Dövlət Ekoloji Ekspertiza Agentliyi

Dövlət Ekoloji Ekspertiza Agentliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyi
Dövlət Ekoloji Ekspetiza Agentliyi

23 may Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı münasibətilə tədbir keçirilib. Tədbirdə ətraf müh...
23/05/2026

23 may Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı münasibətilə tədbir keçirilib.

Tədbirdə ətraf mühitin mühafizəsi, təbii sərvətlərin qorunması, ekoloji tarazlığın təmin olunması istiqamətində görülən işlərdən bəhs olunub, bu sahədə çalışan əməkdaşların fəaliyyəti yüksək qiymətləndirilib.

Nazirliyin inzibati binasında keçirilən tədbirdə ətraf mühitin mühafizəsi sahəsində fərqlənən əməkdaşlara fəxri fərmanlar təqdim olunub.
Tədbirdə Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədr müavini İman Quliyev də mükafata layiq görülüb.

23/05/2026

23 may Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı günüdür.
Təbriklər👏😍🌧☘️🌳😇🌈💧🌪🕊🏚

ETSN yüksək səviyyəli dialoqda iştirak edibBirləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiya...
21/05/2026

ETSN yüksək səviyyəli dialoqda iştirak edib

Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi BMT-nin Məskunlaşma Proqramı tərəfindən təşkil edilən “İqlim və Mənzil Əlaqəsi” mövzusunda yüksək səviyyəli dialoqda iştirak edib.

Müzakirələrdə ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Ağakərim Səmədzadə, C40 Şəhərlər Şəbəkəsinin Regionlar və Merlərlə Əməkdaşlıq üzrə idarəedici direktoru Şruti Narayan, eləcə də Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin Dayanıqlı İnkişaf və İqlim üzrə baş direktoru Bircit Pikel çıxış edib.

📌Ətraflı məlumat:
https://eco.gov.az/az/nazirlik/xeber?newsID=30017

Xəzər regionunda iqlimə dayanıqlı şəhərlər və icmalar mövzusunda müzakirələr aparılıbBirləşmiş Millətlər Təşkilatının Üm...
20/05/2026

Xəzər regionunda iqlimə dayanıqlı şəhərlər və icmalar mövzusunda müzakirələr aparılıb

Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə BMT-nin Məskunlaşma Proqramının birgə təşkilatçılığı, BMT-nin Ətraf Mühit Proqramı və Beynəlxalq Miqrasiya Təşkilatının tərəfdaşlığı ilə “Xəzər regionunda iqlimə dayanıqlı şəhərlər və icmalar: şəhər adaptasiyası üçün iqlim maliyyəsinin səfərbər edilməsi” mövzusunda yüksək səviyyəli tədbir keçirilib.

Tədbirdə ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Ağakərim Səmədzadə, BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru xanım Anaklaudiya Rossbax və BMT-nin Ətraf Mühit Proqramının icraçı direktorunun müavini xanım Elizabet Mrema çıxış ediblər.

📌 Ətraflı məlumat:
https://www.eco.gov.az/az/nazirlik/xeber?newsID=29985

“Erkən xəbərdarlıq və iqlimə dayanıqlı şəhərlər” mövzusunda tədbir keçirilibBirləşmiş Millətlər Təşkilatının Ümumdünya Ş...
19/05/2026

“Erkən xəbərdarlıq və iqlimə dayanıqlı şəhərlər” mövzusunda tədbir keçirilib

Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən “Erkən xəbərdarlıq və iqlimə dayanıqlı şəhərlər” mövzusunda yan tədbir təşkil edilib.

Tədbir şəhərlərdə iqlim dəyişmələrinin təsirlərinə qarşı dayanıqlılığın gücləndirilməsində, xüsusilə ekstremal təbiət hadisələrinin ətraf mühitə, şəhər infrastrukturuna, yaşayış sahələrinə vurduğu zərərlərin azaldılmasında, həyat xilas edən elmi əsaslı qərarların qəbulunda çoxriskli erkən xəbərdarlıq sistemlərinin roluna həsr edilib.

📌 Ətraflı məlumat:
https://eco.gov.az/az/nazirlik/xeber?newsID=29977

🌳 Ağacların nömrələnməsi və inventarlaşdırılması işləri davam etdirilirÖlkə üzrə vahid nömrələnmə və inventarlaşdırma st...
19/05/2026

🌳 Ağacların nömrələnməsi və inventarlaşdırılması işləri davam etdirilir

Ölkə üzrə vahid nömrələnmə və inventarlaşdırma standartına keçid məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və IDEA İctimai Birliyinin könüllülərinin iştirakı ilə bu dəfə Sumqayıt şəhərində yerləşən parkda layihə üzrə ağacların qeydiyyatı aparılıb, üzərinə nömrəli etiketlər vurulub.

İdentifikasiya lövhəsi vurulmuş ağaclara dair bütün məlumatlar Rəqəmsal Ekologiya İnformasiya Sisteminin “Yaşıllıqların reyestri” alt sisteminə daxil edilib və www.agac.az saytında yerləşdirilib.

Ağacların qeydiyyatı və nömrələnməsi işləri yaşıllıqların mühafizəsinin təmin edilməsi, onlara müdaxilə hallarının qarşısının alınması, yaşıllıqların elektron reyestrinin formalaşdırılması və ictimai nəzarətin gücləndirilməsi məqsədilə həyata keçirilir.

Nazirlik tərəfindən təşkil olunan bu cür maarifləndirici tədbirlər Bakıda keçiriləcək Ümumdünya Ətraf Mühit Günü ərəfəsində ekoloji təşəbbüslərin təşviqinə, ətraf mühitin mühafizəsi sahəsində ictimai fəallığın artırılmasına xidmət edir.

Xatırladaq ki, 1 yanvar 2026-cı il tarixdən etibarən ölkəmizdə yalnız inventarlaşdırılmış və nişanlanmış ağaclarla bağlı müraciətlərə rəy verilir.

Memarlıqda yeni ekoloji yanaşmalar gündəmdə: DEEA-da "Yaşıl şəhərlər”ə dair müzakirə keçirilibDövlət Ekoloji Ekspertiza ...
08/05/2026

Memarlıqda yeni ekoloji yanaşmalar gündəmdə: DEEA-da "Yaşıl şəhərlər”ə dair müzakirə keçirilib

Dövlət Ekoloji Ekspertiza Agentliyində (DEEA) "Şəhərsalma subyektləri və memarlar üçün ekoloji tələblər, normativlər və məhdudiyyətlər" mövzusunda ictimai dinləmə keçirilib. Tədbir Azərbaycan Respublikası Prezidentinin 30 yanvar 2026-cı il tarixli 912 nömrəli Sərəncamı ilə elan edilmiş "Şəhərsalma və Memarlıq İli" çərçivəsində həyata keçirilib. Dinləməyə memarlar, şəhərsalma subyektlərinin nümayəndələri, dövlət qurumlarının mütəxəssisləri, ekoloqlar, QHT və KİV iştirak edib.

Agentliyin İdarə Heyətinin sədri Mirsalam Qənbərov çıxışında bildirib ki, müasir şəhərsalma siyasətində ekoloji tələblərin nəzərə alınması inkarolunmaz zərurətə çevrilib. Onun sözlərinə görə, şəhərsalma və memarlıq sahəsində qəbul olunan qərarlar gələcək nəsillər üçün sağlam və təhlükəsiz şəhər mühitinin formalaşdırılmasına xidmət etməlidir. M.Qənbərov qeyd edib ki, yaşıllıq sahələrinin qorunması, enerji səmərəliliyi və ekoloji standartların tətbiqi bu istiqamətdə əsas prioritetlərdən biridir. O vurğulayıb ki, Agentlik bu sahədə ictimai müzakirələrin və maarifləndirmə tədbirlərinin davam etdirilməsinə xüsusi önəm verir.

Tədbirdə şəhərsalma subyektlərinin ekoloji öhdəlikləri, memarların layihələndirmə mərhələsində riayət etməli olduqları normativlər - "Yaşıl şəhər" və "Yaşıl tikinti" standartlarına uyğunluğun təmin edilməsi məsələləri geniş müzakirə olunub.
Agentliyin İdarə Heyətinin sədr müavini İman Quliyev vurğulayıb ki, ərazi planlaşdırılmasında yaşıl sahələrin artırılması ilə yanaşı, müasir tullantı idarəçiliyi sistemlərinin tətbiqi və su qənaəti tədbirləri ən mühüm məsələlərdən biridir.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şöbə müdirinin müavini Şahnaz Bədəlova sürətli urbanizasiya və əhali artımının şəhərlərdə ekoloji problemləri daha da aktuallaşdırmasından bəhs edib. Onun sözlərinə görə, Komitə tərəfindən baş planlarda Strateji Ekoloji Qiymətləndirmə (SEQ) layihələrinin hazırlanması şəhərlərin dayanıqlı inkişafı baxımından mühüm addımdır. Ş.Bədəlova əlavə edib ki, SEQ yanaşması hava keyfiyyəti, yaşıllıq sahələri, su ehtiyatları və iqlim riskləri kimi amillərin şəhərsalma sənədlərində nəzərə alınmasına imkan yaradır. Belə ki, Gəncə şəhərinin Baş Planı üzrə hazırlanmış SEQ layihəsi gələcəkdə digər şəhərlər üçün də nümunə rolunu oynaya bilər.

Memar, sənətşünaslıq üzrə elmlər doktoru, professor Elçin Əliyev tikinti layihələrində enerji səmərəliliyi standartlarının tətbiqinin, bərpa olunan enerji mənbələrindən istifadənin və ekoloji sertifikatlı materialların seçilməsinin vacibliyini vurğulayıb. O, həmçinin dam yaşıllıqları və şaquli yaşıllıqların şəhərsalma layihələrinə inteqrasiyasının müasir memarlığın əsas istiqamətlərindən biri olduğunu qeyd edib. Digər tərəfdən, təcrübəli memar bəzi şəhər ərazilərində binaların həddindən artıq yaxın tikilməsinin ciddi təhlükəsizlik riskləri yaratdığını bildirib. Onun sözlərinə görə, bu cür sıx tikinti yanğın zamanı yanğınsöndürmə texnikasının əraziyə operativ daxil olmasını çətinləşdirə bilər. Alim vurğulayıb ki, XXI əsr memarlığı “Şaquli şəhərsalma”, planlı və funksional inkişaf prinsiplərinə əsaslanmalıdır. Ümumilikdə qeyd olunub ki, müasir memarlıq yalnız estetik deyil, həm də təhlükəsizlik, infrastruktur və ekoloji dayanıqlılıq tələblərinə cavab verməlidir.

Əməkdar memar Ədalət Məmmədov isə qədim Azərbaycan şəhərsalma ənənələrində təbiətlə uyğunlaşma prinsiplərinin mühüm yer tutduğunu bildirib. Onun sözlərinə görə, xüsusilə İçərişəhər və Şuşada “Roza vetrov” (küləklərin istiqaməti, gücü və təkrarlanma tezliyi - külək rejimi) prinsipi nəzərə alınıb. Bu ekoloji-memarlıq prinsipinə görə, küçə və məhəllələr elə planlaşdırılıb ki, müvafiq olaraq, dənizdən və dağlardan gələn hava axınları şəhər daxilində təbii ventilyasiya yaradıb. Memar qeyd edib ki, bu yanaşma həm şəhərin ekoloji balansının qorunmasına, həm də sağlam yaşayış mühitinin formalaşmasına xidmət edib. Ə.Məmmədov vurğulayıb ki, müasir şəhərsalma praktikasında səmt küləkləri və mikroiqlim amillərinin daha ciddi nəzərə alınması dayanıqlı şəhər mühitinin formalaşdırılması üçün xüsusilə vacibdir.

Müstəqil ekoloq, “Davamlı İnkişaf Cəmiyyəti” İctimai Birliyinin sədri Fikrət Cəfərov çıxışında diqqəti Abşeron yarımadasında tikilən yeni yaşayış komplekslərində yağış sularının toplanması üçün xüsusi anbar və rezervuar sistemlərinin yaradılmasının vacibliyinə yönəldib. Onun sözlərinə görə, son intensiv yağışlar paytaxtda su idarəetməsi və infrastruktur sahəsində mövcud problemləri bir daha ortaya çıxarıb. F.Cəfərov qeyd edib ki, yağış sularının toplanaraq yaşıllıqların suvarılmasında istifadəsi həm su qənaəti, həm də ekoloji baxımdan səmərəli yanaşmadır. O vurğulayıb ki, “ağıllı su idarəetməsi” sistemlərinin tətbiqi Bakı şəhərində daha dayanıqlı və ekoloji şəhər mühitinin formalaşmasına töhfə verə bilər.

Müzakirələr zamanı Azərbaycan şəhərlərini, xüsusən Bakı və Abşeron yarımadasındakı yaşayış məntəqələrini daha sağlam, dayanıqlı və ekoloji cəhətdən tarazlı şəhər mühitinə çevirmək üçün beynəlxalq "yaşıl bina" standartlarının ölkə şəraitinə uyğunlaşdırılmasının zəruriliyi xüsusi vurğulanıb. İştirakçılar şəhərsalma qanunvericiliyinin müasirləşdirilməsi, peşəkar maarifləndirmə və normativ-hüquqi bazanın beynəlxalq təcrübə əsasında təkmilləşdirilməsi istiqamətlərini prioritet kimi qiymətləndiriblər.

Tədbirin sonunda qonaqlara simvolik olaraq zeytun ağacı tingləri hədiyyə edilib.
Dinləmənin nəticələri ümumiləşdirilərək müvafiq tövsiyə və təkliflər aidiyyəti dövlət qurumlarına təqdim olunacaq.
Qeyd edək ki, Agentlik tərəfindən "Şəhərsalma və Memarlıq İli" boyunca bu istiqamətdə ictimai müzakirə və maarifləndirmə fəaliyyətlərinin davam etdirilməsi nəzərdə tutulub.

📢 Dövlət Ekoloji Ekspertiza Agentliyində ictimai dinləmə keçiriləcəkAzərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma ...
04/05/2026

📢 Dövlət Ekoloji Ekspertiza Agentliyində ictimai dinləmə keçiriləcək

Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə bağlı şəhərsalma subyektləri və memarlar üçün ekoloji tələblər, normativlər və məhdudiyyətlər mövzusunda ictimai dinləmə keçiriləcək.

Tədbirin məqsədi ekoloji normaların tətbiqi, mövcud tələblərin müzakirəsi və ictimai rəyin öyrənilməsidir.

Görüşdə dövlət qurumlarının, tikinti şirkətlərinin nümayəndələri, memarlar, QHT-lər, KİV təmsilçiləri, ekoloqlar və mütəxəssislər iştirak edəcək.

🗓 Tarix: 8 may 2026-cı il
⏰ Saat: 15:00
📍 Ünvan: Dövlət Ekoloji Ekspertiza Agentliyinin inzibati binası (Heydər Əliyev prospekti 10)

👤 Əlaqələndirici şəxs:
Elnur Ağayev – Dövlət Ekoloji Ekspertiza Agentliyinin əməkdaşı

📞 Telefon: 070 390 32 25
📧 E-poçt: [email protected]

🏃🏻‍♀️‍➡️🏃‍➡️ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivi və ekokönüllülər Heydər Əliyev Fondunun təşəbbüsü ilə ...
04/05/2026

🏃🏻‍♀️‍➡️🏃‍➡️ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivi və ekokönüllülər Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Küləyə qalib gəl” şüarı altında keçirilən 9-cu Bakı Marafonunda böyük ruh yüksəkliyi ilə iştirak ediblər.

Marafon zamanı iştirakçılar Ümumdünya Ətraf Mühit Günü 2026 münasibətilə keçirilən kampaniya çərçivəsində ekoloji təşəbbüslərin təşviqinə və ictimai fəallığın artırılmasına diqqət çəkərək, daha sağlam və dayanıqlı gələcək naminə birgə fəaliyyətin vacibliyini vurğulayıblar.

Qeyd edək ki, 5 iyun – Ümumdünya Ətraf Mühit Günü 2026 bu il Bakıda, Heydər Əliyev Mərkəzində keçiriləcək.



_________________

🏃‍➡️🏃🏻‍♀️‍➡️ The team of the Ministry of Ecology and Natural Resources, together with eco-volunteers, took part with great enthusiasm in the 9th Baku Marathon, held under the slogan “Win the Wind”.

Marathoners highlighted the importance of environmental action and public engagement as part of the global campaign for World Environment Day 2026. The event showed how working together can help address climate challenges and build a healthier, more sustainable future.

WED2026 will be hosted in Baku on 5 June at the Heydar Aliyev Center, bringing together international partners and stakeholders to advance environmental priorities and foster global cooperation.

🌍 5 iyun 2026-cı ildə Bakı qlobal ekoloji fəaliyyətin mərkəzinə çevriləcək.Ümumdünya Ətraf Mühit Günü maraqlı tərəfləri,...
30/04/2026

🌍 5 iyun 2026-cı ildə Bakı qlobal ekoloji fəaliyyətin mərkəzinə çevriləcək.

Ümumdünya Ətraf Mühit Günü maraqlı tərəfləri, ideyaları və innovativ həlləri bir araya gətirərək iqlim üçün real dəyişikliklərə ilham verəcək.

Bu qlobal çağırış meşələr, su hövzələri, sahil ekosistemləri və şəhər mühitinin birgə fəaliyyətinin əhəmiyyətini vurğulayaraq, təbiətə əsaslanan yanaşmalar vasitəsilə dayanıqlı gələcəyə keçidi dəstəkləyəcək.

Gəlin, planetimiz üçün real iqlim dəyişikliklərinə birlikdə töhfə verək.

Address

Heydar Aliyev 10
Baku

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994125670828

Website

Alerts

Be the first to know and let us send you an email when Dövlət Ekoloji Ekspertiza Agentliyi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Dövlət Ekoloji Ekspertiza Agentliyi:

Share