06/05/2026
04 may 2026-cı il tarixində Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatı və Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən “2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi” publik hüquqi şəxsin birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Mən və mənim şəhərim” adlı rəsm müsabiqəsi keçirilmişdir.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlamış, daha sonra Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Ardınca müsabiqə iştirakçılarının çəkdikləri rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirilmiş, şagirdlərin yaradıcılıq qabiliyyətlərini əks etdirən işlər tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanmışdır. Tədbir bədii hissə ilə davam etmiş, gənclərin ifasında şerlər səsləndirilmiş, rəqs nömrələri təqdim olunmuşdur.
Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədr müavini Vüqar Hüseynov qeyd etmişdir ki, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik kursu bu gün uğurla davam etdirilir və gənclərin hərtərəfli inkişafı dövlət siyasətinin əsas prioritet istiqamətlərindəndir. O vurğulamışdır ki, bu cür müsabiqələr gənclərdə vətənpərvərlik hisslərinin gücləndirilməsinə, onların yaradıcılıq potensialının üzə çıxarılmasına və milli-mənəvi dəyərlərə bağlılığının möhkəmlənməsinə mühüm töhfə verir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Məktəbdənkənar fəaliyyətinin təşkili sektorunun baş məsləhətçisi Sevinc Əzimova çıxışında şagirdlərin asudə vaxtlarının səmərəli təşkili və istedadlarının inkişaf etdirilməsi baxımından bu kimi layihələrin əhəmiyyətini vurğulamışdır. Bildirilmişdir ki, rəsm və şeir müsabiqələri uşaqlarda yaradıcı düşüncəni inkişaf etdirməklə yanaşı, onların yaşadıqları şəhərə və vətənə bağlılığını daha da gücləndirir.
Xətai Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Turan Kərimzadə çıxışında ölkəmizdə həyata keçirilən uğurlu gənclər siyasətindən bəhs etmiş, belə tədbirlərin gənclərin sosial fəallığının artırılmasında mühüm rol oynadığını diqqətə çatdırmışdır.
“2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi” publik hüquqi şəxsin direktoru Əmina Musayeva isə çıxışında müsabiqənin təşkilində əməyi olan tərəfdaş qurumlara təşəkkürünü bildirmiş, iştirakçıların yüksək səviyyədə hazırlıq nümayiş etdirdiklərini vurğulamış və bu cür layihələrin davamlı olacağını qeyd etmişdir.
Sonra müsabiqə qaliblərinə diplomlar və hədiyyələr təqdim edilmişdir.
Qaliblər
Tam orta məktəblər üzrə
III yer:
• 6–9 yaş qrupu – 56 nömrəli tam orta məktəbin şagirdi Nigar Cəfərova
• 10–13 yaş qrupu – 265 nömrəli tam orta məktəbin şagirdi Nəzrin Abdullazadə
• 14–17 yaş qrupu – 27 nömrəli tam orta məktəbin şagirdi Sevda Hacıyeva
II yer:
• 6–9 yaş qrupu – 116 nömrəli tam orta məktəbin şagirdi İnci Qurban
• 10–13 yaş qrupu – 152 nömrəli tam orta məktəbin şagirdi Pəri Hacılı
• 14–17 yaş qrupu – 24 nömrəli tam orta məktəbin şagirdi Məryəm Əsgərova
I yer:
• 6–9 yaş qrupu – 59 nömrəli tam orta məktəbin şagirdi Banu Mirzəyeva
• 10–13 yaş qrupu – Humanitar fənlər təmayüllü məktəb-liseyin şagirdi Ömər Sadıq
• 14–17 yaş qrupu – 17 nömrəli tam orta məktəbin şagirdi Fidan Bədəlova
Uşaq-Gənclər İnkişaf Mərkəzləri üzrə
III yer:
• 6–9 yaş qrupu – Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi – Elmir İbrahimov
• 10–13 yaş qrupu – 7 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi – Yusif Mirişov
• 14–17 yaş qrupu – 8 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi – Nuray Sadıqzadə
II yer:
• 6–9 yaş qrupu – Gənclərin Respublika Bədii Yaradıcılıq Evi – Dəniz Qazıyeva
• 10–13 yaş qrupu – 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi – Ayan Rəhimli
• 14–17 yaş qrupu – 6 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi – Mətanət İsmayılzadə
I yer:
• 6–9 yaş qrupu – 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi – Davud Quliyev
• 10–13 yaş qrupu – 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi – Nərmin Həsənzadə
• 14–17 yaş qrupu – 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi – Məlahət Quliyeva
Bundan əlavə, müsabiqədə fəal iştirak edən bir sıra şagirdlər həvəsləndirici diplomlarla təltif olunmuşdur. Həvəsləndirici diplomlara layiq görülənlər sırasında Xətai rayonunun 152 nömrəli tam orta məktəbinin şagirdi Cəvahir Hacılı, 263 nömrəli tam orta məktəbin şagirdi Nihat Nəbiyev, 257 nömrəli tam orta məktəbin şagirdi Əsra Allahverdiyeva, 98 nömrəli tam orta məktəbin şagirdi Leyla Abbaszadə, Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin nümayəndəsi Nuray Həsənli və 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təmsilçisi Dünyaxanım İsmayılova yer almışdır.
Sonda bütün qaliblər və qonaqlar xatirə şəkli çəkdirmiş, tədbir xoş ovqatla başa çatmışdır.