Tələbə Xeyriyyə Fondu BSU

Tələbə Xeyriyyə Fondu BSU ●Məqsədimiz ölkədə maddi,mənəvi və psixoloji dəstəyə ehtiyacı olan insanlara kömək etməkdir●

BSUTXF nin sədri Elxan Hacıyev universitet rəhbərliyi tərəfindən təhsil aldığı müddətdə universitetin elmi ictimai və mə...
05/07/2020

BSUTXF nin sədri Elxan Hacıyev universitet rəhbərliyi tərəfindən təhsil aldığı müddətdə universitetin elmi ictimai və mədəni həyatındakı yaxından iştirakına görə Fəxri məzun diplomu ilə təltif olunmuşdur

Bsu TXF nin Sədri 1999-cu il təvəllüdlü Elxan Hacı oğlu Hacıyev. 2016-cı ildə 446 balla Bakı Slavyan Universitetinin tər...
03/06/2020

Bsu TXF nin Sədri 1999-cu il təvəllüdlü Elxan Hacı oğlu Hacıyev. 2016-cı ildə 446 balla Bakı Slavyan Universitetinin tərcümə fakültəsinə daxil olmuş və ilk vaxtlardan universitetin ictimai həyatına atılmışdır. Təhsil aldığı müddətdə Tələbə təşkilatlarında öz aktivliyi ilə seçilmiş və dəfələrlə diplom və sertifikatlara laiq görülmüşdür. İctimai fəaliyyətini TGT (Tələbə Gənclər Təşkilatı) də başlayan Elxan Hacıyev daha sonra THIK (Tələbə Həmkarlar İttifaqı Komitəsi) in tərcümə fakültəsi üzrə sədr müavini, bir müddət sonra isə fakültə sədri vəzifəsində fəaliyyət göstərmişdir. Həmçinin təşkil etdiyi müxtəlif xeyriyyə aksiyalarına görə daha sonra TXF (Tələbə Xeyriyyə Fondu) nin universitet üzrə sədri vəzifəsinə təyin olunmuşdur. İctimai aktivliyi ilə yanaşı elmi fəaliyyətlə də məşğul olan Sədr Elxan Hacıyev bir elmi dissertasiya, bir neçə esse və bir çox tezisin müəllifidir.

Qeyd edək ki, Elxan Hacıyev dördüncü kurs olması və universiteti bitirməsi ilə əlaqədar TXF dəki fəaliyyətini yaxın zamanlarda yekunlaşdıracaqdır. Gələcək həyatında ona yeni uğurlar və yeni nailiyyətlər arzu edirik....
Hörmətlə :BSUTXF

Bakı Slavyan Universiteti qanvermə aksiyası keçirib . Hazırda bütün dünya üçün böyük təhlükə yaradan Koronavirus (COVİD-...
30/04/2020

Bakı Slavyan Universiteti qanvermə aksiyası keçirib .
Hazırda bütün dünya üçün böyük təhlükə yaradan Koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, çox hörmətli Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzi tərəfindən ölkəmizdə könüllü qanvermə aksiyası keçirilir. Qanvermə aksiyasının keçirilməsində məqsəd xüsusi karantin rejimi müddətində irsi qan xəstəliklərindən, xüsusilə də talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliklərindən əziyyət çəkən insanlara kömək etməkdir.
Bakı Slavyan Universitetinin (BSU) rektoru, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, partiyanın Qadınlar Şurasının sədri, professor Nurlana Əliyevanın müvafiq tövsiyə və tapşırığına əsasən, bu ali təhsil müəssisəsinin kollektivi də qanvermə aksiyasına qoşulub. BSU-nun rəhbərliyi, fakültə dekanları, kafedra müdirləri, şöbə müdirləri, müəllimləri və əməkdaşları bu nəcib və xeyirxah təşəbbüsə qoşularaq aprelin 30-da Milli Hematologiya və Transfuziologiya Mərkəzində qanvermə aksiyası keçiriblər. Qanvermə aksiyasında universitetin 100-dən çox müəllimi və əməkdaşı iştirak edib.
BSU-nun rəhbərliyi, müəllimləri və əməkdaşları qanvermə aksiyasında iştirak etmələrini özlərinin müqəddəs vətəndaşlıq borcu olduğunu bildirərək hamını bu vacib aksiyada fəal iştirak etməyə çağırıblar.

03/04/2020

Tələbə Xeyriyyə Fondu

BU GÜN ONLARIN GÜNÜDÜR✊BSU❤️TXF
21/03/2020

BU GÜN ONLARIN GÜNÜDÜR✊
BSU❤️TXF

*YAZ SESSIYASINDA BÜTÜN TELEBELERIMIZE UĞURLAR ARZULAYIRIQ BSU♥TXF*
17/02/2020

*YAZ SESSIYASINDA BÜTÜN TELEBELERIMIZE UĞURLAR ARZULAYIRIQ BSU♥TXF*

🇦🇿 20 Yanvar faciəsindən 30 il ötür 1990-cı ildə yanvar ayının 19-dan 20-nə keçən gecə gözlənilmədən Sovet İttifaqının o...
20/01/2020

🇦🇿 20 Yanvar faciəsindən 30 il ötür 1990-cı ildə yanvar ayının 19-dan 20-nə keçən gecə gözlənilmədən Sovet İttifaqının ordusu Bakıya qəflətən hücum etmişdir.

Faciə zamanı 140-dan artıq insan qətlə yetirilmiş, 700-dən artıq insan yaralanmışdır.

1994-cü ildə Azərbaycan Milli Məclisi 20 Yanvar faciəsi ilə bağlı xüsusi qərar qəbul edib.

Bu tarix Azərbaycanda Ümumxalq hüzn günü elan olunub.

Bütün şəhidlərimizə Allahdan rəhmət diləyib, onları hüznlə anırıq!

•Bakı Slavyan Universitetində (BSU) 20 Yanvar faciəsinin otuzuncu ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilib. Y...
20/01/2020

•Bakı Slavyan Universitetində (BSU) 20 Yanvar faciəsinin otuzuncu ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilib. Yanvarın 16-da bu ali təhsil müəssisəsində Mədəni-kütləvi tədbirlərin təşkili şöbəsinin və Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin canlı şahidləri ilə görüş keçirilib, onların həmin məşum günlə bağlı xatirə və çıxışları dinlənilib. Yanvarın 16-da BSU-da həm də Mədəni-kütləvi tədbirlərin təşkili şöbəsinin və Gənc Yaradıcılar Klubunun birgə təşkilatçılığı ilə “Dualarda yaşayan şəhidlər” adlı tədbir keçirilib.
Tədbirin əvvəlində şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan BSU-nun Tərbiyə işləri üzrə prorektoru Xanım Sultanova bildirib ki, biz bu gün universitetdə 20 Yanvar faciəsinin otuzuncu ildönümünə həsr olunmuş növbəti tədbiri keçiririk. 1990-cı ilin 20 Yanvar hadisələri xalqımızın tarixinə həm faciə, həm də qəhrəmanlıq səhifəsi kimi daxil olub. 1990-cı ilin 20 Yanvar faciəsi xalqımızın milli-azadlıq mübarizəsində böyük rol oynadı. Bu gün Azərbaycan müstəqil, həyatımızın bütün sahələrində sürətlə inkişaf edən, dünya birliyində öz layiqli yeri olan bir dövlətdir. Qədirbilən xalqımız həmişə 20 Yanvar faciəsi qurbanlarının xatirəsini əziz tutur.
Sonra 20 Yanvar faciəsi haqqında videoçax nümayiş etdirilib.


bsu_tgt

Bildiyiniz kimi Avstraliyada neçə gündü meşə yanğınları tuğyan edir.Xeyli meşə və canlı yanıb kül olub.Olay yerindən ins...
06/01/2020

Bildiyiniz kimi Avstraliyada neçə gündü meşə yanğınları tuğyan edir.Xeyli meşə və canlı yanıb kül olub.Olay yerindən insanı məyus edəcək görüntülər yayımlanır.onlardan bəzilərini sizə təqdim edirik.
Ətrafınızdakı canlıları sevin, qoruyun.

Dekabrın 29-da Bakı Slavyan Universitetində (BSU) 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münas...
29/12/2019

Dekabrın 29-da Bakı Slavyan Universitetində (BSU) 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram tədbiri keçirilib.BSU-nun rektoru, professor Nurlana Əliyevadan tələbələrə dəstək
Son illər Bakı Slavyan Universitetində (BSU) tələbələrin arzu və istəklərinin, fikir və təkliflərinin, mütərəqqi təşəbbüs və ideyalarının, çoxsaylı layihələrinin həyata keçirilməsinə, onların sosial müdafiəsinə, asudə vaxtlarının maraqlı və səmərəli təşkil edilməsinə xüsusi diqqət yetirilir. Eyni zamanda şəffaf tədris və imtahan prosesinin təmin edilməsi, tələbə-gənclərin hüquqlarının qorunması daim diqqət mərkəzindədir. Bu baxımdan, BSU-nun rektoru, professor Nurlana Əliyevanın bu günlərdə qəbul etdiyi qərarı xüsusi qeyd etmək lazımdır. Belə ki, tələbələr arasında dekabr ayında aparılmış müvafiq sorğunun nəticələrinə əsasən BSU-da dərslərin I növbədə 08:30-da başlanılması, kollokviumların ləğv edilməsi və universitetin yeməkxanasında qiymətlərin aşağı salınması qərara alınıb. Rektorun bu qərarı tələbə kollektivi tərəfindən böyük sevinc hissi və məmnunluqla qarşılanıb və onlar bu humanist addıma görə BSU-nun rəhbərliyinə təşşəkür ediblər.

26.12.2019 tarixində Tələbə Xeyriyyə Fondunun 2019-2020 tədris ili üzrə ilk sessiyasının qapalı yekun iclası başa çatdı....
26/12/2019

26.12.2019 tarixində Tələbə Xeyriyyə Fondunun 2019-2020 tədris ili üzrə ilk sessiyasının qapalı yekun iclası başa çatdı. İclası Azərbaycan himni ilə başladan Sədr Hacıyev Elxan görülən işlər barədə çıxış etdi, daha sonra fakültə üzrə sədrlərin çıxışları dinlənildi. İclasın sonunda TXF nin müvəqqəti sədr əvəzi təyin olunan Mehbube Əsgərzadənin çıxışı dinlənild, Və TXF sədri Elxan Hacıyev idarə heyyətinin gələn dərs sessiyasına kimi buraxıldığını bildirdi.

Address

28 May Metrosunun Yanı. , Süleyman Rüstəm Küçəsi 33
Baku

Website

Alerts

Be the first to know and let us send you an email when Tələbə Xeyriyyə Fondu BSU posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share