Azərbaycan Respublikası Müdafiə Nazirliyi

Azərbaycan Respublikası Müdafiə Nazirliyi Azərbaycan Respublikası Müdafiə Nazirliyi / Ministry of Defense of the Republic of Azerbaijan

Gürcüstanın Tbilisi şəhərində səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov bu ...
01/06/2026

Gürcüstanın Tbilisi şəhərində səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov bu ölkənin Baş naziri cənab İrakli Kobaxidze ilə görüşüb.
Gürcüstanın baş nazirinin müavini, müdafiə naziri İrakli Çikovaninin də iştirak etdiyi görüşdə iki ölkə arasında əməkdaşlığın hazırkı vəziyyəti, regional və beynəlxalq gündəmdə duran məsələlər müzakirə olunub.
Tərəflər, həmçinin regionda sülhün və sabitliyin qorunmasının əhəmiyyətini diqqətə çatdırıb, Gürcüstan və Azərbaycan arasında müdafiə sahəsində strateji tərəfdaşlığın və əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayıblar.

https://mod.gov.az/az/news/azerbaycanin-mudafie-naziri-gurcustana-sefer-edib-57220.html
____

Министр обороны Азербайджана совершает визит в Грузию

https://mod.gov.az/ru/news/ministr-oborony-azerbajdzhana-sovershaet-vizit-v-gruziyu-57221.html
____

Azerbaijan Defense Minister visits Georgia

https://mod.gov.az/en/news/azerbaijan-defense-minister-visits-georgia-57222.html

  🇦🇿1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi GünüYer üzündəki bütün uşaqlar sağlam və xoşbəxt böyüsün!
01/06/2026

🇦🇿

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü

Yer üzündəki bütün uşaqlar sağlam və xoşbəxt böyüsün!




Azərbaycan və Litva arasında ikitərəfli əlaqələrin inkişaf proqramına uyğun olaraq, Müdafiə Nazirliyinin Hərbi Polis İda...
29/05/2026

Azərbaycan və Litva arasında ikitərəfli əlaqələrin inkişaf proqramına uyğun olaraq, Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin bir qrup nümayəndə heyəti bu ölkənin paytaxtı Vilnüs şəhərinə səfər edib.
Səfər çərçivəsində Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik və Təhqiqat Baş İdarəsi rəisinin müavini - Hərbi Polis İdarəsinin rəisi general-mayor Elgün Əliyevin rəhbərlik etdiyi heyət Litva Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin inzibati binasını ziyarət edib, hərbi polis xidmətinin təşkili, idarəetmə mexanizmləri və gündəlik xidməti fəaliyyətin xüsusiyyətləri ilə yaxından tanış olub.
Burada qonaqlara Litva hərbi polisinin sülh və müharibə dövründə vəzifələri, eləcə də NATO tərkibində fəaliyyətləri barədə brifinqlər təqdim olunub.
Görüşdə, həmçinin hərbi polis sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib.
Şəxsi heyətin peşəkar hazırlığının və birgə fəaliyyət imkanlarının artırılması məqsədilə qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi məsələləri vurğulanıb.

https://mod.gov.az/az/news/mudafie-nazirliyinin-herbi-polis-idaresinin-numayende-heyeti-litvaya-sefer-edib-57216.html
____

Делегация Управления военной полиции Министерства обороны посетила Литву

https://mod.gov.az/ru/news/delegaciya-upravleniya-voennoj-policii-ministerstva-oborony-posetila-litvu-57217.html
____

Azerbaijan Military Police delegation visits Lithuania

https://mod.gov.az/en/news/azerbaijan-military-police-delegation-visits-lithuania-57218.html

28/05/2026

Azərbaycan Ordusunda Qurban bayramı və 28 May - Müstəqillik Günü münasibətilə silsilə tədbirlər keçirilib

https://mod.gov.az/az/news/azerbaycan-ordusunda-qurban-bayrami-ve-28-may-musteqillik-gunu-munasibetile-silsile-tedbirler-kecirilib-video-57213.html
____

В Азербайджанской Армии проведены мероприятия по случаю Гурбан байрамы и 28 мая — Дня Независимости

https://mod.gov.az/ru/news/v-azerbajdzhanskoj-armii-provedeny-meropriyatiya-po-sluchayu-gurban-bajramy-i-28-maya-dnya-nezavisimosti-video-57214.html
____

Azerbaijan Army holds events on Gurban Bayram and 28 May – Independence Day

https://mod.gov.az/en/news/azerbaijan-army-holds-events-on-gurban-bayram-and-28-may-independence-day-video-57215.html

Azərbaycan Ordusunun qoşun (qüvvə) növləri, birlik, birləşmə və xüsusi təyinatlı təhsil müəssisələrində Qurban bayramı v...
28/05/2026

Azərbaycan Ordusunun qoşun (qüvvə) növləri, birlik, birləşmə və xüsusi təyinatlı təhsil müəssisələrində Qurban bayramı və 28 May - Müstəqillik Günü münasibətilə silsilə tədbirlər keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, eləcə də Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin xatirələri bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin və müdafiə naziri general-polkovnik Zakir Həsənovun Qurban bayramı və 28 May - Müstəqillik Günü münasibətilə təbrikləri şəxsi heyətə çatdırılıb.
Çıxış edənlər 1918-ci il mayın 28-də Azərbaycanın müstəqilliyini bəyan edən İstiqlal Bəyannaməsinin qəbul edilməsindən, Müsəlman Şərqində ilk parlament respublikasının - Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından, xalqımızın müstəqillik yolunda keçdiyi mübarizədən danışıblar.
Tədbirlərdə Azərbaycanın islami, bəşəri milli-mənəvi dəyərlərə önəm verən və hörmətlə yanaşan, humanist, tolerant dövlət olması xüsusi vurğulanıb.
Sonra hərbi hissələrdə ictimai-siyasi hazırlıq dərsləri, “dəyirmi masa”lar, konfranslar təşkil olunub, videoçarxlar, sənədli filmlər nümayiş etdirilib, hərbi qulluqçuların iştirakı ilə qurbanlar kəsilib, bayram süfrələri təşkil edilib.
Müdafiə nazirinin tapşırığına əsasən bayramlar münasibəti ilə Bakı şəhərində, eləcə də respublikamızın digər bölgələrində şəhidlərimizin məzarları ziyarət olunub, ailə üzvlərinə və hərbi əməliyyatlar zamanı sağlamlığını itirən döyüşçülərimizə baş çəkilib, onlara bayram sovqatları təqdim olunub və Müdafiə Nazirliyinin rəhbərliyinin təbrikləri çatdırılıb.
Hərbi hissələrdə Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivləri tərəfindən hazırlanan ədəbi-bədii kompozisiyalar, vətənpərvərlik mövzusunda müxtəlif musiqi nömrələri təqdim olunub.

https://mod.gov.az/az/news/azerbaycan-ordusunda-qurban-bayrami-ve-28-may-musteqillik-gunu-munasibetile-silsile-tedbirler-kecirilib-video-57213.html
____

В Азербайджанской Армии проведены мероприятия по случаю Гурбан байрамы и 28 мая — Дня Независимости

https://mod.gov.az/ru/news/v-azerbajdzhanskoj-armii-provedeny-meropriyatiya-po-sluchayu-gurban-bajramy-i-28-maya-dnya-nezavisimosti-video-57214.html
____

Azerbaijan Army holds events on Gurban Bayram and 28 May – Independence Day

https://mod.gov.az/en/news/azerbaijan-army-holds-events-on-gurban-bayram-and-28-may-independence-day-video-57215.html

28/05/2026

🇦🇿 28 May — xalqımızın azadlıq və dövlətçilik tarixinin şanlı səhifəsidir.

1918-ci il mayın 28-də yaradılan Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə ilk demokratik parlamentli respublika kimi tarixə düşdü.

Müstəqillik uğrunda mübarizə aparan bütün qəhrəmanlarımızın xatirəsini ehtiramla yad edir, 28 May — Müstəqillik Gününü qürurla qeyd edirik!






🇦🇿

Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar, dövlət qulluqçuları və mülki işçi...
28/05/2026

Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar, dövlət qulluqçuları və mülki işçilər!
Sizi dövlətçilik tariximizin ən şanlı səhifələrindən sayılan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 108-ci ildönümü, 28 May – Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, Vətənə müqəddəs və şərəfli xidmətinizdə uğurlar arzulayıram.
Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərliyinin bütün dönəmlərində ölkəmizin dövlət quruculuğu siyasətində azərbaycançılıq məfkurəsi yüksək tutulmuş, xalqımızın milli-mənəvi dəyərlərinin qorunub saxlanmasında və dövlətçilik ənənələrimizin möhkəmlənməsində müstəsna xidmətləri olmuşdur.
Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində respublikamızın iqtisadi dayaqları daha da güclənərək demokratik dövlət quruculuğu prosesində beynəlxalq nüfuzu artmaqda davam edir və bu gün Azərbaycan regionda dayanıqlı sülhün və sabitliyin qorunmasının əsas təminatçısına çevrilmişdir.
Respublikamızın müdafiə qüdrətinin artırılması istiqamətində qazanılan böyük nailiyyətlər, eyni zamanda, orduda aparılan genişmiqyaslı islahatlar, sosial infrastrukturun gücləndirilməsi, hərbi qulluqçuların xidmət şəraitinin yaxşılaşdırılması, keçirilmiş təlimlər şəxsi heyətin qələbə əzmini daha da möhkəmləndirərək, 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərlə Azərbaycan Ordusunun tarixində yeni qəhrəmanlıq səhifələrinin açılmasına təkan vermişdir.
Müzəffər Ali Baş Komandanın sərkərdəliyi ilə ordumuzun Vətən müharibəsində qazandığı parlaq qələbə və həyata keçirdiyi uğurlu döyüşlər, həmçinin antiterror əməliyyatı nəticəsində işğalda olmuş torpaqlarımız azad olundu.
Ali Baş Komandanın müdrik və uzaqgörən siyasəti, ordumuzun gücü və peşəkarlığı sayəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi təmin edildi, bütün ölkə ərazisində konstitusiya quruluşu tam bərpa olundu.
Ötən il Bakı şəhərində keçirilən 8 Noyabr – Zəfər Gününün beşinci ildönümünə həsr olunmuş təntənəli hərbi parad ölkəmizin müdafiə qüdrətinin gündən-günə artırılmasının göstəricisidir.
Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı işğaldan azad olunmuş ərazilərimizdə genişmiqyaslı yenidənqurma və abadlıq işlərinin aparılmasına böyük töhfədir.
Bu gün qüdrətli Azərbaycan Ordusunun bölmələri Vətənimizin keşiyində əzmlə dayanaraq, Böyük Qayıdış proqramı çərçivəsində aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinə öz layiqli töhfələrini verir.
İnanıram ki, ordumuz Azərbaycan Respublikasının Konstitusiyasına, Hərbi Anda və nizamnamələrə bundan sonra da sadiq qalaraq Ali Baş Komandanın əmr və tapşırıqlarını ən yüksək səviyyədə yerinə yetirəcəkdir.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, hörmətli Mehriban xanım Əliyeva Vətən uğrunda gedən döyüş əməliyyatları zamanı yaralanmış hərbi qulluqçulara, o cümlədən şəhid ailələrinə və müharibə veteranlarına hər zaman xüsusi diqqət və qayğı göstərmişdir.
Respublikamızın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüş əməliyyatları zamanı canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini hörmət və ehtiramla yad edir, onların valideynlərini, ailələrini, sağlamlığını itirən döyüşçülərimizi, veteranları Müstəqillik Günü münasibətilə təbrik edir, onlara ən xoş arzularımı çatdırıram.
Bir daha 28 May – Müstəqillik Günü münasibətilə Sizi ürəkdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, uzun ömür, xoşbəxtlik, ailə səadəti və şərəfli xidmətinizdə yeni uğurlar arzulayıram.
28 May – Müstəqillik Gününüz mübarək olsun!

Azərbaycan Respublikasının müdafiə naziri
general-polkovnik Zakir Həsənov

https://mod.gov.az/az/news/azerbaycan-respublikasi-mudafie-nazirinin-28-may-musteqillik-gunu-munasibetile-azerbaycan-ordusunun-sexsi-heyetine-tebri-57212.html

  🇦🇿28 May – Müstəqillik Günü 🇦🇿Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir!
27/05/2026

🇦🇿

28 May – Müstəqillik Günü 🇦🇿

Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir!






27/05/2026

28 May - Azərbaycanın Müstəqillik Günü

Address

Parlament Prospekti 3
Baku
AZ1073

Alerts

Be the first to know and let us send you an email when Azərbaycan Respublikası Müdafiə Nazirliyi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Azərbaycan Respublikası Müdafiə Nazirliyi:

Share