Мəhkəmə Ekspertizası Mərkəzi

Мəhkəmə Ekspertizası Mərkəzi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Мəhkəmə Ekspertizası Mərkəzi, Public & Government Service, Əfzələddin Xaqani Küçəsi 24, AZ Bakı, Baku.

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi 14 may 2013-cü il tarixdən TÜRKAK tərəfindən TS EN ISO/IEC 17025 standardına görə akkreditə edilmişdir.

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə qulluğa qəbulla bağlı növbəti müsabiqə elan edilirƏdliyyə Nazirliyi ...
21/06/2022

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə qulluğa qəbulla bağlı növbəti müsabiqə elan edilir
Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin kadr korpusunun açıq müsabiqələr əsasında yüksək hazırlıqlı və zəruri peşə keyfiyyətlərinə malik mütəxəssislərlə komplektləşdirilməsi tədbirləri davam etdirilir

Hazırda Mərkəzin Müsabiqə Komissiyası tərəfindən aşağıdakı ixtisaslar üzrə vakant olan ştat vahidləri ilə bağlı növbəti açıq müsabiqə elan edilir.

Mərkəzdə:
- fizika;
- proseslərin avtomatlaşdırılması mühəndisliyi;
- informasiya təhlükəsizliyi;
- poliqrafiya mühəndisliyi;
- əmtəəşünaslıq, istehlak mallarının ekspertizası və marketinqi;
- inşaat mühəndisliyi.

Mərkəzin Lənkəran regional bölməsində:
- inşaat mühəndisliyi.

Mərkəzin yeni yaradılmış Sumqayıt regional bölməsində:
- kimya;
- əmtəəşünaslıq, istehlak mallarının ekspertizası və marketinqi;
- inşaat mühəndisliyi.

Göstərilən ixtisaslarlar üzrə vəzifələrdə işləmək arzusunda olan, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunun tələblərinə cavab verən, ali təhsilli, zəruri nəzəri və peşə hazırlığına malik Azərbaycan Respublikasının vətəndaşları müsabiqəyə dəvət olunurlar.

Müraciət edənlər cari ilin iyun ayının 14-dən etibarən müəyyən olunmuş ərizə formasını və digər zəruri sənədləri aşağıda göstərilən ünvanlarda təqdim edə bilərlər:

- Mərkəzin inzibati binasında.
(Bakı şəhəri, Xaqani küçəsi, 24, tel: (012) 498-09-71);
- Mərkəzin Gəncə regional bölməsində.
(Gəncə şəhəri, Kəpəz rayonu, V.Xuluflu küçəsi 11, tel: (+99455) 710-25-31);
- Mərkəzin Şəki regional bölməsində.
(Şəki şəhəri, Salman Mümtaz küçəsi 1, tel: (+99470) 229-30-29);
- Mərkəzin Şirvan regional bölməsində.
(Şirvan şəhəri, 20 yanvar küçəsi 16, tel: (02121) 5-55-91) ;
- Mərkəzin Lənkəran regional bölməsində.
(Lənkəran şəhəri, Qala Xiyabani küçəsi 13, tel: (02525) 5-01-36, (+99450) 441-41-71).

Müsahibədə iştirak etmək üçün qanunvericiliyə əsasən tələb olunan sənədlərin siyahısı və imtahana hazırlıqla bağlı “Yaddaş kitabçası” Mərkəzin internet səhifəsində (www.expert.gov.az) “İşə qəbul” bölməsində yerləşdirilmişdir, habelə bu sənədlər Mərkəzə və onun regional bölmələrinə müraciət edənlərə təqdim olunacaqdır.

Mərkəzin internet səhifəsindən, eləcə də yuxarıda göstərilən telefon nömrələrinə zəng etməklə bütün suallarla bağlı operativ informasiya almaq olar.

Ədliyyə Nazirliyinin Məhkəmə
Ekspertizası Mərkəzi

Ballistik və trasoloji ekspertizalar Məhkəmə-ballistik ekspertizası:1. Odlu silah və döyüş sursatlarının, qaz, pnevmatik...
21/11/2021

Ballistik və trasoloji ekspertizalar

Məhkəmə-ballistik ekspertizası:
1. Odlu silah və döyüş sursatlarının, qaz, pnevmatik və soyuq silahların tədqiqi
Atəşli silah və döyüş sursatının tədqiqat metodu;
2. Gilizin tədqiqat metodu;
3. Mərminın tədqiqat metodu;
4. Atəşsiz silahın (soyuq, qaz və pnevmatik silahlar) tədqiqat metodu
• atəşli (odlu), qaz, pnevmatik və soyuq silahların tədqiqi;
• silahın texnik vəziyyətinin tədqiqi;
• döyüş sursatlarının tədqiqi;
• atılan mərmi və gilizə görə silahın növünün müəyyənləşdirilməsi;
• atılan mərmi və gilizə görə silahın identifikasiyası;
5. Atəş izlərinin tədqiqat metodu
• atəş izlərinin tədqiqi;
• atəşin istiqaməti və məsafəsinin təyini;
• atəş anında silahla zərərəkmişin qarşılıqlı yerləşmə vəziyyətinin müəyyənləşdirilməsi;

Məhkəmə-trasoloji ekspertizası
İnsan izlərinin tədqiqi
1. Əl və yalın ayaq izlərinin tədqiqat metodu;
• insan izlərinin tədqiqi, o cümlədən daktiloskopik ekspertizalar;
2. Alət və vasitə izlərinin tədqiqat metodu;
Tamın hissələr üzrə identifikasiyası tədqiqat metodu;
3. Ayaq izlərinin tədqiqat metodu.
4. Seriya nişanlarının tədqiqat metodu.
• alət və vasitələrin tədqiqi;
• bağlayıcı və qoruyucu qurğuların tədqiqi;
• geyim əşyaları üzərindəki zədələrin tədqiqi;
• heyvan izlərinin tədqiqi.

Məhkəmə partlayış-texniki ekspertizası
1. Partlayıcı qurğu və maddələrin, partlayış izlərinin tədqiqat metodikası
• ştat döyüş sursatlarının tədqiqi;
• əldəqayrılma partlayıcı qurğuların tədqiqi;
• partlayıcı qurğuların elementlərinin tədqiqi;
• partlayış nəticəsində ayrılmış hissələr və qəlpələrin tədqiqi;
• partlayıcı qurğuların partlayış gücünün təyini;
• pirotexnik vasitələrin tədqiqi.

Məhkəmə-portret ekspertizası
1. Fotoşəkilə görə insanın xarici görünüşünün eyniləşdirilməsinin tədqiqat metodu

Şöbədə aparılan 2 ekspertiza növü üzrə 3 ekspert ixtisasının 9 tədqiqat metodu Türk Akreditasyon Kurumu (TÜRKAK) İdarə Heyətinin 14 may 2013-cü il tarixli qərarı ilə ISO/IEC 17025 ”Sınaq və kalibrasiya laboratoriyalarının yetərliliyi üçün ümumi şərtlər” standartı üzrə akkreditə edilmişdir.
Ballistik və trasoloji ekspertizalar şöbəsi İSO/İEC 17025 standartı üzrə akreditasiya fəaliyyəti çərçivəsində 2013-cü ildə ENFSİ üzvləri olan məhkəmə ekspertizası laboratoriyaları (Türkiyə) ilə 36 ekspertiza metodu üzrə laboratoriyalararası qarşılaşdırma testləri keçirilmiş, “Collaborative Testing Service” şırkətinin (ABŞ) 12 yetərlilik testində iştirak etmiş və bütün testlərdə cavablarımız doğrulanmışdır.

05/10/2021

Ölkə Prezidenti İlham Əliyevin 30.06.2001-ci il tarixli Fərmanı ilə bütün növ məhkəmə (qeyri-tibb) ekspertizalarının Ədliyyə Nazirliyində aparılması müəyyən olunmuşdur. Mərkəzin fəaliyyət istiqamətləri aşağıdakılardır:

1. məhkəmə ekspertizalarını keçirir və tədqiqatlar aparır;

2. elmi-tədqiqat işlərini aparır, ekspert tədqiqatının yeni metod və metodikalarını hazırlayır və təkmilləşdirir;

3. məhkəmə və hüquq mühafizə orqanlarına elmi-metodik kömək göstərir;

4. ekspert profilaktikasını həyata keçirir;

5. qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir..
ÜNVAN:Bakı ş., Xaqani küç. 24
TEL.: (+994 12) 598-53-72
FAKS: (+994 12) 493-18-52
E-POÇT: [email protected]

05/10/2021

Address

Əfzələddin Xaqani Küçəsi 24, AZ Bakı
Baku

Alerts

Be the first to know and let us send you an email when Мəhkəmə Ekspertizası Mərkəzi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Мəhkəmə Ekspertizası Mərkəzi:

Share