Azərbaycan Respublikasının Mərkəzi Bankı

Azərbaycan Respublikasının Mərkəzi Bankı Azərbaycan Respublikasının Mərkəzi Bankı /
Central Bank of the Republic of Azerbaijan Bankın inzibati binası Bakı şəhərində yerləşir.

Azərbaycan Respublikasının Mərkəzi Bankı — Azərbaycan Respublikasının mərkəzi bankıdır. Azərbaycan Respublikası Mərkəzi Bankının statusu, onun məqsəd, funksiya və səlahiyyətləri, habelə idarəetmə və təşkilati strukturu, dövlətin mərkəzi bankı kimi dövlət hakimiyyəti orqanları ilə və digər şəxslərlə münasibətləri "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" Azərbaycan Respublikasının 10 deka

br 2004-cü il tarixli Qanunu ilə tənzimlənir. Mərkəzi Bankın müstəsna olaraq ölkənin milli valyutasının emissiya funksiyası Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit olunur. Mərkəzi Bank öz fəaliyyətində həmçinin Azərbaycan Respublikasının digər qanunvericilik aktlarını və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri rəhbər tutur.

/

The Central Bank of Azerbaijan (CBA, Azerbaijani: Azərbaycan Mərkəzi Bankı) is the central bank of Azerbaijan Republic. The headquarters of the bank is located in the capital city Baku. The status, goals, functions and authorities, as well as management and organizational structure of the Central Bank of the Republic of Azerbaijan, relations with public authorities and other persons as the central bank of the state are determined by the Law of the Republic of Azerbaijan “On the Central Bank of the Republic of Azerbaijan” dated 10 December 2004. The Central Bank’s exceptional function of issue of the national currency of the country is specified in the Constitution of the Republic of Azerbaijan. The Central Bank is also guided by other legislative acts of the Republic of Azerbaijan and international treaties seconded by the Republic of Azerbaijan.

Mərkəzi Bankın sədrinin birinci müavini Əliyar Məmmədyarov Dünya Bankının (DB) Cənubi Qafqaz üzrə regional direktoru Rol...
02/06/2026

Mərkəzi Bankın sədrinin birinci müavini Əliyar Məmmədyarov Dünya Bankının (DB) Cənubi Qafqaz üzrə regional direktoru Roland Praysın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüş çərçivəsində DB tərəfindən hazırlanmış Azərbaycan üzrə Ölkə İqtisadi İcmalının təqdimatı keçirilib, hesabatın əsas nəticələri, iqtisadi inkişaf perspektivləri və onların mümkün siyasət nəticələri müzakirə olunub.

Görüşdə həmçinin Mərkəzi Bank ilə DB arasında əməkdaşlığın genişləndirilməsi imkanları və qarşılıqlı maraq doğuran istiqamətlər üzrə fikir mübadiləsi aparılıb.

Maliyyə sektoru üzrə çox rast gəlinən növbəti əsas anlayışı diqqətinizə çatdırırıq.Maliyyə məlumatlılığını artırmaq üçün...
01/06/2026

Maliyyə sektoru üzrə çox rast gəlinən növbəti əsas anlayışı diqqətinizə çatdırırıq.

Maliyyə məlumatlılığını artırmaq üçün bizi izləməyə davam edin!

28 May – Müstəqillik Günü münasibətilə xalqımızı ürəkdən təbrik edir, ölkəmizə davamlı inkişaf arzulayırıq!
28/05/2026

28 May – Müstəqillik Günü münasibətilə xalqımızı ürəkdən təbrik edir, ölkəmizə davamlı inkişaf arzulayırıq!

27/05/2026

28 May - Azərbaycanın Müstəqillik Günü

Qurban bayramının hər bir ailəyə bol ruzi və xeyir-bərəkət gətirməsini arzulayırıq!
27/05/2026

Qurban bayramının hər bir ailəyə bol ruzi və xeyir-bərəkət gətirməsini arzulayırıq!

26/05/2026

Hörmətli həmvətənlər!

Sizi və Azərbaycanın hüdudlarından kənarda yaşayan bütün soydaşlarımızı müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzularımı yetirirəm.

İslamın sonuncu səmavi din və mənəvi-əxlaqi qurtuluş yolu olaraq bəşəriyyətə göndərilməsini təcəssüm etdirən Qurban bayramı günlərində milyonlarla müsəlman Həcc ziyarətində bir araya gəlir, birlik və bərabərliyin, nəcib amallar uğrunda hər cür fədakarlığa hazır olmanın qürur və sevincini yaşayır.

Hər il ölkəmizdə ümumxalq bayramı kimi qeyd olunan Qurban mərasimləri insanlar arasında həmrəylik, humanizm və mərhəmət duyğularını daha da gücləndirir, cəmiyyətimizdə milli-mənəvi dəyərlərə bağlılığın, xeyirxah əməllərin təntənəsinə çevrilir.

Əziz bacı və qardaşlarım!

Bu mübarək günlərdə şəhidlərimizin ölməz xatirəsini bir daha minnətdarlıqla yad edir, xalqımızın və dövlətimizin əmin-amanlığı naminə etdiyiniz duaların Tanrı dərgahında qəbul olunması diləyi ilə ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi və bərəkət arzulayıram.

Qurban bayramınız mübarək olsun!

Azərbaycan Mərkəzi Bankı 2024–2026-cı illəri əhatə edən “Maliyyə sektorunun inkişaf Strategiyası” çərçivəsində maliyyə s...
25/05/2026

Azərbaycan Mərkəzi Bankı 2024–2026-cı illəri əhatə edən “Maliyyə sektorunun inkişaf Strategiyası” çərçivəsində maliyyə sektorunda innovasiyaların təşviqi, rəqəmsal maliyyə xidmətlərinin inkişafı və yeni texnologiyaların tətbiqi istiqamətində fəaliyyətini davam etdirir. Bu istiqamətdə tətbiq edilən xüsusi tənzimləmə rejimi innovativ maliyyə məhsullarının məhdud çərçivədə və Mərkəzi Bankın nəzarəti altında sınaqdan keçirilməsinə imkan yaradır.

Xüsusi tənzimləmə rejimi çərçivəsində innovativ maliyyə həllərinin növbəti sınaq mərhələsi üzrə müraciətlərin qəbulu 25 iyun 2026-cı il tarixində başlanılacaq və qəbul prosesi 25 avqust 2026-cı il tarixinədək davam edəcəkdir.

Xüsusi tənzimləmə rejiminin meyarlarına uyğun gələn innovativ maliyyə məhsullarının sınağı Mərkəzi Bank ilə bağlanacaq müqavilə əsasında həyata keçiriləcəkdir.

Ətraflı məlumat üçün: https://www.cbar.az/press-release-5492/view

27 – 31 may 2026–cı il tarixləri olan qeyri-iş günlərində bankların və “Azərpoçt” MMC-nin bəzi filial və şöbələri, habel...
25/05/2026

27 – 31 may 2026–cı il tarixləri olan qeyri-iş günlərində bankların və “Azərpoçt” MMC-nin bəzi filial və şöbələri, habelə valyuta mübadilə məntəqələri fəaliyyət göstərəcəklər.

Bayram günlərində ölkəmizdə səfərdə olan turistlərin və ölkə vətəndaşlarının valyuta mübadiləsi xidmətlərinə davamlı çıxış imkanlarının təmin edilməsi məqsədilə ümumilikdə 14 bankın 195 satış nöqtəsi (o cümlədən, 4 bank üzrə 10 satış nöqtəsi 24 saat rejimində olmaqla), “Azərpoçt” MMC-nin 68 şöbəsi, valyuta mübadiləsinə lisenziya almış 7 valyuta mübadiləsi (o cümlədən, 2 satış nöqtəsi 24 saat rejimində olmaqla) məntəqəsi müştərilərə xidmət göstərəcək.

Müvafiq siyahını və iş qrafikini nəzərdən keçirmək üçün bu linkə daxil olun:

https://www.cbar.az/press-release-5491/view

2026-cı ilin aprel ayı üzrə Statistik Bülleten Mərkəzi Bankın saytında yerləşdirilib. Ətraflı məlumat üçün: https://uplo...
25/05/2026

2026-cı ilin aprel ayı üzrə Statistik Bülleten Mərkəzi Bankın saytında yerləşdirilib.

Ətraflı məlumat üçün:https://uploads.cbar.az/assets/d3f4d91eae50ab641fe09f2f3.pdf

Milli pul nişanları üzrə çox rast gəlinən növbəti əsas anlayışı diqqətinizə çatdırırıq.Maliyyə məlumatlılığını artırmaq ...
25/05/2026

Milli pul nişanları üzrə çox rast gəlinən növbəti əsas anlayışı diqqətinizə çatdırırıq.

Maliyyə məlumatlılığını artırmaq üçün bizi izləməyə davam edin!

Address

Rəşid Behbudov Küçəsi 90
Baku
AZ1014

Opening Hours

Monday 09:00 - 06:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994124935058

Alerts

Be the first to know and let us send you an email when Azərbaycan Respublikasının Mərkəzi Bankı posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Azərbaycan Respublikasının Mərkəzi Bankı:

Share