Bakı Şəhəri Xətai Rayon İcra Hakimiyyəti

Bakı Şəhəri Xətai Rayon İcra Hakimiyyəti Xətai Rayon İcra Hakimiyyəti Respublika Prezidentinin tapşırıqlarını yerinə yetirir.

https://www.facebook.com/share/p/1JLjheCphC/
26/05/2026

https://www.facebook.com/share/p/1JLjheCphC/

Hörmətli həmvətənlər!

Sizi və Azərbaycanın hüdudlarından kənarda yaşayan bütün soydaşlarımızı müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzularımı yetirirəm.

İslamın sonuncu səmavi din və mənəvi-əxlaqi qurtuluş yolu olaraq bəşəriyyətə göndərilməsini təcəssüm etdirən Qurban bayramı günlərində milyonlarla müsəlman Həcc ziyarətində bir araya gəlir, birlik və bərabərliyin, nəcib amallar uğrunda hər cür fədakarlığa hazır olmanın qürur və sevincini yaşayır.

Hər il ölkəmizdə ümumxalq bayramı kimi qeyd olunan Qurban mərasimləri insanlar arasında həmrəylik, humanizm və mərhəmət duyğularını daha da gücləndirir, cəmiyyətimizdə milli-mənəvi dəyərlərə bağlılığın, xeyirxah əməllərin təntənəsinə çevrilir.

Əziz bacı və qardaşlarım!

Bu mübarək günlərdə şəhidlərimizin ölməz xatirəsini bir daha minnətdarlıqla yad edir, xalqımızın və dövlətimizin əmin-amanlığı naminə etdiyiniz duaların Tanrı dərgahında qəbul olunması diləyi ilə ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi və bərəkət arzulayıram.

Qurban bayramınız mübarək olsun!

Hörmətli Xətai rayon sakinləri və səhifə izləyiciləri!26 may 2026-cı il saat 18:00-da Xətai rayonu, Heydər Əliyev adına ...
26/05/2026

Hörmətli Xətai rayon sakinləri və səhifə izləyiciləri!

26 may 2026-cı il saat 18:00-da Xətai rayonu, Heydər Əliyev adına istirahət parkı amfiteatr səhnəsində “28 May – Müstəqillik Günü” və Qurban Bayramına həsr olunmuş konsert proqramı əlverişsiz hava şəraiti ilə əlaqədar ləğv olunmuşdur.

Anlayışınıza görə təşəkkür edirik.

26/05/2026
25.05.2026-cı il tarixdə 194 saylı tam orta məktəbdə keçirilən görüşdə rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, ...
26/05/2026

25.05.2026-cı il tarixdə 194 saylı tam orta məktəbdə keçirilən görüşdə rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, rayon prokuroru Sərdar İmanov, hüquq-mühafizə orqanlarının və xidmət idarələrinin rəhbər işçiləri iştirak ediblər.

İcra başçısı daha sonra çıxışında ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verib. İcra başçısı qeyd edib ki, hazırda Azərbaycan inkişafının ən möhtəşəm dövrünü yaşayır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz qazandığı Qarabağ Zəfəri ilə güclü və qüdrətli dövlət olduğunu bütün dünyaya nümayiş etdirdi. Müharibənin başa çatmasından sonra erməni işğalından azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinin aparılması qarşıda dayanan başlıca vəzifələrdəndir. Bu istiqamətdə məqsədyönlü tədbirlər həyata keçirilir. Bölgənin dirçəldilməsi ümumilikdə ölkəmizin inkişafına və insanların rifah halının daha da yaxşılaşdırılmasına öz töhfəsini verəcək. Hazırda işğaldan azad edilmiş ərazilərimizdə quruculuq işlərinin böyük sürətlə davam etdiyini deyən icra başçısı qeyd edib ki, qarşıdakı dövrdə Böyük Qayıdış Proqramının tam icra olunması, ordumuzun daha da gücləndirilməsi əsas vəzifələr sırasındadır. Prezident İlham Əliyev bu istiqamətdə uğurlu siyasət həyata keçirir. Bizim vəzifəmiz görülən işlərə, inkişaf siyasətinə dəstək olmaqdır.

Daha sonra səyyar qəbulda sakinlərin arzu və təkliflər dinlənilib, səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə həlli ilə bağlı aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Görüş sakinlər tərəfindən razılıqla qarşılanıb. Sakinlər əvvəlki qəbullar zamanı qaldırdıqları məsələlərin həlli ilə bağlı görülən işləri də yüksək qiymətləndiriblər, ölkə Prezidenti və birinci vitse-prezident Mehriban xanım Əliyevanın ünvanına minnətdarlıq dolu xoş sözlər ifadə ediblər.

24.05.2026-cı il tarixdə Xətai rayonunda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində rayon ağsaqqalları arasında nərd turn...
25/05/2026

24.05.2026-cı il tarixdə Xətai rayonunda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində rayon ağsaqqalları arasında nərd turniri təşkil olunub. Turnir Xətai rayon İcra Hakimiyyətinin, Xətai rayon Ağsaqqallar Şurasının və Bakı Şəhəri üzrə Gənclər və İdman İdarəsinin Xətai rayonu üzrə sektorunun birgə təşkilatçılığı ilə keçirilib. Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev tədbirdə iştirak ediblər.

Tədbirin əsas məqsədi ağsaqqallara göstərilən diqqət və qayğını bir daha nümayiş etdirmək, onların sosial fəallığını artırmaq, cəmiyyət həyatında iştirakını təşviq etmək və asudə vaxtlarının səmərəli təşkilinə dəstək olmaqdan ibarət olub.

Rayonun ağsaqqalları turnirdə böyük həvəslə iştirak edərək maraqlı və gərgin mübarizə aparıblar. Yarış boyunca dostluq, həmrəylik və qarşılıqlı hörmət mühiti hökm sürüb. İştirakçılar bu cür tədbirlərin onların bir araya gəlməsinə, ünsiyyət imkanlarının genişlənməsinə və fəal ictimai həyata inteqrasiyasına mühüm töhfə verdiyini bildiriblər.

Turnirin yekununda I, II və III yerləri tutan iştirakçılar kubok, medal, diplom və pul mükafatları ilə təltif olunublar. Tədbir iştirakçılar tərəfindən yüksək qiymətləndirilib və xoş təəssüratlarla yadda qalıb.

24 may 2026-cı ildə Vətən Müharibəsi şəhidi  Məmmədov Rövlan Qurban oğlunun doğum günündə məzarı rayon İcra Hakimiyyətin...
25/05/2026

24 may 2026-cı ildə Vətən Müharibəsi şəhidi Məmmədov Rövlan Qurban oğlunun doğum günündə məzarı rayon İcra Hakimiyyətinin nümayəndləri tərəfindən ziyarət olunub, xatirəsi yad edilib.

Tədbir iştirakçıları şəhidin məzarı önünə gül dəstələri düzüb, əziz xatirəsini dərin ehtiramla yad ediblər. Şəhidin ruhuna dualar oxunub.

Şəhid ailəsinin üzvləri onlara göstərilən diqqət və qayğıya görə dövlət başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

Allah bütün şəhidlərimizə rəhmət eləsin. Ruhları qarşısında baş əyirik!

Mayın 23-də Xətai rayonunda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Xətai rayon İcra Hakimiyyəti, Azərbaycan Dövlət Rə...
25/05/2026

Mayın 23-də Xətai rayonunda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Xətai rayon İcra Hakimiyyəti, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Azərbaycan Televiziya və Radio Verilişləri QSC, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Akademik Filarmoniyası, Beynəlxalq Suluboya Cəmiyyətinin Azərbaycan nümayəndəliyi və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə 28 May – Müstəqillik Gününə həsr olunmuş “Azərbaycanım” IX Beynəlxalq Uşaq və Gənclər Rəsm Festivalı keçirilib.

Xətai rayon İcra Hakimiyyətinin qarşısında təşkil olunan tədbirdə çıxış edən Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev müstəqillik tariximizin şanlı və zəfər dolu səhifələrindən geniş bəhs edib. O bildirib ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycanın müstəqilliyinin əbədiliyini və sarsılmazlığını təmin edib. Ulu Öndərin layiqli davamçısı, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad edib, ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub. Qeyd olunub ki, bu gün dünyada Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycana böyük hörmət və yüksək qiymət verilir. Tarixi Zəfərinin yaratdığı reallıqlarla Azərbaycan beynəlxalq diqqət mərkəzindədir.

Milli Məclisin deputatları Vüqar Rəhimzadə, Pərvanə Vəliyeva və YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev çıxışlarında Azərbaycanın zəngin dövlətçilik tarixindən danışıblar. Bildirilib ki, tariximizin hər bir səhifəsi xalqımız üçün əzizdir və bu günün əsas vəzifələrindən biri müasir, müstəqil və qalib Azərbaycanın hansı əsaslar üzərində qurulduğunu gənc nəsillərə çatdırmaqdır. Çıxışlarda Ümummilli Lider Heydər Əliyevin hakimiyyətinin hər iki dövrünün, eləcə də Naxçıvan mərhələsinin Azərbaycan dövlətçiliyinin qorunması və möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıdığı vurğulanıb. Qeyd edilib ki, Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdışı ölkəni parçalanma və dövlətçiliyin itirilməsi təhlükəsindən xilas edib, yeni Azərbaycanın təməlini qoyub.

Tədbirdə həmçinin vurğulanıb ki, 1993-cü ildən başlanan inkişaf yolu Azərbaycana böyük uğurlar qazandırıb. Məhz möhkəm siyasi və iqtisadi təməl üzərində ölkəmiz yeni hədəflərə doğru inamla irəliləyir. Son 20 ildən artıq dövrdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Heydər Əliyev siyasəti bütün sahələrdə uğurla davam etdirilərək Azərbaycan tarixi Zəfərə qovuşub. Bildirilib ki, müstəqilliyimizin və suverenliyimizin əbədiliyinin təmin olunması naminə dünya azərbaycanlıları azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşiblər.

Daha sonra Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov və Azərbaycan Dövlət Rəsm Qalereyasının şöbə müdiri Elçin Hüseynli festival barədə fikirlərini bölüşüblər. Çıxışlarda qeyd olunub ki, uşaqların və gənclərin rəssamlığa böyük maraq göstərməsi Azərbaycan xalqının yaradıcı ruhunu bir daha nümayiş etdirir. Bildirilib ki, gənc rəssamlar öz əsərləri və rənglərin dili ilə Azərbaycanın həqiqətlərini dünyaya çatdırmağa xüsusi həvəs göstərirlər.

Tədbir musiqi nömrələri ilə davam edib. Müsabiqə iştirakçıları hər yaş qrupu üzrə ayrıca olaraq diplom, yerlərə görə hədiyyələrlə mükafatlandırılıblar.

Address

Xocalı Prospekti 41
Baku

Opening Hours

Monday 09:00 - 06:00
Tuesday 09:00 - 06:00
Wednesday 09:00 - 06:00
Thursday 09:00 - 06:00
Friday 09:00 - 06:00

Telephone

+994124900808

Alerts

Be the first to know and let us send you an email when Bakı Şəhəri Xətai Rayon İcra Hakimiyyəti posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Bakı Şəhəri Xətai Rayon İcra Hakimiyyəti:

Share