03/06/2026
Beynəlxalq Əmək Təşkilatının (International Labour Organization) Cenevrədə (İsveçrə) keçirilən Beynəlxalq Əmək Konfransının 114-cü sessiyasında çıxış edən Azərbaycan nümayəndə heyətinin rəhbəri, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev son illər Azərbaycanda aparılan sosial islahatların uğurlarını diqqətə çatdırıb.
O, Azərbaycanın BƏT-in artıq 60 Konvensiyasına qoşulduğunu, Təşkilatın daha 4 Konvensiyasının ölkəmiz tərəfindən ratifikasiya imkanlarının nəzərdən keçirildiyini bildirib.
ℹ️ Sessiya çərçivəsində nazir Anar Əliyev BƏT-in Baş direktoru Jilber Hunqbo ilə görüşüb. Görüşdə BƏT ilə Azərbaycan arasında gələcək əməkdaşlıq məsələləri müzakirə edilib.
➡️ https://sosial.gov.az/az/media/xeberler/nazir-anar-eliyev-beynelxalq-emek-konfransinin-sessiyasinda-cixis-edib-9361