Aqrar Sığorta Fondu

Aqrar Sığorta Fondu Aqrar Sığorta Fondu aqrar sığorta sisteminin təşkilini, inkişafını və dayanıqlılığını təmin edir.

Ölkə üzrə hər bir kənd təsərrüfatı məhsulu üçün sığorta təminatı təqdim etmək, kənd təsərrüfatı istehsalçılarını təbii fəlakətlərdən və digər risklərdən qorunması üçün davamlı və dayanıqlı aqrar sığorta sistemi yaratmaq və fermerlərin etimadını qazanmaq əsas missiyamızdır.

📣🌻Fermer 6,8 manat ödəyir, məhsulunu çoxsaylı risklərdən qoruyur – Günəbaxan sığortası! Azərbaycanda dövlət dəstəyi ilə ...
18/09/2026

📣🌻Fermer 6,8 manat ödəyir, məhsulunu çoxsaylı risklərdən qoruyur – Günəbaxan sığortası!

Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi vasitəsilə 41 növ bitki və bitki məhsulunu çoxsaylı risklərdən sığortalamaq mümkündür.
Buraya tarla və texniki bitkilər, bostan bitkiləri və tərəvəzlər, eləcə də meyvə bağları aiddir. Aqrar sığortanın əhatə etdiyi bitkilərin siyahısında günəbaxan da var.
Günəbaxan – yerli bitki yağları sənayesinin əsas xammal mənbələrindən biri olmaqla, yüksək maya dəyəri və iqlim risklərinə həssaslığı ilə seçilir. Qeyd edək ki, Azərbaycanın müxtəlif ərazilərində 13 min hektardan artıq ərazidə günəbaxan bitkisi əkilir.
Əkin sahələrinin böyük hissəsi iqlim risklərinin yüksək olduğu Gəncə-Daşkəsən, Qazax-Tovuz və Qarabağ regionlarındadır. Bu da həmin sahədə fəaliyyət göstərən fermerlər üçün əhəmiyyətli maliyyə riski yaradır. Bu risklərin sığorta ilə qorunması həm yerli istehsalın davamlılığını, həm də idxaldan asılılığın azaldılmasını dəstəkləyir.
Aqrar Subsidiya Şurasının qərarı ilə günəbaxan bitkisi sığorta tələbi olan bitkilər sırasına əlavə edilib. Bu o deməkdir ki, sahəsi 7 hektardan artıq olan günəbaxan sahəsi üzrə əkin subsidiyası alınması üçün həmin əkin sahəsi sığortalanmalıdır.
Aqrar sığorta mexanizmində sığorta haqqının 50%-i dövlət tərəfindən qarşılandığına görə, fermerlər cüzi ödəniş etməklə əkin sahələrini sığortalaya bilirlər. Bu qayda günəbaxan bitkisinə də aiddir. Məsələn, 1000 manatlıq günəbaxan məhsulunu sığortalamaq fermerə Mərkəzi Aran və Salyan-Şirvan regionlarında cəmi 6,8 manata, Lənkəran-Astara regionunda 7,05 manata, Dağlıq Şirvan regionunda 8,3 manata başa gəlir. Ölkədə iqlim risklərinin ən yüksək olduğu Qarabağ, Gəncə-Daşkəsən və Qazax-Tovuz regionlarında isə 1000 manatlıq günəbaxan məhsulunu sığortalamaq üçün fermer cəmi 12,15 manat ödəniş etməlidir.
Aqrar Sığorta Fondunun göstərdiyi xidmətlər, aqrar sığorta şərtləri və sığorta haqlarının məbləği barədə məlumatları Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsi vasitəsilə və ya 1651 Çağrı Mərkəzinə zəng etməklə almaq mümkündür.

📣📝Aqrar Sığorta Fondu aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert təlimləri üçün qeydiyyat davam edir.Müstəqil aqrar...
18/09/2026

📣📝Aqrar Sığorta Fondu aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert təlimləri üçün qeydiyyat davam edir.

Müstəqil aqrar sığorta eksperti təlimlərində iştirak etmək istəyən şəxslər 10 oktyabr tarixinədək qeydiyyatdan keçə bilərlər.
Təlimlər Aqrar Sığorta Fondunun inzibati binasında Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti 175 ünvanında 18-24 oktyabr tarixlərində keçiriləcək.

Təlimdə iştirak etmək istəyən namizədlər aşağıdakı sənədləri Aqrar Sığorta Fonduna təqdim etməlidirlər:
1) şəxsiyyətini təsdiq edən sənədin surəti;
2) müvafiq qanunvericiliyə uyğun ixtisaslardan hər hansı birinə malik olmasını təsdiq edən sənədin (diplom və ya onu əvəz edən sənəd) surəti;
3) peşə təhsilli namizədlər üçün ixtisası təsdiq edən sənədlə yanaşı, müvafiq sahə üzrə 5 (beş) ildən az olmayan iş təcrübəsinin olmasını təsdiq edən sənədin surəti;
4) xarici ölkədə ali təhsil aldıqda Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilən xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasını təsdiq edən sənədin surəti;
5) ödəniş edilməsini təsdiq edən sənəd.
Təlimlərin təşkili və keçirilməsi ilə bağlı əlavə məlumat almaq üçün 1651 çağrı mərkəzi (və ya 055 500 84 23 nömrəsi) ilə əlaqə saxlamaq, məlumatları [email protected] elektron poçt ünvanına, yaxud 055-500-84-23 nömrəsinin votsapına göndərmək lazımdır.
Qeydiyyat üçün:
https://docs.google.com/forms/d/e/1FAIpQLSfgHLwzfHcPuup8AOEgK9rGt59EW665HkZHsuNDSzW3l6qfog/viewform?usp=publish-editor

Aqrar Sığorta Fondunun sədri Fuad Sadıqov Şərurda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkibAqrar Sığorta Fondu...
17/09/2026

Aqrar Sığorta Fondunun sədri Fuad Sadıqov Şərurda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Şərur Rayon İcra Hakimiyyətinin binasında Şərur rayonundan olan vətəndaşlarla görüşüb, onların müraciətlərini dinləyib.
Qəbula gələn vətəndaşların müraciətləri əsasən əkin sahələri və kənd təsərrufatı heyvanlarının sığortalanması, aqrar sığorta haqlarının hesablanması, fermerlərə dövlət dəstəyi, güzəştli kreditlər və digər məsələlərlə bağlı olub.
Fuad Sadıqov vətəndaşların müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərlə bağlı ətraflı izah və məlumat verib, onların hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.
Qəbul zamanı bildirilib ki, aqrar sığorta dövlət tərəfindən aqrar sahədə çalışan fermer və təsərrüfatlara mühüm dəstək mexanizmidir. Sığorta haqqının yarısının dövlət tərəfindən ödənilməsi sayəsində fermerlər sərfəli şərtlərlə aqrar sığortadan faydalanıb əkin sahələrini və heyvanlarını çoxsaylı hadisələrdən qoruya bilərlər.
Qarşıdan yeni sığorta mövsümünün, payızlıq taxıl əkini dövrünün gəldiyini xatırladan Fuad Sadıqov fermerlərə dövlətin yaratdığı bu imkandan faydalanmağı, əkin sahələrini və heyvanlarını sığortalamağı tövsiyə edib.
Qəbuldan sonra Fuad Sadıqov Şərur rayonunun Düdəngə kəndində heyvandarlıq təsərrufatı, eləcə də rayonun Aşağı Daşarx kəndində meyvə bağına baxış keçirib fermerləri dinləyib, fermerlərlə aqrar sahə ilə bağlı fikir mübadiləsi aparılıb.

Qubada 1 hektar bağı sığortalamaq neçəyə başa gəlir? Azərbaycanın ən çox meyvə bağı olan bölgəsi - Quba-Xaçmaz regionudu...
16/09/2026

Qubada 1 hektar bağı sığortalamaq neçəyə başa gəlir?

Azərbaycanın ən çox meyvə bağı olan bölgəsi - Quba-Xaçmaz regionudur. Burada minlərlə hektar müxtəlif çeşidli ənənəvi, intensiv, superintensiv bağlardan toplanan məhsullar ölkə daxilində satılır və xaricə ixrac edilir.
Fermerlər dövlətin səfrəli aqrar sığorta mexanizmi vasitəsilə öz bağlarını Aqrar Sığorta Fondunda əlverişli şərtlərlə sığorta edə bilərlər.
Məsələn, Quba və regiona daxil olan digər regionlarda yeni məhsula çıxan alma bağının 1 hektarının sığortası cəmi 44 manatdan başlayır.
Sığorta haqqının aşağı olmasının səbəbi aqrar sığorta haqqının 50%-nin dövlət tərəfindən ödənilməsidir. Fermer sığorta haqqının yalnız qalan hissəsini ödəyir.
Hesablama nümunəsi: hektardan 60 sentner (6 ton) məhsul götürülən və məhsulun bağdan satış qiyməti 0,40 manat/kq olan alma bağı nəzərdə tutulub. Bu halda 1 hektardan gözlənilən məhsulun ümumi dəyəri 2 400 manat təşkil edir. Bu məhsulun sığortalanması üçün sığorta haqqı 88 manat təşkil edir. Amma məbləğin yarısı dövlət tərəfindən ödənildiyi üçün fermerin cəmi 44 manat ödəniş etməsi tələb olunur.
Aqrar Sığorta Fondu bu məbləğ qarşısında alma bağını təbiət hadisələri - dolu, qasırğa, fırtına, sel və subasma, leysan, şaxtavurma (donvurma); normadan artıq yağan qar yağıntıları, eləcə də ildırım, yanğın, torpaq sürüşməsi, üçüncü şəxslərin hərəkətləri, vəhşi heyvanların hücumu və sair hallardan sığorta edir.

Ağcabədidə “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib.
15/09/2026

Ağcabədidə “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib.

Sığorta haqqının 50%-ni dövlət ödəyir – Saatlıda baytar həkimləri və fermerlərlə görüş!Aqrar Sığorta Fondunun təşkilatçı...
15/09/2026

Sığorta haqqının 50%-ni dövlət ödəyir – Saatlıda baytar həkimləri və fermerlərlə görüş!

Aqrar Sığorta Fondunun təşkilatçılığı ilə Saatlı rayonunda baytar həkimləri və heyvandarlıq fermerləri ilə görüş keçirilib.

Görüş Saatlı rayonu, Simada kəndində yerləşən və 2600 başlıq ətllik və damazlıq heyvanları olan ALLES MMC kompleksində baş tutub.

Aqrar Sığorta Fondunun Lənkəran-Astara regionu üzrə filialının rəhbəri Rafət Əsgərov, heyvandarlıq üzrə müstəqil aqrar sığorta ekperti Nurlan Abbasovun və Saatlı rayonu Baytarlıq İdarəsinin rəisi Bəhmən Namazovun iştirakı ilə keçirilən görüşdə iştirakçılara heyvandarlıq sığortası ilə bağlı ətraflı məlumat verilib, suallar cavablandırıldı və təkliflər qeydə alınıb.

Aqrar Sığorta Fondu tərəfindən həyata keçirilən aqrar sığorta mexanizmi bitkiçilik, heyvandarlıq və akvakultura sahələrini əhatə edir. Fermerlər 41 növ bitkini, iri və xırdabuynuzlu heyvanları sığortalaya bilir. Sığorta haqqının 50 faizi dövlət tərəfindən ödənildiyindən aqrar sığorta fermerlər üçün əlçatandır.
Sığorta şərtləri heyvandarlıq kompleksinin rəsmi nümayəndələri və fermerlərin böyük marağına səbəb olub, bununla bağlı qaldırılan çoxsaylı suallar cavablandırılıb.

Xatırladaq ki, dövlət dəstəyi nəticəsində heyvanların sığortalanması fermerə cüzi məbləğə başa gəlir. Məsələn, 1000 manatlıq inəyin illik sığortası üçün cəmi 24-39 manat, 300 manatlıq qoyun və ya keçinin sığortası üçün isə cəmi 7-11 manat ödəniş tələb olunur.

Aqrar sığorta məhsulları, əkinlərin və heyvanların sığortalanması şərtləri, eləcə də sığorta haqları barədə ətraflı məlumatı ASF-nin rəsmi internet səhifəsindən (asf.gov.az), həmçinin 1651 Çağrı Mərkəzinə müraciət etməklə almaq mümkündür.

Aqrar Sığorta Fondu aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert təlimləri üçün qeydiyyat davam edirMüstəqil aqrar sı...
15/09/2026

Aqrar Sığorta Fondu aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert təlimləri üçün qeydiyyat davam edir

Müstəqil aqrar sığorta eksperti təlimlərində iştirak etmək istəyən şəxslər 6 noyabr tarixinədək qeydiyyatdan keçə bilərlər.
Təlimlər Aqrar Sığorta Fondunun inzibati binasında Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti 175 ünvanında keçiriləcək.
Qeyd edək ki, təlimlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspertlərin imtahanının keçirilməsi Qaydası”na əsasən keçirilir.
Təlimlər aşağıdakı növ sertifikatların verilməsi üçün müstəqil ekspert olmaq istəyən şəxslərin Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək imtahanlara buraxılması üçün təşkil olunur:
Kənd təsərrüfatı bitkilərinin və bitkiçilik məhsullarının (çoxillik əkmələr də daxil olmaqla) sığortası üzrə müstəqil ekspert sertifikatı;
Kənd təsərrüfatı heyvanlarının və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanların sığortası üzrə müstəqil ekspert sertifikatı;
Akvakultura məhsullarının sığortası üzrə müstəqil ekspert sertifikatı.
Təlimdə iştirak etmək istəyən namizədlər aşağıdakı sənədləri Aqrar Sığorta Fonduna təqdim etməlidirlər:
1) şəxsiyyətini təsdiq edən sənədin surəti;
2) müvafiq qanunvericiliyə uyğun ixtisaslardan hər hansı birinə malik olmasını təsdiq edən sənədin (diplom və ya onu əvəz edən sənəd) surəti;
3) peşə təhsilli namizədlər üçün ixtisası təsdiq edən sənədlə yanaşı, müvafiq sahə üzrə 5 (beş) ildən az olmayan iş təcrübəsinin olmasını təsdiq edən sənədin surəti;
4) xarici ölkədə ali təhsil aldıqda Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilən xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasını təsdiq edən sənədin surəti;
5) ödəniş edilməsini təsdiq edən sənəd.
Təlimlərin təşkili və keçirilməsi ilə bağlı əlavə məlumat almaq üçün 1651 çağrı mərkəzi (və ya 055 500 84 23 nömrəsi) ilə əlaqə saxlamaq, məlumatları [email protected] elektron poçt ünvanına, yaxud 055-500-84-23 nömrəsinin votsapına göndərmək lazımdır.
Təlimlər ödənişlidir və təlimdə iştirak haqqı 20,00 AZN (ƏDV daxil olmaqla) təşkil edir

📷🎞️“Azərbaycanda kənd təsərrüfatı” mövzusunda fotomüsabiqənin bitməsinə son 15 gün!2026-cı il iyun ayının 15-dən sentyab...
15/09/2026

📷🎞️“Azərbaycanda kənd təsərrüfatı” mövzusunda fotomüsabiqənin bitməsinə son 15 gün!

2026-cı il iyun ayının 15-dən sentyabrın 30-dək keçiriləcək müsabiqədə ölkənin bütün bölgələrindən kənd həyatı, kənd təsərrüfatı və aqrar sahəyə aid fotoların müəllifləri iştirak edə bilər.

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Aqrar Sığorta Fondu və Azərbaycan Fotoqrafları Birliyinin birgə əməkdaşlığı ilə “Azərbaycanda kənd təsərrüfatı” mövzusunda fotomüsabiqə elan olunub. 2026-cı il iyun ayının 15-dən sentyabrın 30-dək keçiriləcək müsabiqədə ölkənin bütün bölgələrindən kənd həyatı, kənd təsərrüfatı və aqrar sahəyə aid fotoların müəllifləri iştirak edə bilər. Müsabiqəyə aqrar sahədə fermerlərin fəaliyyətini, gündəlik həyatını, əkin və məhsul yığımı prosesini əks etdirən, həmçinin kənd təsərrüfatı heyvanları, bitkiləri və kənd təsərrüfatı texnikalarına aid fotoşəkillər qəbul edilir.

Fotomüsabiqənin keçirilməsində məqsəd ictimaiyyətin diqqətini ölkəmizin bölgələrinə, kənd təsərrüfatı sahəsinə və burada çalışan zəhmətkeş insanların həyatına, fəaliyyətinə cəlb etmək, aqrar sahə üzrə peşələrin nüfuzunu artırmaq, əhali arasında yaradıcılığı və sosial fəallığı stimullaşdırmaqdır.

Fotomüsabiqədə yaşından, təhsilindən və sənətindən asılı olmayaraq hamı iştirak edə bilər. Fotoaparat, smartfon, dronla çəkilmiş fotolar müsabiqəyə qəbul olunacaq.

Müsabiqədə iştirak etmək istəyənlər şərtlərə uyğun fotoşəkilləri müəllifin adı, soyadı, ata adı, yaşadığı şəhər və əlaqə nömrəsini qeyd etməklə “[email protected]” elektron ünvanına göndərməlidirlər.

Ətraflı: https://asf.gov.az/xeberler/azerbaycanda-kend-teserrufati-movzusunda-fotomusabiqe-elan-edilib

14/09/2026

📣Fermerlərə 23,7 milyon manat sığorta ödənişi edilib - ATV Xəbər

11/09/2026

📣📞1651 Çağrı Mərkəzinə ən çox ünvanlanan 3 sualın cavabı.

❓Əkin sahələrinin sığortası ilə bağlı nə yenilik var?
❓Sığorta tələbi hansı bitkilərə aiddir?
❓Heyvanlarımı xəstəlikdən sığortalaya bilərəm?

Address

Xətai Rayonu, 8 Noyabr Prospekti 175
Baku
AZ1000

Alerts

Be the first to know and let us send you an email when Aqrar Sığorta Fondu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Aqrar Sığorta Fondu:

Shortcuts

Share