Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyi

Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyi, Social service, Sülh küç. , 2/20, Baku.

Vətənimizin bütövlüyü və suverinliyi uğrunda döyüşlərdə Milli Qəhrəman olmuş, Əlil, Veteran və Şəhid olmuş döyüşçülərin ailələrinə maddi, mənəvi, hüquqi və sosial sahədə köməklik edirik.

20/09/2026

20 Sentyabr – Dövlət Suverenliyi Günü ərazi bütövlüyümüzün və dövlət suverenliyimizin tam bərpasını, beynəlxalq hüquq və ədalətin təntənəsini təcəssüm etdirən əlamətdar tarixdir.

Bu gün müstəqil dövlətimizin qüdrətinin, xalqımızın milli iradəsinin və Vətənə sarsılmaz bağlılığının ifadəsidir. Dövlət Suverenliyi Günü münasibətilə xalqımızı ürəkdən təbrik edir, ölkəmizə davamlı inkişaf, sülh və əmin-amanlıq arzulayırıq.

Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının XII Konfransı yüksək təşkilatçılıq şəraitində, geniş tərkibdə və ...
08/09/2026

Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının XII Konfransı yüksək təşkilatçılıq şəraitində, geniş tərkibdə və işgüzar mühitdə keçirildi.
Konfransda Yeni Azərbaycan Partiyasının qarşısında duran mühüm vəzifələr, rayon təşkilatının ötən dövr ərzində gördüyü işlər, əldə olunan nəticələr və qarşıdakı fəaliyyət istiqamətləri geniş müzakirə olundu. Tədbir iştirakçıları partiyanın ölkənin ictimai-siyasi həyatındakı mühüm rolunu, həyata keçirilən uğurlu siyasətin cəmiyyətimizin inkişafına verdiyi töhfələri xüsusi vurğuladılar.
Çıxışlarda Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev tərəfindən uğurla və ardıcıl şəkildə davam etdirildiyi qeyd olundu. Bildirildi ki, YAP sıralarında birləşən minlərlə üzv ölkəmizin inkişafına, ictimai-siyasi sabitliyin və milli həmrəyliyin daha da möhkəmləndirilməsinə öz töhfəsini verməkdədir.
Konfrans çərçivəsində Nərimanov rayon təşkilatının fəaliyyəti ilə bağlı hesabat dinlənildi, qarşıda duran məqsəd və vəzifələr müəyyənləşdirildi, təşkilati məsələlərə baxıldı və müvafiq qərarlar qəbul edildi.
Tədbirdə çıxış edənlər Nərimanov rayonunda partiya təşkilatının fəaliyyətinin daha da gücləndirilməsinin, gənclərin ictimai-siyasi proseslərdə fəal iştirakının təmin edilməsinin, partiya üzvləri arasında həmrəyliyin və qarşılıqlı əməkdaşlığın daha da möhkəmləndirilməsinin vacibliyini diqqətə çatdırdılar.
XII Konfrans Yeni Azərbaycan Partiyasının Nərimanov rayon təşkilatının qarşıdakı dövrdə də qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gələcəyinə, fəaliyyətini daha da genişləndirəcəyinə və ölkəmizin inkişafına öz töhfəsini verəcəyinə olan inamı bir daha nümayiş etdirdi.
Yeni Azərbaycan Partiyası – Yeni Azərbaycan naminə!

30/08/2026

🇹🇷 30 Avqust – Türkiyə Respublikasının Zəfər Bayramı mübarək! 🇹🇷
30 Avqust Türkiyə Respublikasının Zəfər Bayramı münasibətilə bütün qardaş türk xalqını ürəkdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, ailə səadəti, firavanlıq və əmin-amanlıq arzulayıram.
Bu əlamətdar gün türk millətinin əzmini, iradəsini, qəhrəmanlığını, Vətən və bayraq sevgisini, müstəqillik uğrunda apardığı mübarizəni və tarixi Zəfərini simvolizə edir. 30 Avqust sadəcə bir qələbənin deyil, böyük bir xalqın birlik və həmrəyliyinin, öz taleyinə sahib çıxmaq əzminin təntənəsidir.
Bu möhtəşəm Zəfərin qazanılmasında canından keçən bütün şəhidlərimizi dərin hörmət və ehtiramla yad edir, qəhrəman qazilərimizə minnətdarlığımızı bildiririk. Onların müqəddəs xatirəsi daim qəlbimizdə yaşayacaq.
Azərbaycan və Türkiyə arasındakı sarsılmaz qardaşlıq və dostluq münasibətləri hər zaman böyük qürur mənbəyimizdir. “Bir millət, iki dövlət” anlayışının yaratdığı birlik və həmrəyliyin əbədi olmasını arzulayırıq.
Qoy Türkiyə daim güclü, qüdrətli, inkişaf edən və əzəmətli dövlət kimi yüksəlsin. Türk dünyasının birliyi, həmrəyliyi və əmin-amanlığı daim möhkəmlənsin!
30 Avqust Zəfər Bayramınız mübarək olsun!
Yaşasın Türkiyə! 🇹🇷
Yaşasın Azərbaycan–Türkiyə qardaşlığı! 🇦🇿🇹🇷

Cənnətdəki mövludun mübarək. Allah ruhunu şad eləsin. Vətən Müharibəsi Qəhrəmanı şəhid polkovnik-leytenant Anar Əliyev.🥀...
27/08/2026

Cənnətdəki mövludun mübarək. Allah ruhunu şad eləsin. Vətən Müharibəsi Qəhrəmanı şəhid polkovnik-leytenant Anar Əliyev.🥀🥀🥀🥀🇦🇿🇦🇿🇦🇿🇦🇿

Dəyərli insan,Vətən Müharibəsi Qəhrəmanı İlqar Orucovun qızı Ayan balamız yüksək nəticə qazanaraq dövlət sifarişi ilə Az...
27/08/2026

Dəyərli insan,Vətən Müharibəsi Qəhrəmanı İlqar Orucovun qızı Ayan balamız yüksək nəticə qazanaraq dövlət sifarişi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına, Hüquqşünaslıq fakültəsinə qəbul olmuşdur.Ayan qızımızı təbrik edir, uğurlar arzu edirəm!

Benilüks Azərbaycanlıları Konqresinin (BAK) sədri,Belçika–Niderland Azərbaycanlılarının Koordinasiya Şurasının Niderland...
27/08/2026

Benilüks Azərbaycanlıları Konqresinin (BAK) sədri,
Belçika–Niderland Azərbaycanlılarının Koordinasiya Şurasının Niderland üzrə əlaqələndiricisi Elsevər Məmmədov
Azərbaycan həqiqətlərinin və milli-mənəvi dəyərlərimizin beynəlxalq miqyasda təbliğində göstərdiyi xidmətlərə görə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Cəlil Xəlilov tərəfindən Fəxri Fərmanla təltif edilmişdir.

Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti, Zati-aliləri xanım Mehriban Əliyevanı doğum günü münasibətilə səmim...
26/08/2026

Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti, Zati-aliləri xanım Mehriban Əliyevanı doğum günü münasibətilə səmimi-qəlbdən təbrik edir, Zati-alilərinə möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq və Azərbaycan Respublikasının və xalqımızın rifahı naminə məsuliyyətli və şərəfli fəaliyyətində davamlı uğurlar arzulayıram.

***

We extend our heartfelt congratulations to Her Excellency Mrs. Mehriban Aliyeva, First Vice-President of the Republic of Azerbaijan, on the occasion of her birthday. We wish Her Excellency continued health, happiness, prosperity, and success in her dedicated service to the Republic of Azerbaijan and its people.

Benilüks Azərbaycanlıları Konqresi/Benelux Azerbaijanis Congress nin (BAK) sədri, Belçika–Niderland Azərbaycanlılarının ...
24/08/2026

Benilüks Azərbaycanlıları Konqresi/Benelux Azerbaijanis Congress nin (BAK) sədri, Belçika–Niderland Azərbaycanlılarının Koordinasiya Şurasının Niderland üzrə əlaqələndiricisi kimi Azərbaycanın, Azərbaycan həqiqətlərinin və milli-mədəni dəyərlərimizin Avropada tanıdılması, soydaşlarımızın bir araya gətirilməsi və diaspor fəaliyyətinin daha da gücləndirilməsi istiqamətində göstərdiyiniz fədakarlıq və əzm xüsusi təqdirəlayiqdir.
İnanıram ki, Sizin rəhbərliyiniz və fəal təşəbbüslərinizlə həyata keçirilən işlər bundan sonra da uğurla davam edəcək, Azərbaycan diasporunun həmrəyliyinin möhkəmləndirilməsinə və ölkəmizin beynəlxalq aləmdə layiqincə təmsil olunmasına öz dəyərli töhfəsini verəcəkdir.
Yeni yaşınızın həyatınıza yeni uğurlar, sevindirici xəbərlər, gözəl görüşlər və unudulmaz anlar gətirməsini arzulayıram. Qarşıya qoyduğunuz bütün məqsədlərin gerçəkləşməsi, başladığınız hər bir işin uğurla nəticələnməsi, fəaliyyətinizdə daim yüksək nailiyyətlər qazanmağınız diləyi ilə!
Arzu edirəm ki, hər yeni yaşınız ötən ildən daha uğurlu, daha mənalı və daha xoşbəxt olsun. Dostlarınızın və həmfikirlərinizin sevgisi və dəstəyi daim Sizinlə olsun.
Doğum gününüz mübarək, hörmətli Elsevər müəllim!🎂👏💯🙏

Benilüks Azərbaycanlıları Konqresinin (BAK) sədri, Belçika–Niderland Azərbaycanlılarının Koordinasiya Şurasının Niderlan...
21/08/2026

Benilüks Azərbaycanlıları Konqresinin (BAK) sədri, Belçika–Niderland Azərbaycanlılarının Koordinasiya Şurasının Niderland üzrə əlaqələndiricisi Elsevər Məmmədov,
Dayaq Təşkilatının sədr müavini və BAK-ın Azərbaycan üzrə koordinatoru Məcid Məmmədov,
Gənclərin İnkişafına Dəstək İctimai Birliyinin sədri Məhəmməd Məmmədov və Qarabağ qazisi,hüquqşunas Azər Səfərov Reaksiya TV-nin yeni ofisini ziyarət ediblər.

Görüş zamanı Reaksiya Media Qrupunun rəhbəri Zaur Qəriboğlu və əməkdaşı Arzu Qocayev ilə fikir mübadiləsi aparılıb, media və diaspor sahəsində əməkdaşlığın əhəmiyyəti vurğulanıb.

Qonaqpərvərliyə və səmimi münasibətə görə Reaksiya Media Qrupunun rəhbərliyinə təşəkkür edirik.

17 avqust - Azərbaycan qazisi, hərbi müəllim və gənc yazar Abbasəli Vüqar oğlu Tarıverdiyev'in həyata göz açdığı gündür....
19/08/2026

17 avqust - Azərbaycan qazisi, hərbi müəllim və gənc yazar Abbasəli Vüqar oğlu Tarıverdiyev'in həyata göz açdığı gündür. Bu münasibətlə qazimizi minnətdarlıq hissi ilə, ürəkdən təbrik edir, cansağlığı və uğurlar arzulayırıq.
Allah Abbasəli qardaşımızın simasında bütün qazilərimizə cansağlığı versin!

Abbasəli Vüqar oğlu Tarıverdiyev (Tarverdiyev).
1995/1996-cı il, Naxçıvan Muxtar Respublikasının Babək rayonunda anadan olmuşdur. Naxçıvan şəhərindəki Heydər Əliyev adına Hərbi Liseyi bitirmişdir. 44 günlük Vətən müharibəsi iştirakçısıdır, qazi adını qazanıb. Babək rayon Nehrəm qəsəbə 3 nömrəli tam orta məktəbdə hərbi rəhbər / müəllim kimi fəaliyyət göstərib.

Address

Sülh Küç. , 2/20
Baku
AZ1132

Alerts

Be the first to know and let us send you an email when Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category