Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar xidmət

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar xidmət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidməti

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Mühafizə alayında həqiqi hərbi xidmətə çağırılmış gənc əsgərlərin andiçmə mə...
02/06/2026

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Mühafizə alayında həqiqi hərbi xidmətə çağırılmış gənc əsgərlərin andiçmə mərasimi keçirilib.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Azərbaycan Respublikasının Dövlət Bayrağı hərbi marş sədaları altında meydanın mərkəzinə gətirilib, şəhidlərin abidəsi önünə gül dəstələri qoyulub, onların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Gənc əsgərlər təntənəli şəkildə Hərbi Anda gətirildikdən sonra ədliyyə naziri Fərid Əhmədovun təbrik və tövsiyələri onlara çatdırılıb.

Andiçmə mərasimində Vətənə, xalqa və dövlətə sədaqət andı içən gənc əsgərlər Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin əmrinə hər zaman hazır olduqlarını, nizam-intizamı qoruyacaqlarını bildiriblər.

Sonda şəxsi heyətin marş sədaları altında təntənəli keçidi izlənilib.

01/06/2026

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.

Bu gün uşaqların hüquqlarının qorunmasının, onların rifahının təmin edilməsinin və sağlam gələcəyinin formalaşdırılmasının vacibliyini bir daha xatırladır.

Bütün uşaqları bu əlamətdar gün münasibətilə təbrik edir, onlara xoşbəxt gələcək arzulayırıq.

28/05/2026

28 May – Müstəqillik Günü münasibətilə xalqımızı təbrik edir, ölkəmizə davamlı tərəqqi arzulayırıq!

Müstəqilliyimiz əbədi və sarsılmaz olsun!

27/05/2026

Xalqımızı Qurban bayramı münasibətilə təbrik edirik.

Bu müqəddəs bayram hər bir ocağa ruzi, sevinc və firavanlıq gətirsin.

Qurban bayramınız mübarək olsun!

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Mühafizə alayının və penitensiar müəssisələrin vakant ştat vahidlərinin layi...
26/05/2026

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Mühafizə alayının və penitensiar müəssisələrin vakant ştat vahidlərinin layiqli namizədlərlə komplektləşdirilməsi və şəffaflığın təmin olunması məqsədilə əvvəlcədən dərc edilmiş elanlara uyğun olaraq müraciət etmiş və seçim mərhələlərini uğurla başa vurmuş 41 nəfər yeni əməkdaşın andiçmə mərasimi keçirilib.

Tədbirdə Dövlət Himni səsləndirilib, ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda şəhid olmuş vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi Mirsaleh Seyidov hərbi qulluqçu kimi gizir, həmçinin kiçik rəis heyəti vəzifələrinə təyin edilərək xüsusi rütbələr almış əməkdaşlara ədliyyə naziri Fərid Əhmədovun təbriklərini çatdırıb, onlara gələcək xidmətlərində uğurlar diləyib, ədliyyə işçisi adını şərəflə daşımağı tövsiyə edib.

Çıxış edən gənclər onlara göstərilən etimadı doğrultmaq üçün var qüvvələri ilə çalışacaqlarını, ədliyyə işçisi adını daim uca tutacaqlarını bildiriblər.

Sonda təntənəli qaydada and içən əməkdaşlara xidməti vəsiqələr təqdim edilib.

Ədliyyə Nazirliyinin Penitensiar xidməti ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında cari il üzrə imzalanmış bi...
22/05/2026

Ədliyyə Nazirliyinin Penitensiar xidməti ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında cari il üzrə imzalanmış birgə tədbirlər planına uyğun olaraq "İnsan Hüquqları Aylığı" çərçivəsində 12 və 13 saylı cəzaçəkmə müəssisələrində “Sülh dili: qarşılıqlı hörmət və anlayış” mövzusunda məhkumlarla görüş təşkil edilib.



https://penitensiar.justice.gov.az/news/395

Ədliyyə Nazirliyinin Penitensiar xidməti ilə Vəkillər Kollegiyası arasında imzalanmış birgə Tədbirlər Planına uyğun olar...
22/05/2026

Ədliyyə Nazirliyinin Penitensiar xidməti ilə Vəkillər Kollegiyası arasında imzalanmış birgə Tədbirlər Planına uyğun olaraq "İnsan Hüquqları Aylığı" çərçivəsində 1 və 15 saylı cəzaçəkmə müəssisələrində pulsuz hüquqi yardım və maarifləndirmə işi həyata keçirilib.



https://penitensiar.justice.gov.az/news/394

Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə Sosial Xidmətlər Agentliyi arasında imzalanmış birgə tədbirlər planına əsas...
19/05/2026

Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə Sosial Xidmətlər Agentliyi arasında imzalanmış birgə tədbirlər planına əsasən və “İnsan Hüquqları Aylığı” çərçivəsində 4 saylı cəzaçəkmə müəssisəsində üç yaşınadək uşaqları ilə birlikdə yaşayan məhkum qadınlarla görüş keçirilib.



https://penitensiar.justice.gov.az/news/393

Tərbiyə işinin təşkili idarəsinin Psixoloji və sosial iş şöbəsi “İnsan Hüquqları Aylığı” çərçivəsində Yetkinlik yaşına ç...
18/05/2026

Tərbiyə işinin təşkili idarəsinin Psixoloji və sosial iş şöbəsi “İnsan Hüquqları Aylığı” çərçivəsində Yetkinlik yaşına çatmayanlar üçün penitensiar müəssisədə cəza çəkən yeniyetmə məhkumların iştirakı ilə “Mənim hədəflərim” mövzusunda seminar təşkil edib.



https://penitensiar.justice.gov.az/news/392

Address

Baku

Alerts

Be the first to know and let us send you an email when Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar xidmət posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar xidmət:

Share