10/09/2026
Ləman Burcalısoy Azərbaycan təhsilinin yetişdirdiyi kadrdır. Uğurlu təhsilin ardından məzun olub. “Təhsilə qoyulan sərmayə gələcəyə sərmayədir” fikrinin gücünə öncə atası inanıb, onun təhsilinə dəstək verib.
Amma o, atasının dəstəyindən mənəvi güc alaraq öz təhsilini özü maliyyələşdirib, təbii ki, təhsil tələbə krediti ilə. Nəinki kreditlə oxuyub məzun olub, artıq götürdüyü krediti ödəməyə də başlayıb. İndi isə təhsilini xaricdə davam etdirməyə hazırlaşır.
Ləman deyir ki, təhsil tələbə krediti müasir gənclərin təhsil həyatını çox asanlaşdırıb:
“Əvvəllər ödənişli təhsil əlçatmaz idi, insanlar sırf maddi imkanların yetərsizliyindən öz istədikləri ixtisas üzrə təhsil ala bilmirdi. İndi isə təhsil əlçatan, oxumaq istəyənlər üçün isə demək olar tam pulsuzdur”.
Ətraflı: https://muallim.edu.az/tehsil-krediti-ile-oxudu-dunyanin-5-nufuzlu-universitetinde-tehsil-almaq-imkani-qazandi