185 nömrəli tam orta məktəb

185 nömrəli tam orta məktəb 185 nömrəli tam orta məktəb

“Son zəng” günü anımla qeyd olunubMəktəbimizin məzunları son zəng günü məktəbimizin məzunu, antiterror əməliyyatında şəh...
14/06/2026

“Son zəng” günü anımla qeyd olunub

Məktəbimizin məzunları son zəng günü məktəbimizin məzunu, antiterror əməliyyatında şəhid olmuş Əsədov Əlibala Əli oğlunun ailəsini yad edib, onun xatirəsini ehtiramla anıblar. Bu addım məzunların vətənpərvərlik dəyərlərinə sədaqətini bir daha nümayiş etdirib.

Məktəbimizdə məzunlar üçün ən yaddaqalan günlərdən biri olan “Son zəng” tədbiri təşkil olunub. Tədbir Dövlət Himninin sə...
14/06/2026

Məktəbimizdə məzunlar üçün ən yaddaqalan günlərdən biri olan “Son zəng” tədbiri təşkil olunub. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Məktəbin direktoru Kənan Həsənov çıxış edərək şagirdləri bu əlamətdar gün münasibətilə təbrik edib, onlara düzgün seçimlər etməyi, Vətənə və cəmiyyətə faydalı vətəndaş olmalarını tövsiyə edib.Məzunlar məktəb illərini əks etdirən çıxışlar və bədii nümunələr nümayiş etdirib.
11-ci sinif şagirdləri tərəfindən səsləndirilən mahnılar, şeirlər və təqdimatlar tədbirə xüsusi rəng qatıb. Şagirdlər müəllimlərinə və məktəb kollektivinə illər boyu göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər.
Tədbir zamanı müəllimlər məzunlara gələcək həyatlarında uğurlar arzulayıb, onların qazandıqları bilik və bacarıqların gələcək yollarında möhkəm dayaq olacağına inamlarını ifadə ediblər.
Sonda 11-ci siniflər üçün simvolik olaraq sonuncu dəfə zəng çalınıb və tədbir xoş xatirələrlə başa çatıb.

12/06/2026

Fizika dərsində enerji çevrilmələrinin təcrübə yolu ilə öyrənilməsi
Məktəbin fizika müəllimi Axundova Ayşən tərəfindən 8B sinfi ilə enerji çevrilmələri mövzusunda maraqlı və praktik dərs təşkil olunub. Dərs zamanı təcrübələr vasitəsilə enerjinin bir növdən digərinə necə çevrildiyi müşahidə edilib və mövzu şagirdlər üçün daha aydın formada izah olunub.
Tədbirdə Bayramlı Nuray, Xəlilli Elmir və Şeydayeva Ayişə tərəfindən hazırlanmış təqdimatlar nümayiş etdirilib. Şagirdlər çıxışlarında enerji çevrilmələrinin real həyatda tətbiqlərini izah edərək sinif yoldaşlarının suallarını cavablandırıblar.
Bu dərs elmin təcrübə yolu ilə öyrənilməsinin əhəmiyyətini artırıb, şagirdlərin fənnə marağını gücləndirib və biliklərin möhkəmlənməsinə şərait yaradıb.

Bakı şəhəri, Qala qəsəbə klubunda 15 iyun Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib.Tədbirdə 185 nömrəli tam o...
12/06/2026

Bakı şəhəri, Qala qəsəbə klubunda 15 iyun Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə 185 nömrəli tam orta ümumtəhsil məktəbinin müəllimi Rzayeva Pərvanənin 1B sinif şagirdləri iştirak ediblər.
İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Daha sonra 185 nömrəli tam orta ümumtəhsil məktəbin 1B sinif şagirdləri Vətənə , dövlətçiliyimizə və milli birliyimizə həsr olunmuş şeir və mahnılarla çıxış edərək vətənpərvərlik ruhunu nümayiş etdirib.
Onların çıxışları alqışlarla qarşılanıb.
Tədbirin sonunda şagirdlərin hazırlıq prosesində göstərdiyi zəhmət və fəal əməkdaşlıga görə 185 nömrəli tam orta ümumtəhsil məktəbin 1B sinif rəhbəri Rzayeva Pərvanə Nurələm qızı Qala qəsəbə klubu tərəfindən Təşəkkürnamə ilə təltif olunub.

Məktəbimizdə həyata keçirilən “7-dən 17-yə vətənpərvərlik” layihəsi çərçivəsində ibtidai sinif şagirdləri üçün tədbir tə...
12/06/2026

Məktəbimizdə həyata keçirilən “7-dən 17-yə vətənpərvərlik” layihəsi çərçivəsində ibtidai sinif şagirdləri üçün tədbir təşkil olunub. Tədbir ibtidai sinif müəllimi Quliyeva Nuray tərəfindən 4A sinfində keçirilib.
Dərs zamanı şagirdlər vətənpərvərlik mövzusunda hazırladıqları təqdimatlarla çıxış edərək Vətənə məhəbbət, dövlət rəmzlərinə hörmət və milli dəyərlərin qorunması barədə fikirlərini ifadə ediblər. Təqdimatlar şagirdlərin yaş səviyyəsinə uyğun şəkildə hazırlanıb və onların mövzuya marağını daha da artırıb.
Belə maarifləndirici fəaliyyətlər ibtidai siniflərdən etibarən şagirdlərdə vətənə bağlılıq hissinin formalaşmasına mühüm töhfə verir.

Məktəbimizdə “7-dən 17-yə vətənpərvərlik” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib. Tədbir məktəbin tarix ...
12/06/2026

Məktəbimizdə “7-dən 17-yə vətənpərvərlik” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib. Tədbir məktəbin tarix müəllimi Allahyarova Lamiyə tərəfindən 9B sinif şagirdləri üçün təşkil olunub.
Görüş zamanı şagirdlərlə vətənpərvərlik mövzusunda söhbətlər aparılıb, Vətənə sevgi, milli-mənəvi dəyərlərə bağlılıq və tarixi irsimizin qorunmasının əhəmiyyəti vurğulanıb. Şagirdlər mövzu ətrafında fəal iştirak edərək fikirlərini bölüşüblər.
Bu tədbir şagirdlərdə vətənpərvərlik hissinin formalaşdırılmasına, onların vətəndaşlıq mövqeyinin möhkəmləndirilməsinə xidmət edib.

BÖYÜK SUMMATİV QİYMƏTLƏNDİRMƏ8 iyun tarixindən etibarən məktəbimizdə Böyük Summativ Qiymətləndirmənin keçirilməsinə başl...
11/06/2026

BÖYÜK SUMMATİV QİYMƏTLƏNDİRMƏ
8 iyun tarixindən etibarən məktəbimizdə Böyük Summativ Qiymətləndirmənin keçirilməsinə başlanılıb. Qiymətləndirmə müvafiq tədris proqramına uyğun şəkildə təşkil olunub. Belə ki, 4, 9 və 11-ci sinif şagirdləri bütün fənlər üzrə, 5–8-ci sinif şagirdləri isə 3 fənn üzrə Böyük Summativ Qiymətləndirmədə iştirak edirlər.
Qiymətləndirmə prosesi nizam-intizam və şəffaflıq prinsipləri əsasında həyata keçirilir. Şagirdlərin bilik və bacarıqları müəllimlər tərəfindən obyektiv şəkildə yoxlanılır. Bu qiymətləndirmələr şagirdlərin tədris ili ərzində əldə etdikləri nəticələrin ümumiləşdirilməsinə və təhsil nailiyyətlərinin müəyyənləşdirilməsinə xidmət edir.

Address

Qala Qəsəbəsi, Sülh Küçəsi 47
Baku

Opening Hours

Monday 08:00 - 18:00
Tuesday 08:00 - 18:00
Wednesday 08:00 - 18:00
Thursday 08:00 - 18:00
Friday 08:00 - 18:00

Alerts

Be the first to know and let us send you an email when 185 nömrəli tam orta məktəb posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category