Nərimanov Rayon İcra Hakimiyyəti

Nərimanov Rayon İcra Hakimiyyəti Ünvan: Nərimanov rayonu, Ş.İ.Xətai prospekti 9
Tel/Fax: (+99412) 496-08-14, (+99412) 496-96-69

27/05/2026

28 May - Azərbaycanın Müstəqillik Günü

26/05/2026

Hörmətli həmvətənlər!

Sizi və Azərbaycanın hüdudlarından kənarda yaşayan bütün soydaşlarımızı müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzularımı yetirirəm.

İslamın sonuncu səmavi din və mənəvi-əxlaqi qurtuluş yolu olaraq bəşəriyyətə göndərilməsini təcəssüm etdirən Qurban bayramı günlərində milyonlarla müsəlman Həcc ziyarətində bir araya gəlir, birlik və bərabərliyin, nəcib amallar uğrunda hər cür fədakarlığa hazır olmanın qürur və sevincini yaşayır.

Hər il ölkəmizdə ümumxalq bayramı kimi qeyd olunan Qurban mərasimləri insanlar arasında həmrəylik, humanizm və mərhəmət duyğularını daha da gücləndirir, cəmiyyətimizdə milli-mənəvi dəyərlərə bağlılığın, xeyirxah əməllərin təntənəsinə çevrilir.

Əziz bacı və qardaşlarım!

Bu mübarək günlərdə şəhidlərimizin ölməz xatirəsini bir daha minnətdarlıqla yad edir, xalqımızın və dövlətimizin əmin-amanlığı naminə etdiyiniz duaların Tanrı dərgahında qəbul olunması diləyi ilə ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi və bərəkət arzulayıram.

Qurban bayramınız mübarək olsun!

25 yaşı tamam olan Vətən Müharibəsi şəhidi Əli İbrahim oğlu Qasımovun ailəsi ziyarət olunub.Nərimanov Rayon İcra Hakimiy...
21/05/2026

25 yaşı tamam olan Vətən Müharibəsi şəhidi Əli İbrahim oğlu Qasımovun ailəsi ziyarət olunub.

Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev, Nərimanov Bələdiyyəsinin sədri Təmraz Tağıyev və İcra Hakimiyyətinin məsul şəxsləri şəhidimiz Əli Qasımovun ailəsini ziyarət etmiş, onun əziz xatirəsini hörmət və ehtiramla yad etmişlər.
Qəlbi daima Vətən eşqi ilə döyünən qəhrəman şəhidimiz Qasımov Əli İbrahim oğlu Tərtər rayonunun Talış kəndi uğrunda gedən döyüşlərdə cəsarətlə vuruşmuş və Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. O, ölümündən sonra “Suqovuşanın azad olunmasına görə”, “İgidliyə görə” və “Vətən uğrunda” medalları ilə təltif edilmişdir.
Nərimanov RİH başçısı Elgin Həbibullayev şəhidin ailə üzvlərinə başsağlığı verərək, Azərbaycanın ərazi bütövlüyü uğrunda əzizlərini itirən şəhid ailələrinə öz ehtiramını bildirərək, dövlətimizin şəhid ailələrinə və qazilərə diqqət və qayğısının birbaşa ölkə rəhbərliyinin nəzarətində olduğunu diqqətə çatdırıb.
Şəhid Əli Qasımovun ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildirmişlər.

http://narimanov-ih.gov.az/az/news/25-yasi-tamam-olan-veten-muharibesi-sehidi-eli-ibrahim-oglu-qasimovun-ailesi-ziyaret-olunub200526.html

Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev Albaniyanın Himara şəhər bələdiyyyəsinin sədri Vangel Tav...
19/05/2026

Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev Albaniyanın Himara şəhər bələdiyyyəsinin sədri Vangel Tavo ilə görüşüb.

Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev mayın 18-də Albaniya Respublikasının Himara şəhər rəhbərliyinin nümayəndə heyəti ilə görüşüb.
Görüşdə Albaniyanın Himara şəhər bələdiyyəsinin sədri Vangel Tavo və şəhər rəhbərliyinin digər üzvləri iştirak ediblər. İcra başçısı Vangel Tavoya Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında iştirak etdiyinə görə minnətdarlığını bildirərək, bu gün ölkələrimiz arasında sıx əməkdaşlıq münasibətlərinin yüksək səviyyədə olmasının hər iki dövlətin rəhbərlərinin fəaliyyətinin nəticəsi olduğunu qeyd edib. Bakı haqqında məlumat verən Elgin Həbibullayev bildirdi ki, cənab İlham Əliyevin siyasəti nəticəsində bu gün Bakı şəhəri keyfiyyətcə yeni səviyyəyə yüksəlib və bu prosses uğurla davam edir.
Qonaqlar Ümümdünya Şəhərsalma Forumunun yüksək şəkildə təşkil olunduğunu vurğulayaraq, Bakının müasir şəhərsalmaya yanaşması, təmizliyi, dinamik inkişafı və qonaqpərvərliyi ilə onda dərin və xoş təəssürat yaratdığını bildiriblər.
Görüş zamanı tərəflər əməkdaşlıq imkanları, yerli idarəetmə sahəsində təcrübə mübadiləsi, turizm potensialının təşviqi və mədəni-humanitar əlaqələrin inkişafı məsələləri ətrafında fikir mübadiləsi apararaq, qarşılıqlı münasibətlərin gələcəkdə daha da genişləndirilməsinin əhəmiyyətini vurğulayıblar.

http://narimanov-ih.gov.az/az/news/nerimanov-rayon-icra-hakimiyyetinin-bascisi-elgin-hebibullayev-albaniyanin-himara-seher-belediyyyesinin-sedri-vangel-tavo-ile-gorusub.html

Nərimanov rayonunda səyyar qəbullar davam edir.Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev 193 saylı ...
19/05/2026

Nərimanov rayonunda səyyar qəbullar davam edir.

Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev 193 saylı tam orta məktəbdə sakinlərlə səyyar görüş-qəbulu keçirmişdir. Görüşdə RİHBA-nın məsul şəxsləri, ərazi icra nümayəndələri, bələdiyyə, həçminin rayonun idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri və sakinlər iştirak etmişlər.
Görüşdə sakinlər fərdi qaydada dinlənilmişdir. Sakinlər abadlıq işlərinin aparılması, su və kanalizasiya xətlərinin yenilənməsi, qurumuş ağacların budanması və digər sosial problemlərlə bağlı müraciət etmişlər. RİH başçısı sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə bağlı əlaqədar qurum və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar vermiş və onların həlli nəzarətə götürülmüşdür.
Sakinlər rayon ərazisində vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə Ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.

http://narimanov-ih.gov.az/az/news/nerimanov-rayonunda-seyyar-qebullar-davam-edir180526.html

Nərimanov rayonunda “15 May – Beynəlxalq Ailə Günü” qeyd olunub.Nərimanov rayonunda “15 may – Beynəlxalq Ailə Günü” ərəf...
19/05/2026

Nərimanov rayonunda “15 May – Beynəlxalq Ailə Günü” qeyd olunub.

Nərimanov rayonunda “15 may – Beynəlxalq Ailə Günü” ərəfəsində ailə dəyərlərinin təbliği və cəmiyyətin diqqətinin ailə institutunun möhkəmləndirilməsinə yönəldilməsi məqsədilə tədbir keçirilmişdir. Tədbirdə ağsaqqallar, gənc ailələr və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini – Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri İradə Muradova bildirib ki, ailə cəmiyyətin əsas sütunlarından biri olmaqla, milli-mənəvi dəyərlərin qorunmasında və gələcək nəslin sağlam mühitdə formalaşmasında mühüm rol oynayır. Eyni zamanda vurğulayıb ki, ailədaxili münasibətlərdə qarşılıqlı hörmət, sevgi və məsuliyyət hissinin aşılanması uşaqların düzgün tərbiyə olunmasına, onların vətənpərvər və milli dəyərlərə bağlı şəxsiyyət kimi formalaşmasına müsbət təsir göstərir.
Tədbir Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin müdir müavini Kamila Əliyeva, Nərimanov Rayon Ağsaqqallar Şurasının sədri Arif Hümbətov və digər natiqlərin maraqlı çıxışları ilə davam etmişdir.


Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi

http://narimanov-ih.gov.az/az/news/nerimanov-rayonunda-15-may-beynelxalq-aile-gunu-qeyd-olunub150526.html

Nərimanov rayonunda sakinlərlə səyyar görüş keçirilib.Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətənda...
14/05/2026

Nərimanov rayonunda sakinlərlə səyyar görüş keçirilib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaş məmnunluğunun artırılması ilə əlaqədar tapşırıq və tövsiyələrinə uyğun olaraq Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev 207 saylı tam orta məktəbdə sakinlərlə səyyar görüş keçirib. Görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, rayon bələdiyyəsinin sədri, RİHBA-nın məsul əməkdaşları və ərazi icra nümayəndələri iştirak ediblər.
Görüşdə çıxış edən İcra hakimiyyətinin başçısı Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən müdrik siyasətin nəticəsində əldə olunan uğurlardan söz açıb.
Daha sonra görüşdə sakinlər tərəfindən qaldırılan, onları narahat edən müxtəlif məsələlər dinlənilmiş qaldırılan məsələlərin tez bir zamanda həll olunması üçün aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.
Vətəndaşlar rayon ərazisində vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildirmişlər.

http://narimanov-ih.gov.az/az/news/nerimanov-rayonunda-sakinlerle-seyyar-gorus-kecirilib130526.html

10/05/2026
10/05/2026

Ümummilli Lider Heydər Əliyev bugünkü Azərbaycanı görsəydi, şad olardı. Əminəm ki, Onun ruhu şaddır, çünki bugünkü Azərbaycan Onun əsəridir.

Nərimanov rayonunda Ulu Öndər Heydər Əliyevə həsr olunmuş tədbir keçirilib.Nərimanov rayonunda Ulu Öndər Heydər Əliyevin...
09/05/2026

Nərimanov rayonunda Ulu Öndər Heydər Əliyevə həsr olunmuş tədbir keçirilib.

Nərimanov rayonunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə tədbir keçirilib.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin və Vətənimizin bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
Tədbiri giriş sözü ilə açan Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev bildirib ki, Ulu öndər Heydər Əliyevin siyasi irsi əslində dövlətçilik tarixidir, çünki o, iki ayrı dövrdə respublikamıza uğurla rəhbərlik edib, milli tərəqqini – iqtisadi inkişafı, mədəni intibahı və siyasi yüksəlişi təmin etməyə müvəffəq olub. E.Həbibullayev vurğulayıb ki, Ümummilli Liderin gördüyü işlər Azərbaycanın siyasi simasını, milli obrazını formalaşdırıb. Bu gün haqlı olaraq qeyd edirik ki, Azərbaycan xalqı öz müstəqil, nüfuzlu və qüdrətli dövləti ilə qürur duyur – fəxr edir. İcra başçısı qeyd etdi ki, müasir müstəqil Azərbaycan dövləti ümummilli lider Heydər Əliyevin şah əsəridir və bugünkü qüdrətli Azərbaycanın lideri, Müzəffər Ali Baş Komandanı İlham Əliyev məhz Ulu öndər yolunu davam etdirərək qalib sərkərdə kimi öz adını qızıl hərflərlə tarixə yazdırdı, xalqımızın Qarabağ arzusunu yerinə yetirdi.
Tədbir Millət vəkilləri Rasim Musabəyov, Samir Vəliyev, Respublikanın əməkdar elm və dövlət xadimi, 91-lərin üzvü Sudeyf İmamverdiyev, Nərimanov rayon Bələdiyyəsinin sədri Təmraz Tağıyev və Yeni Azərbaycan Partiyasının Təftiş Komissiasının üzvü Musa Musayevin maraqlı çıxışları ilə davam edib.
Tədbirə bədii hissə ilə yekun vurulub.

http://narimanov-ih.gov.az/az/news/nerimanov-rayonunda-ulu-onder-heyder-eliyeve-hesr-olunmus-tedbir-kecirilib09052026.html

Address

Ş. İ. Xətai Pr. 9
Baku
AZ1008

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Alerts

Be the first to know and let us send you an email when Nərimanov Rayon İcra Hakimiyyəti posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Nərimanov Rayon İcra Hakimiyyəti:

Share