Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi

Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi Azərbaycan Respublikası Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi

🇦🇿🇦🇿🇦🇿
28/05/2026

🇦🇿🇦🇿🇦🇿

28/05/2026
28/05/2026

28 May - Azərbaycanın Müstəqillik Günü

Dünya müsəlmanlarının mənəvi birlik və vəhdət rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə hər birinizi təbrik edirik...
27/05/2026

Dünya müsəlmanlarının mənəvi birlik və vəhdət rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə hər birinizi təbrik edirik.

27/05/2026

Hörmətli həmvətənlər!

Sizi və Azərbaycanın hüdudlarından kənarda yaşayan bütün soydaşlarımızı müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzularımı yetirirəm.

İslamın sonuncu səmavi din və mənəvi-əxlaqi qurtuluş yolu olaraq bəşəriyyətə göndərilməsini təcəssüm etdirən Qurban bayramı günlərində milyonlarla müsəlman Həcc ziyarətində bir araya gəlir, birlik və bərabərliyin, nəcib amallar uğrunda hər cür fədakarlığa hazır olmanın qürur və sevincini yaşayır.

Hər il ölkəmizdə ümumxalq bayramı kimi qeyd olunan Qurban mərasimləri insanlar arasında həmrəylik, humanizm və mərhəmət duyğularını daha da gücləndirir, cəmiyyətimizdə milli-mənəvi dəyərlərə bağlılığın, xeyirxah əməllərin təntənəsinə çevrilir.

Əziz bacı və qardaşlarım!

Bu mübarək günlərdə şəhidlərimizin ölməz xatirəsini bir daha minnətdarlıqla yad edir, xalqımızın və dövlətimizin əmin-amanlığı naminə etdiyiniz duaların Tanrı dərgahında qəbul olunması diləyi ilə ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi və bərəkət arzulayıram.

Qurban bayramınız mübarək olsun!

“Azərbaycanın Hidrogen üzrə Milli Strateji Baxış Sənədi”nin Tətbiq Planının hazırlanması çərçivəsində cari ilin 26 may t...
26/05/2026

“Azərbaycanın Hidrogen üzrə Milli Strateji Baxış Sənədi”nin Tətbiq Planının hazırlanması çərçivəsində cari ilin 26 may tarixində Bakı Ali Neft Məktəbində tələbələr üçün seminar keçirilib.

Tədbirin açılış mərasimində Bakı Ali Neft Məktəbi, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi, Beynəlxalq İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzi (CECECO), həmçinin “DNV Energy Systems GmbH” şirkətinin nümayəndələri açılış niqi ilə çıxış ediblər.

Bakı Ali Neft Məktəbini rektoru Elmar Qasımov seminarın əhəmiyyətini vurğulayaraq bildirib ki, bu cür seminarlar tələbələrin yeni enerji texnologiyaları ilə yaxından tanış olması, sahə üzrə mütəxəssislərlə fikir mübadiləsi aparması və gələcəyin enerji həlləri barədə biliklərini artırması baxımından vacib rol oynayır.
Rektor qeyd edib ki, Bakı Ali Neft Məktəbi enerji sahəsində müasir çağırışlara uyğun kadr hazırlığını prioritet hesab edir və tələbələrin bərpa olunan enerji, dekarbonizasiya və yaşıl texnologiyalar istiqamətində bilik və bacarıqlarının artırılması üçün mühüm addımlar atır.

Rektor həmçinin əlavə edib ki, BANM-də təhsil alan tələbələr bərpa olunan enerji və innovativ texnologiyalar sahəsində müxtəlif yerli və beynəlxalq layihələrdə, müsabiqə və yarışlarda uğurla iştirak edərək mühüm nəticələr əldə edirlər.

Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktor müavini Rəna Hümbətova çıxışında COP29 Sədrliyinin enerji təşəbbüsləri çərçivəsində hidrogen və yaşıl enerji sahəsində atılmış addımlar, Azərbaycanın Hidrogen üzrə Milli Strateji Baxış sənədi hazırlanaraq COP29 zamanı təqdim edilməsi, həmçinin Strateji Baxış sənədində hidrogen istehsalı üzrə müxtəlif ssenarilərin təqdim olunduğu haqqında məlumat vermişdir. Eyni zamanda, layihənin ikinci mərhələsi çərçivəsində Avropa Yenidənqurma və İnkişaf Bankının texniki dəstəyi ilə “DNV Energy Systems GmbH” şirkətinin məsləhətçi qismində cəlb olunması, eləcə də Tətbiqi planın həyata keçirilməsi üçün bazar idarəçiliyi, maliyyə mexanizmləri, infrastruktur tələbləri və hidrogen klasterlərinin inkişafı kimi istiqamətlərin müəyyən edildiyi vurğulanmışdır.

İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzinin (CECECO) direktoru Aysel Yaqubova çıxışında bildirdi ki, Azərbaycanın Hidrogen üzrə Milli Strateji Baxış sənədi çərçivəsində CECECO bilik mübadiləsini, regional əməkdaşlığı və təmiz enerji təşəbbüslərinin irəlilədilməsini dəstəkləyən aktor kimi tanınıb. Sənəddə, həmçinin Təmiz Enerji Mərkəzinin əməkdaşlığın gücləndirilməsində, təmiz texnologiyaların təşviq edilməsində, o cümlədən regional səviyyədə tədqiqat və araşdırmaların dəstəklənməsindəki rolu qeyd olunub. Bu xüsusda BMT-nin Sənaye İnkişafı Təşkilatı (UNIDO) tərəfindən yaradılmış Regional Dayanıqlı Enerji Mərkəzlərinin qlobal şəbəkəsinin bir hissəsi kimi, CECECO fərqli regionlardan dəyərli təcrübələri gətirmək, eləcə də Azərbaycan tərəfindən müəyyən edilmiş hədəflərə nail olunmasına töhfə vermək üçün UNIDO-nun Sənayedə Hidrogen üzrə Qlobal Proqramının təcrübələrindən faydalanmağa töhfə verməyə hazırdır.
Avropa Yenidənqurma və İnkişaf Bankının texniki dəstəyi ilə həyata keçirilən layihəyə cəlb olunmuş məsləhətçi şirkətin (DNV Energy Systems GmbH) ekspertlərinin iştirakı ilə təşkil olunmuş sessiyalar zamanı yaşıl hidrogen texnologiyaları, elektroliz qurğuları, layihələrin texniki-iqtisadi qiymətləndirilməsi, eləcə də hidrogen infrastrukturunda risklərin idarə olunması mövzularında məlumat verilib.
Seminar çərçivəsində beynəlxalq ekspertlər tərəfindən hidrogen istehsalı zənciri, qlobal dekarbonizasiya trendləri, bərpa olunan enerji resurslarının inteqrasiyası və milli hidrogen strategiyasının icra mərhələləri barədə geniş təqdimatlar edilmiş, tələbələrin sualları cavablandırılmışdır.

Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin koordinasiyası ilə təşkil olunan seminar Azərbaycanın təmiz enerji keçidi sahəsində mühüm yer tutan hidrogen iqtisadiyyatı sahəsində yerli kadr potensialının gücləndirilməsinə xidmət edir.

25/05/2026

Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev -yə müsahibəsində ölkəmizdə “yaşıl enerji” sahəsi ilə bağlı görülən işlər barədə məlumat verib.

23/05/2026
Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin Strateji təhlil və proqnozlaşdırma şöbəsi...
22/05/2026

Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin Strateji təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Rafiq Məmmədov 13-14 may tarixlərində Tailand Krallığının Banqkok şəhərində keçirilən BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının (ESCAP) Enerji Bağlantıları üzrə Ekspert İşçi Qrupunun 17-ci iclasında və Dayanıqlı İnkişaf Məqsədi 7 üzrə Ekspert İşçi Qrupunun 15-ci iclasında iştirak edib.

Rafiq Məmmədov “Azərbaycanın COP29 öhdəliyi: Yaşıl Enerji Zonaları və Dəhlizləri” mövzusunda çıxış edib. Çıxışda Azərbaycanın bərpa olunan enerji potensialı, yaşıl enerji zonaları və Avropaya yaşıl enerji ixracı üçün nəzərdə tutulan strateji dəhlizlər barədə məlumat verilib.

Qeyd edək ki, iclaslar BMT Konfrans Mərkəzində 13-14 may tarixlərində keçirilmişdir. 17-ci iclasın əsas mövzusu Enerji Sistem Bağlantıları üzrə Regional Yol Xəritəsinin yeni mərhələ hədəflərinin işlənib hazırlanması, 15-ci iclas isə hava çirklənməsi ilə Dayanıqlı İnkişaf Məqsədi 7 arasındakı əlaqələrə həsr olunmuşdur.

🔗 https://area.gov.az/az/news/991/boemda-nin-sobe-mudiri-tailandda-unescap-in-tedbirlerinde-istirak-edib

Address

Hökumət Evi, Ü. Hacibəyli 84
Baku
AZ1000

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994125259631

Alerts

Be the first to know and let us send you an email when Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi:

Share