edən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin sədri Vahid Sadıqov baxılmış mülki işlər üzrə statistik məlumatları təqdim edib. O, həmçinin yekun məhkəmə aktlarının apellyasiya və kassasiya qaydasında ləğv edilməsi və dəyişdirilməsi əsaslarının daim diqqətdə saxlanıldığını bildirib.

Daha sonra sözügedən ümumiləşdirilmənin keçirilməsi üzrə məsul şəxs - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimi Məhəmməd Rüstəmli Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən baxılmış işlər üzrə qanunvericiliyin tələblərinə əsasən riayət edildiyini, bununla belə məhkəmə aktlarının apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsinə əsas olmuş xarakterik nöqsanlara da yol verildiyini bildirib.

İclasda iştirak edən Mülki Kollegiyanın sədri Rafael Eyvazov da mülki qanunvericiliyin tətbiqi ilə bağlı bəzi məsələləri hakimlərin diqqətinə çatdırıb, tədbir səmərəli fikir mübadiləsi ilə davam etdirilib.

Metodik kömək göstərilməsi məqsədilə bir sıra birinci instansiya məhkəmələrində görüşlər keçirilib. Məhkəmələr tərəfində...
03/07/2026

Metodik kömək göstərilməsi məqsədilə bir sıra birinci instansiya məhkəmələrində görüşlər keçirilib.

Məhkəmələr tərəfindən qanunvericilik aktlarının düzgün tətbiq edilməsi ilə bağlı metodik kömək göstərilməsi məqsədilə Bakı Apellyasiya Məhkəməsinin hakimlərinin iştirakları ilə bir sıra növbəti görüşlər keçirilib.

Belə ki, bu məqsədlə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının sədri Rafael Eyvazov, hakimlər Fərrux Qasımov və Zəfər Əhmədov Bakı şəhəri Qaradağ Rayon Məhkəməsində, hakimlər Qədim Babayev və Faiq Qəniyev Bakı Ağır Cinayətlər Məhkəməsində, hakimlər Mehriban Qarayeva və Cavid Hüseyn Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində, hakimlər Fuad Babayev və Fəhmin Hümbətov Bakı şəhəri Nizami Rayon Məhkəməsində, hakimlər Aytən Oruczadə və Elvin Əliyev Bakı İnzibati Məhkəməsində, hakimlər İkram Şirinov və İbrahim İbrahimli isə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində olublar.

Görüşlər zamanı birinci instansiya məhkəmələri tərəfindən baxılmış işlər üzrə statistik məlumatlar təhlil edilib, məhkəmələr tərəfindən qanunvericiliyin tələblərinə əsasən riayət edildiyi qeyd edilib. Eyni zamanda məhkəmələr tərəfindən cinayət, mülki və inzibati icraatlar üzrə qəbul edilmiş yekun məhkəmə aktlarının yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilməsi və ləğv olunması əsasları, habelə yol verilmiş xarakterik nöqsanlar müzakirə olunub.

Keçirilmiş görüşlərdə həmçinin məhkəmə təcrübəsində rast gəlinən və müzakirəsinə ehtiyac duyulan məsələlərlə bağlı maraq doğuran qarşılıqlı fikir mübadiləsi aparılıb.

Görüş iştirakçıları vahid məhkəmə təcrübəsinin formalaşdırılması, hüququn tətbiqində yanaşmanın sabitliyi və hüquqi mövqeyin proqnozlaşdırılan olması baxımından bu kimi görüşlərin səmərəli olduğunu qeyd ediblər.

Address

Bakı şəhəri, Zahid Xəlilov 540-cı Məhəllə
Baku
AZ1073

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994125262626

Alerts

Be the first to know and let us send you an email when Bakı Apellyasiya Məhkəməsi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Bakı Apellyasiya Məhkəməsi:

Shortcuts

Share