Gənclərin İnkişaf və Karyera Mərkəzi

Gənclərin İnkişaf və Karyera Mərkəzi şəxsi inkişaf və karyera platforması

Daha ətraflı ⬇️
linktr.ee/gikm.az

Gənclərin karyera inkişafına dəstək məqsədilə “CV Yazılışı Günləri” davam edir! 💼Vörkşop çərçivəsində iştirakçılar:
✅ Öz...
29/05/2026

Gənclərin karyera inkişafına dəstək məqsədilə “CV Yazılışı Günləri” davam edir! 💼

Vörkşop çərçivəsində iştirakçılar:
✅ Öz CV-lərini sıfırdan hazırlamaq;
✅ Mövcud CV-lərini təkmilləşdirmək;
✅ Vakansiyalara uyğun şəkildə təqdim etmək bacarıqları qazanıblar.

📌Qeyd edək ki, “CV Yazılışı Günləri” mütəmadi olaraq keçiriləcək.

GİKM-in regional nümayəndəlik və bölmələrində 28 May - Müstəqillik Günü münasibətilə bir sıra tədbirlər keçirilib.
28/05/2026

GİKM-in regional nümayəndəlik və bölmələrində 28 May - Müstəqillik Günü münasibətilə bir sıra tədbirlər keçirilib.

Yaşasın müstəqil, qüdrətli, suveren Azərbaycan! 🇦🇿
28/05/2026

Yaşasın müstəqil, qüdrətli, suveren Azərbaycan! 🇦🇿

Birlik, paylaşma və yardımsevərlik ruhunu yaşadan Qurban bayramınız mübarək!
27/05/2026

Birlik, paylaşma və yardımsevərlik ruhunu yaşadan Qurban bayramınız mübarək!

🚀 Gələcəyin texnologiyalarını və süni intellekt dünyasının yeniliklərini kəşf etməyə hazırsınız?İnnovasiya və texnologiy...
26/05/2026

🚀 Gələcəyin texnologiyalarını və süni intellekt dünyasının yeniliklərini kəşf etməyə hazırsınız?

İnnovasiya və texnologiya sahəsinə maraq göstərən hər bir gənci Gənclərin Süni İntellekt Forumunda gözləyirik!🤩

Forum çərçivəsində iştirakçılar:
🔹 Süni intellekt sahəsində son yeniliklərlə tanış olacaq;
🔹 Süni intellekt texnologiyalarının iş dünyasına təsirini öyrənəcək;
🔹 Sahənin mütəxəssisləri ilə fikir mübadiləsi aparacaq;
🔹 Gələcəyin peşələri və rəqəmsal bacarıqları barədə faydalı biliklər qazanacaqlar.

⏰9 iyun 14:00
📍Bakı Konqres Mərkəzi

Qeydiyyat üçün link: https://forms.gle/M1LJdoVv4bo2CfW2A

İş axtarışında doğru və effektiv addımları öyrənmək istəyən   “İş axtarışı üsulları” mövzusunda təlim uğurla baş tutub! ...
24/05/2026

İş axtarışında doğru və effektiv addımları öyrənmək istəyən “İş axtarışı üsulları” mövzusunda təlim uğurla baş tutub! 💼

Gənclərin Karyera İnkişaf Platforması çərçivəsində keçirilən təlimdə iştirakçılar iş axtarışı strategiyaları, vakansiyaların düzgün təhlili, müxtəlif iş platformalarından səmərəli istifadə və işə qəbul prosesində diqqət edilməli məqamlar barədə məlumat əldə ediblər.

Təlim Dövlət Məşğulluq Agentliyinin baş mütəxəssisi Nərgiz Şirinova tərəfindən keçirilib.

“Gənclər üçün HR Akademiyası” proqramına qoşularaq insan resursları sahəsində praktik və peşəkar biliklər əldə et!🎓 12 d...
22/05/2026

“Gənclər üçün HR Akademiyası” proqramına qoşularaq insan resursları sahəsində praktik və peşəkar biliklər əldə et!

🎓 12 dərslik və 3 praktiki modulluq proqramın sonunda beynəlxalq sertifikat təqdim olunacaq.

Proqram çərçivəsində:
🔹Əmək qanunvericiliyi və namizəd seçimi;
🔹Performans idarəetməsi və HR proqramları;
🔹Sənədləşmə və kadr kargüzarlığı kimi sahələri öyrənəcəksən.

🔗Qeydiyyat üçün link: https://forms.gle/tuKhNB4p4JtTHRM59
📅 Son qeydiyyat tarixi: 30 may

HR sahəsində karyerana güclü başlanğıc et və gələcəyin peşəkarı ol!

Azərbaycan Respublikasının Gənclər Fondu gənclər və gənclər təşkilatları üçün inkişaf, innovasiya və sosial təşəbbüslər ...
22/05/2026

Azərbaycan Respublikasının Gənclər Fondu gənclər və gənclər təşkilatları üçün inkişaf, innovasiya və sosial təşəbbüslər üzrə qrant müsabiqəsi elan edir!

🎯Müsabiqənin məqsədi dövlət gənclər siyasətinin prioritetlərinə uyğun olaraq gənclərin və gənclər təşkilatlarının potensialının inkişaf etdirilməsi, onların sosial, iqtisadi, mədəni və ictimai həyatda fəal iştirakının təşviqi, innovativ və ictimai faydalı təşəbbüslərinin dəstəklənməsi, həmçinin milli-mənəvi dəyərlərə sadiq, yaradıcı, vətənpərvər və sosial məsuliyyətli gənclərin formalaşmasına töhfə verməkdir.

Müsabiqə aşağıdakı istiqamətləri əhatə edir:
🔹Milli kimlik, vətənpərvərlik və dəyər əsaslı inkişaf;
🔹️Gənclərin inkişafı və insan kapitalının gücləndirilməsi;
🔹️Sosial inklüzivlik və bərabər imkanların təşviqi;
🔹️Rəqəmsal gələcək, innovasiya və süni intellekt;
🔹️Yaradıcı sənaye və mədəni innovasiyalar;
🔹️Regionlarda gənclərin iştirakçılığı və ictimai fəallıq;
🔹️Dayanıqlı inkişaf və gənclərin ekoloji məsuliyyəti.

Qrantların maksimum məbləğləri:
👤 Gənclərin (fiziki şəxslərin) fərdi layihələri üzrə – 5 000 AZN;
👥 Gənclər təşkilatlarının yerli layihələri üzrə – 10 000 AZN;
🌍 Gənclər təşkilatlarının beynəlxalq layihələri üzrə – 15 000 AZN.

Müsabiqənin müddəti:
• Başlanma tarixi: 22 may 2026-cı il
• Son müraciət tarixi: 22 iyun 2026-cı il saat 18:00

📌Qrant müsabiqəsi haqqında ətraflı məlumat: https://youthfoundation.az/192976/

📢 Gənclərin İnkişaf və Karyera Mərkəzi   keçirilən karyera sərgilərində təmsil olunub.✨ Bakı Dövlət Universiteti və Azər...
20/05/2026

📢 Gənclərin İnkişaf və Karyera Mərkəzi keçirilən karyera sərgilərində təmsil olunub.

✨ Bakı Dövlət Universiteti və Azərbaycan İdman Akademiyasında keçirilən sərgilər zamanı tələbə və məzunlara GİKM-in fəaliyyət istiqamətləri, proqram və imkanları haqqında məlumat verilib.

🎯 “Youth Start” şəxsi inkişaf proqramı çərçivəsində “Layihə idarəetməsində peşəkar yanaşmalar və real təcrübələr” mövzus...
19/05/2026

🎯 “Youth Start” şəxsi inkişaf proqramı çərçivəsində “Layihə idarəetməsində peşəkar yanaşmalar və real təcrübələr” mövzusunda təlim keçiriləcək.

Təlim zamanı iştirakçılara:

🔹 Layihələrin planlaşdırılması və düzgün idarə olunması prinsipləri;
🔹 Layihə idarəetməsində real təcrübələr və praktik yanaşmalar;
🔹 Layihə idarəetməsində qarşılaşılan çətinliklər və həll yolları barədə məlumat veriləcək.

Təlim “Azərpoçt” MMC-nin Layihə və proseslərin idarə olunması departamentinin Direktoru İlkin Haxverdiyev, “SOCAR-KBR” MMC-nin Layihəyə nəzarət meneceri Kamran Cəbrayılov tərəfindən keçiriləcək.

📅 Tarix: 22 may 19:00
📍 Məkan: Gənclər Təşkilatlarının Resurs Mərkəzi

➡️Qeydiyyat üçün link: https://forms.gle/KyGrccffnP1NCFop8

📌 Təlimin sonunda iştirakçılara onlayn sertifikat təqdim olunacaq.

18 May -  Beynəlxalq Muzeylər Günü münasibətilə GİKM-in regional nümayəndəlik və bölmələrində muzeylərə ekskursiyalar tə...
18/05/2026

18 May - Beynəlxalq Muzeylər Günü münasibətilə GİKM-in regional nümayəndəlik və bölmələrində muzeylərə ekskursiyalar təşkil olunub.

Address

Cəfər Cabbarlı Küç. , 609, Globus Center
Baku
AZ

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994125975630

Alerts

Be the first to know and let us send you an email when Gənclərin İnkişaf və Karyera Mərkəzi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Gənclərin İnkişaf və Karyera Mərkəzi:

Share