Milli Dövlətçilik Partiyası

Milli Dövlətçilik Partiyası Millət yoludur, haqq yoludur, tutduğumuz yol. AZƏRBAYCAN MİLLİ DÖVLƏTÇİLİK PARTİYASININ (Az.MDP)
NİZAMNAMƏSİ

l. ÜMUMİ MƏSƏLƏLƏR


1. AZ. ll.

Milli Dövlətçilik Partiyası (Az.MDP) dövlət bağımsızlığının möhkəmləndirilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda çalışan, milli mənafeyin, eləcə də irqindən, cinsindən, dilindən,dinindən, etnik mənsubiyyətindən asılı olayaraq Azərbaycan Respublikasının bütün vətəndaşlarının hüquq və azadlıqlarının keşiyində dönmədən dayanan, müasir dünya sivilizasiyasının öncül dövlətçilik prinsi

plərinə, dövrümüzün tələblərinə, azərbaycanlı psixologiyasının ənənəvi özünəməxsusluğuna söykənən sosial yönümlü, sivilizasiyalı hüquqi, demokratik, milli dövlətin qurulması yolunda mübarizə aparan mərkəz təmayüllü, parlament tipli siyasi partiyadır.

2. MDP siyasi və təşkilati müstəqilliyini saxlamaqla öz fəaliyyətini Azərbaycan Respublikasının Anayasasına (Konistitusiyasına) və qanunlarına uyğun olaraq Partiyanın Məramnamə və Nizamnaməsi əsasında həyata keçirdir. PARTİYANIN MƏQSƏD VƏ VƏZİFƏLƏRİ

1. Nəzərə alınsa ki, tarix boyu istənilən ölkənin varlığını, sabahını, strateji və taktiki mənafelərini qoruyub yaşatmağa qadir yeganə mexanizm həmin torpaqlarda yaşayan xalqın müstəqil milli dövlətidir. Az.MDP Azərbaycanın müstəqilliyini qoruyub saxlamağı, onun ərazi bütövlüyünü təmin etməyi özünün başlıca məqsədi sayır və Azərbaycan dövlətini vahid, unitar milli dövlət kimi inkişaf etdirib onun dünyanın öncül dövlətləri sırasında öz layiqli yerini tutması üçün fəaliyyət göstərir. Bu baxımdan:

- partiyanın Məramnaməsinə uyğun məqsəd və vəzifələri həyata keçirmək üçün partiya sıralarına yaradıcı enerji ilə çalışan, vətəndaşlıq heysiyyatına, iti zəkaya, geniş dünyagörüşə, yüksək peşəkarlıq səviyyəsinə, kütlələri arxasınca aparmaq qabilliyyətinə malik istedadlı yurddaşları seçib cəlb etməyi, Azərbaycanın gələcək liderlərinin yetişməsi üçün optimal şəraitin yaradılmasını və onların formalaşması üçün hərtərəfli iş aparmağı qarşısına məqsəd qoyur;
- Az.MDP-nin siyasi məqsədinə və Məramnamə prinsiplərinə söykənərək dövlət hakimiyyəti institutlarının formalaşıb təkmilləşməsi prosesində, ictimai həyatın bütün sahələrində tənzimləyici, nəzarətçi və idarəedici funksiyaların möhkəmləndirilməsində fəal iştirak edir;
- əhali arasında milli dövlət quruculuğu prosesi üçün gərəkli olan dövlətçilik şüurunun formalaşmasına və vətənpərvərlik hisslərinin inkişafına yardım göstərə bilən, müasir dünya sivilizasiyasının öncül dövlətçilik prinsiplərinə və zamanın tələblərinə zidd getməyən, azərbaycanlı psixologiyasının milli, ənənəvi özünəməxsusluqlarını nəzərə alan optimal yollar, real metodoloji üsullar seçib onların təli-tərbiyə, tədris ocaqları, kütləvi informasiya və digər təbliğat mexanizmləri vasitəsilə yayılmasına köməklik göstərir;
- müstəqil milli dövlət quruculuğunda cəmiyyətin elmi idarə olunması metodlarına mühüm əhəmiyyət verir, bu sahədəki ən yeni nailiyyətlərdən istifadə edir;
- Azərbaycanın milli dövlət mənafeyi baxımından Respublikanın siyasi nüfuzunun, sosial-iqtisadi gücünün və müdafiə qüdrətinin yüksəlməsinə, vətəndaşların həyat tərzinin yaxşılaşmasına xidmət edən üstün sosial, siyasi və iqtisadi islahatların həyata keçirilməsinə yardımçı olur;
- Respublikada sivilizasiyalı vətəndaş cəmiyyəti, sabit və sosial yönümlü iqtisadiyyat yaratmaq məqsədilə islahatlar aparmaq üçün təkliflər hazırlayır;
- qanunçuluq psinsiplərinin, sosial ədalətin və dövlət tərəfindən tənzimlənən sosial yönümlü bazar münasibətləri çərçivəsində vətəndaşların həyat səviyyəsinin yaxşılaşmasına köməklik göstərir;
- vahid, unitar, ümummilli Azərbaycan dövləti çərçivəsində Respublikanın bütün millətlərdən, etnik və dini qruplardan olan vətəndaşlarının hüquqlarının qorunmasına, onların dilinin, mədəniyyətinin və dininin azad inkişafına çalışır;
- millətin birliyi və tərəqqisi kimi vacib amil olan vahid, kompleks milli dövlətçilik ideologiyasının formalaşmasında iştirak edir;
- sosial və ekoloji problemlərin həllində, milli mədəniyyətin, elmin, səhiyyənin, təhsilin, yüksək ixtisaslı milli kadr hazırlığının inkişafına üstün diqqət yetirir;
- Respublikada zəruri hərbi-siyasi vəziyyətdən və Azərbaycan xalqının vacibb illi dövlətçilik mənafeyindən irəli gələn hüdudlar çərçivəsində siyasi plyuralizmin, vətəndaşların və ictimai-siyasi təşkilatların hüquq və azadlıqlarının qanunla təmin olunub qorunmasına çalışır;
- dünyəvi birliklərin və beynəlxalq qurumların müddəalarına, Azərbaycanın milli dövlətçiliyinin inkişafına və suverenliyinə zidd olmayan norma, prinsip və bağışlamalara hörmət edir;
- məqsəd və fəaliyyəti Azərbaycanın milli dövlətçilik mənafeyinə zidd olan, Respublikada siyasi, sosial və iqtisadi durumun sabitsizləşməsinə təkan verən, Azərbaycan dövlətinin ərazi bütövlüyünə, müstəqilliyinə təhlükə yaradan bütün xarici və daxili qüvvələrə, eləcə də Respublikanın milli dövlətçilik yolundakı inkişafını, sosial-siyasi və iqtisadi- mənəvi dayaqlarını laxladan hər cür mənfi, cinayətkar hallara qarşı barışmaz mübarizə aparır;
- xarici və daxili qüvvələr tərəfindən Azərbaycanın müstəqilliyinə və dövlətçiliyinə real təhlükə yarandıqda bu təhlükənin aradan qaldırılması üçün bütün forma və üsullardan istifadə edəcəyini bildirir.

02/10/2022

AZƏRBAYCAN MİLLİ DÖVLƏTÇİLİK PARTİYASININ (Az.MDP)
NİZAMNAMƏSİ

l. ÜMUMİ MƏSƏLƏLƏR

1. Milli Dövlətçilik Partiyası (Az.MDP) dövlət bağımsızlığının möhkəmləndirilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda çalışan, milli mənafeyin, eləcə də irqindən, cinsindən, dilindən,dinindən, etnik mənsubiyyətindən asılı olayaraq Azərbaycan Respublikasının bütün vətəndaşlarının hüquq və azadlıqlarının keşiyində dönmədən dayanan, müasir dünya sivilizasiyasının öncül dövlətçilik prinsiplərinə, dövrümüzün tələblərinə, azərbaycanlı psixologiyasının ənənəvi özünəməxsusluğuna söykənən sosial yönümlü, sivilizasiyalı hüquqi, demokratik, milli dövlətin qurulması yolunda mübarizə aparan mərkəz təmayüllü, parlament tipli siyasi partiyadır.

2. AZ. MDP siyasi və təşkilati müstəqilliyini saxlamaqla öz fəaliyyətini Azərbaycan Respublikasının Anayasasına (Konistitusiyasına) və qanunlarına uyğun olaraq Partiyanın Məramnamə və Nizamnaməsi əsasında həyata keçirdir.

ll. PARTİYANIN MƏQSƏD VƏ VƏZİFƏLƏRİ

1. Nəzərə alınsa ki, tarix boyu istənilən ölkənin varlığını, sabahını, strateji və taktiki mənafelərini qoruyub yaşatmağa qadir yeganə mexanizm həmin torpaqlarda yaşayan xalqın müstəqil milli dövlətidir. Az.MDP Azərbaycanın müstəqilliyini qoruyub saxlamağı, onun ərazi bütövlüyünü təmin etməyi özünün başlıca məqsədi sayır və Azərbaycan dövlətini vahid, unitar milli dövlət kimi inkişaf etdirib onun dünyanın öncül dövlətləri sırasında öz layiqli yerini tutması üçün fəaliyyət göstərir. Bu baxımdan:

- partiyanın Məramnaməsinə uyğun məqsəd və vəzifələri həyata keçirmək üçün partiya sıralarına yaradıcı enerji ilə çalışan, vətəndaşlıq heysiyyatına, iti zəkaya, geniş dünyagörüşə, yüksək peşəkarlıq səviyyəsinə, kütlələri arxasınca aparmaq qabilliyyətinə malik istedadlı yurddaşları seçib cəlb etməyi, Azərbaycanın gələcək liderlərinin yetişməsi üçün optimal şəraitin yaradılmasını və onların formalaşması üçün hərtərəfli iş aparmağı qarşısına məqsəd qoyur;
- Az.MDP-nin siyasi məqsədinə və Məramnamə prinsiplərinə söykənərək dövlət hakimiyyəti institutlarının formalaşıb təkmilləşməsi prosesində, ictimai həyatın bütün sahələrində tənzimləyici, nəzarətçi və idarəedici funksiyaların möhkəmləndirilməsində fəal iştirak edir;
- əhali arasında milli dövlət quruculuğu prosesi üçün gərəkli olan dövlətçilik şüurunun formalaşmasına və vətənpərvərlik hisslərinin inkişafına yardım göstərə bilən, müasir dünya sivilizasiyasının öncül dövlətçilik prinsiplərinə və zamanın tələblərinə zidd getməyən, azərbaycanlı psixologiyasının milli, ənənəvi özünəməxsusluqlarını nəzərə alan optimal yollar, real metodoloji üsullar seçib onların təli-tərbiyə, tədris ocaqları, kütləvi informasiya və digər təbliğat mexanizmləri vasitəsilə yayılmasına köməklik göstərir;
- müstəqil milli dövlət quruculuğunda cəmiyyətin elmi idarə olunması metodlarına mühüm əhəmiyyət verir, bu sahədəki ən yeni nailiyyətlərdən istifadə edir;
- Azərbaycanın milli dövlət mənafeyi baxımından Respublikanın siyasi nüfuzunun, sosial-iqtisadi gücünün və müdafiə qüdrətinin yüksəlməsinə, vətəndaşların həyat tərzinin yaxşılaşmasına xidmət edən üstün sosial, siyasi və iqtisadi islahatların həyata keçirilməsinə yardımçı olur;
- Respublikada sivilizasiyalı vətəndaş cəmiyyəti, sabit və sosial yönümlü iqtisadiyyat yaratmaq məqsədilə islahatlar aparmaq üçün təkliflər hazırlayır;
- qanunçuluq psinsiplərinin, sosial ədalətin və dövlət tərəfindən tənzimlənən sosial yönümlü bazar münasibətləri çərçivəsində vətəndaşların həyat səviyyəsinin yaxşılaşmasına köməklik göstərir;
- vahid, unitar, ümummilli Azərbaycan dövləti çərçivəsində Respublikanın bütün millətlərdən, etnik və dini qruplardan olan vətəndaşlarının hüquqlarının qorunmasına, onların dilinin, mədəniyyətinin və dininin azad inkişafına çalışır;
- millətin birliyi və tərəqqisi kimi vacib amil olan vahid, kompleks milli dövlətçilik ideologiyasının formalaşmasında iştirak edir;
- sosial və ekoloji problemlərin həllində, milli mədəniyyətin, elmin, səhiyyənin, təhsilin, yüksək ixtisaslı milli kadr hazırlığının inkişafına üstün diqqət yetirir;
- Respublikada zəruri hərbi-siyasi vəziyyətdən və Azərbaycan xalqının vacibb illi dövlətçilik mənafeyindən irəli gələn hüdudlar çərçivəsində siyasi plyuralizmin, vətəndaşların və ictimai-siyasi təşkilatların hüquq və azadlıqlarının qanunla təmin olunub qorunmasına çalışır;
- dünyəvi birliklərin və beynəlxalq qurumların müddəalarına, Azərbaycanın milli dövlətçiliyinin inkişafına və suverenliyinə zidd olmayan norma, prinsip və bağışlamalara hörmət edir;
- məqsəd və fəaliyyəti Azərbaycanın milli dövlətçilik mənafeyinə zidd olan, Respublikada siyasi, sosial və iqtisadi durumun sabitsizləşməsinə təkan verən, Azərbaycan dövlətinin ərazi bütövlüyünə, müstəqilliyinə təhlükə yaradan bütün xarici və daxili qüvvələrə, eləcə də Respublikanın milli dövlətçilik yolundakı inkişafını, sosial-siyasi və iqtisadi- mənəvi dayaqlarını laxladan hər cür mənfi, cinayətkar hallara qarşı barışmaz mübarizə aparır;
- xarici və daxili qüvvələr tərəfindən Azərbaycanın müstəqilliyinə və dövlətçiliyinə real təhlükə yarandıqda bu təhlükənin aradan qaldırılması üçün bütün forma və üsullardan istifadə edəcəyini bildirir.

Send a message to learn more

Address

Baku

Telephone

+994557140575

Website

Alerts

Be the first to know and let us send you an email when Milli Dövlətçilik Partiyası posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share