Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutu

Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutu Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutunun(SMKLİ) rəsmi Facebook səhifəsi

“Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutu qanunvericilik çərçivəsində Abşeron Regional Səhmdar Su Cəmiyyətinin tərkibində (Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında su təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 11 iyun 2004-cü il tarixli 252 nömrəli Sərəncamı ilə Abşeron Regional Səhmdar Su Cəmiyyəti “Azərsu” Açıq Səhmdar Cəmiyyəti adlandırılmışdır) 196

6-cı ildə yaradılmış keçmiş “VodGeo” Elmi-Tədqiqat İnstitutu və 1990-cı ildə yaradılmış keçmiş “AzərbSETLİ” Elmi-Tədqiqat və Layihə İnstitutunun birləşdirilməsi nəticəsində 06 iyun 1997-ci il tarixdə təşkil olunmuşdur.

İnstitutun əsas fəaliyyət istiqamətlərinə ölkənin yaşayış məntəqələrinin mərkəzləşdirilmiş su təchizatı və kanalizasiya sistemlərinin layihələndirilməsi və texniki-iqtisadi əsaslandırmaların hazırlanması, Azərbaycan Respublikasında qüvvədə olan dövlətlərarası və beynəlxalq standartlara cavab verən tikinti üçün kompleks mühəndis axtarışlarının aparılması, sahə üzrə elmi-tədqiqat işlərinin aparılması, normativ-hüquqi sənədlərə uyğun olaraq idarə və müəssisələrin ekoloji, su təsərrüfatı pasportlarının hazırlanması daxildir.

“Sukanal” ETLİ-nin tədqiqat sahəsinə yeraltı və səth suları əsasında müxtəlif tipli suqəbuledici qurğular, kanalizasiya kollektorları, drenaj şəbəkələri, müxtəlif tutumlu içməli su anbarları, su və kanalizasiya nasos stansiyaları, ilk növbədə “Azərsu” ASC-nin tərkibinə daxil olan su təchizatı və kanalizasiya obyektlərinin istismarı ilə bağlı əsas və yardımçı bina və qurğuların layihələndirilməsi də daxildir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş Lisenziyalaşdırma Qaydasına uyğun olaraq Tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq edilən bina və qurğuların layihələndirilməsi və müvafiq mühəndis-axtarış işlərinin aparılması üçün İqtisadiyyat Nazirliyi tərəfindən “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutuna 2016-cı ildə müddətsiz lisenziyalar verilmişdir.

İnstitutda geniş tərkibdə Elmi-Texniki Şura fəaliyyət göstərir.

İçməli və çirkab suların, qruntların beynəlxalq standartlara cavab verən analizlərinin aparılması üçün İnstitutda müasir tədqiqat laboratoriyası fəaliyyət göstərir.

İnstitutun layihələndirmə prosesinin bütün mərhələlərində müasir kompüter proqramlarından istifadə olunur.

“Sukanal” ETLİ-nin tərkibinə daxil olan elmi-tədqiqat və layihə bölmələrində müxtəlif ixtisaslardan olan mütəxəssislər çalışır ki, bunların da arasında 3 nəfər elmlər doktoru və 8 nəfər fəlsəfə doktoru (elmlər namizədi) vardır.

İnstitutda gənc mütəxəssislərin xüsusi çəkisi böyük yer tutur və onların bilik bacarığının artırılmasına xüsusi diqqət yetirilir. Belə ki, gənc mütəxəssislər “Azərsu” ASC tərəfindən təşkil olunmuş kurslarda və treninqlərdə aktiv iştirak edir, xaricdə öz ixtisasları üzrə təcrübə alırlar. İnstitutun bir qrup gənc mütəxəssisi Türkiyənin İstanbul şəhərinin su təchizatı və kanalizasiya qurğuları ilə tanış olmuş, müvafiq kurslar keçmiş və beynəlxalq sertifikat almışdır.

İşlərində əldə etdikləri uğur və nailiyyətlərə görə İnstitutun 3 əməkdaşı Azərbaycan Respublikasının orden və medalları ilə təltif olunmuş, bir nəfərə isə əməkdar mühəndis fəxri adı verilmişdir.

Su təchizatı, kanalizasiya və yağış suları sistemlərinin layihələndirilməsi şöbəsinin Baş məsləhətçisi İftixar Əyyubova ...
02/04/2026

Su təchizatı, kanalizasiya və yağış suları sistemlərinin layihələndirilməsi şöbəsinin Baş məsləhətçisi İftixar Əyyubova Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən Fəlsəfə doktoru Diplomu təqdim olunub.

İnstitut rəhbərliyi və kollektiv adından onu ürəkdən təbrik edir və davamlı uğurlar arzulayırıq!

31 Mart - Azərbaycanlıların Soyqırımı Günüdür.
31/03/2026

31 Mart - Azərbaycanlıların Soyqırımı Günüdür.

22 mart -Ümumdünya Su Günüdür
22/03/2026

22 mart -Ümumdünya Su Günüdür

Novruz bayramınız mübarək!
20/03/2026

Novruz bayramınız mübarək!

Ramazan bayramınız mübarək!
19/03/2026

Ramazan bayramınız mübarək!

Martın 18-də vaxtilə “Azdövsutəslayihə” institutunda (indiki Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutu...
18/03/2026

Martın 18-də vaxtilə “Azdövsutəslayihə” institutunda (indiki Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutu) çalışmış Azərbaycanın Milli Qəhrəmanı Rafiq Nəsrəddinovun 65-ci ildönümünə həsr olunmuş anım tədbiri onun oxuduğu və hazırda adını daşıyan 39 nömrəli tam orta məktəbdə keçirilib.
Tədbirdə iştirak edən Strategiya və layihələrin idarə edilməsi şöbəsinin müdiri Abbas Novruzov və Həmkarlar İttifaqı Komitəsinin sədri Elman İsgəndərli çıxış edərək Milli qəhrəman Rafiq Nəsrəddinov haqqında danışıb, onun qəhrəmanlığının məktəbin hər bir şagirdi üçün qürur yeri olduğunu söyləyiblər.
Sonra İnstitutun fəaliyyətinə həsr olunmuş və Milli qəhrəman Rafiq Nəsrəddinov haqqında da məlumatın yer aldığı “Qətrədən ümmana” kitabı məktəbə hədiyyə olunub.
Sonda Milli qəhrəmanın məktəbin həyətində qoyulmuş büstü önünə çiçək dəstləri düzülüb, məktəbin direktoru və Milli qəhrəmanın ailə üzvləri ilə birgə xatirə şəkli çəkdirilib.

Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutunun Ekologiya və hidrologiya şöbəsinin mütəxəssusləri tərəfin...
17/03/2026

Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutunun Ekologiya və hidrologiya şöbəsinin mütəxəssusləri tərəfindən İsmayıllı rayonunun Basqal qəsəbəsinin içməli su təchizatının yaxşılaşdırılması məqsədi ilə alternativ mənbə kimi seçilən Mücü çayda dövri olaraq aparılan rejim-müşahidə işləri çərçivəsində hidroloji tədqiqat işləri aparılmışdır.

Torpaq çərşənbəniz mübarək!
17/03/2026

Torpaq çərşənbəniz mübarək!

Yel çərşənbəniz mübarək!
10/03/2026

Yel çərşənbəniz mübarək!

8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə bütün xanımları təbrik edirik.
07/03/2026

8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə bütün xanımları təbrik edirik.

Martın 6-da Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutunda 8 mart –Beynəlxalq Qadınlar Gününə həsr olunm...
06/03/2026

Martın 6-da Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutunda 8 mart –Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İdarə Heyətinin sədri Elbrus Paşayev çıxış edərək xanımların cəmiyyətdəki rolunu qeyd edib, milli-mənəvi dəyərlərimizin qorunub saxlanması və yaşadılmasında onların misilsiz xidmətləri olduğunu bildirib. Eyni zamanda İnstitutun istehsalat fəaliyyətində və qadınların xidmətlərini yüksək qymətləndirib.

https://www.sukanal.az/news-413/

Gəncə şəhərində Sasakava Sülh Fondunun maliyyə dəstəyi ilə Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan Respublikasındak...
05/03/2026

Gəncə şəhərində Sasakava Sülh Fondunun maliyyə dəstəyi ilə Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan Respublikasındakı Nümayəndəliyi və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən icra olunan “Kəhrizlərin bərpasının Azərbaycanda su ilə əlaqəli iqlim dəyişmələrinə gücləndirilmiş adaptasiya vasitəsi kimi təşviqi” layihəsi çərçivəsində “Kəhrizlər üzrə Potensialın Gücləndirilməsi” adlı tədbir keçirilib.
Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Texnologiya Universiteti, Gəncə Dövlət Universiteti və Mingəçevir Dövlət Universitetinin tələbələri, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin gənc mütəxəssislərinin qatıldığı tədbirdə Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutunun “Ekologiya və hidrologiya” şöbəsinin müdiri Rais Əbdüləzimov “Kəhrizlərin su mənbələrində” rolu barədə müzakirə və diskusiyalarda fəal iştirak edib və Sertifikatla təltif olunub.

Address

Московский пр. , 73
Baku
AZ1012

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994124301990

Alerts

Be the first to know and let us send you an email when Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutu:

Share