03/03/2026
Səlcuklu sənəti və Xaçdaşlar.
Bildiyimiz kimi Xaçdaşlar tez-tez ermənilər tərəfindən, məs ermənilərə ( xay tayfasına) məxsus nadir və dünya üzrə analoqu olmayan sənət nümunələri kimi təqdim olunur.
Lakin bu iddialar həqiqəti əks etdirirmi? Kiçik bir tədqiqat aparaq ( qonşularımızda suallar yaransa, məsələnin incəliklərinə də vara bilərik).
Beləliklə Van gölünün sahilində yerləşən və Səlcuq dövrünün orta əsr daş sənətinin ən möhtəşəm mərkəzlərindən biri Ahlat şəhəri hesab olunur.
Burada Səlcuqlu imperiyası zamanına aid nekropolda XII–XIV əsrlərdə qırmızı tuf daşından yonulmuş təxminən 8200 qəbir abidəsini günümüzədək qoruyub saxlamışdır.
Sayı, miqyası və bədii tərtibatı baxımından bu irs bölgədə bənzəri yixdur.
Ahlat stelaları formaca və məzmunca özündə kamilləşmiş monumental daşoyma ənənəsini əks etdirir: mürəkkəb həndəsi torlar, çoxbucaqlı ulduz motivləri, bir-birinə calanan nəbati ornamentlər və zəngin epiqrafik yazılarla zəngindir.
Bu bədii üslub Şərq müsəlman mədəniyyətinin estetik sistemində təşəkkül tapmış və geniş coğrafiyada yayılmışdır.
Eyni tipli erməni xaçdaşları isə xronoloji baxımdan daha sonrakı mərhələyə aid edilir. Onların kompozisiya quruluşu — mərkəzi elementli vertikal stel forması və sıx ornamentlə işlənməsi — artıq formalaşmış səlcuq daşoyma məktəbinin təsirindən sonra meydana çıxmışdır.
Xaçdaşların üzərində rast gəlinən həndəsi keçmələr və şərq mənşəli dekorativ motivlər bu bədii sistemin mənimsənildiyini və yerli mühitdə uyğunlaşdırıldığını göstərir.
Maraqlı məqamlardan biri də odur ki, Xaçdaş sənətinin inkişaf mərhələsi XVI–XVII əsrlərə — Səfəvilərin hakimiyyəti dövrünə təsadüf edir.
Xüsusilə Qərbi Azərbaycan bölgəsinin Göyçə mahalının Nərədüz kəndində yerləşən Xaçdaşları qeyd etmək olar. Sözügedən sənət əsərlərinin müəllifləri isə Kiram Kazmox, Arakel və Meliksaad kimi mahir ustalar olub ( mənşəcə xay olmayan). Onlar daş üzərində incə və zəngin ornamentli kompozisiyalar yaratmışlar.
Statistikaya isə nəzər salsaq, kəmiyyət göstəriciləri bu fərqi daha da, aydın nümayiş etdirir: Ahlat — təxminən 8200 abidə; Naxçıvan, Culfa — təxminən 2100-2700, Nərədüz — 900–1000 arası nümunə. Beləliklə, Ahlat nekropolu həm erkən tarixlənməsi, həm də miqyas etibarilə bölgədə dekorativ tədbiqi nümunələri olan qəbir stelalarının formalaşmasında əsas və müəyyənedici rol oynayıb.
P. S. Bir məqama da aydınlıq gətirim ki, heç bu Xaçdaşların indiki xay tayfasına heç bir aidiyyatı yoxdur. Bunlar yerli xristian əhaliyə məxsus olub. Daşların üzərində yazılan adlarla bağlı dəfələrlə paylaşımlar etmişəm.