Xəzər Müdafiə Tədqiqatları Mərkəzi - Caspian Defense Research Center

  • Home
  • Azerbaijan
  • Baku
  • Xəzər Müdafiə Tədqiqatları Mərkəzi - Caspian Defense Research Center

Xəzər Müdafiə Tədqiqatları Mərkəzi - Caspian Defense Research Center Hərbi-siyasi və hərbi-sənaye sahəsində informasiya tədqiqatları və araşdırmalarının aparılması.

Bu suala da ruslar cavab versin...Ermənistanın yeni müttəfiqləri olan Avropa ölkələri üzərindən Ukraynaya silah və digər...
17/08/2024

Bu suala da ruslar cavab versin...

Ermənistanın yeni müttəfiqləri olan Avropa ölkələri üzərindən Ukraynaya silah və digər hərbi texnikalar satması haqda xəbər inandırıcı informasiyadır. Çünki artıq 2 ilə yaxındır ki, Ermənistan SSRİ dövründən və Rusiyadan 1990-ci, o cümlədən 2000-ci illərin əvvəllərində aldığı silah və sursatları xarici ölkələrə satmaqla məşğuldur. Buna bənzər məlumatlar müxtəlif vaxtlarda mənə də deyilib. Lakin konkret hansı məhsulların ixrac olduğu bəlli olmayıb. Təbii ki, burada əsas məqsədlərdən biri ordunun silah arsenalının yenilənməsidir. Həmçinin, Ermənistan büdcəsinə maliyyə vəsaitlərinin daxil olmasıdır.

Ukraynaya isə silah və sursatlar lazımdır. Qərb vasitəsilə Ukraynanın amerikameyilli hakimiyyəti ilə də müttəfiq sayılan Ermənistan üçün Kiyevə dəstək yeni komandada özünü təsdiq kimi də qeyd oluna bilər. Bununla Ermənistan ABŞ-ın səmimi müttəfiqi olduğunu açıq şəkildə ortaya qoymuş oldu.

Hələ ki, 2 məhsul haqda məlumat yayılıb. Şübhəsiz, bu ixrac əməliyyatı 2 məhsulla bitməyib. Siyahıda başqa məhsulların da olması ehtimal oluna bilər.

Ermənistan inanır ki, Ukraynaya "ötürdüyü" raketlərin yerini ABŞ və Fransa istehsalı olan daha müasir texnologiyalar tutacaq.
Deyir, "Sən saydığını say, gör fələk nə sayır". Yəni Rusiya nə sayır.
Bir sözlə, ən yaxşı halda Ermənistanı Bolqarıstanın taleyi də gözləyə bilər. Bolqar ordusu 10 ildən artıqdır xaricə dəyər-dəyməzə satdığı MiQ və Su markalı döyüş təyyarələrinin əvəzi kimi ABŞ istehsalı olan F-16 təyyarələrini gözləyir. Lakin ABŞ Bolqarıstana bu sevinci hələ yaşatmayıb.

Görəsən, Ermənistan Qərbə həm də yarınmaq üçün boşaltdığı anbarları strateji silahlarla doldura biləcəkmi? Bu suala da ruslar cavab versin...

Xəbərlə tanış olmaq istəyənlər şərh bölməsinə baxsınlar:

30/07/2024

Rusiya Hərbi Dəniz Qüvvələri (HDQ) Qara dəniz istisna olmaqla, bütün donanmaların genişmiqyaslı təlimlərinə başlayıb. Alp.az-ın xəbərinə görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti…

29/07/2024

Hidayət Heydərov döyüşdü və Olimpiya çempionu oldu.

Bu gərgin həyatda Hidayətin cüdo yarışlarında Olimpiya çempionu olması mənim üçün çox sevincli xəbərdir.
Böyük ehtimalla, Hidayət mənim bu yazdığımı oxumayacaq. Lakin qiyabi də olsa, cüdoçumuzu, onun dəyərli ailəsini, yaxınlarını, ən əsası onunla birlikdə illərlə döyüşən məşqçilərini təbrik edirəm. Bununla yanaşı, idmansevərlər, Azərbaycanı bütün kənar ideologiyalardan üstün tutan hər kəs təbrikimi qəbul etsin.
Biz tək-tək də güclüyük, üzərimizə sürü ilə gəlsələr belə...

16/07/2024

Azərbaycanın hərbi sənayesi: Dünya silah sektorunda yeni oyunçunun formalaşması...

I Yazı

Son bir neçə onillikdə dünyada baş verən dəyişikliklər – böyük dövlətlər arasındakı qarşıdurmalar müdafiə sənayesinə də təsirsiz ötüşməyib. Bu dəyişikliklər ənənəvi müdafiə sənayesi sektoru üçün müəyyən maneələrlə yanaşı, yeni imkanların ortaya çıxmasına səbəb olub. Yaranmış imkanlar isə müdafiə sektorunda yeni oyunçuları formalaşdırıb. Oyunun qaydalarını bilənlər isə bu sektorda – bazarda özlərini müəyyən pay sahibi etməyi bacarıblar. Lakin silah sənayesi – bazarında olan qaydalar o qədər sərt və amansızdır ki, kiçik bir səhv nəinki ölkənin müdafiə sənayesini, o cümlədən buna sahib olan dövlətin imicinə də mənfi təsir göstərmiş olur. Yəni tələb-təklif məsələlərində diqqətli olmaq, tez-tez dəyişən beynəlxalq siyasi münasibətləri nəzərə almaq lazımdır. Söhbət, müdafiə sənayesini stimullaşdıran silah ticarətindən gedir...

Azərbaycanı da bu sektorda yeni oyunçu hesab etmək olar.
2005-ci ildə Müdafiə Sənayesi Nazirliyini yaratmaqla dünya hərbi sənayesi sektorunda iddiasını ortaya qoyan Azərbaycan, mürəkkəb regionda çətin şərtlər altında işləmək məcburiyyətində qaldı. İlk növbədə isə Azərbaycan dünyada mövcud olan iki standartdan birini seçməli, inkişaf etdirməli və həmçinin, ortaya çıxan tələblərə uyğun olaraq istehsalı genişləndirməli idi.

İzah üçün qeyd edim ki, dünyada orduların silah arsenalı üçün 2 standart mövcuddur və bu standart ilk növbədə hərbi sənayedən başlayır. Yəni bəzilərinin söylədiyi kimi sıra hazırlığından, geyimdən, qoşun strukturundan deyil, məhz hərbi məhsulların texniki xarakteriskası ilə bağlıdır. Daha detallı desək, standart mərminin (patron) çapı – kalibiri ilə bağlıdır ki, bunu da atıcı silah arsenalına baxdıqda bilmək olar. Məlumat üçün deyim ki, bu, SSRİ (rus) və ABŞ standartlarıdır. Sovet standartında patronun çapı, məsələn, 9x18 mm, 7,62x39 mm, 7,62x54 mm-dirsə, digər – ABŞ standartında isə 9x19 mm, 5,56x45 mm, 7,62x51 mm-dir. Bu siyahını silah və sursat çapına uyğun olaraq daha da uzatmaq olar.

Məhz Azərbaycanın müstəqillik qazandıqdan 14 il sonra formalaşdırmaq istədiyi yerli hərbi sənaye sektoru bu dilemma qarşısında qalmışdır. Bu dilemmadan çıxış yolu isə asan olmasa da, uğurlu oldu. Azərbaycan dövləti, peşəkar mütəxəssislərimiz illərlə formalaşmış təcrübədən irəli gələrək, mövcud olanın yaradılması və inkişaf etdirilməsi üzərində istehsal xəttini formalaşdırmağa başladılar. Həmin düzgün qərar illər sonra öz bəhrəsini verdi. Bu barədə isə daha sonra mərhələli şəkildə yazacağam.

2005-ci ildə verilən qərar Azərbaycanda hələ SSRİ dövründə yaradılmış hərbi və ikili təyinatlı müəssisələrin bir mərkəzdə cəmləşdirilməsi və bu zavodların yenilənməsinə gətirib çıxartdı. Zavod və konstruktor büroları fəaliyyət istiqamətinə uyğun olaraq istehsalat birliklərində cəm olundu. Bu istehsal birlikləri birbaşa yaradılma və istehsala təkan verdi. Mərkəzi administrativ qurum isə Müdafiə Sənayesi Nazirliyi oldu. Daha dəqiqi bu istehsalat birlikləri bütövlükdə Müdafiə Sənayesi Nazirliyini təşkil etdi. Bu struktur forması problemlərin sürətli həlli üçün uğurlu hesab oluna bilər. Yəni zavodlar hər bir sualla bağlı ayrı-ayrılıqda Nazirlik rəhbərliyi səviyyəsində məsələləri qaldırmır, nəticədə daxili imkanlar stimullaşdırılır. Paralel olaraq isə kadr potensialının formalaşdırılması istiqamətində də addımlar atılmağa başlanıldı. Bu məsələdə Sovet dövründə formalaşmış mütəxəsislərin bacarığı ilə yanaşı, yeni nəslin yetişdirilməsinə də start verildi. Azərbaycan müdafiə sənayesi sektoru bir neçə ildə sonra bunun müsbət təsirini gördü.

İndi isə keçək yuxarıda toxunduğum standart məsələsinə...
Əlbəttə ki, indi olduğu kimi o zamanda da fundamental və reallığı əsas gətirmədən irəli sürülən müxtəlif təkliflər var idi. Lakin Azərbaycan dövlətinin rəhbərliyi və müdafiə sənayesinə məsul olan şəxslər ordunun təlabatı, mövcud reallıqlar və daxili potensialımızı əsas gətirərək, SSRİ dövrü formalaşmış standartın üzərində dayanmağa üstünlük verdilər. Əlbəttə, sonrakı dövürdə rəqəmsal nəzəri texnologiyalar əsasında məhsulların yaradılması prosesində Qərb texnologiyasından da istifadə edildi. Amma baza istehsal xətti, yəni silah və sursatların yaradılmasında yuxarıda qeyd etdiyim çap sırasında istehsal formalaşdırıldı. Bu prosesdə meydana çıxan asan və çətin mərhələlər haqda detallı yazmaq niyyətim olmasa da, mövcud hərbi-siyasi qarşıdurmalarda dövlətin düzgün siyasət nümayiş etdirdiyi artıq bəllidir.

O zaman verilən qərar sayəsində Azərbaycan bu gün dünyanın mühüm müdafiə sənayesi sektoruna malik və inkişaf etməkdə olan istehsal xəttinə sahib olub. Ən əsası isə 1991-ci ildən başlayaraq, hələ də ölkəmizə məhdudiyyətlər tətbiq edən Qərb dövlətlərinin təsir dairəsinə özünü salmayıb. Həmçinin, silahlanmada maraqlı olan ölkələrin orduları üçün cəzbedici müdafiə sənayesi formalaşdıra bilib.
Bu doğru siyasət həm də qısa müddət sonra Azərbaycan əsgərini öz milli silahı ilə təmin olunmasına gətirib çıxardıb.

Ardı var...

Xəzər Müdafiə Tədqiqatları Mərkəzinin rəhbəri, hərbi şərhçi
Ramil Məmmədli

05/07/2024

Azərbaycanda strateji məhsulların xammal mərhələsində istehsalı stimullaşdırılmalıdır". Bunu Alp.az-a Xəzər Müdafiə Tədqiqatları Mərkəzinin rəhbəri, hərbi şərhçi Ramil Məmmədli deyib. O bildirib ki…

13/08/2023

Xəzər Müdafiə Tədqiqatları MərkəziXəzər Müdafiə Tədqiqatları Mərkəzi, dünyada hərbi-siyasi vəziyyəti, hərbi-iqtisadi potensialı, habelə dünya müdafiə-sənaye ...

06/07/2023

'Azərbaycan Ordusu Qarabağda erməni separatçılarına qarşı 'Halqa əməliyyatı'nı həyata keçirməyə tam hazırdır'. Bu fikirləri Demokrat.az-a açıqlamasında tanınmış

18/05/2023

Belarus Dövlət Müdafiə Sənaye Komitəsi Rusiyaya hərbi texnikanın tədarükünü artırdığını açıqlayıb. Alp.az-ın məlumatına görə, bunu Belarus Dövlət Müdafiə Sənaye Komitəsinin sədri Dmitri Pantus Minskdə…

13/05/2023

Ukrainian conflict discloses the potential of the Azerbaijani Army because the Azerbaijani Army owns most of the same weapons or much better alternatives that are used in this war. Especially recent happenings have excited Azerbaijani society much better.

03/05/2023

Rusiya İrəvanın Hindistandan aldığı hərbi texnikanın İran vasitəsilə Ermənistana gətirilməsinə mane olur. Bu barədə Ermənistan parlamentinin keçmiş deputatı Hayane Abramyan məlumat yayıb.

01/05/2023

İstanbulda keçirilən “TEKNOFEST” aerokosmik və texnologiya festivalı burada iştirak edən şirkətlərin yeni məhsullarını, ixtiralarını təqdim etmələri Türkiyənin müdafiə sənaye kompleksində yeni cığır açıb. Məhz bu “TEKNOFEST” qarşıdan gələn illərdə Türkiy....

"Ümumiyyətlə, baş verənlərə belə qiymət vermək lazımdır - Ermənistan açıq müharibədə məğlub olub, lakin mina savaşını da...
23/04/2023

"Ümumiyyətlə, baş verənlərə belə qiymət vermək lazımdır - Ermənistan açıq müharibədə məğlub olub, lakin mina savaşını davam etdirir. Çünki baş vermiş hadisədə düşmən ölkənin ordusu, erməni hərbi birləşmələri və separatçıları bu hadisəni əməliyyat olaraq hazırlayıblar. Həm əraziyə tank əleyhinə mina basdırıblar, onların köməyinə gələnlərin qarşısını almaq üçün və öldürmək üçün piyada əleyhinə mina yerləşdiriblər. Ermənilər indi də hərbiçilərimizin istifadə etdiyi yollarda, əsasən təminat yollarında mina basdırıblar"

Ermənistanın Azərbaycana qarşı başlıca əsas xətti hərbi cinayətləri davam etdirməkdir. 44 günlük Vətən müharibəsindən sonra ermənilərin basdırdığı minalarla bağlı yaranan problem bizə bunu deməyə əsas verir. Ötən iki ildən çox müddətdə məlum olur ki, Ermənist...

Address

Baku

Website

Alerts

Be the first to know and let us send you an email when Xəzər Müdafiə Tədqiqatları Mərkəzi - Caspian Defense Research Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share