Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası

Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının rəsmi facebook səhifəsi

27/05/2026
Ali Məhkəmənin hakimlərinin təyin edilməsi, apellyasiya instansiyası məhkəmələrinin hakimlərinin təyin və vəzifədən azad...
26/05/2026

Ali Məhkəmənin hakimlərinin təyin edilməsi, apellyasiya instansiyası məhkəmələrinin hakimlərinin təyin və vəzifədən azad edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarları

Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin QƏRARI

Apellyasiya məhkəmələri sədrlərinin, məhkəmə kollegiyası sədrinin, birinci instansiya məhkəmələri sədrlərinin və hakimlə...
26/05/2026

Apellyasiya məhkəmələri sədrlərinin, məhkəmə kollegiyası sədrinin, birinci instansiya məhkəmələri sədrlərinin və hakimlərinin təyin edilməsi ilə bağlı bəzi məsələlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Məhkəmə-Hüquq Şurasının təkliflərini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 9-cu və 32-ci bəndlərini rəhbər tutaraq qərara alıram:

Səmərqənddə Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Məhkəmə Şuraları Sədrlərinin 4-cü iclası keçirilibÖtən il Bakıda...
23/05/2026

Səmərqənddə Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Məhkəmə Şuraları Sədrlərinin 4-cü iclası keçirilib

Ötən il Bakıda keçirilmiş Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin Məhkəmə Şuraları Sədrlərinin 3-cü iclasında qəbul olunmuş qərara uyğun olaraq, 21–22 may 2026-cı il tarixlərində Özbəkistan Respublikasının Səmərqənd şəhərində TDT-yə üzv dövlətlərin Məhkəmə Şuraları Sədrlərinin 4-cü iclası keçirilib.

Tədbirdə ölkəmizi Azərbaycan Respublikası Ali Məhkəməsinin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. İclasda həmçinin Özbəkistan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın məhkəmə idarəetməsi sahəsində məsul ali qurumlarının rəhbər şəxsləri iştirak ediblər.

İclasda çıxış edən İnam Kərimov müasir dövrdə məhkəmə sistemlərinin rəqəmsallaşma, süni intellekt texnologiyalarının tətbiqi və institusional dayanıqlılığın gücləndirilməsi kimi yeni çağırışlarla üzləşdiyini bildirib. Bu baxımdan TDT-yə üzv dövlətlərin məhkəmə şuraları arasında qarşılıqlı təcrübə mübadiləsinin və əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Çıxış zamanı Azərbaycanda həyata keçirilən məhkəmə-hüquq islahatları barədə də məlumat verilib. Bildirilib ki, müstəqil, şəffaf və əlçatan məhkəmə sisteminin formalaşdırılması ölkədə həyata keçirilən islahatların əsas prioritet istiqamətlərindən biridir. Hakimlərin etik davranış standartlarının yüksəldilməsi, peşəkarlığının artırılması və intizam mexanizmlərinin təkmilləşdirilməsi məhkəmə hakimiyyətinə ictimai etimadın möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Diqqətə çatdırılıb ki, TDT-yə üzv dövlətlərin Məhkəmə Şuraları arasında Məhkəmə Etikası üzrə Anlaşma Memorandumunun imzalanması məhkəmə sisteminə ictimai etimadın gücləndirilməsi, ortaq etik dəyərlərin təşviqi və əməkdaşlığın inkişafı baxımından mühüm addımdır. Qeyd olunub ki, hakimlərin müstəqillik, qərəzsizlik, dürüstlük və şəffaflıq prinsiplərinə sadiqliyi ədalət mühakiməsinin əsas təminatlarından biridir.

Tədbirin sonunda təşkilata üzv dövlətlərin Məhkəmə Şuraları arasında Məhkəmə Etikası üzrə Anlaşma Memorandumu imzalanıb.

Səfər çərçivəsində İnam Kərimov Özbəkistan Respublikası Ali Məhkəmə Şurasının sədri Holmumin Yodgorovla da ikitərəfli görüş keçirib. Görüşdə iki ölkənin məhkəmə-hüquq sahəsində əməkdaşlığının hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə olunub. Tərəflər məhkəmə idarəçiliyi, hakimlərin hazırlanması, etik standartların tətbiqi və rəqəmsal həllərin məhkəmə sistemində istifadəsi sahələrində təcrübə mübadiləsinin genişləndirilməsinin əhəmiyyətini vurğulayıblar.

2026-cı ilin 9 may tarixində Azərbaycan Respublikası Ali Məhkəməsinin, Məhkəmə-Hüquq Şurasının və Azərbaycan Hakimlər İt...
09/05/2026

2026-cı ilin 9 may tarixində Azərbaycan Respublikası Ali Məhkəməsinin, Məhkəmə-Hüquq Şurasının və Azərbaycan Hakimlər İttifaqının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş hakimlərin və məhkəmə aparatı əməkdaşlarının iştirakı ilə şahmat turniri keçirilib.

İsveç modeli üzrə 36 nəfər arasında keçirilmiş turnirdə göstərdikləri nəticələrə əsasən, 1-ci yerə Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi İlqar Dəmirov, 2-ci yerə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Vüqar Quliyev, 3-cü yerə isə Ali Məhkəmənin hakimi Rəşad Həsənov layiq görülüb.

Tədbirin sonunda qaliblər kubok, medal və fəxri fərmanla təltif ediliblər.

Türkiyə Respublikasının İstanbul şəhərində ABŞ Ticarət Departamentinin Kommersiya Hüququnun İnkişafı Proqramı tərəfindən...
08/05/2026

Türkiyə Respublikasının İstanbul şəhərində ABŞ Ticarət Departamentinin Kommersiya Hüququnun İnkişafı Proqramı tərəfindən İstanbul Arbitraj Mərkəzi ilə tərəfdaşlıq çərçivəsində alternativ mübahisələrin həllinə (ADR) həsr olunmuş beynəlxalq tədbir keçirilib.

Səfər çərçivəsində təşkil olunan “Məhkəmə-hüquq mübahisələrinin həlli simpoziumu” və “Qlobal ADR Kollokviumu”nda Bakı Kommersiya Məhkəməsinin hakimi Nərmin Əhmədova və Bakı Apellyasiya Məhkəməsinin hakimi Leyla Əliyeva iştirak ediblər.

Tədbirdə alternativ mübahisələrin həlli mexanizmlərinin müasir hüquq sistemlərində rolu və əhəmiyyəti, arbitraj və mediasiya sahəsində beynəlxalq təcrübə, məhkəmələrin ADR proseslərinə dəstəyi, xarici arbitraj qərarlarının tanınması və icrası, institusional arbitrajın inkişaf istiqamətləri, eləcə də hüquqi mühitin təkmilləşdirilməsi ilə bağlı aktual məsələlər üzrə geniş fikir mübadiləsi aparılıb.

Tədbir çərçivəsində iştirakçılar üçün panel müzakirələri, interaktiv sessiyalar və ekspert təqdimatları təşkil olunub, müxtəlif ölkələrin təcrübələri müqayisəli şəkildə təqdim edilib.

Özbəkistan Respublikası Ədliyyə Akademiyasının təşkilatçılığı ilə paytaxt Daşkənd şəhərində “Rəqəmsal ədalət mühakiməsi:...
28/04/2026

Özbəkistan Respublikası Ədliyyə Akademiyasının təşkilatçılığı ilə paytaxt Daşkənd şəhərində “Rəqəmsal ədalət mühakiməsi: beynəlxalq standartlar, informasiya təhlükəsizliyi və insan hüquqları” mövzusunda beynəlxalq təlim proqramı keçirilib. Təlimdə Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Teyyub Muxtarov və Bakı Apellyasiya Məhkəməsinin hakimi Əli Məmmədov iştirak ediblər.

Ətraflı: https://jlc.gov.az/az/media/xeberler

Qazaxıstan Respublikası Ali Məhkəmə Şurası yanında Ədliyyə Akademiyasında təlim keçən 59 hakimliyə namizədə azərbaycanlı...
24/04/2026

Qazaxıstan Respublikası Ali Məhkəmə Şurası yanında Ədliyyə Akademiyasında təlim keçən 59 hakimliyə namizədə azərbaycanlı hakimlər tərəfindən müxtəlif mövzulara dair təlimlər keçirilib.

Təlim çərçivəsində namizədlərə məhkəmə fəaliyyətinin müstəqilliyi və təşkili əsasları, hüququn müxtəlif sahələri, hüquqi yazı bacarıqları, habelə hakim etikası üzrə mövzular tədris edilib.

Ətraflı: https://jlc.gov.az/az/media/xeberler

Address

A. Sultanova Küç. , 9
Baku
AZ1073

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994125102162

Alerts

Be the first to know and let us send you an email when Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası:

Share